Vətəni sevmək nümunəsi göstərin qəhrəman

 

Mayın 9-da dünya ölkələri Almaniya üzərində qələbənin 67-ci ildönümünü qeyd edəcəklər. Bu qələbədə Azərbaycanın da böyük xidmətləri olub. Bu gün qürurla fəxrlə deyə bilərik: Azərbaycan nefti olmasaydı, SSRİ adlı bir imperiya müharibədə qələbə çala bilməzdi dünya xalqları dəhşətli fəlakətlə üz-üzə qalardı. Bu müharibədə Azərbaycan 300 min nəfər oğul qızlarını itirdi, bir o qədər müharibədən əlil yaralı qayıtdı.  Azərbaycan övladları düşmən üzərində qələbə çalma naminə öz şirin canlarından belə keçdilər döyüş meydanlarında qeyri-adi, misilsiz qəhrəmanlıqlar göstərdilər. Onlardan biri Sovet İttifaqı Qəhrəmanı, əslən Şuşadan olan Xəlil Məmmədovdur.

Almaniya SSRİ adlı imperiyanın üzərinə hücum edəndə Xəlil Məmmədov da səfərbərliyə alınaraq müharibəyə göndərildi. Payızda onun xidmət etdiyi diviziyanı Qafqaz cəbhəsinə göndərdilər. 1942-ci ilin dekabr ayında Xəlil Məmmədovun xidmət etdiyi tank batalyonu hərbi dənizçilərlə birgə Feodosiya rayonunda Krıma çıxdı. Krım uğrunda gedən döyüşlərdə o yaralandı. Döyüşlərdə göstərdiyi şücaətlərə görə X. MəmmədovuQırmızı Ulduzordeni ilə təltif etdilər. O, tank komandiri kimi öz döyüşçülərinə münasibətdə olduqca tələbkar, eyni zamanda qayğıkeş idi buna görə onu çox sevirdilər. 1943-cü ildə Qafqaz uğrunda gedən döyüşlərdə qəhrəmanlığına görə, Xəlili ikinci dəfəQırmızı Ulduzordeni ilə təltif etdilər. 1943-cü ildə Cənub-Qərb cəbhəsinin ön hissələri Zaporojye şəhərinə yaxınlaşdılar. Düşmən şəhər ətrafında möhkəm müdafiə sədləri qurmuşdu. Amma bu, Məmmədovun tankçılarını ruhdan salmadı. Məmmədovun komandanlıq etdiyi tank rotasına aid 5 tank ay işığında çölü keçərək, Dnepr üzərindəki körpüyə yaxınlaşdı. Düşmən bu istiqamətdən hücumu gözləmədiyi üçün körpünü partlatmamışdı. Qəfildən körpüyə çıxan tankçılar gözlənilmədən şəhərə daxil oldular. Şəhərdə küçə döyüşləri başlandı Zaporojye şəhəri ələ keçirildi. Zaporojyenin alınmasındakı xidmətlərinə görə Xəlil MəmmədovAleksandr Nevskiordeni ilə təltif edildi.

Bundan sonra Xəlil Məmmədovun tankçıları sağ sahil Ukraynasının - Kiyev şəhərinin azad edilməsi əməliyyatında iştirak etdilər. Hücum əməliyyatı zamanı Şevçenko xutorları adlanan yerdə düşmənin döyüş qrupu mühasirəyə alındı. Düşmən güclü müqavimət göstərir mühasirədən çıxmağa çalışırdı. Xəlilovun komandanı olduğu batalyona düşmənə mühasirədən çıxmaq imkanı verməmək tapşırılmışdı. Xəlilovun tankçıları cəsarətlə irəli şığıyaraq düşmənə zərbələr endirirlər. Ancaq onlar əsas hissələrimizdən çox irəli getdiklərindən özləri mühasirəyə düşdülər. Bunu görən Xəlil Məmmədov tankçılarını cəsarətlə düşmən üzərinə aparır ona gözlənilməz yerdən zərbələr endirir. Düşmənin qəfil zərbədən çaşbaş düşməsindən istifadə edən Xəlilovun tankçıları mühasirədən çıxmağı bacarırlar. Bu döyüşdə göstərdiyi igidliyə görə Xəlil Məmmədovu bu dəfəQırmızı Bayraqordeni ilə təltif edirlər. Həmin dövrdə Xəlil Məmmədovun adına verilən hərbi xasiyyətnamədə deyilirdi: “Yoldaş Xəlil Məmmədov özünü cəsur igid zabit kimi göstərib. Batalyon komandiri kimi ona verilən bütün tapşırıqları vaxtında olduqca dəqiq yerinə yetirib. Onun batalyona bacarıqla komandanlıq etməsi nəticəsində düşmən çoxlu sayda canlı qüvvəsini hərbi texnikasını itirib. 1944-cü ilin yazında Məmmədovun komandanlıq etdiyi batalyon keçilməz yollarla 250 kilometr irəliləyərək düşmənə güclü zərbələr vurub. Məmmədov döyüşlərdə soyuqqanlı diqqətlidir, həmçinin istənilən çətin vəziyyətdən çıxış yolu tapmağı bacarır”.

Həmin dövrdə Məmmədov qəfil gözlənilməz hücumlar ustası kimi şöhrət qazanmışdı. 1944-cü il oktyabr ayında Xəlil Məmmədovun tankçıları Karpat dağlarını aşaraq, Rumıniya ərazisinə daxil oldular. Oktyabr ayının 11-də Rumıniyanın Merkuri Çiukuluy şəhəri uğrunda döyüşlər başlandı. Döyüşün qızğın vaxtında Məmmədovun tankçıları düşmənin şimal istiqamətində hərəkət edən qruplaşmasını görürlər. Tankçılar Məmmədovun əmri ilə düşmən qruplaşması üzərinə gözlənilməz hücum həyata keçirirlər. Döyüşdə düşmənin 18 avtomaşını 40 əsgəri məhv edilir. Döyüşün qızğın yerində Xəlil Məmmədov hücuma keçən əsgərlərimizə atəş açmağa hazırlaşan yüksək sədd arxasında gizlənən düşmən tankını görür. Fikirləşmək üçün vaxt azdır bir az da keçsə, tankın açdığı atəş onlarla əsgərimizin həyatına son qoyacaqdı. Belə bir vəziyyətdə Məmmədovun əmri ilə tankın sürücüsü düşmənlə tarana gedir. Nəticədə düşmən atəş açmağa imkan tapmır o, məhv edilir. Taran zamanı Məmmədovun komandanı olduğu tank da ciddi zədələnir. Onun özü isə güclü zərbədən kontuziya alır. Buna baxmayaraq, Məmmədovun tankçılarının qəfil hücumu nəticəsində strateji baxımdan olduqca önəmli yerdə yerləşən şəhər almanlardan təmizlənir. Xəlil Məmmədov öz tankçıları ilə Macarıstan Avstriyanı almanlardan azad edərkən xoş xəbər alır. Ona bildirirlər ki, strateji baxımdan xüsusi önəm daşıyan Merkuri Çiukuluy şəhərini azad edərkən göstərdiyi şəxsi qəhrəmanlıqlara görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Xəlil Məmmədovun Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi barədə SSRİ Ali Soveti Sədrinin 1945-ci il mart ayının 24-də imzaladığı sərəncam həmyerlimizin döyüş meydanlarında göstərdiyi igidliklərə verilən ən yüksək mükafat idi.  Xəlil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilməsi üçün SSRİ Ali Sovetinə göndərilən təltif kağızında deyilirdi: “Yoldaş Məmmədov 1944-cü il avqust ayının 21-dən sentyabrın 6-na kimi gedən döyüşlərdə alman faşistlərinin darmadağın edilməsi üçün əsl şücaət, mərdlik qəhrəmanlıq nümayiş etdirib. 1944-cü il, avqust ayının 21-də yoldaş Məmmədov şəhəri ələ keçirmək üçün tapşırıq alıb. O, öz batalyonunu cəsarətlə düşmənin möhkəmləndirilmiş müdafiə istehkamları üzərinə aparıb. Amma düşmən güclü müqavimət göstərib. Bunu görən Məmmədov batalyonun ağzını cənub-qərb istiqamətinə döndərib.  Düşməni gözləmədiyi yerdə yaxalayan Məmmədovun tankçıları onun müdafiə xəttini yararaq sürətlə şəhərə daxil olublar onu ələ keçiriblər.  Şəhərin ələ keçirilməsi digər hərbi hissələrimizə düşmən üzərinə sürətli hücumu davam etdirmək imkanı verib. 1944-cü il, avqustun 23-də Məmmədovun komandanlıq etdiyi batalyon döyüş tapşırığını yerinə yetirərək çay kənarına qədər irəliləyib. Burada düşmənin bərəsini partladan Məmmədovun tankçıları çayı keçərək düşmən üzərinə hücumu davam etdiriblər. Düşmən hücumu dayandırmaq üçün döyüş meydanına əlavə tank batalyonları yeritməyə məcbur olub. Amma Məmmədovun tankçıları düşmən tanklarının ətrafına dolanaraq, sürətli hücumla gözlənilmədən şəhərə daxil olub, oranı ələ keçiriblər. Bu döyüşlər ərzində Məmmədovun tankçıları düşmənin 4 tankını, iki özüyeriyən artilleriya qurğusunu, 64 səhra topunu, 191 avtomaşınını, 108 pulemyotunu, 1378 alman əsgər zabitini məhv edib, hərbi yüklərlə dolu 3 eşelonunu, 350 avtomaşınını, 22 artilleriya qurğusunu ələ keçirmiş təxminən 4 min əsgər zabitini əsir götürüb”.

Bundan əlavə, Xəlil Məmmədovu yaxından tanıyanların, o cümlədən döyüş dostlarının məktubları da onun döyüşlərdə qeyri-adi qəhrəmanlıqlar göstərdiyini sübut edir. 1978-ci il, aprel ayının 27-də polkovnik A. D. YankovskiBakinskiy Azerbaydjanqəzetinə məktub göndərmişdi. Məktubda deyilirdi: “Bakıda müharibə dövründə mənim batalyon komandirim olmuş Sovet İttifaqı Qəhrəmanı, istefada olan general-mayor Məmmədov Xəlil Məmmədoviç yaşayır. General-mayor X. Məmmədov 30 illik fasilədən sonra vaxtilə xidmət etdiyi hərbi hissəni ziyarət edib. O, iki il ərzində bu hissəni düşmən üzərinə hücuma aparıb”.

Yankovski redaksiyaya yazdığı məktubunda Xəlil Məmmədova həsr etdiyi şeiri göndərib. Xəlil Məmmədov öz xalqını, Azərbaycanı çox sevirdi. İllər ötür biz öz qəhrəmanlıqları ilə Azərbaycanın başını ucaldanları unutmamalıyıq. Aşqabadda Xəlil Məmmədovun büstünü qoyublar. Çox istərdim ki, respublikamızda da, heç olmasa, bir küçəyə onun adını versinlər...

Azərbaycan torpağında hazırda müharibə gedir onun da öz qəhrəmanları var. Biz Xəlil Məmmədovun xatirəsini yad etməliyik, çünki gənc nəsil ondan Vətəni sevməyi müdafiə etməyi öyrənib, onun döyüş yolu bizim gənclərimiz üçün əsl qəhrəmanlıq nümunəsidir.

 

 

SIMA BABAYEVA,

Filologiya elmləri namizədi,

Azərbaycan Respublikası Dövlət

Arxivinin direktor müavini                                                                                                                     

 

Zaman.-2012.-8-9 may.-S.13.