Popoviçin gənc qapıçılarımızdan nəyi artıqdır ki?”

 

Mahmud Qurbanovdan sonra ən çox Azərbaycan çempionu olan ikinci futbolçu Hüseyn Məhəmmədovdur. 8 dəfə kuboku başı üzərinə qaldıran sabiq qolkiper hazırda sevimli komandası “Neftçi”də məhz qapıçı yetişdirməklə məşğuldur. Məhəmmədov “Çempion” qəzetinə müsahibəsində həm cari mövsümkü mübarizəni, həm də gənc və yeniyetmə qapıçıların hazırkı durumunu dəyərləndirdi.

 

“Gərginlik turdan-tura artırdı”

 

Builki çempionat, həqiqətən də, çox maraqlı keçdi. Çünki gərginlik turdan-tura artırdı. Bu da çempionluq uğrunda bir neçə komandanın mübarizə aparmasından irəli gəlir. Bütün komandalar nəticə vermək istəyirdilər. Xüsusən , ilk “altılıq”da artıq əsas rəqiblər bir-biriləri ilə qarşılaşdıqlarından burada ciddi rəqabət getdi.Xəzər Lənkəran”, “İnterQarabağbizimlə gərgin mübarizə apardılar. Biz deyəndə, “Neftçi”ni nəzərdə tuturam. Amma bizim komanda daha uğurlu nəticə göstərdi ki, bu da yekunda öz sözünü dedi

 

Neftçirəhbərliyi sübut edir ki, maddiyyat əsas deyil

 

Ardıcıl iki dəfə çempion olmağımız başda prezident Sadıq Sadıqov olmaqla, rəhbərliyin gördüyü işin bəhrəsidir. Mən bir məşqçi kimi deyil, sabiq futbolçu kimi danışıram. Hazırda bu klubun içində olduğum üçün bunları çox yaxşı görürəm. Hətta baş məşqçi dəyişdi, amma yenə çempion olduq. Rəhbərlik tərəfindən lazımi ab-hava qorunduğu şərait yaradıldığı üçünNeftçiardıcıl ikinci dəfə çempion oldu. Mən hər oyunda Sadıq müəllimi həyəcanlı görürəm. Komanda hətta büdrəyəndə o, futbolçulara dəstək verir. Bu, oyunçulara böyük ruh yüksəkliyi gətirir.Xəzər Lənkəran”, “İnter”, “Qarabağ digərlərinin maddi cəhətdən problemləri yoxdur. AmmaNeftçirəhbərliyi sübut edir ki, uğur qazanmaq üçün əsas amil maddiyyat deyil, mənəvi dəstəkdir. Tərli-tərli futbolçuları qucaqlamaq, onlarla vaxt keçirmək zəfərin başlanğıcıdır”.

 

QarabağAvropada tarix yazdı

 

Qarabağartıq neçə ildir ki, Avropa Liqasına uğurlu nəticələrlə bizləri sevindirir. Amma indi son tur öncəsi Avropaya düşmək şansı, demək olar ki, 20 faizdir. Futbolu düzgün analiz etmək lazımdır. İdmanın yaxşı üzü var, pis üzü . Hər bir klubun hədəfi Avrokubokda iştirak etməkdir. Hər dəfəQarabağ”, “Neftçi”, “İnter”, “Xəzər Lənkərangedə bilməz ki. vaxtsaTuranda, “Kəpəz bu siyahıda ola bilər. Qarabağbu dəfə avrokuboklara yollana bilməsə, o deməkdir ki, komandanın bir neçə illik əziyyəti hədər oldu, futbolçularda zəfər istəyi tükəndi? Onların üçillik zəhmətini qiymətləndirmək lazımdır, ləkələmək yox. Qarabağ”a dəstək vermək hamımızın borcudur. Onlar tarix yazdılar, tarix isə heç zaman unudulmur. Mən Qurban Qurbanovun gördüyü işləri xüsusi qiymətləndirərdim. Bu məşqçi, bu komanda artıq Avropada sözünü deyib. Ola bilsin, bu gün bir başqası üzə çıxmaq istəyir.

 

İndidən kim deyə bilər ki, “Neftçigələn mövsümdə çempion olacaq?”

 

Hər bir klubumuz AvropadaQarabağ”ın uğurunu təkrarlaya bilər. Heç kim uğursuzluqdan sığortalanmayıb hər il eyni komanda çempion olacaq deyə bir qanun yoxdur. İndidən kim deyə bilər ki, “Neftçigələn mövsümdə çempion olacaq? O ki qaldı avrokuboklardakı mübarizəyə, orada uduzub mübarizəni dayandırmaq o demək deyil ki, komanda zəif çıxış etdi. Məsələn, “Neftçibir neçə mərhələ keçə bilər, ilk mərhələdəcə mübarizəni dayandıra da bilər. Bu komanda avrokuboklarla erkən vidalaşsa, bu o demək deyil ki, “Neftçiorada uğurlu çıxış etmək istəmirdi. Çünki onun rəqibi mərhələ keçməyə çalışacaq. Dəfələrlə Çempionlar Liqasında iştirak etmişəm, 8 dəfə Azərbaycan çempionu olmuşam. Yəni bütün bu həyəcanı bilirəm”.

 

“Bu transferlər komandaya çox xeyir verəcək

 

Neftçi”nin yeni transferlərini əla qiymətləndirirəm. Rəşad Sadiqov çox gözəl futbolçudur. Onu yaxşı tanıyıram. O ki qaldı Julius Vobaya, onun daXəzər Lənkəran”dakı çıxışını azdan-çoxdan görmüşəm. Məncə, bu transferlər komandaya çox xeyir verəcək”.

 

Şarliyadansa Aqilin oynaması yaxşıdır

 

“Qapıçıların bu mövsümkü çıxışlarını diqqətlə izləmişəm. Məncə, Rauf Mehdiyev və Kamran Ağayev üçün mövsüm yaxşı keçdi. Legionerlərdən isə Georgi Lomayanı fərqləndirə bilərəm. Saşa Stamenkoviç “Neftçi”də hələ təzədir. Onun normal qapıçı olduğunu düşünürəm. Amma hələ də ümidləri tam doğrultmur, istənilən səviyyədə çıxış etmir. Bəlkə də, kollektivə hələ tam uyğunlaşmayıb. Hələlik, legionerlərdən yalnız Lomayanın güclü çıxış etdiyini deyə bilərəm. Amma ümumi götürdükdə yerli qapıçılar daha uğurlu mövsüm keçirdilər. Məsələn, turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan klubların qapısını kimlər qoruyurlar? Raufla Kamranı qeyd etdim. Aqil Məmmədovun Şarliyanı ehtiyata sıxışdırmasına çox sevindim. Şarliyadansa elə Aqilin oynaması yaxşıdır. Gəncdir, ona dəstək vermək lazımdır. “Rəvan”da, “Kəpəz”də, AZAL-da da gördüyümüz, tanıdığımız qapıçılar çıxış edirlər”.

 

“Popoviçin gənc qapıçılarımızdan nəyi artıqdır ki?”

 

“Gənclərdən təkcə Aqilin adını çəkə bilərəm ki, bu mövsüm yaxşı təsir bağışladı. Mən “Kəpəz”də oynayanda çempionatı 6-cı yerdə bitirmişdik. Amma yenə güclü klublarda oynamaqda davam etdim. Burada futbolçudan çox şey asılıdır. Komandanın göstərdiyi nəticədən asılı olmayaraq, qapıçı bütün bacarığını nümayiş etdirməlidir ki, güclü komandaların maraq dairəsinə düşə bilsin. Amma bizim gənclərdə, ikinci “altılıq”dakı qapıçılarda bir hədəf görmürəm. Məsələn, mən “Kəpəz”də, “Turan”da, “Şəmkir”də olanda həmişə bir hədəfim olub: “Neftçi”nin qapısını qorumaq. Çünki “Neftçi” həmin vaxt da ən güclü idi. Görəsən, indi belə bir futbolçu varmı? Götürək Rauf Mehdiyevi, diqqət yetirin, “Neftçi” kimi komandanın qapısını qoruyur. Bu yaşda olmasına baxmayaraq, yenidən milli komandaya dəvət alır. Bu, cavanlara örnək olmalıdır. Gənc qardaşlarıma məsləhətim odur ki, pulu fikirləşməsinlər. Yaxşı oynasalar, pul özü gələcək. Popoviçin onlardan nəyi artıqdır ki, o milliyə çağırılır, amma öz cavanlarımız kənarda qalırlar. Vallah, mən Popoviçi güclü qapıçı saymıram. O da elə bizim gənc qapıçılarımız kimidir”.

 

“Xaricdə oynamaq istəyənə heç bir klub mane olmur”

 

Xaricə hamı gedə bilər. Amma orada oynamaq, rəqabət aparmaq indiki vəziyyətdə çətin görünür. Hər transfer dönəmi yaxınlaşanda futbolçuların çoxu çıxıb deyir ki, mənə xaricdən təklif var. Amma sonda baxırsan ki, heç biri getməyib. Əgər, həqiqətən də, təklif varsa, mütləq getsinlər. İndi bizim ölkə xaricində neçə oyunçumuz var? Araz Abdullayev və Amit Quluzadə. Hər ikisi də “Neftçi”nin oyunçusudur. Mən inanmıram ki, legioner həyatı yaşamaq istəyən oyunçuya klublar mane olsunlar. Bəlkə də, bir növ özlərini reklam edirlər. Amma bilməlidirlər ki, bununla irəli getmək mümkün deyil. Yaxşı qapıçı olsan, komandana lazımi qaydada xeyir versən, sənə hər yerdən dəvət gələr.

 

Gələcəkdə əcnəbi qapıçılara ehtiyacımız olmayacaq”

 

“Hazırda “Neftçi”nin aşağı yaş qrupunda 6-7 istedadlı qapıçı var. Mən özüm onlarla çalışdığım üçün bacarıqlarına bələdəm. Heç iki il deyil ki, “Neftçi”də işləyirəm, artıq bu müddətdə aşağı yaş qrupu üzrə milli komandalara bir neçə qapıçı vermişəm. Çalışıram qapıçı olarkən topladığım təcrübəni onlara ötürə bilim. İnanıram ki, gələcəkdə klublarımızın əcnəbi qapıçılara ehtiyacları olmayacaq. Rəhbərlik tərəfindən mənə göstərilən diqqət və qayğının əvəzini də güclü qapıçılar yetişdirməklə verə bilərəm. Turalı, Nurlanı, Kamranı gələcəkdə “Neftçi”nin qapısında görə bilərik”.

 

“Məndən fərqli olaraq, oğlum çox sakitdir”

 

“Oğlum da mənim rəhbərliyim altında çalışır. O da qapıçıdır. Amma onu tərifləməyim doğru olmaz. Sadəcə, deyə bilərəm ki, qapıçı üçün tələb olunan özəlliklər onda var. Bacarıqlı uşaqdı. Amma bircə xasiyyətdə mənə heç oxşamır. Məsələn, mən çox çılğın idim, qışqır-bağır salırdım, hay-küyümlə seçilirdim. Qapıçı gərək 90 dəqiqə ərzində dayanmasın, komanda yoldaşlarını hər şeydən xəbərdar etsin. Çünki qapıçı meydançanı hamıdan yaxşı görür. Amma oğlum çox sakitdi. Deyirəm, belə xasiyyətlə yaxşı qapıçı ola bilməzsən”.

“Məktəb açmaq arzumu, hələlik, təxirə salmışam”

“Bildiyiniz kimi, bir ara qapıçı məktəbi açmaq istəyirdim. Bu arzumda indi qalıram. Amma hazırkı vəziyyətdə çox çətin görünür. Çünki belə olanda gərək bütün diqqətini oraya yönəldəsən. Mən isə hazırda klubda çalışıram, bütün fikrimi buradakı işimə cəmləmişəm. Artıq ikinci bir düz gəlməz. Mənə rəhbərlik etimad göstərib, sevimli komandama qaytarıb, işlə təmin edib. İndi buranı tərk edə bilmərəm.

 

 

Zaman.-2012.-11 may.-S.15