Qəbələ
- Azərbaycanın dünənindən gələcəyinə
boylanan ulu şəhəri
Qəbələ
Arazın şimalındakı ən qədim türk dövləti
olan Azərbaycan Albaniyasının ana şəhəri idi və
əsrlər boyu ölkəmizin ictimai-siyasi həyatında ən
önəmli rollardan birini oynayıb.
Qədim
Qəbələ dünyanın Babil, Troya,Pompey kimi qədim və
məşhur şəhərlərilə müqayisə ediləcək
dərəcədə mühüm, siyasi-iqtisadi və ticarət
mərkəzlərindən biri olub. Eramızdan əvvəl
yaşayan Böyük Plini yazırdı ki, Albaniyanın əsas
şəhəri Kabalakadır. Digər bir tanınmış
tarixçi Ptolemey isə Qəbələnin adını
Xabala (Chabala) kimi çəkir.
Bəzi
erməni “tarixçiləri” Qəbələ adını
farslarla əlaqləndirməyə cəhd ediblər. Əslində
Qəbələ adının qədim türk sözü olan
Qapıqaladan (Qapıqala-Qapıqalak-Kavalaka-Kabalaka- Xabala-Qəbələ)
əmələ gələ bildiyi ehtimalı məntiqi
baxımdan daha ağlabatan görünür. Çünki Qəbələ
həqiqətən də qədimlərdə həm Azərbaycan
Albaniyası dövlətinin, həm də bütün Qafqaz
dağları ətəklərində yerləşən
şəhərlərin və yaşayış məntəqələrinin
qapısı hesab olunurdu. Azərbaycanın şimalına və
cənubuna gedən yollar məhz Qəbələdə kəsişirdi.
Qəbələ yalnız monqol işğalından sonra
öz əvvəlki əhəmiyyətini itirdi. Onu da
xatırladaq ki, keçmiş Qəbələ şəhəri
indiki Qəbələ şəhərindən 20 kilometr cənub-qərbdə
yerləşirdi
Qəbələ
rayonu indi də öz qədimiliyini qoruyub saxlayır. Belə
ki, Qəbələ rayonu
üzrə dövlət
mühafizəsinə götürülmüş
daşınmaz 93 tarixi mədəni abidə vardır. Əhəmiyyət
dərəcəsinə görə onlardan biri, Qədim Qəbələ
şəhəri dünya əhəmiyyətli arxeoloji abidələr
siyahısına aiddir.
Bu
gün qədim Qəbələ özünün ikinci gənclik
dövrünü yaşayır və tədricən
keçmiş şöhrətini özünə
qaytarmaqdadır. Bunu hər il Qəbələdə
keçirilən beynəlxalq səviyyəli tədbirlər də
bir daha təsdiq edir. Bir sözlə, son illərdə Qəbələ
sürətlə inkişaf edərək Azərbaycanın ən
gözəl şəhərlərindən birinə
çevrilib. Şəhərdə tikilən yeni, biri-birindən
gözəl binalar, hotellər, istirahət mərkəzləri
Qəbələni dünyanın ən perspektivli,
böyük gələcəyi olan şəhərlərindən
birinə çevirib. Bir sözlə Qəbələ -
Türkün dünənindən gələcəyinə
boylanan ulu şəhəridir. Qələcəyin parlaq,
sabahın bu gününkündən daha uğurlu,
başın üstə səma həmişə açıq
və aydın olsun, ulu yurd yerimiz.
Zaman.-2012.-12-14
may.-S.9.