Uilyam Folkner -Nobel mükafatı alan
qəribə taleli yazıçı (3)
Həyat isə Folkneri təəccübləndirməkdə davam edirdi. Onun adı
Avropada ədəbiyyata
yeni nəfəs gətirən məşhur
yazıçı kimi
çəkilir, ünvanına
ən xoş sözlər söyləyir
və tərifləyərək
göylərə qaldırırdılar.
Onun Avropada məşhurlaşmasında
isə fransız yazıçılar Alber Kamyu və Jan Pol Sartrın böyük xidmətləri
oldu. Adıçəkilən hər iki yazıçının Folkneri
tərifləyərək göylərə
qaldırması Avropada
onun simasında dövrün ən istedadlı yazıçılarından
birinin obrazını formalaşdırdı. Folknerin Avropanın
müxtəlif dillərinə
tərcümə olunmuş
əsərləri əldən-ələ
gəzir, uşaqdan böyüyə kimi hamı Folkneri oxumaq istəyirdi. Bu da nəticədə
Folkneri daha da heyrətləndirən və onu dünyanın
bir nömrəli yazıçısı olmasını
təsdiqləyən daha
bir hadisənin baş verməsinə gətirib çıxardı.
Belə ki, yazıçının Avropada
heyrətamiz dərəcədə
məşhurlaşmasını və onun ən
çox oxunan yazıçılardan biri
olmasını nəzərə
alan İsveç
Akademiyası Folknerə
ədəbiyyat sahəsində
“Bədiilik baxımından
müasir Amerika romanının inkişafına
verdiyi qeyri-adi töhfəyə görə”
Nobel mükafatı verdi.
Yazıçıya Amerikada münasibət bir o qədər də yaxşı deyildi və onu əvvəlki kimi başa düşməməkdə davam
edirdilər. Amma Folknerin bəxti
gözlənilmədən gətirdi.
Onun bir çox əsərləri fransız
dilinə tərcümə
olundu. Bu əsərlər isə Avropada böyük əks-sədaya səbəb
oldu. Folknerin fransız dilinə çevrilən romanları
əldən-ələ gəzir,
bu əsərlər haqqında tənqidçilər
yüksək fikirlər
söyləyir, onu sivil ədəbiyyatın məşhur siması adlandırırdılar. Məsələn,
məşhur fransız
yazıçısı Jan Pol Sartr Folknerin
əsərləri ilə
tanış olandan sonra Amerikanın
tanınmış tənqidçisi
Malkolm Kuliyə ünvanladığı məktubunda
yazıçının əsərlərindən
heyrətə gəldiyini
bildirərək, “Folkner
sözün Allahıdır!”
- yazmışdı.
Amma Amerikada
ədəbiyyata yeni üslub və düşüncə gətirmiş
Folkneri hələ də başa düşmür və yetərincə qiymətləndirmirdilər. Bütün
bu anlaşılmazlıqlara
son qoymaq və Folknerin, həqiqətən
də, böyük yazıçı olub-olmadığına
bir daha oxucuların və tənqidçilərin diqqətini
cəlb etmək üçün onun yaradıcılığına rəğbət
bəsləyən tək-tük
adamlardan biri olan və həmvətəninin
yaradıcılığını “əlçatmaz ədəbi
hünər” adlandıran
məşhur ədəbiyyatşünas
Malkolm Kuli 1946-cı ildə Folkner nəsrindən seçmələri
“The Portable Faulkner” (”Daşına bilən Folkner”) adı altında nəşr etdirdi. Folknerin əsərlərinin bir kitabda toplanılması
onun yaradıcılığını
daha dəqiq və ardıcıl olaraq yenidən dəyərləndirməyə imkan yaratdı. Bu arada isə
Folknerin Avropada get-gedə məşhurlaşması
və onun ən çox oxunan yazıçılardan
birinə çevrilməsini
Amerikada birmənalı
qarşılanmadı. Çünki Avropanın ən
tanınmış ədəbiyyatşünasları
və tənqidçiləri
tərəfindən Folknerin
adının XX əsr
ədəbiyyatının ən
istedadlı yazıçılarından
biri kimi çəkilməsi onun yazdıqlarına biganə
yanaşan və lazımi qiymət verməyən Amerikanın
imicinə kölgə
salmaqda idi. Belə çıxırdı ki,
Avropanın istedadlı
yazıçı kimi
qəbul etdiyi Folkneri Amerikada qiymətləndirə, onun
istedadına lazımi
qiymət verə bilmirdilər. Ona görə
də Amerika ədəbiyyatşünasları və tənqidçiləri
hadisələri qabaqlamaq
və Folknerə münasibətdə buraxılmış
səhvlərini düzəltmək
qərarına gəldilər.
Bunun da nəticəsində tanınmış ədəbiyyatşünas
və ədəbi tənqidçilərin təşəbbüsü
ilə 1948-ci ildə Folkneri Amerika Ədəbiyyat və İncəsənət Akademiyasına
üzv seçdilər.
Bu, Folkner üçün
gözlənilməz oldu.
Belə ki, dünənə kimi tənqidçilər
onun əsərlərini
yıxıb sürüyür,
ədəbi dilinin ağır və başadüşülməz olduğunu
deyərək onu ciddi yazıçı kimi qəbul etmirdilər. Amma yazıçı
o vaxt hələ bilmirdi ki, Amerikada
gözlənilmədən qiymətə
minməsi onun Avropada get-gedə daha böyük şöhrət qazanması
ilə bağlıdır.
Ona görə də Folkner Amerika Ədəbiyyat və İncəsənət Akademiyasına
üzv seçilməsini
və tənqidçilərin
ona münasibətinin
birdən-birə dəyişməsinin
səbəblərini bir
müddət anlaya bilmədi. Yazıçı
ən yaxın dostlarından birinə: “Bilmirəm bunlar (ədəbiyytatşünaslar və
ədəbi tənqidçilər)
ağıllarını itiriblər,
yoxsa mən? Dünənə kimi yazdıqlarımı
başa düşmədiklərini,
ortabab yazıçı
olduğumu deyirdilər.
Bu gün isə məni tərifləyərək
göylərə qaldırır
və Amerika Ədəbiyyat və İncəsənət Akademiyasına
üzv seçirlər”,- demişdi.
Amma bu hadisədən 1 il sonra
- 1949-cu ildə Folkneri
mat qoyan daha bir hadisə baş verdi. Ona “Amerikanın ən yaxşı yazıçısı”
mükafatını verdilər.
Mükafatın təqdimat
mərasimindəki çıxışında
Folkner: “Mən hələ də özümə gələ
bilməmişəm, dünən
ən çox tənqid edilən bu gün isə
Amerikanın ədəbiyyat
üzrə ali
mükafatını alan
məşhur yazıçılarından
biriyəm. Sizə bu, çox
qəribə gəlmirmi?”-
demişdi.
Nobel mükafatı və ya bəxt gətirəndə...
Həyat isə Folkneri təəccübləndirməkdə davam edirdi. Onun adı
Avropada ədəbiyyata
yeni nəfəs gətirən məşhur
yazıçı kimi
çəkilir, ünvanına
ən xoş sözlər söyləyir
və tərifləyərək
göylərə qaldırırdılar.
Onun Avropada məşhurlaşmasında
isə fransız yazıçılar Alber Kamyu və Jan Pol Sartrın böyük xidmətləri
oldu. Adıçəkilən hər iki yazıçının Folkneri
tərifləyərək göylərə
qaldırması Avropada
onun simasında dövrün ən istedadlı yazıçılarından
birinin obrazını formalaşdırdı. Folknerin Avropanın
müxtəlif dillərinə
tərcümə olunmuş
əsərləri əldən-ələ
gəzir, uşaqdan böyüyə kimi hamı Folkneri oxumaq istəyirdi. Bu da nəticədə
Folkneri daha da heyrətləndirən və onu dünyanın
bir nömrəli yazıçısı olmasını
təsdiqləyən daha
bir hadisənin baş verməsinə gətirib çıxardı.
Belə ki, yazıçının Avropada
heyrətamiz dərəcədə
məşhurlaşmasını və onun ən
çox oxunan yazıçılardan biri
olmasını nəzərə
alan İsveç Akademiyası Folknerə ədəbiyyat sahəsində
“Bədiilik baxımından
müasir Amerika romanının inkişafına
verdiyi qeyri-adi töhfəyə görə” Nobel mükafatı verdi. Yenə də haqq-ədalət naminə deməliyik ki, Folknerə bu mükafatın verilməsində İsveç
Akademiyasında xüsusi
hörmətə malik
olan məşhur yazıçılar Alber Kamyu və Yan Pol Sartrın rəyləri xüsusi rol oynadı.
Burada bir haşiyə çıxaraq
deyək ki, Folknerin Avropada böyük şöhrət
qazanmasının səbəbini
onun əsərlərini
tərcümə edənlərin
ustalığında axtarmaq
lazımdır. Folkneri tərcümə edənlər onun Amerikada anlaşılmayan tərəflərini daha sadə və oxunaqlı, başa düşülən şəkildə
avropalı oxuculara çatdırmışdılar. Amma bütün hallarda Folknerin ədəbiyyat üzrə Nobel mükafatı
alması Amerikanın
müəyyən dairələrində
narazılıqlarla qarşılandı.
Onlar belə hesab edirdilər ki, Folknerə Nobel mükafatı
əsərlərində Amerikanın
cənubundakı nifrət
və zorakılığa
daha çox yer ayırmasına görə verilib. Amerikada bununla bağlı məsələ böyüməyə
və İsveç Akademiyasına qarşı
açıq etiraz səsləri eşidilməyə
başlayanda isə Avropanın məşhur yazıçıları Folknerin
müdafiəsinə qalxdılar.
İsveç Akademiyasının üzvü Qustav Helstryom bu nifrət
və zorakılığın
yazıçı tərəfindən
həmişə günahkarlıq
məsuliyyəti, humanizm
və ədalət hissi ilə neytrallaşdırıldığını bildirmişdi. Folkner özü də onu Amerikanın eyiblərini qabartmaqda günahladıranların cavabını
verdi. Folkner
Nobel mükafatının təqdim
edilməsi mərasimindəkı
çıxışında: “Fikrimcə, bu mükafata mən yox, şöhrətə və qazanca deyil, insan ruhunun
imkanları hesabına
daha əvvəl mövcud olmayanı yaratmağa can atan, ömrümü həsr etdiyim, alın
təri və ağrı ilə müşayiət olunan əməyim layiq görülüb. Mükafata daxil
edilən məbləği
əsl mahiyyətinə
və məramına uyğun xərcləmək
çətin olmayacaq.
Lakin yəqin ki, nə vaxtsa
bu yerdə məni əvəz edəcək müəllif
də daxil olmaqla, özünü həmin əzablara və ağrılara düçar
edən gənc yazıçıların mənə
qulaq asdığı
bu yüksək məqamdan istifadə etməklə mən bəndənizə göstərilən
ehtiramdan da eyni yöndə faydalanmaq istərdim.
Bu gün bizim əsas faciəmiz uzun müddət fasiləsiz davam edən, hətta alışıb tab gətirə
bildiyimiz, müştərək
və universal fiziki qorxu ilə bağlıdır. Ruhi problemlər
artıq mövcud deyil.
Bizi yalnız bir sual narahat edir:
bədənim nə vaxt, hansı
partlayışda parça-parça olacaq? Buna görə də
gənc yazıçı daim öz-özü ilə münaqişədə
olan insan qəlbinin
problemlərini çoxdan unudub,
halbuki yalnız bu,
haqqında yazmağa, çəkilən əzablara,
tökülən tərə dəyər”.
Zaman.-2012.-6-7 sentyabr.-S.13.