İtmiş xəzinə
tapılıb
Rəcəb Şəntürk məsələni
tanınmış din alimi professor Xeyrəddin Karamana
açır.
Karaman məalı oxuyandan sonra onun Akifin əsəri
olduğuna şübhə etmədiyini və
yayımlanmasının çox gərəkli olduğunu
deyir. Düzdağ məalı oxuyur və qənaətini
açıqlayır: “Böyük maraqla, həyəcanla, səbirlə
oxudum. Məalın Akifə aid olduğuna zərrə
qədər də şübhə yoxdur. Çox
gözəl, axıcı bir dildə yazılıb. Oxumağa başlayan kimi anlayırsan ki, Qurana
könül vermiş bir möminin göz yaşlarıyla
yazılıb”.
4. Bir möminin göz yaşıyla
yazılıb
Bura qədər danışdıqlarımız bu və
ya digər şəkildə türkiyəli Quran aşiqlərinə,
Akif heyranlarına bəlli idi. Hər kəsin
içində də o məalla bağlı bir
üzüntü, bir nisgil vardı. Akifin ədəbi
gücünə, dini qavrayışının
saflığına heyran qalan hər kəs nəzmə
çəkilmiş o məalda ayələrin necə əks
olunduğunu bilməyəcəyinin
üzüntüsünü yaşayırdı: “Gör indi
orda nələr varmış!!!” Hər kəs o məalla
bağlı üzüntü yaşayırdı və bu
günlərdə birdən-birə gündəmə
çıxan xəbər Türkiyədə bütün
telekanalların ən mühüm müzakirə mövzusuna
çevrildi: “Akifin “yandırılmış” deyilən məalının
surəti tapılıb və kitab halında çap edilib”. Özü də bu mövzudan xəbərdar olan
bütün mütəxəssislər xəbərin əsassız
olmadığını, tapılan kitabın, həqiqətən
də, həmin məalın bir hissəsi olduğunu təsdiq
edirlər. Bəs məalın iki nüsxə
olduğunu və İhsan Əfəndinin
ölümünün ardınca ikisinin də dörd gənc
tərəfindən yandırıldığını
deyirdik, bəs bu nüsxə haradan çıxdı?
***
Haqqında danışılan kitab “Mahya” nəşriyyatı
tərəfindən çapa hazırlanıb. Kitabı
araya-ərsəyə çıxaran, çapa
hazırlayanlarsa professor Rəcəb Şəntürk və
Asim Cüneyd Köksaldır. Kitabı necə əldə
etdiyini açıqlayan Şəntürk belə deyir: “1988-ci
ildə İmam Xətib Liseyindən dostum Əli Yahyanın
atası Mustafa Runyun vəfat etmişdi. Onda mən
universitet tələbəsi idim və dostuma
başsağlığı vermək üçün evlərinə
getdim. Bir xeyli söhbətdən sonra ailənin
kitabxanasına yönəldim və kitabları
götürüb baxmağa başladım. Yazı
makinası ilə çap olunmuş bir dəstə vərəq
diqqətimi çəkdi və götürüb baxanda Əli
Yahya dedi ki, çox qarışdırmayım, Akifin
yazdığı Quran məalıdır. Eşitdiklərimdən
şoka düşdüm, axı biz o məalın
yandırıldığını bilirdik. Götürüb vərəqlədim və oxuduqca
elə bağlandım ki, ayrılmaq istəmədim. Onu
istədim, Əli də tərəddüd etmədən verdi. Evə gətirdim və təxminən 25 il bu haqda kimsəyə bir söz söyləmədən
iş masamın gözündə saxladım, bu müddət ərzində
ümidlə gözlədim ki, kimsə o məalı
bütöv halda çap edəcək. Mənim
əlimdəki və bu gün çap etdiyimiz məal tam
deyil, üçdə biri qədərdir, yəni “Fatihə”dən
başlayır, “Tövbə” surəsinin sonunda qurtarır.
Bu arada araşdırma aparıb onu da öyrənə
bilmişdim ki, Misirdəki hocalardan biri
yandırılmış məalın surətinin Ankarada
olduğunu deyib. Əlimdəki vərəqlərin
üzərində Akifin adı yazılmışdı,
görünür, bu, ehtiyat tədbiri idi, amma hansı hissənin
nə zaman köçürüldüyü göstərilmişdi.
Həmin rəqəmlərə görə, bu
surət 1956-57-ci illərdə naməlum səxş tərəfindən
köçürülüb. Özü də Akifin ərəb
əlifbası ilə yazdığı latın
əlifbasına çevrilib. Ola bilsin ki, bunu
yazan hələ o zaman 15-16 yaşlarında olan Əkmələddin
İhsanoğludur, amma bir məsələ də var ki, o
dövrdə evdə yazı makinası saxlamaq hər adama
verilən icazə deyildi və cür avadanlıq dövlətdə
rəsmi qeydiyyatdan keçirdi. Ya da məalın
üzünü başqa bir adam, məsələn,
onu uzun illər evində saxlayan Mustafa Runyun
köçürmüşdü.
***
Mustafa
Runyun dini təhsil almaq üçün Misirə getmiş, Əl-Əzhər
Universitetini bitirmiş, oradakı türk hocaların tələbəsi
olmuş, onlarla dostluq qurmuş, İhsan Əfəndi ilə
onun evinə gedib-gələcək qədər səmimi
münasibətləri olmuş bir din adamıdır. Türkiyəyə döndükdən sonra Diyanət
Vəqfində rəhbər vəzifələrdə
çalışıb, İstanbulun ən böyük məscidlərində
imam olub. Mustafa hoca da məsələni
bildiyi üçün əlindəki əsəri üzə
çıxarmayıb, sadəcə, oğlu Əli Yahyaya onun
nə olduğunu deyib. Əli Yahya da bu əmanəti
dostu Rəcəb Şəntürkə verir, ikinci də onu 25
il evində gizli saxlayır, bu müddət ərzində tələbəliyini
başa vurub, elmi karyerasını inkişaf etdirir və
professor olur. Əlindəki məalı tələbə
vaxtı da, professor olandan sonra da dönə-dönə oxuyur
və onun Akifə məxsus olduğuna inanır. Ədəb
sahibi olan Şəntürk böyüklərdən məsləhət
almadan, əsərlə bağlı qərar vermir,
çünki Akifin vəsiyyətindən də xəbərdar
idi, məalı 25 il saxlayıb, son nəfəsində
yandırılmasını istəyən İhsan Əfəndinin
həssaslığından da. Məsələni
tanınmış din alimi professor Xeyrəddin Karamana
açır. Karaman məalı oxuyandan
sonra onun Akifin əsəri olduğuna şübhə etmədiyini
və yayımlanmasının çox gərəkli
olduğunu deyir. Şəntürk Karaman
hocanın razılığını alandan sonra məalı
Mehmet Akif irsinin bilicisi Ərtoğrul Düzdağa göstərir.
Düzdağ məalı oxuyur və qənaətini
açıqlayır: “Böyük maraqla, həyəcanla, səbirlə
oxudum. Məalın Akifə aid olduğuna zərrə
qədər də şübhə yoxdur. Çox
gözəl, axıcı bir dildə yazılıb. Oxumağa başlayan kimi anlayırsan ki, Qurana
könül vermiş bir möminin göz yaşlarıyla
yazılıb”. Mütəxəsislər bir fikri də
vurğulayırlar ki, Mehmet Akifdən başqa, belə bir əsəri
ortaya qoyacaq adam olsaydı və məal
yazmaq istəsəydi, mütləq ölkəyə məlum
olardı. Bu əsəri ancaq Akif kimi
Allahını sevən, Rəsulullah deyəndə gözləri
dolan, Qurana könül vermiş müstəsna bir insan qələmə
ala bilər. Ərtoğrul Köksal bu məalın
təshihini tamamlayır və gecikdirmədən çap
olunmasını istəyir.
***
Professor Rəcəb
Şəntürk kitabın Akifin məalının bir hissəsi
olduğuna 3 dəlil göstərir: Birincisi, kitab
inanılmış, güvənilən, dürüst adamlardan
alınıb, yəni gündə beş dəfə
yönünü Qibləyə çevirib namaza duran atanın
öz oğluna, oğulun da dostuna yalan
danışmasının hansı məntiqi, hansı əsası
ola bilər ki?! İkincisi, məalı
araşdıran bütün mütəxəssislər onun
qeyri-adi sənət nümunəsi olduğunu və Akifin qələmindən
çıxdığını tərəddüdsüz təsdiq
edirlər. Üçüncüsü,
tapılmış bu kitabın sətirləri sanki dil
açıb “məni Akif yazıb” qışqırır.
Yəni hələ illər öncə Akifin bəzi
ayələri və surələri çevirərək “Səfahat”da
və “Səbilürrəşad” dərgisində çap
etdiyi mətnlərlə buradakı mətnlər 80-90 faiz
üst-üstə düşür.
Məalın
aqibəti haqqında ən çox məlumatlı adam, heç şübhəsiz, Əkmələddin
İhsanoğludur. Amma nədənsə o, bu
haqda danışmaqdan qaçır və 2010-cu ildə
telekanallardan birində jurnalistin sualı təkrarlaması
qarşısında “artıq bu məsələ
bağlanmışdır və rica edirəm ki, bu mövzunu
çox da uzatmayasınız” deyib, söhbətə nöqtə
qoymağa çalışırdı.
***
Çap olunmuş kitabda Fatihə surasindən Tövbə
surəsinin sonuna qədər məal yer alıb, yəni təxminən
Quranın üçdə biri. Dili, həqiqətən
də, çox anlaşıqlı, kəsə və sərrastdır.
Azərbaycanlılar heç bir çətinlik
çəkmədən, lüğətə baxmadan onu oxuyub
anlaya bilərlər. Akif daha çox kitabin
anlaşılmasını əsas tutduğu üçün
xalq arasında çox işlənən “beyinsiz”, “hərif”
kimi ifadələri işlətməkdən belə çəkinməyib.
Fatihə surəsi
Bismillahirrahmanirrahim
2-4. Həmd ancaq Allahın; o Rəbbül-aləmin, o
qiyamət gününün sahibi Allahındır.
5. İlahi!
Qulluğu Sənə edərik, yardımı Səndən
istərik.
6-7. Bizləri
doğru yolun, o nemətinə qovuşanların tutduğu
yolun yolçusu et. Qəzəbinə
uğrayanların, yanlış gedənlərin
sapdığı yolun yolçusu etmə. Amin.
6-7-ci ayələrin iki alternativ variantı da kitabda yer
alır.
(Bizlərə o kəndilərinə kərəm
qıldığın kimsələrin yolunu göstər; qəzəbinə
uğrayanların, yanlış gedənlərin
sapdığı yolun yolçusu etmə. Amin)
(Bizləri doğru yola, o kəndilərinə kərəm
qıldığın kimsələrin yoluna çıxar. Qəzəbinə
uğrayanların, yanlış gedənlərin
sapdığı yola çıxarma. Amin.)
***
Yazının əvvəlində deyildiyi kimi, məal nə
tərcümədir, nə də təfsir. Əvvəla,
onu deyək ki, Quranın tam tərcüməsi mümkün
deyil, çünki orada işlənmiş İlahi deyimlərdə
fərqli və ya oxşar mənalar üçün o qədər
açıq qapılar var ki, siz onların hamısını
görə, bilə, ifadə edə bilməzsiniz. Quranın möcüzəvi yönlərindən
biri də elə budur. Yəni zaman
keçdikcə dünyada mənzərələr dəyişir
və qəribədir ki, hər mənzərənin əksini
Quranda görmək mümkündür. Mehmet
Akif kimi könlünü Qurana vermiş bir iman abidəsi də
“Quranı əsrin idrakınə görə oxumaq” deyəndə
məhz bunu nəzərdə tutur. Bütün
təfsir alimləri bu gün Quranda hələ
açılmamış, daha doğrusu, özünü əyan
etməmiş yüzlərlə, minlərlə bəyanın
olduğunu bildirirlər. Təfsir alimləri
də əslində öz dövrlərinin elmi-idraki səviyyəsinə
görə Quranı izah etməyə
çalışırlar. Yəni təfsirlər min il əvvəl də yazılıb, bundan sonra
da yazılacaq. Məal isə ayədə buyurulanların təxmini anlamıdır.
Bu kitab Mehmet Akifin Quranı necə anlaması və
anlatması baxımından misilsiz mənbədir və
ümid edirik ki, onun qalan hissələri də tapılacaq və
oxucuların istifadəsinə veriləcək. Kitabı çapa
hazırlayanlar ondan bir quruş da olsun gəlir götürmək
niyətində olmadıqlarını, biri 35 lirəyə (təxminən
16 manat) satılan kitabdan əldə ediləcək qazancın
Mehmet Akif irsinin təbliğinə sərf
olunacağını deyirlər.
Yazımızın
sonunda ulu şairimiz, könüllər tərcümanı
Mehmet Akif hocaya uca Rəbbimizdən rəhmət diləyir, bu əsərin
bizə yetişməsində zəhməti olan hər kəsə
ən səmimi təşəkkürlərimizi bildiririk: Allah
hamısından razı olsun!
ƏLİ ÇƏRKƏZOĞLU
Zaman.- 2012.- 20-21
sentyabr.- S.8.