Uğura aparan lokomotiv - Araz Kursları
Artıq
20 ildir ki, Araz Kursları ali məktəblərə
hazırlaşan abituriyentlərin
orta məktəblərdə
əldə etdikləri
bilik və bacarıqlarını xüsusi
hazırlıqla yenidən
möhkəmləndirərək artırmasında əvəzsiz
imkana malikdir. Fəaliyyətə başladığı
ilk gündən yalnız
Bakı şəhərində
bir şöbəyə
malik olan Araz Kursları hazırda respublikamızın
10 müxtəlif şəhər
və rayon mərkəzlərində
13 şöbə ilə
fəaliyyətini davam
etdirir. Bunlar paytaxtdakı Bakı, Xətai, Sabunçu, Nərimanov, habelə respublikamızın digər
bölgələrində fəaliyyət
göstərərən Gəncə,
Sumqayıt, Mingəçevir,
Şirvan, Lənkəran,
Şəki, Zaqatala, Şamaxı və Qax Araz Kurslarıdır.
Araz Kurslarının
kollektivinin əksəriyyəti
gənc, savadlı və təcrübəli müəllimlərdən ibarətdir. Bu təhsil müəssisəsində
çalışan kadrlar
öz ixtisaslarını
yüksək səviyyədə
bilən mütəxəssislər
arasından seçilir.
İxtisas imtahanından uğurla
keçən müəllimin
dərsi kurs rəhbərliyi və fənn metodistləri tərəfindən dinlənildikdən
sonra işə qəbul olunur. Peşə hazırlıqlarını artırmaq
məqsədi ilə müəllimlər üçün
mütəmadi seminarlar
təşkil edilir.
Bu məqsədlə hər
rübdə zona, il ərzində
respublika üzrə üç dəfə seminarlar təşkil olunur. Müəllimlərin həvəslə qatıldıqları bu fənn seminarlarında tədrisin nəzəri və praktik məsələləri müzakirə
edilir.
Ali məktəblərə qəbul imtahanına yüksək səviyyədə hazırlaşmağı hədəfləyən əksər IX, X və XI sinif şagirdləri və orta məktəb məzunlarının seçiminin Araz Kursları olması buradakı təhsilin yüksək keyfiyyətindən xəbər verir. Bu uğura bütün fənlərin sistemli və kompleks şəkildə tədrisinin sayəsində nail olunub. Dərslər 12-16 nəfərlik qruplar halında həftədə 3 dəfə olmaqla tədris edilir. Tədris proqramı orta məktəb dərsliklərinə əsaslanaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının elan etdiyi qəbul proramlarına görə tətbiq edilir. Tədris prosesi zamanı dinləyicilər təcrübəli müəllimlərin köməyi ilə həm nəzəri biliklərə yiyələnir, həm də bu biliklərin test üzərində tətbiqini qavrayır. Ciddi bir tədris prosesinə tabe edilən dinləyicilər həftəlik mövzu testləri ilə hər həftənin sonunda sınağa çəkilir. Hər ay abituriyentlərin ümumi biliklərinin yoxlanılması məqsədi ilə imtahan keçirilir. 125 test tapşırığından ibarət bu imtahan vasitəsilə abituriyentlər çəkdikləri zəhmətin nəticəsini görür və yol verdikləri səhvlərin üzərində yenidən işləmək şansı qazanırlar.
Fəaliyyətə başladığı ilk gündən Türkiyədə uzun illər qazanılmış test təcrübəsini Azərbaycanda tətbiq edən Araz Kursları ali təhsil əldə etmək istəyən hər bir abituriyent üçün uğura aparan bir lokomotiv rolunu oynamaqdadır. 20 il ərzində Araz Kurslarının məzunlarından 169-u Prezident təqaüdünə layiq görülüb, ümumilikdə 1664 nəfər isə 600 baldan yüksək nəticə göstərib. Bununla yanaşı, respublikamızın təhsil marafonunda dəfələrlə ən yüksək pilləyə sahib olan kursun məzunlarından doqquzu - Rüfət Babayev (I qrup, 2008-ci il) Nəriman Məmmədli, Günel Abdullayeva (I qrup, 2010-cu il), İlkin Mənsimov, İsmayıl Məmmədov (II qrup, 2010-cu il), Aydan Həsənova (IV qrup, 2010-cu il) Xavər Feyzullayeva, Cahandar Camallı (I qrup, 2011-ci il) və Nərgiz Məzahirqızı (II qrup, 2012-ci il) maksimal nəticə göstərərək 700 bal toplayıblar.
Bu il respublikamızda 102 nəfər Prezident təqaüdünə layiq görülüb ki, onların da 32 nəfəri Araz Kurslarında hazırlıq keçib tələbə adını qazanmış abituriyentlərdir. Bu da təqribən 102 Prezident təqaüdçüsünün hər üç nəfərdən birinin Araz Kurslarının məzunu olduğunu göstərir.
Abituriyentlərin uğur qazanmasında Araz Kurslarının nəşrlərinin də payı çoxdur. Araz Yayınlarının dərs vəsaitləri dinləyiciləri qəbul proqramına uyğun olaraq yığcam, sistemli və sanballı şəkildə mövzularla tanış edir. Kursun nəşr etdirdiyi test bankları abituriyentlərə test vərdişlərinin aşılanmasında böyük köməklik göstərir. Bu dərs vəsaitləri həm Azərbaycan, həm də rus bölmələri üçün nəzərdə tutulub.
Daim yeniliklərlə
abituriyentlərə yardımçı olan
Araz Kursları yeni bir “Videohəllər” layihəsinə imza atıb. Artıq kursun
sınaq imtahanlarında iştirak edən
hər bir abituriyent imtahanlarda istifadə olunan
test tapşırıqlarının həlli
və şifahi izahı ilə heç kimin köməyi
olmadan imtahandan cəmi
iki saat sonra tanış ola bilər.
Belə ki, www.araz.edu.az
saytına daxil olan istənilən
şəxs imtahan adını, qrupunu, test
kitabçasının variantını və istədiyi test tapşırığının nömrəsini
seçməklə testlərin təcrübəli müəllimlər
tərəfindən mükəmməl izahı ilə onlayn şəkildə tanış ola bilər.
Bəylər Məcıdov
Zaman.- 2012.- 27-28 sentyabr.- S.12.