20 il ərzində
Salyanın tarixində ən əlamətdar və unudulmaz səfərlər
Heydər Əliyevin xeyir-duası və təşəbbüsü ilə
Salyanda Ümumittifaq əhəmiyyətli müəssisələr
- Salyan plastik kütlə emalı zavodu, elektrik-qaynaq avadanlıqları zavodu, taxıl məhsulları kombinatı və başqa obyektlər istifadəyə verilmişdir. Çox əlamətdar haldır
ki, Heydər Əliyev Mərkəzi Komitənin I katibi seçildikdən sonra ilk
səfərə çıxdığı
rayon Salyan olmuşdur.
Salyanlılar böyük fərəh
və qürur hissi ilə bildirirlər ki, ulu öndərimiz hakimiyyətdə olduğu
dövrdə Salyan rayonunu da həmişə
diqqət mərkəzində
saxlamış, bu bölgənin iqtisadi gücünün yüksəlməsi,
xalqın maddi rifah halının yaxşılaşması üçün
bir sıra fərmanlar və sərəncamlar imzalamışdı.
Məhz Heydər Əliyevin xeyir-duası və təşəbbüsü ilə
Salyanda Ümumittifaq əhəmiyyətli müəssisələr
- Salyan plastik kütlə emalı zavodu, elektrik-qaynaq avadanlıqları zavodu, taxıl məhsulları kombinatı və başqa obyektlər istifadəyə verilmişdir.
Çox
əlamətdar haldır
ki, Heydər Əliyev Mərkəzi Komitənin I katibi seçildikdən sonra ilk
səfərə çıxdığı
rayon Salyan olmuşdur.
1969-cu ilin avqust ayında Salyan rayonunda olan respublikanın birinci şəxsi Kürsəngidə neftçilərlə,
Qaraçalada və Qarabağlıda pambıqçılarla,
taxılçılarla, heyvandarlarla
görüşmüş, sonra Salyan şəhərində
bir neçə müəssisəyə baş
çəkdikdən sonra
raykomda keçirdiyi yığıncaqda özünün
fəaliyyət proqramı
barədə məlumat
vermişdir. 1972-ci ildə
Biləsuvarda və Cəlilabadda kənd zəhmətkeşləri ilə
görüşlər keçirərkən,
işinin çoxluğuna
baxmayaraq özünün
təşəbbüsü ilə tikilən Salyan plastik kütlə emalı zavodunda tikinti işlərinin gedişi ilə maraqlanmış, burada zavodun 40-50 addımlığında olan
“Oktyabr” kolxozunun pambıqçıları ilə
görüşmüş, onların bir sıra məişət problemlərinin həllinə
əməli köməklik
göstərmişdir.
1977-ci ilin
14 iyulunda Salyan rayonunda olan Heydər Əliyev “Bəşirabad”, “Yeni Muğan”, “Oktyabr” kolxozlarında, Əzizbəyov
adına, Frunze adına,
Qüdrət Səmədov
adına, M.F.Axundov adına kolxozlarda, yeni istifadəyə verilən mal-qara və düyəyetişdirmə
birliyində olmuş,
Salyan şəhərində
yeni istifadəyə verilmiş tarix-diyarşünaslıq
muzeyinə baxmış,
günün axırında
rayon mədəniyyət evində
keçirilən partiya-təsərrüfat
fəalları yığıncağında
çıxış edərək,
salyanlıların böyük
ziyalı potensialına
malik olduğunu, işgüzarlığını, təşəbbüskarlığını xüsusi vurğulamışdır.
Dövlətimizin başçısının
1981-ci ilin 4 iyulunda Salyana gəlişi də rayonun həyatında əlamətdar
hadisəyə çevrilmişdir.
Salyanda həyata keçirilən böyük
quruculuq işləri ilə yaxından tanış olan Heydər Əliyev sonra pambıq tarlalarında, taxıl zəmilərində, heyvandarlıq
fermalarında olmuş,
əmək adamlarının
həyat şəraiti
ilə yaxından maraqlanmış, kəndlərdə
müasir tipli mədəniyyət obyektlərinin,
kitabxanaların, xidmət
müəssisələrinin tikilməsinə dair konkret tövsiyə və tapşırıqlarını
vermişdir.
1998-ci ildə prezident seçkiləri marafonuna Salyandan başlayan ulu öndər seçicilərin,
böyük əksəriyyətinin
dəstəyini qazanaraq
ölkə Prezidenti seçildi. Heydər Əliyevin istər Azərbaycana rəhbərlik
etdiyi 1969-1982-ci illərdə,
istərsə də müstəqil Azərbaycanın
Prezidenti olduğu
1993-2003-cü illərdə yüzlərlə salyanlı
yüksək fəxri
adlara, dövlət mükafatlarına layiq görülmüşdür. Pambıqçılıq
briqadiri Sabir Əhmədov, neft ustası Salman Nağıyev, M.F.Axundov adına kolxozun suçusu Bibinisə Eyvazova Sosialist Əməyi Qəhrəmanı
adına layiq görülmüş, yüzlərlə
şəxs Dövlət
mükafatlarına, SSRİ və Respublika Ali Sovetinin deputatlığına,
müxtəlif orden və medallara layiq görülmüşlər.
Bütün bunlar Heydər
Əliyevin salyanlılara
göstərdiyi tükənməz
qayğının təzahürüdür.
Həmin tarixi gündən
bizi 41 illik bir zaman kəsiyi
ayırır. Həmin tarixə nəzər
saldıqda ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi
altında Azərbaycanın
siyasi-iqtisadi, sosial-mədəni
sahədə əsrlərə
bərabər inkişaf
yolu keçdiyinin əyani şahidi oluruq. Böyük fərəh və
qürur hissi ilə bildiririk ki, 2003-cü ildən ulu öndərin siyasi xəttini onun layiqli varisi
möhtərəm Prezidentimiz
cənab İlham Əliyev uğurla davam etdirir. Heydər Əliyev ideyaları Azərbaycan dövlətini
və xalqını əbədi səadətə
aparır.
Biz bu gün
böyük fərəh
və qürur hissi ilə bildiririk ki, ulu öndər Heydər Əliyevin respublikamıza uzunmüddətli
rəhbərlik dövrü
Azərbaycan xalqının
tarixinə qızıl
həriflərlə həkk
edilmişdir. Heydər Əliyevin alternativsiz
siyasi və iqtisadi strategiyası bizi bundan sonra
da qələbələrdən-qələbələrə
aparacaqdır.
İlham Əliyevin Salyana səfərləri
Möhtərəm Prezidentimiz zati-ailələri cənab
İlham Əliyev də ulu öndərimiz
kimi, 2003-cü ilin 1 oktyabrında prezident seçkiləri marafonuna Salyan rayonundan başladı. Bəli, həmin unudulmaz
gün rayon ictimaiyyətinin
nümayəndələri Salyan
Rayon İcra Hakimiyyətinin
inzibati binasının
qarşısındakı meydanda
çox hörmətli,
prezidentliyə namizədi
səmimiyyətlə qarşıladılar.
Meydana toplaşmış minlərlə
salyanlı cənab İlham Əliyevə böyük hörmət və ehtiramlarını bildirdi. Çıxış edən ictimaiyyətin
nümayəndələri cənab
İlham Əliyevin ulu öndərin siyasi xəttini uğurla davam etdirəcəyinə möhkəm
əmin olduqlarını
bildirdilər.
Möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin Salyana ikinci səfəri 2006-cı ilin 10 avqustunda
oldu. Dövlət başçımız Salyan
olimpiya idman kompleksinin tikintisi ilə tanış olduqdan sonra gücü 220 mvt olacaq “Salyan” yarımstansiyasının təməlqoyma
mərasimində iştirak
etdi, gilizi təmələ qoyaraq,
ilk beton qarışığını
tökdü. Sonra Salyan şəhərində
Heydər parkının
və xalqımızın
ümummilli liderinin abidəsinin, Heydər Əliyev muzeyinin açılışında iştirak
etdi, Zərifə Əliyeva adına
parkda oldu, Salyan rayon mərkəzi xəstəxanasında aparılan
təmir-bərpa işləri
ilə maraqlandı, Salyan süd emalı zavodunun açılış mərasimində
iştirak etdi, Salyan şəhər ümumtəhsil internat məktəbi ilə tanış oldu, rayon ictimaiyyəti qarşısında
nitq söylədi.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rayonumuza üçüncü səfəri
2008-ci ilin 7 sentyabrında
oldu. Dövlətimizin başçısı Qardili kənd orta məktəbinin binasının, Salyan olimpiya idman kompleksinin təntənəli
açılış mərasimlərində
iştirak etmiş, tədbir iştirakçıları
qarşısında geniş
nitq söyləmişdir.
Həmin
gün Azərbaycan Prezidenti İlham Əliyev Salyan rayon mərkəzi xəstəxanasının
əsaslı təmirdən
sonra açılışında
da iştirak etmişdir.
2010-cu ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev iki dəfə Salyan rayonuna səfər etmişdir. Aprelin 29-da Salyan rayonuna
səfəri çərçivəsində
Ələt-Astara-İranla dövlət
sərhədi avtomobil
yolunun 22 kilometrlik hissəsinin, Salyanda soyuducu anbar kompleksinin, “Salyan” elektrik yarımstansiyasının
açılışlarında iştirak etmişdir.
Prezident İlham Əliyev noyabrın 1-də Kür və Araz çaylarının
daşması nəticəsində
təbii fəlakətdən
ziyan çəkmiş
rayonlara səfəri çərçivəsində Salyan rayonunda olmuş, yeni salınmış qəsəbənin
açılışında iştirak etmişdir.
2011-ci ilin 15 aprelində respublikamızın
Cənub bölgəsinə
səfər edən Azərbaycan Prezidenti İlham Əliyev Salyan rayonunda da olmuşdur. Prezident İlham Əliyev Salyan şəhərində
başlanan böyük
tikinti-quruculuq işləri
ilə tanış
olmuş, şəhər
sakinləri ilə səmimi söhbət etmiş, yaxın zamanlarda Salyanın yeni, gözəl simasının yaradılacağını
vurğulamışdır.
Bir daha qeyd edirik
ki, ümummilli liderimiz Heydər Əliyevin, möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin Salyan rayonuna səfərləri ən əlamətdar və unudulmaz hadisə kimi salyanlıların yaddaşına əbədi
həkk olunmuşdur.
Kərəm Muradov,
Salyan Rayon İcra Hakimiyyətinin
İctimai təşkilatlar və siyasi partiyalarla
iş şöbəsinin müdiri.
Zaman.- 2012.- 17 yanvar.-S.2.