Lev Qumilyov - türk dünyası haqqında həqiqətləri
dünyaya çatdıran alim
(1)
Daxilində türklərə böyük rəğbət və sevgi olan Lev
Qumilyov türk
xalqlarının tarixinə yeni inqilabi baxışlarına və sovet ideologiyasına arxa
çevirdiyinə görə Stalin və
ətrafındakı türk düşmənləri
tərəfindən etibarsız və təhlükəli adam hesab edilərək,
həbsxanalara atıldı.
Amma 14 illik həbsxana həyatı
da onu yolundan döndərə, iradəsini qıra bilmədi və
sonda o, əleyhdarlarına özünü görkəmli
tarixçi alim kimi qəbul etdirə, onları özü ilə
hesablaşmağa məcbur edə bildi. Bu böyük insan
türk xalqları tarixinin öyrənilməsində önəmli
rol oynayan və özündən sonra yeni düşüncəli
tarixçilər nəsli yetişdirən tanınmış
tarixçi alim Lev Nikolayeviç Qumilyov idi.
nun
haqqında sovet dövründə çox az-az və olduqca
ehtiyatla danışırdılar. Buna səbəb onun imperiya ərazisinin
yarıdan çoxunu əhatə edən keçmiş
türk xalqları və tarixi barədə əsl həqiqətləri
bütün aydınlığı ilə ortaya qoyaraq
türklərin dünya sivilizasiyasına verdikləri əvəzsiz
töhfələri qorxmadan dilə gətirməsi idi. Bu isə
türk düşmənçiliyi üzərində qurulan və
türkləri tarix boyu köçəri, mədəniyyətdən
uzaq xalq kimi qələmə verməyə cəhd edən
sovet tarix elminə qarşı, belə demək mümkünsə,
üsyan, onların iç üzünü ifşa etmək
anlamına gəlirdi. Ona görə də hara gedirdisə,
qapılar üzünə bağlanırdı. Amma o, ruhdan
düşmür və sonda türk xalqları tarixi barəsində
yazdıqlarını təkzibedilməz faktlarla sübuta yetirərək,
əleyhdarlarını susdura, onlarda az da olsa özünə
rəğbət oyada bilirdi. Bəlkə də
bu onun damarlarında axan türk qanından, zadəganlıq
qürurundan irəli gəlirdi. Çünki o, ötən
əsr rus və dünya
ədəbiyyatının görkəmli simalarından olan tatar əsilli şair Anna Axmatovanın və
Nikolay Qumilyovun ailəsində
dünyaya gəlmişdi. Valideynlərinin
hər ikisi çar
Rusiyasının apardığı
işğalçılıq və assimilyasiya
siyasəti nəticəsində məcburən
xristianlığı qəbul edən tatar
zadəganları nəslindən idi. Bəlkə də bunun da nəticəsi idi ki, daxilində türklərə böyük rəğbət və sevgi olan Lev
Qumilyov türk
xalqlarının tarixinə yeni inqilabi baxışlarına və sovet ideologiyasına arxa
çevirdiyinə görə Stalin və
ətrafındakı türk düşmənləri
tərəfindən etibarsız və təhlükəli
adam hesab edilərək,
həbsxanalara atıldı. Amma 14 illik həbsxana həyatı da
onu yolundan döndərə,
iradəsini qıra bilmədi və sonda o, əleyhdarlarına özünü
görkəmli tarixçi alim
kimi qəbul etdirə, onları özü ilə hesablaşmağa
məcbur edə bildi. Təsadüfi
deyil ki, filologiya elmləri doktoru
A. Karimullin onun barəsində:
“Stalinizmin tüğyan
etdiyi ağır illərdə onun tədqiqatlarını yaxına
buraxmırdılar, nəşr etdirə bildiyi
əsərləri isə “tarix elmi senzuralarının” süzgəcindən keçirilirdi. Yazdığı
əsərlər dərhal satılırdı və minlərlə
elm adamı onları oxumaq
istəyirdi. Çünki əsərləri
az tirajla
buraxılırdı. Elm adamlarının
belə böyük marağına səbəb
isə onun üzərində işlədiyi
tədqiqat işinə yeni müstəvidən
yanaşması idi. Onun
“Etnogenez və yerin biosferi”, “Qədim türklər”, “Xəzər
ətrafında minillik”, “Son
və yenidən başlanğıc”, “Birinci
türk xaqanlığının müfəssəl
siyasi tarixi” əsərləri
və digər kitabları bütün dünyada məşhurdur. O, türk,
monqol, slavyan və
Avrasiyanın digər xalqlarının həyatına dair çoxsaylı elmi əsərlər
yazmasına baxmayaraq, daha
çox türkoloq alim kimi
tanınır”,-deyir.
Bu
böyük insan türk xalqları tarixinin öyrənilməsində
önəmli rol oynayan və özündən sonra yeni
düşüncəli tarixçilər nəsli yetişdirən
tanınmış tarixçi alim Lev Nikolayeviç Qumilyov
idi.
Onun uşaqlıq, gənclik illəri
ağır bir dövrə düşüb
Lev
Qumilyov 1912-ci il oktyabr ayının 1-də Çarskoye kəndində
dünyaya göz açıb. Müəyyən səbəblər
üzündən onun uşaqlığı Tver
quberniyasının Bejetsk
uyezdindəki Slepnevo malikanəsində keçib. Onun tərbiyəsi
ilə də burada nənəsi məşğul olub.
Bolşeviklər tərəfindən həyata keçirilən
dövlət çevrilişindən sonra Qumilyovlar ailəsi kənddəki
evlərini tərk edərək, Bejetsk şəhərinə
köçməyə məcbur olub. Lev Qumilyov ilk təhslini
də Bejetskdə alıb və orta məktəbi 1929-cu ildə
başa vurub. Amma onun uşaqlıq illəri ağır bir
dövrə düşüb. Bolşeviklər tərəfindən
daim təhdid altında saxlanan ailə faktiki olaraq hər an
ölümlə üz-üzə idi. Bolşeviklər Anna və
Nikolayın hər addımını izləyir və
onların şeirlərində rejimə qarşı
düşmənçilik motivləri axtarırdılar.
Xüsusilə, Nikolay rejim düşməni kimi bolşeviklər
tərəfindən qara siyahıya salınmışdı.
Yeri gəlmişkən deyək ki, Levin atası Nikolay
dövrünün
tanınmış şairlərindən biri hesab edilirdi.
1905-ci ildə Nikolayın seçilmiş şeirləri
“Konkvistadorun yolu” adı altında nəşr edilib və bu,
ona yeni bir şöhrət gətirib. Bolşeviklər hakimiyyətə
gəldikdən sonra xaricə getməkdən imtina edən
Nikolay bir müddət Petroqrad şairlər birliyinə rəhbərlik
edib. Ancaq şeirlərində ad çəkilməsə də,
dolayısı ilə mövcud bolşevik rejiminə nifrət
hiss edilirdi. Bunu həzm edə bilməyən bolşeviklər
1921-ci ildə Nikolayı əksinqilabi çevriliş cəhdində
iştirak etməsi adı altında bəhanə ilə həbs
edərək güllələyiblər.
Bu
hadisə isə o vaxt 9 yaşı olan balaca Levdə
ağır izlər buraxıb. O bu dərdi ömrünün
sonuna kimi unuda bilməyib.
Ailə
həyatlarında baş verən digər hadisələr də
balaca Levə psixoloji cəhətdən ürəkağrıdıcı
təsirlərə səbəb olub. Anası atası ilə
yola getmirdi və bu da ailə daxilində tez-tez
başağrıdıcı qalmaqallarla müşayiət
olunurdu. 1918-ci ildə anası atasından ayrılaraq şair
Vladimir Şileykoya ərə gedib. Anasının atasından
ayrılması balaca Levin xeyli üzülməsinə səbəb
olub. O, həyatdan küskün bir uşağa
çevrilmişdi. Amma bu da hələ son demək deyildi.
1922-ci ildə anası Şileykodan da ayrılaraq bu dəfə
sənətşünas N. Puninlə ailə həyatı
qurdu. Atasının heç bir əsas olmadan saxta ittihamlarla
güllələnməsindən sonra anasının yenidən
ərə getməsi balaca Levə vurulan daha bir psixoloji zərbə
oldu. Amma o, ailədən kənarda oxuduğu məktəbdə
də mənəvi sarsıntılara məruz qalmaqda idi.
İş
orasındadır ki, orta məktəbdə oxuduğu illərdə
Lev rejim düşmənin oğlu kimi həm sinif
yoldaşları, həm də müəllimləri tərəfindən
tez-tez təhqirlərə məruz qalırdı. Məktəbdə xüsusi
istedadı, kitablara böyük maraq göstərməsi, əzmkarlığı,
verilən tapşırıqları dərhal yerinə yetirməsi,
çalışqanlığı ilə həmyaşıdlarından
çox seçilirdi. Amma buna görə onun
paxıllığını çəkənlər də
çox idi. Orta məktəbi bitirdikdən sonra Lev sənədlərini
universitetə verdi. Lakin zadəgan nəslindən
olmasını bəhanə gətirərək, onun sənədlərini
qəbul etmədilər. Bunu görən Lev şəhər
tramvay idarəsində qara fəhlə kimi işə düzəldi.
Eyni zamanda o, əmək birjasında iş axtaran kimi növbəyə
dayandı. Bundan bir il sonra 1931-ci ildə Levi Geoloji-Kəşfiyyat
İnstitutunun ( o vaxt bu institut Faydalı Qeyri Metalllar
İnstitutu adlanırdı) ekspedisiya korpusunun tərkibində
Sayana göndərdilər. Bir müddət işləyəndən
sonra onu bu dəfə Pamirə göndərdilər. Gənc Lev işdən azad
vaxtlarında yerli əhali ilə tez-tez təmasa girir və
onların yaşayış həyatı ilə yaxından
maraqlanırdı. Bu isə ekspedisiya rəhbərliyinin
xoşuna gəlmirdi. Lakin Levdə yerli əhali ilə əlaqəyə
girmək hissi olduqca güclü idi və o, yerli əhali ilə
isti təmaslarını davam etdirməkdə idi. Bunu görən
ekspedisiya rəhbərliyi Levi işdən azad etdi. İşdən
azad olması və üstəlik, geriyə qayıtmağa yol
pulunun olmaması Levi Pamir ətrafındakı Doqarı
sovxozunda malyariya xəstəlikləri stansiyasında sıravi
əməkdaş ( malyariya xəstəlikləri törədiciləri
olan bataqlıqları dərmanlayan sanitar) kimi işə
düzəlməyə məcbur etdi.
Amma Doqarıda işə düzəlməsi onun gələcək
həyatının müəyyən edilməsində
mühüm rol olynadı. Yerli əhali ilə sıx təmaslara
girməsi nəticəsində Lev qısa müddətdə
tacik ( fars) dilini və ərəb əlifbası ilə
yazmağı öyrəndi. Zadəgan nəslindən olan və
kifayət qədər imkanlı ailədə böyüyən
bir ailədən çıxan bu gəncin zəhmətkeşliyi
və işinə vicdanla yanaşması və yerli kasıb
ailələrlə qaynayıb-qarışması, üstəlik,
kifayət qədər siyasətdən uzaq durmağa
çalışması isə ekspedisiya rəhbərliyində
xoş təəssürat oyatdı.
Ona
görə də Lev ekspedisiya rəhbərliyi tərəfindən
yenidən işə götürülərək, bu dəfə
onlarla Krıma yollandı. O, burada elmi-texniki arxeologiya
ekspediyasının əməkdaşı kimi işləməyə
başladı. Həmin ekspedisiyaya əslən Litva tatarı
olan Q. A. Bonç- Osmolovski rəhbərlik edirdi. O, Lev Qumilyovda tarixə olan
böyük marağı görərək, ona bəzi dəyərli
məsləhətlərini verdi və onlar birlikdə paleolit
dövrünə aid edilən “Acı Kaba” adlı qədim məskəndə
aparılan qazıntı işlərində iştirak etdilər.
1933-cü ilin payızında Lev Qumilyov Leninqrada qayıdaraq,
Elmi-Texniki Geologiya İnstitutunda işləməyə
başlayır. 1934-cü ildə o, işinə vicdanla
yanaşan və bütün tapşırıqları əsl
zəhmətkeş kimi yerinə yetirən əməkdaş
kimi müsbət xasiyyətnamə alır. Bu xasiyyətnamə ali məktəbin
qapılarını onun üzünə
açır.
Zaman.-2013.- 10
aprel.- S.12.