Naxçıvanda İslam
Səfərlinin 90 illik yubileyi
qeyd olunub
Cəlil
Məmmədquluzadə adına Naxçıvan
Dövlət Musiqili
Dram Teatrında İslam
Səfərlinin 90 illik
yubileyi münasibətilə
tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov da böyük ədibin 90 illik yubiley tədbirində iştirak edib. İslam Səfərli
yaradıcılığının tədqiqatçısı, akademik
İsa Həbibbəyli
ədibin həyat və yaradıcılıq
yolu barədə məlumat verib. Qeyd olunub ki, XX əsr
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən
olan İslam Səfərli öz yaradıcılığında ictimai lirikanı romantik pafosdan və tərənnümçülükdən
xilas edərək ona səmimi, təbii duyğular bəxş etmiş, poeziyamızda azərbaycançılığın
əsasını qoyub.
Sonra İslam Səfərlinin “Göz həkimi” pyesi əsasında hazırlanmış tamaşa
göstərilib.
Tamaşadan sonra Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin Sədri
Vasif Talıbov “Göz həkimi” pyesinin uğurla səhnəyə qoyulması
münasibətilə Naxçıvan
Dövlət Musiqili
Dram Teatrının kollektivini
təbrik edərək
deyib: “”Göz həkimi” tamaşasının
muxtar respublikada görkəmli oftalmoloq-alim
Zərifə xanım
Əliyevanın və
şair-dramaturq İslam
Səfərlinin 90 illik
yubileylərinin qeyd olunduğu bir gündə göstərilməsi
mühüm əhəmiyyətə
malikdir. Səhnə əsərində ötən əsrin 50-ci illərində geniş yayılmış traxoma xəstəliyinə qarşı
aparılan mübarizə
əks olunub. Həmin dövrdə görkəmli
akademik Zərifə xanım Əliyeva göz xəstəliklərinə
qarşı öz nurlu peşəsi ilə mübarizə aparıb, şair-dramaturq İslam Səfərli bu peşənin vacibliyini öz qələmi ilə göstərib, yaradıcılığında
bu məsələyə
xüsusi yer verib. Ədibin “Göz həkimi”
əsərində peşəyə
məhəbbət, bütün
maneələrə baxmayaraq,
öz peşəsini üstün tutan göz həkiminin apardığı mübarizə
əks olunub. Bu cür dəyərli
əsəri səhnələşdirmək
üçün istedadlı
rejissor, bacarıqlı
kollektiv lazımdır.
Naxçıvan Dövlət Musiqili
Dram Teatrının kollektivi
bu vəzifənin öhdəsindən layiqincə
gəlib”. Ali Məclisin Sədri bütün dövrlər
üçün aktual
olan “Göz həkimi” pyesinin Naxçıvan teatrının
repertuarında daim qalacağını qeyd edib, uğurlu çıxışlara görə
aktyorlara təşəkkürünü
bildirib.
Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Kamran
Quliyev göstərilən
diqqət və qayğıya görə kollektiv adından minnətdarlığını bildirib.
Mazlum Atik
Zaman.-2013.-18 aprel.-S.7.