“Həmişə rüşvətdən və bir neçə dəfə vəzifədən imtina etmişəm”

 

- Sizə görə həyatda ən asan və ən çətin şey nədir?   

-Ən asan şey kiməsə xoş xəbər çatdırmaqdır. Ən çətini isə bəd xəbəri çatdırmağa məcbur olmaq.

- Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı necə çıxarardınız?

- Kənd ucqardırsa, deməli, otlaq sahələri var. Qoyunçuluqla məşğul olardım.   

- Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?

- Mən həmyaşıdlarım kimi çox çətinliklər görmüşəm. Fikirləşirəm ki, bunlar müəyyən mənada bütöv bir nəslin uğurlarına mane olub.    Sevinirəm ki, belə ağır şəraitdə nəyəsə nail olmuşam.

- Valideyn müəllimlərdən başqa özünüzü kimlərə borclu bilirsiniz?

- Qarşılaşdığım xeyirxah insanlara.

- Uğrunda hər şeydən keçə biləcəyiniz varlığın adı?

- Vətən.

- Özünüzü hansı peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən razısınızmı?

- Həm işimdən, həm peşəmdən həmişə razı qalmışam.

- Üzr istəmək sizə ağır gəlmir ki?

- Səhv etdiyimi başa düşdükdə həmişə üzr istəyirəm bu mənə heç vaxt ağır gəlmir. 

 - Sabir deyir: “Ağladıqca kişi qeyrətsiz olur”, siz necə düşünürsünüz?

 - Sabir burada ağlayıb sızlamağı, başqasının yanında özünü yazıq kimi göstərməyi nəzərdə tutmuşdur. Məncə bir kişi kimi ağlamaq var, belə ağlamaq qeyrətsizlik ola bilməz.

- “Kaş ki filan ölkədə doğulaydım, filan xalqın nümayəndəsi olaydımdediyiniz olurmu?

- Heç vaxt o fikrə düşməmişəm. Çünki mən başqa ölkəyə gedəndə həmişə özümü narahat hiss edirəm.

- Evinizdə inciklik olurmu? Olursa, birinci kim barışır?

- Əlbəttə, olur.  Günah məndədirsə tez barışıram.

- Özünüzü kimin qarşısında günahkar bilirsiniz kiminsə günahını bağışlamısınızmı?

- İndiyə qədər günahım olubsa, anlaşılmazlıqdan olub. Günahı olanların günahını isə heç vaxt açıb ağartmamışam.

- Sizcə azadlıq, istədiyini eləməkdir, yoxsa istəmədiyini?

-  Azadlıq qanun çərçivəsində istədiyini etməkdir.

- Sevgi nədir: ümid, qorxu ya xoşbəxtlik?

- Sevgi ümiddir, qorxu, xoşbəxtlik. Sevgi elə sevgidir.

- Ən çox zaman utanırsınız?

- Abırsız  söhbətlərdən həmişə utanmışam.

- Ölüm nədir?

- Ölüm - hər bir canlının olum nöqtəsilə başlayan zaman intervalının son nöqtəsidir.

- Çoxlu pulunuz olsa, hara xərclərdiniz?

- Elmə. İnsanı sivilizasiyanın bu mərhələsinə elm çıxarmışdır.

- “Mən almasam, bir başqası alacaq, mən olmasam, başqası olacaqdüşüncəsi nəyi ifadə edir?

 - Acgöz adamların özlərinə haqq qazandırmaq istəyini.

- Həyatda ən böyük təsəlliniz?

-  Savadlı, bilikli adamların sayının getdikcə artması.

- Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?

- Kimi isə təhqir edən sualı heç vaxt eşitmək istəməmişəm.

- Yubiley ad günlərində özünüzü necə hiss edirsiniz?

- Adi günlərdə özümü necə hiss edirəmsə, yubiley ad günlərində o cür hiss edirəm.

 - Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, yazardınız?

- “Havanı, torpağı zəhərləmək olmaz!”

- Sizə görə insanda ən yaxşı ən pis xarakter hansılardır?

- İnsanda ən yaxşı xarakter çalışqanlıq, ən pis xarakter isə tamahkarlıqdır.

- vaxtsa hansısa müğənniyə, sənətçiyə heyran, ya da aşiq olmusunuzmu?

- Yox. Məni ifaçılar yox, sənət əsərləri heyran edir.

- Övladlarınız sizi atsalar, onlara deyərdiniz?

- Onlardan inciyərdim yenə ...  xoşbəxtlik arzulayardım.

- Ən çox sevdiyiniz sevmədiyiniz sözlər?

- Sözlərin hamısı informasiyanı çatdırmaq üçün lazım olur pisini, yaxşısını seçmək düzgün olmazdı. Əsas məsələ onları yerində   işlətməkdir.

- Fürsət olsa, ölümqabağı vəsiyyət edəcəksiniz?

- Onu indidən demək düzgün olmaz.

- Ən çox nədən qorxursunuz?

- Uzun çəkən xəstəlikdən.

- Xoşbəxt olmaq üçün nəyiniz çatmır?

- Xoşbəxt olmaq nəyinsə çatışıb çatışmamasından asılı deyil. Bəzən heç nəyi olmayan şəxs müəyyən vaxtda xoşbəxt ola bilər. Mütləq    xoşbəxtlik isə yoxdur. Yalnız hər hansı sevindirici hadisə nəticəsində insan özünü xoşbəxt hiss edir.

- Sizin kimlərə kimi xeyriniz var?

- Mənim kimlərə xeyrimin olub olmadığını həmin o kimlər deyə bilər.

- Bu dünya bir insan şəklində qarşınızda dursa, ona deyərdiniz?

- Deyərdim:  Dünya, sən çox gözəlsən!”

- Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?

- Həmişə rüşvətdən bir neçə dəfə vəzifədən imtina etmişəm.

- Gənclik hansı yaşda bitir?

- Bu yaşdan asılı deyil, elə adam var tez qocalır, eləsi də var ki, yaşı çox olsa da,  cavandır.

- Dostlarınız çoxdurmu? İnsanlar niyə dost olurlar?

- Çoxdur. Hər kəs ömrü boyu özünə həmfikir axtarır. Az-çox uyğun gələnlə  dostlaşır.  

 

 

Zaman.-2013.-20 aprel.-S.7.