Banı nənəmin gördükləri
Texnologiyanın indiki inkişaf mərhələsində qəzet
redaksiyalarına daxil olan məktublar öz formasını dəyişib, elektronlaşıb. Artıq klassik
kağız məktublar,
demək olar ki, tarixin arxivinə
verilib.
Amma istisnalar
hələ də mövcuddur. Kağız məktublardan az
da olsa istifadə
olunur. Bu günlərdə
redaksiyamıza Sumqayıtdan
bir məktub daxil oldu. Məktubu açdım. Əlyazması ilə yazılmış və şəxsən mənə ünvanlanmış
iki səhifəlik yazının gözəl
xətlə yazılması
diqqətimi çəkdi.
Adətən əlyazması ilə
yazılan yazıların
oxunmasını ən
sona saxlayıram.
Amma, necə dəyərlər,
muncuq kimi düzülmüş hərflər
məni adətimə
xilaf çıxmağa
məcbur etdi. Yazını
dərhal oxudum. Yazıda xəttin gözəlliyi qədər
də səmimiyyət
hiss etdim. Doğrudur, hadisələrin cərəyan etdiyi ərazini tanımayanlar yazıda qaranlıq məqamlar tapa bilərlər. Amma bu məqamlara aydınlıq
gətirmək üçün
müəllif Adil Gülmalıyev əli ilə ərazinin xəritəsini də cızaraq məktuba əlavə edib. Biz o “xəritəni” çap etməyə lüzum görmədik.
Çünki bu yazı, mənim zənnimcə, bir tarixi əsərin
parçasıdır. Adil müəllimin özünün
yazdığı kimi,
“Banı nənəmin
kəndimizə gələn
Nuru paşanın qoşunu haqqında gördüklərini həvəslə
danışdığını uşaq kimi dinləsəm də, sonralar anladım ki, bu, şanlı
bir tarix əsəridir”. Ona görə
də bu məktubu dərc etmək qərarına gəldik.
ÜRFAN MƏMMƏDLİ
Banı
nənəmin evi ilə evimiz arasında bir ev vardı,
o da əmimin evi idi. Bizə qədər
evlərimiz arasında
çəpər olmadığından
üç evin uşaqları həmişə
bir yerdə oynayırdıq. Üç
evdə bir kişi yox
idi, hamısı müharibəyə getmişdi,
onlardan qayıdanı
təkcə Banı nənəmin Cəfər
adlı oğlu idi. Bu üç
evin qadınları daima bir yerə
toplaşar, söhbət
edərdilər. O zaman
Banı nənəmin
kəndimizə gələn
Nuru paşanın qoşunu haqqında gördüklərini həvəslə
danışdığını uşaq kimi dinləsəm də, sonralar anladım ki, bu, şanlı
bir tarix əsəridir. Odur ki, Banı nənəmin görüb
danışdıqlarını olduğu kimi yazıram, bura özümdən əlavə
bir söz artırsam, hesab edirəm ki, nənəmin ruhu məndən inciyər.
Sizə yazdığım bu tarixi məlumatı 65 ildən artıqdır ki, qəlbimdə, yaddaşımda pünhan saxlayırdım. Məqsədim bu idi ki, yazımı Nuru paşanın Azərbaycanı rusların,
ingilislərin və erməni vandallarının
zülm və əsarətlərindən xilas
etməsinin yüz illiyi öncəsi yazım. Amma qorxdum ki, etibarsız əcəl aman verməsin. Düşünürəm ki, tarix dövlət arxivlərində,
kitabxanalarda, dərslik
kitablarında yaşandığı
kimi, insanların qəlbində və yaddaşında da yaşayır. Bu kimi tarixi faktlar
arxivləri və kitabları zənginləşdirir,
qürurunu, iradəsini
möhkəmləndirir. Sizə yazdığım bu məlumat Nuru paşanın Azərbaycan
tarixində misilsiz qəhrəmanlıqlarından faktiki
kiçik bir epiozddur.
Banı
nənəmin evi ilə evimiz arasında bir ev vardı,
o da əmimin evi idi. Bizə qədər
evlərimiz arasında
çəpər olmadığından
üç evin uşaqları həmişə
bir yerdə oynayırdıq. Üç
evdə bir kişi yox
idi, hamısı müharibəyə getmişdi,
onlardan qayıdanı
təkcə Banı nənəmin Cəfər
adlı oğlu idi. Bu üç
evin qadınları daima bir yerə
toplaşar, söhbət
edərdilər. O zaman
Banı nənəmin
kəndimizə gələn
Nuru paşanın qoşunu haqqında gördüklərini həvəslə
danışdığını uşaq kimi dinləsəm də, sonralar anladım ki, bu, şanlı
bir tarix əsəridir. Odur ki, Banı nənəmin görüb
danışdıqlarını olduğu kimi yazıram, bura özümdən əlavə
bir söz artırsam, hesab edirəm ki, nənəmin ruhu məndən inciyər.
O deyirdi: “Neçə müddət idi ki, kəndimiz vahimədə idi, xəbər gəlirdi ki, ermənilər hər yerə od vurub yandırır,
insanları vəhşicəsinə
öldürür, mal-qarasını
sürüb aparırlar.
Buna görə də Çölərəb,
Ərəbxana və Çərtəyəz kəndinin
ağsaqqalları bir yerə toplaşıb məsləhət görürlər
ki, bu üç
kəndi tamam boşaldıb, mal-qarasını
camaatı ilə birlikdə Çərtəyəz
meşəsində yerləşdirsinlər.
Ən çox təhlükə
gözləyən 7 kəndin
hamısı Kürdəmirdən
Zərdaba gedən yolun ətrafında 40 km-lik ərazidə yerləşir. Çərtəyəz kəndi isə bir qədər uzaqda - Kürün sahilindədir. Burada, çayın
birinci dairəsi meşəlik idi, camaatı və mal-qaranı burada yerləşdirmək olduqca
münasib idi. Bunun üçün xeyli müddət ərzində
4-5 nəfərlik kiçik
qayıqlar, bir neçə sal düzəldilmişdi. Bütün lazımlı
işlər görülüb
hazır vəziyyətə
gətirilmişdi. Məqsəd ermənilərin gəldiyi
təqdirdə buradan Kür çayını keçib İmişli rayonu ərazisinə sığınmaq idi.
Çölərəb kəndinin dərin qobusunda bir neçə atlı növbə
çəkirdi. Onlar ermənilərin
gəlişi barədə
Çərtəyəz meşəsindəki
uca qovaq ağaclarından baxan gənclərə işarə
ilə xəbər verməli idilər.
Hamı təlaşlı vahimədə
ikən birdən ermənilərin gəlişinin
gözlənildiyi tərəfdən
bir çapan əlində qırmızı
şal yelləndiyi göründü. Bu, ona
işarə idi ki, gələn ermənilər deyil, xilaskarımız olan türk qoşunudur.
Əvvəlcə ağacdakıların, sonra da onlara
qoşulan, sayı bilinməyən üç para kənd camaatının şən “urra” səsləri çayın
o biri tayındakı Əlyetməzli və Qaramahmudlu kəndlərində
də eşidilirmiş.
Bunu sonradan mərasimə gələn həmin kəndlərin camaatı deyirdi”.
Burada kiçik bir haşiyə çıxmağı
mövzumuz üçün
lazım bilirəm: inandırıcı olsun deyə, deməliyəm ki, Kür çayı
Ç ərtəyəz kəndi
ilə Qaramahmudlu kəndi arasından iki
dəfə keçir.
Çərtəyəz kəndi ilə
İmişli rayon ərazisindəki
Əlyetməzli kəndlərini
bir-birindən daima lal axan Kür
çayı sanki qəsdən ayırıb.
Nənəm deyərdi: “Meşədə
canlanma başladı,
hamı xoş əhval-ruhiyyə ilə işə başlayanda bir neçə ağsaqqal kişi atlanıb qoşunu meşəyə gətirmək
üçün onları
qarşılamağa getdilər.
Qoşun
meşəyə çatanda
arxası hələ bizim kənddə idi, onlar topa
şəklində yox,
bir neçə sıra ilə gedirdilər, atlıları
da var idi,
iki təkərli at arabaları da. Ətraf kəndlərdən camaat axışıb qoşunu
salamlamağa gəldilər.
Sorşor, Muradxanlı,
Mollakənd, Əleytməzli,
Qaramahmudlu camaatı arabalarda ərzaq və mal-qara gətirirdilər. Səkkiz
kəndin ağsaqqallarının
xahişini nəzərə
alan qoşun
başçısı üç
gün burada qalmağa razı oldu. Bu zaman yüzdən yuxarı qadına da xüsusi iş verilmişdi, bütün əsgər və zabitlərin paltarlarının
yuyulub təmizlənməsi
bizə həvalə edilmişdi. Yolasalma mərasimində onlara iki araba
ərzaq məhsulları
və bir neçə yəhərli
at da bağışlandı.
Bir neçə atlı Qaramahmudlu
kəndinə qədər
gedib onları yolasaldılar. Bu yol
onları Zərdab rayonuna aparacaqdı”.
Bəli, ölkəmizin hər tərəfində olduğu
kimi, bizim kəndlərimizdə də
türk əsgərinin
ayaq izləri qalıb. Onlar vətənimizi, torpağımızı, canımızı,
namusumuzu qoruyub erməni vandallarından.
Eşq
olsun yenilməz, qüdrətli Türk ordusuna!
Hörmətli
redaksiya!
Həyat
qəribə, unudulmaz və könül açan hadisələrlə
doludur. Taleyimiz elə gətirib ki, uşaqlıqda bir yerdə
oynadığımız üç evin hərəsindən
bir nəfər əlli ildən artıqdır ki, Sumqayıt
şəhərində yenə də qonşuluqda
yaşayırıq. Banı nənəmin Səmayə
adlı nəvəsi əmim oğlu ilə ailə qurub,
dörd övladları, yeddi nəvələri var. Demək
istəyirəm ki, 95 il öncə Banı nənəmin
gördükləri, türk əsgərlərinin ayaq izləri
kəndimizdə, obalarımızda qaldığı kimi,
özləri də qəlblərdə yaşayacaq, nəsildən
nəslə, obalardan obalara ərməğan ediləcək.
Adİl GülmalIyev,
Sumqayıt şəhəri
Zaman.-2013.-25 aprel.-S.7.