Zülmə və zalıma boyun əyməyən böyük ədib

 

 ƏZIZ MUSTAFA,

Hüseyn Cavid ədəbiyyat tariximizdə şərəfli iz qoyan, belə demək mümkünsə, bu gün də çox sevilən ədəbi simalarımızdandır.

 Onun yaradıcılığı ümumbəşəri sevginin təbliğinə xidmət edərək, insanları ayıran süni sədlərin aradan qaldırılmasına yönəlib bu baxımdan da böyük ictimai-siyasi, mədəni əhəmiyyətə malikdir. Ona görə H. Cavidi, obrazlı şəkildə desək, qaranlıqlara işıq salan mayak adlandırırdılar. Bir sözlə, o, haqq-ədalət yolunu uca tutan böyük mütəfəkkir idi. O, XX əsrdə Məhəmməd Hadi ilə birlikdə Azərbaycan romantizmini yeni mərhələyə qaldıraraq, onun daha da zənginləşməsində mühüm rol oynayıb.

Onun yaradıcılığında gözəllik sevginin tərənnümü əsas yer tutur. O, ömrünün sonuna kimi gözəllik, sevgi bəşəri məhəbbət tərənnümçüsü olaraq qalıb. Sovet sisteminin azğınlaşdığı yüz minlərlə insanı gedər-gəlməzə göndərdiyi repressiya illərində belə, o, gündə bir dona girən özlərini yeni rejimin tərəfdarları kimi göstərən simasız yazarlar kimi sosializminuğurlarını”, saxta əmək qəhrəmanlarını tərənnüm etmədi. Buna görə rejim tərəfindən cəzalandırılanda belə sınmadı, əyilmədi, öz ideallarına xəyanət etmədi, Sibirə sürgün edilməyi əqidəsindən dönməkdən üstün tutdu.

 Uşaqlıq illəri ilk qələm təcrübəsi

Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə) 24 oktyabr 1882-ci ildə  Azərbaycan tarixinə bir çox tanınmış simalar bəxş edən Naxçıvanın Şahtaxtı kəndində ruhani ailəsində anadan olub. Sonralar ədəbi yaradıcılığı dövründə o, atasının qoyduğu ada əbədi, ölməz mənasını verənCavidtəxəllüsünü əlavə etdi. Bununla da o, sanki ədəbiyyat tariximizdə xalqımızın  qəlbində əbədi qalacağını sanki hiss etmişdi. Cavidin atası o dövrün tanınmış ruhanilərindən hesab edilirdi. Amma o, olduqca ziyalı, elmə, inkişafa qiymət verən, yalnız dini çərçivədə qapılıb qalmayan, dünyəvi elmlərin öyrənilməsinə hörmətlə yanaşan şəxslərdən biri idi.

Cavidin atasının- Molla Abdulla Məşədi Qulu oğlunun şirin səsi vardı ona görə onu tez-tez rövzəxan kimi məclislərə dəvət edərdilər. Ailədə övladlarının dövrün tələblərinə uyğun təhsil almasına çalışan Molla Abdulla böyük övladı Məhəmmədin İranda dini təhsil almasına nail olmuşdu. O, kiçik yaşlarından xüsusi istedadı ilə seçilən Cavidin mükəmməl təhsil almasına çalışmışdı. Molla Abdulla  balaca Hüseyni əvvəlcə, Naxçıvandakı molla məktəbinə qoydu. Bu məktəbdə Hüseyn ərəb fars dillərinə yiyələndi. Lakin molla məktəbi Cavidə daha mükəmməl təhsil verməyə, həm dini, həm dünyəvi elmlərə yiyələnməyə imkan vermirdi.  Molla Abdulla isə oğlunun dini təhsillə yanaşı, dünyəvi elmləri öyrənməsini istəyirdi. Ona görə o, balaca Hüseyni o dövrdə tanınmış ziyalı Məhəmməd Tağı Sidqi tərəfindən açılan müasir təhsil verənMəktəbi-tərbiyəadlı məktəbə qoydu. Bu məktəbdə oxuduğu illərdə Caviddə müəllimi Sidqinin təsiri altında ədəbiyyata böyük maraq oyandı. Onun ilk qələm təcrübəsi olan şeirlərini bu məktəbdə oxuyarkən yazdığı ehtimal edilir. Məktəbi-tərbiyə”də orta təhsilini başa vuran Cavid atasının təşəbbüsü ilə Cənubi Azərbaycanın ana şəhəri olan TəbrizdəkiTalibiyyəmədrəsəsində oxumağa başladı. 1903-cü ildə Hüseyn təhsilini başa vurdu. O, artıq həmin dövrdə yetkin bir gənc kimi formalaşmışdı. Bür müddət müxtəlif işlərdə çalışdı. Amma hiss edirdi ki, həyatında isə çatışmır. Nəhayət, o bu çatışmayan cəhəti tapdı İstanbul Universitetinin ədəbiyyat fakültəsinə daxil oldu. Bu ali məktəbdə oxuduğu illər onun gələcək həyatının əsasını qoydu. İstanbulda təhsil alarkən Osmanlının tanınmış yazarları onların əsərləri ilə yaxından tanış olan Cavid artıq axtardığını tapmışdı. O, ciddi ədəbi yaradıcılığına da məhz İstanbulda başladı. 1910-cu ildə birpərdəli “Ana” əsərini yazdı.

 Keçmiş günlər”in sədası

 Hüseyn Cavid 1909-cu ildə İstanbul Universitetini bitirdikdən sonra bir müddət Naxçıvanda, sonra isə Gəncə Tüflisdə müəllimlik etdi. 1915-ci ildə Bakıya köçən Cavidin həyatının ən önəmli illəri bu şəhərlə bağlıdır.

 Yuxarıda qeyd etdiyimiz kimi, Türkiyənn tanınmış yazarları, şairləri ilə yaxından tanış olan Hüseyn Cavad yaradıcılığına şeir ilə başlamışdı bu çərçivədə 1913-cü ildə onunKeçmiş günləradlı ilk şeirlər kitabı çapdan çıxdı.

 Bu şeirlərdə həyat çırpıntısı, insana məhəbbət hiss olunurdu. Əslində bu şeirləri onun həyat amalı, damarlarından axıb gələn qanı, ürəyi, qəlbi hesab etmək olar. Çünki bu şeirlərdə həyat sevgisi, yaradılana olan böyük məhəbbət olduqca güclü idi. Bunu onun yazdığıMənim tanrımşeiri sübut edir. Bu şeirdə Hüseyn Cavidin varlığı, məsumluğu hərtərəfli öz əksini tapıb:

 

Hər qulun cahanda bir məkanı var.

Hər əhli-halın bir qibləgahı var.

Hər kəsin bir eşqi, bir Allahı var,

Bənim tanrım gözəllikdir , sevgidir.

Həzz etmədim firqədən, cəmiyyətdən

Zövq alamam hərbidən, siyasətdən

Bir şey duymam fəlsəfədən, hikmətdən,

Bənim ruhum gözəllikdir sevgidir”...

 

Bəli, o həyatda gözəlliyi sevirdi onda həyat sevgisi olduqca güclü idi. Qeyd edək ki, CavidBənim ruhum gözəllikdir, sevgidirdeyərkən, ilk növbədə, Uca Allaha olan sevgisini ortaya qoyub.  Cavidin sevgisi, bir sözlə, Allaha sevgidir.

Hüseyn Cavid həyatda olan bütün ziddiyyətlərin həll yollarını gözəllikdə, insanların, bütün yaradılanların bir-birlərini sevməsində axtarırdı. Bu baxımdan onun yazdığı şeirdram əsərlərində yaradılanlara olan sonsuz sevgi bir dağ çayı kimi kükrəyərək üzə çıxır.  Onun romantizmi sufizm təriqəti tərəfdarlarını xatırladır və bu çərçivədə  o, böyük  filosof təsiri bağışlayırdı. Ümumiyyətlə, Cavidin şeirlərində romantikalirizm çox güclüdür. O, öz şeirlərində cəmiyyətin problemlərini açıb göstərməyə və insanları tərbiyələndirməyə çalışır, onlara insanpərvərlik, mərhəmət duyğuları aşılayır. Bu  baxımdan o, olduqca humanist və maarifpərvər bir şair təsiri bağışlayır.

 Cavidin lirik şeirlərindən ibarət “Bahar şəbnəmləri” adlı kitabında mövcud həyatdan narazılığı daha çox hiss edilir. O, insanlara zərər verən, onları fəlakətlərə sürükləyən qüvvələri sərt şəkildə tənqid edir. Amma onun adıçəkilən kitabındakı lirik şeirlərində həyat eşqi olduqca güclüdür. Necə deyərlər, Cavidin şeirlərində romantika ilə realizm əkiz qardaşlar kimi özünü əks etdirir və onları bir- birilərindən ayırmaq mümkün deyil. Bizə elə  gəlir ki, Cavid romantika ilə reallığı özündə birləşdirən məşhur bir şair kimi də ədəbiyyatımızda silinməz izlər qoyub. Təəssüflə qeyd edək ki, illər boyu Azərbaycan oxucusuna Cavidi məşhur şair kimi də tanıda bilməmişik. Çünki onun dram əsərlərinə daha böyük yer veriliboxucu da onu şairdən daha çox, dramaturq kimi tanıyıb. Onun şeirləri ilə yazdığı dram əsərlərini birləşdirən bir xətt var. Bu xətdə romantizm və reallıq, şər güclərə qarşı mübarizə və bəşəriyyətin xoş gələcəyinin axtarışı parlaq şəkildə özünü göstərir.

 Burada bir haşiyə çıxaraq deyək ki, Cavid həyatı boyu heç kimin qarşısında əyilməsə, tərif etməsə də, məşhur  xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə münasibətdə öz mövqeyini dəyişməli olub. Belə ki, o, Tağıyevə bir qəsidə həsr edib. Qəsidədə Cavid Tağıyevin xeyirxah əməllərinə heyran olduğunu gizlətməyib.

 

Zaman.-2013.-14 avqust.-S.12.