Zülmə və zalıma boyun əyməyən böyük
ədib (2)
Cavid lirik şairdir. Onun nə qədər böyük lirik şair olduğunu aşağıdakı misraları
da bir daha
sübut edir:
“Bana anlatma ki,
eşq,aləmi- sevda nə imiş,
Bilirim ben seni, get.
Hər
sözün əfsanə
imiş.
Get, gülüm,
get, gözəlim.
Başqa
bir aşiq ara bul.
Duydum sənin
eşqindəki məna
nə imiş.
Bivəfasın, mələk olsan
belə
uymam daha, get.
Kim ki, uymuş sana könlüm
kimi divanə imiş”.
Bu şeirdə həzin
bir lirika, qəlblərə səssiz
axan bir musiqi hiss edilir. Sanki şeiri oxumur, eyni zamanda onu
musiqi sədaları altında dinləyirsən.
Cavid lirikasında bir küskünlük duyğusu
yaşanır. Bu küskünlük bəzən
onun ümidsizliyə qapılmasına, ətrafından,
onu əhatə edən hər şeydən bezməsinə
gətirib çıxarır.
Cavid nə qədər romantik olsa da,
o, acı reallığı
qəbul etmək məcburiyyətində idi.
Ona görə də xəyalı, obrazlı şəkildə desək,
göylərdən yerə
enəndə ətrafındakılar,
dəqiqəbaşı üzləşdiyi
yalanlar və xəyanətlər onu üzürdü. Ona
görə də Cavid ürək yanğısı ilə yazırdı:
Hər məhəbbət bir xəyanət,
hər gülüş
bir hiylədir.
Hər səadət rühü oxşar pək
sönük bir şölədir.
Bəlkə var səhvim?
Fəqət gördüklərim həp böylədir...
Görmədim, əsla bəladən
başqa
bir
şey görmədim.
( “Görmədim”)
Cavid qeyd
etdiyimiz kimi, ümumiyyətlə, insan
oğlunun qanının
axıdılmasının əleyhinə
idi və bəşəriyyətə
fəlakətlər gətirən
müharibələrə qarşı
çıxırdı. I Dünya müharibəsi bu baxımdan Caviddə ağır təsir buraxmışdı.
O, bu mənasız müharibələrin səbəbini
anlamağa çalışır,
anladıqca da sarsılır və sonda mədəniyyətin sonunun vəhşilikmi olduğu barədə özü-özünə
sual verirdi. Bununla bağlı Cavid “Hərb və fəlakət” şeirində yazırdı:
Yığın-yığın bəşəriyyət
ölümlə pəncələşir,
Fədayi-nəfs edərək haq
üçün qoşar, güləşir.
Yakar, yıkar, əzilir,
məhv olur, basar basılır,
Vətən yolunda ölür,
öldürür,
asar, asılır.
O top, tüfəng, o qılıclar,
zəhərli qumbaralar,
Nə istər, ah, niçin böylə
gürləyib parlar!?.
Nədir şu qəhrü fəlakət?
Nədir
bu qəhtü
qəla?
Nədir
şu kinü ədavət,
nədir bu dərdü bəla?
Aman, nə mənzərə!
Duyduqca sarsılır
vicdan.
Nə dəhşət, ah!.. Düşündükcə
çıldırır insan.
Təməddünün sonu vəhşətmidir,
nədir
əcəba?..
Lirikadan dramaturgiyaya
Ölməz lirikası ilə yanaşı, Cavidə böyük şöhrət
gətirən onun yazdığı dram əsərləridir. Cavidin bu
sahədə yazdığı
ilk əsəri “Ana”dır.
Birpərdəli bu əsərdə Cavidin gələcəkdə mahir
bir dramaturq olacağı hiss edilirdi. “Ana” əsərində övladını itirən
ana yüksək insani hisslər nümayiş etdirərək
oğlunun qatilinə mərhəmət göstərir.
O intiqam almaq əvəzinə, oğlunun
qatilini bağışlayır.
Əsərdə əsası qoyulan
bağışlamaq, mərhəmət
göstərmək kimi
ümumbəşəri məhəbbət
ideyası Cavidin sonralar yazdığı
dram əsərlərinin əsas
mahiyyətini təşkil
etdi.
“Ana” dan
sonra Cavid “Maral” (ilk adı “Zavallı qadın”, 1912) faciəsini yazdı.
Bu faciənin əsasında ötən
yüzilliyin ilk 10 ilindəki
mülkədar həyatı
və məişət
münasibətləri dayanır. Əsərin süjet xəttini
gənc və gözəl Maralın yaşlı mülkədara
zorla ərə verilməsi dayanır.
Maral buna qarşı üsyana qalxır, ancaq o qarşısını
kəsən adət-ənənələri
adlayıb keçə
bilmir və taleyi ilə barışmalı olur.
Əslində Cavid Maralı daha mübariz bir qadın kimi təsvir edə bilərdi, ancaq bunu edə
bilmir. Çünki Cavid yaşadığı
mühitin eybəcərliyini
yaxşı görürdü
və o da həmin dövrdə Maralın adət-ənənələri
tapdalamasının ona
daha dəhşətli
faciələr gətirəcəyini,
təmiz qadın adına ləkələr
düşəcəyini yaxşı
bilirdi. Humanist xarakterli Cavid üçün Maralın
başına gələnlər
onsuz da faciə idi.
Təbii
ki, “Maral”ı Cavid qələmə
alarkən hələ
kifayət qədər
püxtələşməmişdi və ona görə
də əsər müəyyən qədər zəif təsir bağışlayır.
Amma Cavidin
1914-cü ildə yazdığı
“Şeyx Sənan” faciəsi müəllifinə
böyük şöhrət
gətirdi. Buna da
səbəb “Şeyx Sənan”ın yalnız yüksək səviyyədə
yazılması deyil, həm də onda təsvir edilən hadisələrin
Azərbaycan sərhədlərini
aşaraq, ümumbəşəri
əhəmiyyət daşıması
idi. Cavidin böyüklüyü “Şeyx Sənan”ı Azərbaycan çərçivəsindən
beynəlxalq aləmə
çıxararaq, ondakı
hadisələri ümumbəşəri
problem kimi təqdim edə bilməsindədir.
Şeyx Sənanın faciəsi irqindən, dinindən asılı olmayaraq, dünyanın hər yerində baş verə bilərdi. Çünki əsl sevgi
sərhəd tanımır.
Bu baxımdan
“Şeyx Sənan” Cavidin həyata sevgi və məhəbbətinin, filosof düşüncələrinin və
bədii yaradıcılığının
zirvəsi hesab edilə bilər. Zənnimizcə, XX əsr Azərbaycan
dramaturgiyasında “Şeyx
Sənan” qədər
dərin iz buraxmış bir əsər tapmaq mümkün deyil. Şeyx Sənan, belə demək mümkünsə, saf bir məhəbbət nəğməsidir və
ona görə də bu əsərdə
güclü bir lirika var. Cavid lirikası “Şeyx Sənan”da özünün
ən yüksək zirvəsinə qalxıb və hər misra oxucunun qəlbində lal bir nəğmə təsiri bağışlayır. Gürcü və ya belə
desək, “tərsa qızı”na vurularaq bu yolda
hər şeyindən
keçən, hətta
dinini də dəyişməyə razı
olaraq, donuz otaran Şeyx Sənan əslində bununla özünün faciəsinin əsasını
qoyur. Sovet dövründə Şeyx
Sənan surətini ateist dünyagörüşləri çərçivəsində
analiz edərək onu az qala
bütün dinlərə
qarşı üsyan edən bir şəxs
kimi təsvir etməyə çalışmışlar.
Amma Şeyx Sənan dinlərə qarşı
deyil, xristan din pərdəsi altında sonralar ortaya atılan zərərli ehkamlara qarşı üsyan edir. Şeyx Sənana görə bütün dinlər bəşəriyyətin xilası,
onun doğru yola dəvət edilməsi məqsədi ilə göndərilib.
Ona görə də o, Xumara olan sevgisinin
dinə zidd olmadığı qənaətindədir.
Çünki sevgi insana Uca Allah tərəfindən
bəxş edilən ən böyük nemətdir və sevgisiz bəşər övladı məhvə məhkumdur.
Ona görə də Şeyx Sənan deyir:
Eşqdən başqa hər
nə varsa əvət,
Tövbə, min tövbə!..
eylədim nifrət
İştə mən naili-vüsal
oldum,
Aradım nuri-həqqi ta buldum.
Gediniz gərçi hiylə, ya təzvir
Sizcə
xoş... Bəncə
eşq yüksəkdir!..
Burada eşq dedikdə, Şeyx Sənana yalnız Xumara olan deyil,
həm də Uca Allaha olan
sevgisini nəzərdə
tutur. Ona görə də “Eşqdən başqa hər nə varsa əvət, Tövbə, min tövbə!.. eylədim
nifrət”-deyir.
Yenə
də qeyd edək ki, Cavid “Şeyx Sənanını”
yazana kimi “tərsa qızı”na vurulmağın
faciəyə aparıb
çıxarması barədə
tariximizdə kifayət
qədər faktlar məlum idi. “Əsli və Kərəm”də Kərəmin,
“Şeyx Sənan”da Sənanın və daha sonra Nəriman
Nərimanov tərəfindən
qələmə alınan
“Bahadır və Sona”da Bahadırın faciələrini saf, bəşəri, ilahi sevgini hər şeydən uca tutan türk ərlərinin özünü
aldanışı hesab etmək olar.
Cavid “Şeyx Sənanı” qələmə alarkən,
şübhəsiz ki,
Nəriman Nərimanovun
yazdığı “Bahadır
və Sona” əsəri ilə tanış idi. “Bahadır
və Sona” Nəriman Nərimanovun
yazıçı təxəyyülünün nəticəsi
idi, yəni onlar real həyatdan götürülməmişdilər.
Sadəcə olaraq, Nərimanov
bu əsərində Bahadır və Sonanın
simasında Şeyx Sənanın, həmçinin
Əsli və Kərəmin o mühit üçün xarakterik olan ümumiləşdirilmiş
obrazını yaratmışdı. Nərimanov bu iki gəncin faciəsini
yerli mühitdən kənara
çıxararaq, onu ümumbəşəri
problemə çevirə bilməmişdi. Cavid isə Nərimanovdan
fərqli olaraq, həyatda baş
verən real hadisəni qələmə alaraq, iki gəncin sevgisini və faciəsini ümumbəşəri
problemə çevirə bilmişdi
Zaman.-2013.-15 avqust.-S.12.