Zülmə və zalıma boyun əyməyən böyük
ədib (4)
ƏZIZ MUSTAFA
,
Cavidin rejimin “uğurları”nı tərənnüm
etməməsi onun simasında düşmən
imici formalaşdırılımasına
yol açdı. Onu rejim tərəfindən ələ alınan satqınlar hər tərəfdən tənqid
edir, gerilik, cəhalət, köhnə
sistemin tərəfdarı
kimi qələmə verirdilər.
Bu da
sonda öz təsirini göstərdi.
1937-ci il iyun ayının 3-dən
4-nə keçən gecə
DTK Cavidi həbs etdi. Onu türk kəşfiyyatına
işləməkdə, antisovet
fəaliyyətində, gəncləri
yolundan azdırmaqda günahlandırırdılar. Ancaq Cavid bu ittihamların
hamısını rədd
etdi. Onu işgəncələrlə sındıra, yoldaşlarının
üstünə böhtan
atmağa məcbur edə bilmədilər.
“İblis”də Hüseyn
Cavid ədəbi-fəlsəfi
düşüncələrini, dünyaya baxışlarını
özünəməxsus şəkildə
ortaya qoymuşdu. Fəxrlə
demək olar ki,
Cavidin “İblis”i dünya ədəbiyyatında bu mövzuda yazılan bütün əsərlərdən
yüksəkdə dayanır
və onların zirvəsidir. Bəlkə də, Cavid
avropalı olsaydı və Avropa ölkələrindən birində
yaşayaraq “İblis”i
yazsaydı, onda buna görə onu Şekspirlə, “İblis”i də “Hamlet”lə müqayisə
edər və əsərindəki fəlsəfi
fikirlərinə görə
onu XX əsr dünya ədəbiyyatının
banisi adlandırardılar.
Çünki Cavidin “İblis”i
Avropada böyük şöhrət qazanan Götenin “Faust”undan həm ədəbi məzmununa, həm də fəlsəfi əhəmiyyətinə görə
qat- qat yüksəkdə durur.
Cavid “Şeyx Sənan”
və” İblis” dən sonra heç bir əsər yazmasaydı belə, Azərbaycan türk-islam dünyası
və dünya ədəbiyyatının ən
böyük filosof yazarı olaraq qalmaqda davam edəcəkdi. Bu da Cavid yaradıcılığının,
onun fəlsəfi dünya görüşünün
bəşəriyyətin gələcəyi
üçün nə
qədər böyük
əhəmiyyət daşıdığını
göstərir. Bu baxımdan
Hüseyn Cavidi üzləşdiyi çətinliklərə,
məruz qaldığı
təzyiqlərə, həbs
edilərək Sibirə sürgünlərə
göndərilməsinə və vətəndən uzaqlarda dünyasını
dəyişməsinə baxmayaraq,
dünyanın ən xoşbəxt və əbədiyyətə qədər
ədəbi aləmdə
yaşayacaq yazarı hesab etmək olar.
“İblis”dən və “Şeyx Sənan”dan sonra Cavid o dövrdəki
reallığı əks
etdirən “Şeyda”nı yazdı. “Şeyda”nı yazadığı
dövrdə istər
Bakıda, istərsə
də Qafqazın digər yerlərində inqilabi hərəkat güclənmişdi və
bu da müəllifi zəmanəsinin
qəhrəmanını axtarmağa,
obrazlı şəkildə
desək, göylərdən
yerə enərək
real həyata başqa
gözlə baxmağa
məcbur etdi. Əsərdə baş verən
hadisələrin bir hissəsini dramaturq həyatdan götürüb,
digər hissəsi isə şübhəsiz ki, müəllif təxəyyülünün nəticəsidir.
Əsərin qəhrəmanı Şeyda Bakıdakı mətbəələrdən birində
işləyir. Ancaq onda
düşdüyü mühitin
haqsızlıqlarına qarşı
üsyan var, o ətrafında baş verən riyakarlıqlarla barışa bilmir. Ona görə də inqilabi fəaliyyətə
başlayan Şeyda fəhlələrə öz
hüquqlarını başa
salır, onları bu hüquqlarını müdafiə etmək üçün mübarizəyə
səsləyir. O, hətta
inqilabi ruhlu şeirlər də yazır və onun bu şeirlərini
fəhlələr əzbərləyirlər.
Bu da mətbəə
rəhbərliyini razı
salmır və onlar Şeydanı işdən qovurlar. Burada Şeydanın daxili açılır. Nə qədər
ki, işləyirdi o, mübariz bir qəhrəman idi. Ancaq işsizlik onu sarsıdaraq səfilə çevirir və sonda bu yol
onu həbsxanaya aparır. Şeydadan əlavə, əsərdə
Qara Musa surəti də var. Qara Musanın qardaşı vərəmdən ölür,
onun özünün əli isə maşının altında
qalaraq kəsilir.
Əlil olan Qara Musanın
evini borca görə mətbəə
müdiri ələ keçirir. Qara Musa isə
çıxış yolunu
mətbəə müdirini
öldürməkdə görür. Mübariz Şeyda sonda
səfil vəziyyətə
düşərək öz
mübarizliyini itirsə
də, Qara Musa intiqamını almaqla onu bu hala
salanlara dərs verir. Amma “Şeyda” da
Cavid Şeydanın simasında zəmanəsinin
qəhrəmanı obrazını
yarada bilmədi.
Çünki Cavid inqilabların
xalqa faciələr gətirdiyini anlayırdı
və bu məsələyə münasibəti
birmənalı deyildi.
O, həmin dövrdə
ətrafında baş
verənlərə münasibətdə
haqqın kimin tərəfində olduğunu,
siyasi mübarizələrin
xalqı haraya sürükləyə biləcəyini
müəyyən etməkdə
çətinlik çəkirdi
və daim tərəddüdlər içində
idi. Ona görə də, Şeyda müəyyən
qədər Cavidin özünü xatırladır. Bu baxımdam
Cavid Şeydanı inqilabi qəhrəmana çevirə bilmir və “Şeyda” nisbətən zəif əsər təsiri bağışlayır.
Azərbaycanın
bolşeviklər tərəfindən
işğalından sonra
Cavid ilk dram əsəri
olan “Maral”ın davamı hesab ediləcək “Afət” ( 1922) faciəsini yazdı. Maraldan fərqli olaraq
Afət elit təbəqəyə mənsubdur,
kübar bir xanımdır. O həyatı
sevir, ancaq onu sevmədiyi birinə zorla ərə verirlər. Afət 16 il
sevmədiyi əri Özdəmirlə yaşayır,
ancaq sonda istədiyini tapdığını
düşünərək hiyləgər və pozğun təbiətli Qarataya vurulur. Afət bu sevgisi üzündən
cinayətə əl atır, Qarataya qovuşmaq üçün
əri Özdəmiri
öldürür. Ancaq Qaratay
Afətlə deyil, daha varlı bir qadın olan Altuncayla evlənir. Aldadıldığını anlayan Afət
də Cavidin digər qəhrəmanları
kimi çıxış
yolunu intiqam almaqda görür. O Qaratayı öldürdükdən
sonra özü də zəhər içərək ölür
və bu yolla ona qovuşur.
Faciənin belə sonluqla
bitməsi “Şeyx Sənan”da iki sevgilinin, Şeyx Sənanın və Xumarın özünü
öldürərək ruhən
qovuşmasını xatırladır.
Amma Şeyx Sənanla müqayisədə Qaratay
yüksək sevgiyə
layiq deyil.
“Afət” də Cavid Ərtoğrulun simasında o dövrün
ziyalısını təsvir
edib. Ancaq o da Şeydaya
bənzəyir və zavallı ziyalı təsiri bağışlayır.
Cavidin ziyalıları
sakit, bir az da zavallı vəziyyətində
təsvir etməsi reallıqdan irəli gəlirdi. Çünki əsl ziyalılar az idi və onlar təkbaşına
bu cəmiyyəti dəyişə bilməzdilər.
Onlar hər şeyi yıxıb dağıdan
inqilabçılar deyil,
xalqı maarifləndirməyə
çalışan zülmət
içində bir nur idilər. Ona görə də, gücsüzlüklərini
hiss edərək bədbinləşir
və zavallı adam təsiri
bağışlayırdılar.
Cavid öz qələminə
sadiq idi və 1920-1926-cı illərdə
o, “Peyğəmbər” və
“Topal Teymur” pyeslərini yazdı.
Bu baxımdan “Peyğəmbər” Cavidə
daha böyük şöhrət gətirdi.
Dramaturq bu pyesində Məhəmməd Peyğəmbərin
simasında bəşəriyyətin
ən dahi simalarından birini vermiş və onu oxuyucuya sevdirə
bilmişdi. Bu əsər tamaşaya qoyulmaq üçün yazılmamışdı və
müəllif bunu dönə-dönə qeyd
edib. “Peyğəmbər”
pyesi Cavidin dinimizə nə qədər bağlı olduğunu və onu sevdiyini bir
daha ortaya çıxardı. “Peyğəmbər”in yüksək
ustalıqla yazılması
Cavidə daha bir şöhrət gətirdi. “Topal Teymur”da isə Cavid qan tökülməsinin
əleyhinə çıxaraq
türk dünyasının
iki böyük sərkərdəsinin biri-birilərinin
qanlarını tökməsini
və bunun gətirdiyi faciələri
ürək ağrısı
ilə təsvir edib.
Cavid bu pyeslərindən sonra “Knyaz” daha
sonra isə “Səyavuş”, “Şəhla”,
“İblisin intiqamı”,
“Xəyyam” dramlarını
yazdı. Bunun ardınca yenə də tarixi mövzulara müraciət
edərək “Atilla” və “Çingiz”i qələmə aldı.
Cavid həmin dövrdə yazdığı əsərlərində
nə axtardığı
haqqında suala belə cavab vermişdi: “Əsiri olduğum bir şey varsa, o da həqiqət və yenə həqiqətdir!” O, bu həqiqəti tapmaq üçün elə ağır bir yolun yolçuluğunu üzərinə götürdü
ki, üzləşdiyi
çətinliklər, ziddiyyətlər,
təzyiqlər, uçurumlar
və nəhayət, repressiyalar ömrünə,
həyatına qənim
kəsildi.
Həmin dövrdə Cavidin rejimin “uğurları”nı tərənnüm etməməsi onun simasında düşmən imici formalaşdırılmasına yol açdı. Onu rejim tərəfindən ələ alınan satqınlar hər tərəfdən tənqid edir, gerilik, cəhalət, köhnə sistemin tərəfdarı kimi qələmə verirdilər. Bu da sonda öz təsirini göstərdi. 1937-ci il iyun ayının 3-dən 4-nə keçən gecə DTK Cavidi həbs etdi. Onu türk kəşfiyyatına işləməkdə, antisovet fəaliyyətində, gəncləri yolundan azdırmaqda günahlandırırdılar. Ancaq Cavid bu ittihamların hamısını rədd etdi. Onu işgəncələrlə sındıra, yoldaşlarının üstünə böhtan atmağa məcbur edə bilmədilər. İki illik işgəncələrdən sonra rejim Cavidin təqsirini sübut edə, onu güllələmək üçün əsaslı fakt tapa bilmədi. Buna baxmayaraq, bolşevik cəlladları 1939-cu il iyun ayının 9-da Cavidə “gizli antisovet fəaliyyətinə görə” 8 il iş verdilər və Maqadana sürgün etdilər.
Sürgün həyatına dözə bilməyərək ağır xəstələnən Cavid 194-ci il dekabrın 5-də vətəndən uzaqlarda həyata göz yumdu. Beləliklə, zülmə və zalıma boyun əyməyən Cavid öz qəhrəmanlarının taleyini yaşadı, ancaq son nəfəsinədək əqidəsindən dönmədi.
Stalinin ölümündən sonra Cavid də, digər repressiya qurbanları kimi, bəraət aldı. Ulu öndər Heydər Əliyevin göstərişi ilə 1982-cı ildə Hüseyn Cavidin nəşi doğma vətənə gətirilərək dəfn edildi. Cavid yaradıcılığını yüksək qiymətləndirən Heydər Əliyev bu böyük insan haqqında demişdir: “Hüseyn Cavid həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını, həqiqətən, canından artıq sevmişdir”.
Cavid yazdığı ölməz əsərləri ilə nəinki Azərbaycan, həm də dünya ədəbiyyatının məşhur yazarlarından biri kimi qalmaqda, milyonların qəlbində yaşamaqda davam edir.
Zaman.-2013.-28 avqust.-S.12.