“Cənub Mirvarisi” cənub bölgəsinin turizm imkanlarını tanıdıb

7-8 dekabr tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Vektorturizm şirkətinin və Masallı rayonundakı “Viləş” mehmanxanasının təşkilatçılığı ilə 24 turizm şirkətinin və 15 nəfər kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Salyan-Masallı-Lənkəran istiqamətində infotur keçirildi.

 Cənub Mirvarisiadı verilən gəzintinin məqsədi infotur iştirakçılarını regionlarda tikilən və müasir standartlara cavab verən mehmanxana və digər turizm obyektləri və bölgənin turizm imkanları ilə tanış etmək olub. İki günlük səfər çərçivəsində qonaqlara həmçinin cənub bölgəsinin milli folklor nümunələri, mədəni və tarixi irsi haqqında da  ətraflı məlumat verildi.

Lənkəranda həm dağ, həm də əyləncə

turizmi üçün münbit şərait yaradılır

İnfotur iştirakçıları ilk olaraq Lənkəran rayonunu ziyarət ediblər. Qonaqlar, ölkə Prezidenti İlham Əliyevin gənclər siyasəti çərçivəsində rayonun tikilmiş Gənclər Mərkəzində, Heydər Əliyev Mərkəzində olublar. Həmçinin infotur iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş azərbaycanlı Həzi Aslanovun adını daşıyan parkla, Soyqırım Qurbanları abidəsi ilə də tanış olublar. Daha sonra isə qonaqlara XVII əsrə aid mayak abidəsi və XVIII əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi olan Dairəvi qala haqqında ətraflı məlumat verilib. Lənkəran şəhər mədəniyyət və turizm şöbəsinin əməkdaşı İlqar Əzimovun sözlərinə görə, Dairəvi qala abidəsinin inşasına 1748-ci ildə başlanılıb. İlk olaraq Lənkəran qalasının istehkamı olan bu abidə Azərbaycan Çar Rusiyası tərəfindən işğal olunduqdan sonra həbsxana kimi istifadə edilib. 2006-cı ildə abidə restavrasiya olunaraq, turizm obyekti və Lənkəran dövlət rəsm qalereyası kimi yenidən fəaliyyətə başlayıb. İ. Əzimov qəzetimizə müsahibəsində qeyd etdi ki, Lənkəran rayonunda turizmin inkişafı üçün böyük potensial var: “Bir tərəfdən dağ, digər tərəfdən isə dənizlə əhatə olunan Lənkəranda turizmin inkişafı baxımından olduqca əlverişli şərait vardır. Bu da rayonda həm dağ, həm də əyləncə turizminin inkişafı üçün münbit şərait yaradır. Eyni zamanda, Lənkəranda müalicəvi sular və bulaqlar mövcuddur ki, bu da müalicəvi turizmin imkanlarını da artırır”. Müsahibimizin sözlərinə görə, Lənkəranı ziyarət edən turistlərin sayı ildən-ilə artır: “ 2006-ci ildə rayonumuza gələn turistlərin sayı 3 min 400 nəfər olub. Cari ilin doqquz ayı ərzində isə rayona 14 mindən çox turist gəlib”. İ. Əzimovdan öyrəndik ki, Lənkəran rayonunun ərazisində 87 tarixi mədəniyyət abidəsi var və onların təxminən yarısından çoxundan turizm obyekti kimi istifadə olunur.

Bölgələrə səfər edən yerli və

xarici turistlərin sayı artmaqdadır

Cənub Mirvarisiiştirakçıları Lənkəran rayonu ərazisində yerləşənHirkanMilli Parkında da olublar. Parkın elmi işlər üzrə direktor müavini Hacıağa SəfərovZaman-Azərbaycan”a müsahibəsində bildirdi ki, Azərbaycanın Qırmızı Kitabına adı düşən kol və bitkilərinin yarısından çoxu bu parkda qorunur: “Burada ilk olaraq 1936-cı ilin dekabrın 31-də qoruq yaradılıb. 2004-cü ilin fevral ayının 9-dan etibarən isə buraHirkanMilli Park kimi faəliyyətə başlayıb. Bu parkın yaradılmasında əsas məqsəd 3-cü dövrə aid meşə bitkilərini mühafizə etməkdir. Parkın ümumi sahəsi 40 min 358 hektardır. Parkda 40 heyvan, 60 balıq, 117 quş  və 1204 ali bitki növü mühafizə edilir”.

Daha sonra Masallı rayonuna gələn infotur iştirakçıları mədəniyyət və turizm nazirliyi və rayon icra hakimiyyətinin nümayəndələri ilə görüşüblər. Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlının sözlərinə görə rayonda 30-a yaxın turizm obyekti fəaliyyət göstərir: “Rayona turistlərin marağı artmaqdadır. Belə ki, 2012-ci ildə rayona 17 min turist gəldiyi halda, bu il rayona gələn turistlərin sayı 21 min nəfərdir. Bunlarında min nəfəri xarici qonaqlar olublar. Turistlərin rayona marağını artırmaq üçün bir çox ardıcıl tədbirlər həyata keçirilir. Belə tədbirlərdən “Folkor” festivalının adını çəkmək istəyirəm. İki ildir ki, mütəmadi olaraq keçirilən festivalda bu il 10 ölkədən 15 folklor qrupu iştirak edib. Festivalla əlaqədar rayona 300 xarici qonaq gəlib”. Onun sözlərinə görə, rayonun turizm obyektlərində çalışan işçilərin peşəkarlığını artırmaq məqsədi ilə kurslar təşkil olunur. Həmçinin rayondakı turizm obyektlərini  təbliğ edən saytlar fəaliyyət göstərir. Mədəniyyət və Turizm Nazirliyinin daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov isə bildirdi ki, Azərbaycan Respublikasının bütün bölgələrində turizm sürətlə inkişaf edir: “Apardığımız araşdırmaların nəticəsi onu göstərir ki, hər il bölgələrə səfər edən yerli və xarici turistlərin sayı artmaqdadır. Bizim əsas məqsədimiz bölgələrdə fəaliyyət göstərən turizm obyektlərinin və onların xidmət səviyyəsinin yüksəldilməsinə, turistlərin diqqətini cəlb edəcək bir çox xidmət sahələrinin genişləndirilməsinə dəstək verməkdir”.

 

“Viləş” otelində baş tutan görüşdə qonaqlara Masallının “HalayFolklor Rəqs Qrupunun təqdimatında rəqs və bölgənin milli mətbəx nümunələri təqdim olunub.  İnfotur iştirakçıları Salyan rayonunda da olublar. Sonda infoturda iştirak edən turizm şirkətlərinin və kütləvi informasiya vasitələrinin nümayədələrinə təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunub.  

Zaman.-2013.-10 dekabr.-S.8.