Palçıq Vulkanları

 BƏYLƏR MƏCIDOV,

Təbiətin yeddinci  möcüzəsi 

  Müxtəlif təbii sərvətlərlə zəngin olan Azərbaycan möhtəşəm və sirli palçıq vulkanlarının da diyarı hesab olunur. Planetimizdəki 1200 palçıq vulkanından 400-ü Azərbaycanda cəmlənib.  Təsadüfi deyil ki, “Təbiətin yeddinci möcüzəsimüsabiqəsinin təşkilatçısı olan İsveçrənin “New 7 Wonders Foundation” qeyri-kommersiya təşkilatı 222 ölkədən 261 təbiət möcüzəsi siyahısına Azərbaycanın palçıq vulkanlarını da daxil edib.

Ölkəmizdə palçıq vulkanları əsasən Abşeron yarımadasında, Şamaxı-Qobustan regionunda, aşağı Kür çökəkliyində və Bakı Arxipelaqında geniş yayılıb. Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayevin sözlərinə görə, istər say, istərsə də müxtəlif morfoloji xüsusiyyətləri baxımından Azərbaycandakı palçıq vulkanlarının dünyada tayı-bərabəri yoxdur: “Azərbaycanda müxtəlif morfologiyalı (konusvari, günbəzvarı, layvari ) vulkanlar mövcuddur. Ölkə ərazisində yerüstü aktiv fəaliyyətdə olan, 150-200 ildən artıq fəaliyyətdə olmayan, neft çıxaran vulkanlara rast gəlmək mümkündür. Qurudakı 190 palçıq vulkanından ən böyükləri AbşerondaOtmanbozdağ”, “Güzdək-bozdağı”, QobustandaToraqayvəKənizədağ”dır. Onların hündürlüyü 400 metrə çatır. Xəzər dənizinin cənubunda  200-dən çox sualtı palçıq vulkanı vardır ki, onların 120-si Xəzərin Azərbaycan sektoruna təsadüf edir. Bakı arxipelaqında vulkan məəli 8 ada mövcuddur”.

Palçıq vulkanları - xərcsiz başa

ələn təbii kəşfiyyat quyuları

Palçıq vulkanları neft-qaz yataqlarının peyki olmaqla xərcsiz başa gələn təbii kəşfiyyat quyusu rolunu oynayırlar. Hazırda ölkəmizdəki 40-a yaxın palçıq vulkanı (Mədrəsə, Qırlıq, Paşalı Axtarması, Şorbulaq, Ayrantökən və s.) yer səthinə neft çıxarır. C. Paşayevin sözlərinə görə məhz palçıq vulkanları sayəsində Azərbaycanda məşhurNeft Daşlarıkimi bir çox neft yataqları kəşf edilib: “Azərbaycanda və eləcə də keçmiş Sovet İttifaqında palçıq vulkanlarının ən böyük tədqiqatçılarından biri, vətənimizdə neft geologiyasının banisi akademik İ. M. Qubkin olub. O, 1910-cu ildən başlayaraq palçıq vulkanlarının öyrənilməsi ilə məşğul olub. Qubkin və davamçılarının belə bir fərziyyəsi var idi ki, palçıq vulkanlarının maqmatik vulkanlarla heç bir əlaqəsi yoxdur, onlar “diaper” quruluşlu neft-qaz yataqları ilə sıx surətdə bağlıdırlar. Məhz bu dövrdə palçıq vulkanları ilə əlaqədar olan və buna qədər perspektivsiz hesab edilən çoxlu strukturlar dərin qazıma vasitəsilə sənaye kəşfiyyatına cəlb edilmişdir. Bu strukturların geniş miqyasda öyrənilməsi sayəsində Azərbaycanda zəngin və çox böyük neft-qaz yataqları kəşf edilib”.

Palçıq vulkanları görünüşcə əsl vulkanı xatırlatsa da, odlu lava əvəzinə palçıq püskürür. Palçığın üzə çıxıb qaynamasına səbəb isə qazlardır. Qazların tərkibi adi vulkan qazının tərkibinə bənzərdir. İlk baxışdan palçığın yüksək temperaturda qaynaması ehtimal edilir. Lakin palçığın temperaturu, adətən, sabit qalır və ən isti yay aylarında belə 15 dərəcəni keçmir. Palçıq vulkanlarında güclü püskürmələr qəfildən baş verir və az müddətli olur. Vulkan püskürdükdə güclü partlayış baş verir, krater üzərinə 200-500 metrlik alov sütunu əmələ gəlir. Palçıqla birlikdə süxur qırıntıları 40-90 metr hündürlüyə tullanır və ətrafa yayılır. Bundan başqa, güclü püskürmədə vulkanın krater sahəsindən başlayaraq müxtəlif istiqamətdə iri çatlar əmələ gəlir. Onların uzunluğu bəzən 1 km və daha artıq olur, eni 5-metrə, dərinliyi isə 10 metrə qədər olur. Aparılan hesablamalara görə, hər il Azərbaycanda orta hesabla 3-5 və daha çox  palçıq vulkanı püskürür.

Palçıq vulkanları yaxınlığında tikilən evlər

Təəssüf ki, bəzi palçıq vulkanlarının yaxınlığında yaşayış evləri və ictimai iaşə obyektləri tikilir. 7-ci Binəqədi şosesinin üstündə, Şaban dağının yaxınlığında yerləşənKeyrəkivulkanın ətrafında bu gün əməlli-başlı yaşayış məntəqəsi salınıb. C. Paşayev adıçəkilən palçıq vulkanının təsir dairəsinə düşən ərazilərdə insanların məskunlaşmağa davam etdiyini bildirdi: “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan palçıq vulkanlarının ərazisində heç bir tikili mövcud deyil. Ancaq insanlar Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşənKeyrəkipalçıq vulkanının (sahəsi 31,3 ha) təsir dairəsinə aid olan ərazidə məskunlaşaraq həyat və sağlamlıqlarını təhlükə altında qoyurlar. Bu palçıq vulkanında son püskürmə 2001-ci ildə baş vermişdi. Bu zaman güclü partlayış, hündür alov sütunu, havaya atılan ağır bərk cismlər, dərin çatlar müşahidə olunmuşdu. Püskürmə zamanıKeyrəkipalçıq vulkanının ətrafında məskunlaşmanın məhz seyrək olması baş verə biləcək bədbəxt hadisələrin qarşısını almışdı”.

İnsanlara mütəmadi

olaraq xəbərdarlıq edilir

C. Paşayevin sözlərinə görə, palçıq vulkanına yaxın ərazilərdə məskunlaşmış əhali arasında qoruq əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir: “Sözügedən ərazidə qanunsuz məskunlaşmış insanlara mütəmadi olaraq palçıq vulkanlarının təhlükəsi və əhəmiyyəti haqqında müxtəlif məlumat və xəbərdarlıq vərəqələri paylanılır. Qoruq ərazisinə girişin məhdudlaşdırılması və vulkanik landşafta təsirin minimuma endirilməsi  məqsədilə ərazi ətrafında dərin xəndəklər qazılıb və qoruğun sərhədləri boyunca müxtəlif məzmunda kifayət qədər məlumatverici mərz nişanları yerləşdirilib. Bundan əlavə palçıq vulkanlarının yayıldığı rayonların orta ümumtəhsil müəssisələrində maarifləndirici, həvəsləndirici tədbirlər keçirilir və məktəblilərə bu məqsədlə hazırlanmış bukletlər və təqvimlər paylanılır”. Qoruğun sahə müfəttişi Əliağa Məcidov sözügedən ərazidə məskunlaşan insanlara həm yazılı həm də şifahi xəbərdarlıqlar etdiklərini vurğuladı: “Biz həmin insanlara həm şifahi yolla həm də payladığımız vərəqələr vasitəsilə xəbərdarlıqlar edirik. “Keyrəki” seysmoaktivliyi ilə seçilən aktiv palçıq vulkanlarındandır. Baş verə biləcək vulkan püskürməsinin yaradacağı ağır nəticələrdən heç kim sığortalanmayıb”.

C. Paşayev onu da qeyd etdi ki, “Keyrəki” palçıq vulkanının ətrafında yaranmış kritik vəziyyətlə əlaqədar olaraq Fövqaladə Hallar Nazirliyinə, Binəqədi Rayon İcra Hakimiyyətinə və rayon polis bölməsinə müraciətlər olunub: “Aidiyyəti qurumların nümayəndələri ilə qoruq ərazisində monitorinqlər aparılıb və aktlar tərtib olunub. Qoruq ərazisindən keçən yüksək gərginlikli və istifadəyə tamamilə yararsız elektrik naqillərin xüsusi mühafizə olunan ərazidən çıxarılması məqsədilə Bakı Elektrik Şəbəkə ASC-yə rəsmi müraciət etmişdik. Qısa vaxt ərzində bütün elektrik dirəkləri qoruq ərazisindən çıxarıldı”. Sonda Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev bir daha palçıq vulkanları yaxınlığında məskunlaşmış insanlara səsləndi: Sizi gözlənilə bilən təhlükə haqqında xəbərdarlıq edir, bununla əlaqədar olaraq palçıq vulkanının təsir dairəsindən daha təhlükəsiz əraziyə köçməyinizi tövsiyə edirik. Əks təqdirdə baş verə biləcək bədbəxt hadisələrə görə məsuliyyət sizin üzərinizə düşəcəkdir”.

Zaman.-2013.-11 dekabr.-S.7.