“Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər”
ƏZIZ MUSTAFA
Son illərdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən irimiqyaslı tədbirlər Azərbaycanın hər bölgəsinin sürətli inkişafına təkan verərək əhalinin sosial rifahının daha da yüksəlməsinə, on minlərlə yeni iş yerlərinin açılmasına gətirib çıxarıb.
Bu çərçivədə də Azərbaycanın digər rayonları kimi Binəqədi rayonunun da sosial
inkişafı Azərbaycan Prezidentinin həmişə diqqət mərkəzində olub. Bunu Prezident İlham Əliyevin 2013-cü il aprel ayının 23-də imzaladığı
“Bakı şəhəri Binəqədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamı da sübut edir. Sərəncamdan irəli gələn bütün tədbirlərin
rayon rəhbərliyi tərəfindən
uğurla yerinə
yetirilməsi Binəqədinin sosial-iqtisadi inkişafında
önəmli rol
oynamqdadır.
Məhz rayon rəhbərliyi tərəfindən Prezident İlham Əliyev tərəfindən müəyyən edilən iqtisadi inkişaf proqramlarının uğurla həyata keçirilməsi tikinti, quruculuq və abadlıq işlərinin daha da genişiləndirilməsinə yol açıb. Rayonda gedən sürətli inkişafı
yüksək qiymətləndirən
Prezident İlham Əliyev Binəqədi rayonunda son vaxtlar
çox böyük işlər
görüldüyünü xüsusi vurğulayıb.
İşsizlik
aradan qaldırılır,
əhalinin
maddi rifahı artır
Əhalinin sosial rifahının daha da yüksəldilməsi və maddi vəziyyətinin
yaxşılaşdırılması istiqamətində Binəqədi rayonu rəhbərliyi tərəfindən həyata keçirilən ən uğurlu tədbirlərdən biri əhali arasında işsizliyin aradan
qaldırılması və yoxsulluğun azaldılması ilə bağlıdır. Bu müstəvidə də əhalinin işlə təmin edilməsi və yeni iş yerlərinin açılması nəticəsində son 10 ayda rayonda 3937 nəfər işlə təmin edilib. Buna paralel olaraq, “Azərbaycan Respublikasının Məşğulluq
Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”na
əsasən, Rayon Məşğulluq Mərkəzi tərəfindən təşkil edilən səyyar əmək birjalarında 439 nəfər daimi işlə təmin olunub. Onu da deyək ki, issizliyin ləğv edilməsi sahəsində atılan addımlar nəticəsində rayonda işləyənlərin sayı ötən illə müqayisədə 18,1 faiz
artaraq, 43574 nəfər olub. İşsizliyin ləğv edilməsi
sahəsində həyata keçirilən tədbirlər dövlət və qeyri-dövlət sektorlarında da
işləyənlərin sayının artması ilə müşahidə olunmaqdadır.
Belə ki,
ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət sektorunda
çalışanların sayı 7,2 faiz
artaraq, 17874 nəfərə, qeyri-dövlət sektorunda isə analoji dövrlə müqayisədə 28,2 faiz artaraq, 25700 nəfərə çatıb.
Əhalinin maddi rifahının daha da yüksəldilməsi məqsədi ilə 2013-cü ilin 9 ayında
rayonda iqtisadi və sosial sahənin inkişafına 7 mln. 888 min manat məbləğində
investisiya qoyulub.
Əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə, cari ilin 9 ayı ərzində ümumilikdə 2652 ailəyə və ya 10934 nəfər ailə üzvünə ünvanlı dövlət sosial yardım təyin edilib, 1788 nəfərə birdəfəlik maddi yardım verilib.
Binəqədi rayonunun sosial-iqtisadi
inkişafı istiqamətində bu ilin ilk 9 ayı ərzində həyata keçirilən tədbirlər nəticəsində rayonda sənaye sahəsində 124 milyon 655 min manatlıq və ya keçən ilin müvafiq
dövründən 2,9% çox sənaye məhsulu istehsal edilib. Nəticədə sənayedə işləyənlərin orta aylıq əmək haqları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2%
artaraq 500,3 manata çatıb.
Binəqədi rayonu ərazisində respublikanın işğal olunmuş bölgələrindən 57293 nəfər məcburi köçkün məskunlaşmışdır. Onlardan 7897 ailə -33008 nəfər rayon qeydiyyatındadır. Məcburi köçkünlərin mənzil və ev şəraitlərinin
yaxşılaşdırılması ilə bağlı dövlət orqanları ilə birlikdə tədbirlər həyata keçirilir, bu istiqamətdə işlər bu gün də davam etdirilir.
Rayonda
aparılan sosial-iqtisadi inkişaf proqrama uyğun olaraq
hazırda yeni pilot layihə həyata keçirilməkdədir. Avropa Komissiyasının “İNOGATE” Proqramı çərçivəsində keçirilən “Şərqi Avropa və Mərkəzi Asiyanın İnşaat
Sektorunda Enerjiyə Qənaət Təşəbbüsü” adlı pilot layihəsinin reallaşması işlədilən enerjinin təxminən 50 faiz qənaət edilməsinə imkan verəcək. Pilot layihənin reallaşması
üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Binəqədinin rayonun seçilməsi burada gedən sürətli abadlıq-yenidənqurma işləri ilə bağlıdır.
Sənaye inkişaf etdirilir
Binəqədi həm də Azərbaycanın sənaye rayonlarından biridir. Belə ki, rayon ərazisində
99 sənaye müəssisəsi var və onların istehsal etdikləri məhsullar Azərbaycandan kənara, dünyanın müxtəlif ölkələrinə də ixrac edilir. Onların
arasında respublikamızdan uzaqlarda belə tanınan B.Sərdarov adına Maşınqayırma
Zavodu, “Bakı Poladtökmə” ATSC, “FAB Boya” və “Bulfa Boya”, ayaqqabı
istehsalı üzrə ixtisaslaşmış “Bot” MMC,
kimi iri sənaye müəssisələri var. Rayon ərazisində fəaliyyət göstərən və spirtsiz və sərinləşdirici içkilərin istehsalı ilə ixtisaslaşan “Koka-kola
Bottlers LTD”, “Golden Uoter”, “Mars Overseas” kimi iri şirkətlərin də məhsulları müxtəlf ölkələrə ixrac edilir. Ümumiyyətlə qeyd edək ki, rayon ərazisində fəaliyyət göstərən müəssisələrdən 3-ü mədənçıxarma, 17-si
içkilər və tütün məmulatları da daxil olmaqla qida məhsulları istehsalı müəssisəsi, 3-ü tikiş və toxuculuq, 6-sı
oduncaqların emalı və ağac məmulatları istehsalı, 3-ü kimya, 4-ü metallurgiya,
63-ü isə digər təyinatlı kiçik müəssisələrdir. Rayonun iqtisadiyyatında həmçinin
“Binəqədi Oil Compani” Neft Şirkəti də xüsusi çəkiyə malikdir.
Onu da deyək ki, Binəqədi rayonunda sahibkarlığın
inkişaf etdirilməsi
də xüsusi diqqət mərkəzindədir.
Belə ki, rayon rəhbərliyinin
sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində İqtisadi İnkişaf
Nazirliyi və Sahibkarlığa Kömək Milli Fondu birlikdə 55 kiçik sahibkarlıq
subyektinə 1 milyon 757 min manat həcmində güzəştli kredit verib. Bu kreditlərin reallaşması isə yeni müəssisələrin işə düşməsinə və Binəqədi rayonunda 200-dən artıq yeni iş yerinin
açılmasına imkan verəcək.
Ekoloji cəhətdən ən təmiz rayon
Binəqədini digər rayonlarından fərqləndirən xüsusiyyətlərindən biri də son illərdə burada aparılan
irimiqyaslı yaşıllıq işləridir. Bu da Binəqədini ekoloji baxımdan ən təmiz rayonlardan birinə çevirib. Belə ki,
2012-ci ildən başlayaraq
rayon ərazisində milyonlarla ağac,
gül kolları əkilib.
Bunu biz Bakı-Sumqayıt yolboyu salınan və insanın könlünü
oxşayaraq Bakımıza özünəməxsus bir gözəllik bəxş edən
yaşıllıq-abadlıq işlərində də aydın görürük.
Belə ki, Bakı Sumqayıt yolunun
hər iki tərəfi xüsusi memarlıq layihəsi əsasında yaşıllaşadırılıb və
dekorativ şəkildə bəzədilmiş istinad divarları inşa edilib. Yolboyu
salınan hündür təpəliklərdə əkilən otlar, müxtəlif ağac və kol bitkiləri insanda qeyri
adi-duyğuların oyanmasına səbəb olur. Ərazidə xüsusi işıqlandırma sistemi
quraşdırılıb. Bu da gecələr yaşıllığa xüsusi
gözəllik verir.
Onu da deyək ki,
yaşıllaşdırmada tətbiq edilən belə
landşaft memarlığını ölkəmizdə ilk dəfə tətbiq edən Binəqədi rayonu olub.
Belə bir landşaft memarlığının tətbiqi Binəqədinin daha da gözəlləşməsinə, onun digər rayonlardan daha çox diqqəti cəlb etməsinə yol açıb.
Rayonda
aparılan abadlıq quruculuq işləri çərçivəsində Heydər Əliyev adına
mədəniyyət və istirahət parkı yenidən qurulub.
Parkdakı yararsız tikililər sökülüb,
kommunikasiya xətləri yenilənib. Parkda 67 növ nadir ağac, kol və bitki növləri əkilib.
Burada relyef nəzərə alınmaqla müasir üslubda
hazırlanan körpülərdən, şəlalələrdən,
fəvvarələrdən,
çeşmələrdən və
digər kiçik
memarlıq elementlərindən geniş və məharətlə istifadə olunub.Parkda
uşaqlar üçün müxtəlif
attraksionlar, yelləncəklər və
digər idman və oyuncaq elementləri
quraşdırılıb. Parkın mərkəzində
müasir texnologiyalardan istifadə
etməklə milli və dünya musiqi
nümunələrindən təşkil olunan
kompozisiyalardan ibarət
musiqili fəvvarə buraya xüsusi
yaraşıq verməklə yanaşı,
istirahət edənlərin könlünü
oxşayır.
Qeyd edək ki, Binəqədi rayonunda aparılan quruculuq işlərini ölkə başçısı
İlham Əliyev yüksək qiymətləndirib. O,
bu ilin aprel ayında Biləcəri qəsəbəsində əsaslı təmirdən sonra yenidən istifadəyə verilmiş mədəniyyət-istirahət parkının açılışı mərasimində: “Bu parkın
açılışı onu göstərir ki, nəinki Bakının, ölkəmizin hər bir yerində iş görmək mümkündür və lazımdır”,-deyib.
İlham Əliyev: “Binəqədinin planlı inkişafı
problemlərin həllinə imkan yaradır”
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli və vicdanlı xidmət olmalıdır.
Bu müstəvidə də Preizdent İlham Əliyevin rayon icra hakimiyyəti
başçıları
qarşısında qoyduğu əsas vəzifələrdən biri vətəndaşların problemlərinin, şikayət və təkliflərinin ədalətli həllidir. Prezidentin bu tövsiyələrini əldə rəhbər tutan Binbəqədi Rayon İcra Hakimiyyəti fəaliyyətini sivil idarəetmə tələbləri səviyyəsində quraraq tez-tez vətəndaşlarla görüşlər keçirərək onların problemlərini operativ şəkildə həll edir.
Bu çərçivədə də
Binəqədi RİH
başçısı bu ilin 9 ayında yerlərdə
25 səyyar
görüşü keçirib. Bundan əlavə 313 nəfər vətəndaş Binəqədi Rayon İcra Hakimiyyətinin
başçısı tərəfindən şəxsən qəbul
edilib. Görüşlərdə
və qəbullarda
qaldırılan məsələlər
və problemlər operativ şəkildə həll edilib.
Bundan əlavə problemlərin və şikayətlərin operativ həlli üçün “1646 saylı xidmət təşkil edilib. Bu da şikayət və təkliflərin
operativ həllinə yol açıb.
Məsələn, bu ilin oktyabr ayında 1646
saylı xidmətə daxil olan 1933 zəngə dərhal cavab verilmiş, bir sıra şikaytlər dərhal həll edilmiş digərlərinin isə aradan qaldırılması
üçün müvafiq qurumlara göstəriş verilmişdir.
Prezident İlham Əliyev də Binəqədi rayonunda problemlərin aradan qaldırılmasına yönələn tədbirlərə diqqəti cəlb edərək: “Xüsusilə, Binəqədi kimi böyük rayonun inkişafı üçün xüsusi tədbirlər planı icra edilir. Binəqədinin planlı inkişafı problemlərin həllinə imkan yaradır”,-deyib.
Bu müstəvidə də Binəqədi rayonunun sosial iqtisadi inkişafına uyğun olaraq gələcəkdə yeni sənaye müəssisələrinin, ictimai iaşə obyektlərinin, idman sağlamlıq mərkəzlərinin, məktəblərin, səhiyyə-tibb ocaqlarının istifadəyə verilməsi nəzərdə tutulub. Bu da əhalinin sosial rifahının daha da yüksəlməsinə, Binəqədi rayonunun simasının daha da gözəlləşməsinə yol açacaq.
Yazı Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
Əziz Mustafa
Zaman.-2013.-13 dekabr.-S.14.