Xalq ümummilli liderini ehtiramla yad etdi

 MAZLUM ATIK,RAMIL ABBASOV, ƏSGƏR HÜSEYNOV, ESMIRA HIDAYƏTOVA, NICAT XIDIRLI, VÜQAR NƏBIYEV,

 Naxçıvanda ... Naxçıvanda ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümündə anım mərasimi keçirilib. Naxçıvan şəhərində təşkil olunan anım mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Ali Məclisin deputatları, dövlət və hökümət rəsmiləri, çoxlu sayda vətəndaş iştirak edib. Ziyarətçilər Heydər Əliyevin büstünü ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər. Muxtar respublikanın rayonlarında həmçinin anım tədbirləri keçirilib. 

 Şəkidə...

Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında bu münasibətlə keçirilən yığıncaqda şəhər rəhbərliyi, ziyalıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Yığıncağı giriş sözü ilə Şəki şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açıb. Sonra Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə CavadovaHeydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudurmövzusunda məruzə edib. Məruzədə dahi şəxsiyyət və müdrik rəhbər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki əvəzsiz rolu və misilsiz xidmətlərindən bəhs edilib, onun çoxsahəli fəaliyyətinin ən önəmli məqamlarına toxunulub. Tədbirin sonunda Ulu Öndərə həsr olunmuş film nümayiş etdirilib.

Gəncədə...

Gəncə şəhərində ulu öndərin əbədiyyətə qovuşmasının 10-cu ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib. Şaxtalı havaya, soyuğa baxmayaraq, şəhərin baş meydanında böyük izdiham olub. Uşaqdan böyüyə hamı əllərində gül-çiçək dəstələri ümummilli liderimizin əziz xatirəsini yad etməyə toplaşıb.

 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev media nümayəndələrinə müsahibəsində bildirib ki, Azərbaycan xalqı, dünya azərbaycanlıları, ümummilli lider Heydər Əliyevi sevənlər çox böyük hörmətlə, ehtiramla ulu öndərimizi yad edir. Bu, xalqın ümummilli liderimizə sonsuz məhəbbətinin, rəğbətinin ifadəsidir: “Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikası bu gün onun doğma övladı, ölkəmizin Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu ilə irəliləyir. Bu inkişaf daimidir, əbədidir. Ona görə ki, Heydər Əliyev siyasətinin, İlham Əliyev siyasətinin kökündə məhz Azərbaycan vətəndaşı, Azərbaycan vətəndaşının sosial təminatı, əmin-amanlığı, rifah halının yüksəldilməsi və sözsüz ki, stabillik dayanır. Bu, hər bir azərbaycanlının ürəyindəndir. Bu baxımdan da müstəqilliyimiz daimidir və dönməz olacaqdır. Həmin gün şəhərdə ulu öndərin əziz xatirəsini yad etmək üçün ehsan süfrələri açılıb”.

Mingəçevirdə...

Mingəçevirdə ulu öndər anılıb. Öncə icra strukturlarının, səhiyyə, təhsil, mədəniyyət, ictimaiyyət nümayəndələri ulu öndərin heykəli önünə gül dəstələri düzüblər. Bununla əlaqədar  elmi-nəzəri konfrans keçirilib. İlk əvvəl tədbir iştirakçıları ulu öndərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Daha sonra konfransı giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov ulu öndərin tarixi xidmətlərindən, zəngin dövlətçilik irsindən faktlarla söz açıb. Bildirib ki, öz əməlləri ilə sağlığında xalqın qəlbində öz heykəlini ucaldan ulu öndərimizin xatirəsi daima uca tutulur. Mingəçevirin inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin böyük xidmətləri olduğunu diqqətə çatdıran şəhər rəhbəri onun Mingəçevirə  səfərlərini də yada salıb. Bildirib ki, istər sovetlər dönəminə, istərsə də müstəqil Azərbaycana rəhbərlik edərkən ümummilli lider respublikamızın aqrar ölkədən inkişaf etmiş sənaye dövlətinə çevrilməsində, Azərbaycançılıq məfkurəsinin formalaşmasında, müstəqil dövlət təsisatlarının yaradılmasında, vətəndaş cəmiyyətinin qurulmasında misilsiz xidmətlər göstərib: “Təsadüfi deyil ki, bu gün qüdrətli Azərbaycanı Heydər Əliyevin şah əsəri adlandırırlar”.

Qeyd edək ki, şəhərin 6 müxtəlif hissəsində ulu öndərin əziz xatirəsinə həsr olunmuş ehsan süfrəsi açılıb.

Zərdabda...

 Zərdab rayonunda ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev ulu öndərin həyat fəaliyyəti ilə bağlıHeydər Əliyev yeni, müstəqil, demokratik Azərbaycan dövlətinin memarıdırmövzusunda geniş məruzə ilə çıxış edib. Bildirilib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş olub. Məhz Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. Lütvəli Babayev Azərbaycan dövlətinin sükanının bu gün də etibarlı əllərdə olmasını məmnunluqla vurğulayıb, son 10 ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də regionlarda görülən genişmiqyaslı abadlıq və quruculuq işlərindən, insanların sosial problemlərinin həlli istiqamətində atılan cəsarətli addımlardan müstəqil Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan bəhs edib. Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən filmə və foto stendlərə baxıblar.

Sumqayıtda...

Sumqayıt Dövlət Universitetində də ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı. Tədbiri universitetin rektorəvəzi, professor Əkbər Ağayev açaraq, ulu öndərin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərindən bəhs etdi. Ə. Ağayev diqqətə çatdırdı ki, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindəndir və bu inkişaf illər öncə qurulmuş strategiyanın nəticəsidir. Professor ümummilli lider Heydər Əliyevin ölkədə təhsil və elmə xüsusi diqqət yetirdiyini bildirərək qeyd etdi ki, dahi siyasətçi Sumqayıt Dövlət Universitetinin fəaliyyətini də diqqətdə saxlayırdı. Məhz ulu öndərin 2000-ci ildə imzaladığı sərəncamla bu təhsil ocağına universitet statusu verilib. Universitetin Azərbaycan tarixi kafedrasının dosenti Elmar Xəlilovun, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Şənlik Əliyevin, Kimya və biologiya fakültəsinin tələbəsi Səma Əsədovanın çıxışlarında da dahi liderin xidmətlərindən bəhs olundu. Sonda ulu öndər Heydər Əliyevin anım günü münasibətilə universitetin Tələbə Gənclər Təşkilatı tərəfindən tələbələr arasında keçirilmiş yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı.

Mazlum Atık,Ramıl Abbasov,

Əsgər Hüseynov, Esmıra Hıdayətova, Nıcat Xidirli, Vüqar Nəbıyev

Zaman.-2013.-13 dekabr.-S.6.