Əlillərə güvənlə yaşaya biləcəkləri bir cəmiyyət qurmalıyıq”

HƏVVA CƏLILOVA,

Bu günlərdəƏlillərin Cəmiyyətə İnteqrasiyasıİctimai Birliyi tərəfindənƏlillərin hüquqlarına dair qanunvericiliklə bağlı məlumatların artırılmasımövzusunda tədbir keçirildi. Tədbirdə layihə eksperti, hüquqşünas Mayis Əliyev dedi ki, cəmiyyətdə əlillərə humanist münasibət olsa da, bəzən bu, bir növ aşırı formada olur, yəni bir çox insanlar qarşılarına çıxan hər əlil arasında oturmuş insana pul uzadırlar. Bu isə həmin əlillərdə ruh düşkünlüyünə səbəb olur. Onun sözlərinə görə, əlillərin cəmiyyətdə özlərini tapmaları üçün maddi deyil, eyni zamanda mənəvi dəstəyə və diqqətə ehtiyacı var.

 Əlil insanlara qarşı laqeyd

olmaq onları cəmiyyətdən

təcrid etmək deməkdir

Əlillərin cəmiyyətdən inteqrasiyası onların bütün hüquqlarının məhdudlaşdırılması demək olduğunu bildirən əmək və sosial təminat hüquqları üzrə tanınmış alim, hüquqşünas Mayis Əliyev çıxışında 4 ay müddətində icra olunmuş, “Əlilliyi olan şəxslərin hüquq və ehtiyacları barədə məlumatlılıq artırılmalıdırlayihəsinin məqsədi haqqında geniş məlumat verdi: “Layihədə əlilliyi olan şəxslərə maddi təminatların verilməsini, onların sosial fəaliyyətinin yaxşılaşdırılmasını nəzərdə tutmuşuq. Əgər əlil sosial sığorta stajına malikdirsə, ona əlilliyə görə əmək pensiyası ayrılmalı, əgər bu staja sahib deyilsə, rayon, yaxud da, şəhər əhalisinin sosial müdafiəsi mərkəzi tərəfindən sosial müavinətlər təyin edilməlidir. Bu insanlar üçün nəzərdə tutulan minimum əmək haqqı 105 manat olmalıdır. Ancaq layihə çərçivəsində əlillərin digər maddi vəziyyətləri də nəzərə alınaraq, bu məbləğin daha yüksək olmasını da nəzərdə tutmuşuq”. Mayis Əliyev həyata keçirilən layihənin sadəcə Bakı şəhəri ilə məhdudlaşmadığını bildirdi: “Nəzərdə tutduğumuz layihənin fəaliyyət istiqamətləri sadəcə Bakı şəhərində yaşayan əlil insanlarla məhdudlaşmır, Abşeron rayonu, Şirvan, Gəncə və Qazax rayonlarını da əhatə edir. Biz bu rayonları ziyarət edərkən burada yaşayan əlillərin bir çoxunun sənədlərində əmək qabiliyyətsiz şəxs yazıldığının şahidi olduq. Ancaq nəzərdə tutulan layihə əsasında biz onların sənədinəəyyən şəraitdə işləyə bilərsözünü əlavə etdik. Düşünürəm ki, əlil insanlara qarşı laqeyd olmaq onları cəmiyyətdən inteqrasiya etmək deməkdir. Ancaq bu layihə bu insanları sözün həqiqi mənasında cəmiyyətə inteqrasiyaya hazırlayan bir addımdır”.

Layihənin tətbiq olunduğu

rayonlarda əlillər üçün şərait yoxdur

Layihənin tətbiqinin nəzərdə tutduğu adıçəkilən rayonlarda əlillər üçün şəraitin olduqca aşağı olduğunu dilə gətirən M. Əliyev bu haqda geniş miqyasda tədbirlər görüləcəyini qeyd etdi: “Azərbaycanda 14 tibbi reabilitasiya mərkəzi fəaliyyət göstərir. Rayonlarda fəaliyyət göstərən əssisələrdə tibbi prosedurların çoxu faktiki olaraq yoxdur. O insanlar məcbur olurlar ki, yaşadıqları yerdən gəlib Bakı şəhərində müalicə alsınlar. Elə bunu nəzərə alaraq deyə bilərik ki, Bakı şəhərində də çarpayıların sayı olduqca azdır və növbəlilik var. Biz hesab edirik ki, bu məsələyə dövlət tərəfindən mütləq diqqət yetirilməlidir”.

M. Əliyev bəzi valideynlərin əlillik problemi olan övladlarını təhsil əssisələrindən azad etmələri ilə bağlı narazılığını dilə gətirdi: “Biz kəndlərin birində müşahidə etdik ki, valideynlər əlillik problemi olan uşaqlara təhsil almağa izin vermirlər və həmin kənddə sadəcə iki əlil şagird təhsil alır. Bunu da əlil uşaqlar üçün kadr azlığı ilə əlaqələndirmək mümkündür. Onların təhsil alması üçün mütləq loqoped lazımdır. Çünki, eşitmə və nitq problemi olan şagirdlərə ancaq loqoped vasitəsilə dərslər aparılması mümkündür. Rayonlarda isə loqoped çatışmazlığı açıq şəkildə özünü göstərir”.

Hüquqşünas Abşeron, Şirvan, Gəncə və Qazax rayonlarında dərman preparatları ilə bağlı problemlər yaşandığını, əlillərin xaricdən gətirilən dərmanların baha olduğu üçün, onları əldə etməkdə maddi sıxıntı yaşaıqlarının şahidi olduğunu vurğuladı. Ancaq layihə çərçivəsində əlillərə veriləcək sosial müavinətlər nəticəsində bunun həllinin də nəzərdə tutulduğunu bildirən layihə eksperti bu insanların dövlət orqanlarında hüquqlarının müdafiəsinin nəzərdə tutduqlarını diqqətə çatdırdı. Səslənilən fikirlər ərisində diqqətimizi çəkən məsələlərdən biri də, yerimə əngəlli insanları ən çox narahat edən ictimai nəqliyyatlarda güzətlər nəzərdə tutulması məsələsi oldu.  

Əlillərin hüquqlarının

ictimaiyyətə çatdırmaqda

aparıcı rol medianındır

Qeyri Hökumət Təşkilatları forumunun prezidenti Rauf Zeyni tədbirdə əlillərin cəmiyyətə intqrasiyasına dəstək layihəsi ilə yaxından tanış olduğunu və dəstəyini bildirdi. Onun sözlərinə görə, əlil hüquqlarının insanlara çatdırmaqda birinci vasitə mediadır: “Mən düşünürəm ki, əgər mediada yetəri qədər əlil insan hüquqları işıqlandırılarsa, yolda və küçədə bu insanlar fərqli baxışlara hədəf olmaz. Eyni zamanda əlil olub ictimaiyyətdə öz sözünü demiş o qədər insan var ki, onların mediada önə çəkilməsi, belə insanların bir addım irəli atmasında böyük rolu olar”.

Əlillərin ictimai birliyində böyük əməyi olan Fuad Rəhimli də əlillərə diqqət və qayğı ilə bağlı deyilənlərin sadəcə yazı olaraq qalmaması üçün tövsiyyələrlə çıxış etdi: “Bizim gənclərimiz və bu məsələ ilə əlaqəli aidiyyəti qurumlar əlillərə dəstək olmalıdırlar. Eyni zamanda onların cəmiyyətin fəal iştirakçısı olmaları ilə bağlı tədbirlərdə dərindən iştirak etməyin doğru addım olduğunu düşünürəm. Hesab edirəm ki, əlillərin əslində qayğıya diqqətdən daha çox, onların özlərinə güvənlə yaşaya biləcəkləri bir cəmiyyətə ehtiyacları var. Bu cəmiyyəti biz qurmalı və onların da bu cəmiyyətə inteqrasiyalarına qapı açmalıyıq”.

 Son olaraq onu qeyd etmək istərdik ki, tədbirdə bütün bunlarla yanaşı, əlil insanlara bilavasitə örnək olacaq bir insan da iştirak edirdi ki, hansı ki, I qrup yerimə əngəlli əlil idi. Samir İmanov doğuşdan əlil olmasına baxmayaraq, evdə təhsil alaraq, Azərbaycan, türk, rus və ispan dillərini mükəmməl öyrənib. Tədbirdə eyni zamanda Samir İmanovun qələmə aldığı və baş qəhrmanın öz proobrazı olduğu “Hədəfdəki insan” romanının da təqdimat mərasimi keçirildi: “Kitabda əlilliyi olan insanların yaşam tərzlərini, həyata baxışlarını, onların daxili aləmlərini hər kəsə göstərməyə çalışdım. Kitabı yazmaqa məqsədim, bu insanları həvəsləndirmək, psixoloji dəstək olmaqdır. İnanıram ki, bu kitab əlil insanlara hədəfə gedən yolda bir mayaq olacaq”. 

Zaman.-2013.-13 dekabr.-S.5.