Bakı ovcumuzun
içində olacaq; yeni “Şeytan çarxı”nın tikintisi
yekunlaşır
ELVIN ƏLIYEV,
Yeni attraksionun diametri 60 metrdir. Bu attraksionda 8 nəfərlik 30 kabinə
var. Kabinələr kondisonerlərlə təchiz
edilib.
Bakı sakinlərinin
və
şəhərə gələn digər qonaqların istirahət üçün üz tutduqları məkanlardan biri
də
Dənizkənarı Milli Parkdır. Bura üz tutanların dincəlmələri üçün
hər
cür şərait yaradılıb. Dənizkənarı Milli Parka gələnlərin
maraqla gözlədiyi anlardan biri də, el arasında “Şeytan çarxı” kimi tanınan attraksionun tikintisinin başa çatdırılmasıdır. Tikintisi başa çatmaqda olan bu attraksion
haqqında ətraflı məlumat
almaq üçün
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovla
görüşdük. İlk olaraq müsahibimizdən sözügedən
attraksionun nə üçün “Şeytan
çarxı” adlandırılmasının
səbəbini öyrənməyə çalışdıq.
N. Məcidov
isə
bildirdi ki, dünyanının müxtəlif ölkələrində belə
attraksionlar fəaliyyət göstərir.
Buna görə
də,
hər
ölkədə onu müxtəlif cür
adlandırırlar: “Bildiyiniz
kimi, bu attraksionun dünyada ən məşhur
olanı İngiltərənin paytaxtı
London şəhərindədir. Onun diametri 130 metrə yaxındır.
İngilislər bu attraksionu “Londonun gözü” adlandırırlar. Keçmiş SSRİ ölkələrində isə
bu attraksionlara “Şeytan çarxı” və
yaxud “Şeytan təkəri”i deyilir. Amma bu, rəsmi ad deyil. Bizim bulvardakı bu tip köhnə
attraksionun rəsmi adı “Ətrafa baxış”dır.
Tikinti işləri başa
çatmaqda olan təzə attraksiona nə ad veriləcəyi isə hələ məlum
deyil”.
N. Məcidov
“Ətrafa baxış” adlı
attraksionun köhnəldiyini və diametrinin
20 metr olduğunu xatırladaraq bildirdi ki, bu attraksion
günü-gündən
genişlənən, müasirləşən Dənizkənarı Milli Bulvarın tələbatını ödəmir:
“Ətrafa baxış” attraksionu
köhnə olmaqla yanaşı, həm də
balacadır. Bu da istirahət
üçün milli
parka gələnlərin yuxarıdan
şəhərə tamaşa
etmələri üçün yaramır.
Çünki Bakı günü-gündən inkişaf edir. Bunun nəticələrindən
biridir ki, hündür mərtəbəli
binaların sayı çoxalmaqdadır. Hündür binaların sayının çoxalması, şəhər ərazisinin genişlənməsi bu tip yeni attraksionun
tikilməsi
ehtiyacını doğurdu”.
Kondisionerli attraksion
Əsas tikinti işlərinin başa
çatdığı yeni
attraksionun əvvəlkinə nisbətən üstünlükləri haqqında da məlumat
verən
N. Məcidov
onun daha böyük və konfortlu olduğunu söylədi: “Yeni attraksionun diametri 60 metrdir. Bu attraksionda 8 nəfərlik 30 kabinə var. Kabinələr kondisonerlərlə təchiz
edilib. Qapıları təhlükəsizlik məqsədilə, metrolarda olduğu kimi vahid mərkəzdən
açılıb bağlanacaq.
Bu da attraksiondan
istifadə
edənlərin təhlükəsizliyini ən
yaxşı şəkildə təmin
edəcək. İstifadəçilərin təhlükəsizliyinin təmin
edilməsi
məqsədilə kabinələrin dörd bir yanı
şəffaf
şüşə
konstruksiyalarla örtülüdür”.
Müsahibimizin sözlərinə görə,
təhlükəsizlik tədbirləri bununla bitmir. Belə ki, hər bir kabinəyə çıxmaq üçün
nəzərdə tutulmuş
xüsusi nərdivanlar da vardır ki, bu da
attraksionda hansısa nasazlıq halları meydana gəldiyi
təqdirdə sərnişinlərin təxliyə edilməsini
asanlaşdıracaq. N. Məcidovdan
onu da öyrəndik ki, yeni attraksionun
tikinti işlərini Niderland Krallığına
aid şirkət
həyata
keçirir. Tikinti işlərində istifadə
olunan materiallar isə
Niderlan Krallığı
ilə
yanaşı, Almaniya və
Fransadan gətirilib. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini N. Məcidov yeni attraksionun Əl Oyunları
Sarayının yaxınlığında
tikilməsinin də səbəbsiz olmadığını bildirdi:
“Yeni nəhəng
attraksionun tikintisi üçün müəyyən edilmiş
yer məqsədəuyğundur. Belə ki, attraksionun
istifadəçiləri yüksəklikdən Bakı buxtasını, Bayraq meydanını, Büllur Sarayı və
bütün şəhəri sərbəst şəkildə seyr edə
biləcəklər”. Müsahibimizin sözlərinə görə,
yeni tikilən attraksion
xüsusi işıq effektləri
ilə
təchiz
olunub ki, bu da Alov
Qüllələri, Büllur Saray kimi şəhərin
gecə
görünüşünü heyrətamiz
edəcək.
N. Məcidovla
söhbətimiz
zamanı dünyada bu tip attraksionun daha böyük örnəklərinin olduğunu onun nəzərinə çatdıraraq, yeni attraksionun diametrinin niyə
məhz
60 metr olmasının
səbəblərini öyrənməyə
çalışdıq.
Yeni attraksionların quraşdırılması
davam edəcək
Həmsöhbətimizin sözlərinə görə,
attraksionun böyüklüyünün
müəyyən edilməsində Bakının küləkli iqlim şəraiti nəzərə
alınıb. Onun sözlərinə görə,
milli parkda tikilən
bu tip attraksion üçün 60 metr
optimal böyüklükdür. N. Məcidovdan
onu da öyrəndik ki, yeni attraksionun
tikintisi başa çatmaq üzrədir: “İlin sonuna kimi bu nəhəng attraksionun
tikinti işləri tamamlanıb vətəndaşların
istifadəsinə veriləcək”. Sözügedən attraksionun istifadəyə verildikdən sonra qiymətinin
nə
qədər olacağı Bakı sakinlərini
maraqlandıran əsas məsələlərdən biridir. Qimyət məsələsi ilə bağlı N. Məcidov bildirdi ki, hələ bu barədə onda heç bir məlumat
yoxdur: “Attraksion hələ istifadəyə verilmədiyi
üçün ondan
istifadə
biletinin qiymətinin neçə
manat olacağını
bilmirəm.
Bu barədə mənim
məlumatım
yoxdur. Amma hesab edirəm ki, sözü gedən
attraksionun biletinin qiyməti
5 manatdan çox olmayacaq”. Bizimlə söhbət
zamanı müsahibimiz
“Ətrafa baxış” attraksionunun
bundan sonrakı fəaliyyətinə də aydınlıq gətirdi: “Ətrafa baxış” attraksionu hələ bir müddət
öz fəaliyyətini
davam etdirəcək.
Gələcəkdə onun sökülüb-sökülməyəcəyi
isə
hələ məlum
deyil”. Sonda N. Məcidov
onu da əlavə etdi ki, Dənizkənarı Milli Parkın ərazisi
genişləndirildikcə vətəndaşların
yüksək
səviyyədə istirahəti üçün yeni attraksionlar quraşdırılacaq.
Bakı bulvarı “Şaxta
baba” və “Qarqız”ların
yolunu gözləyir
Dənizkənarı Bulvar İdarəsinin rəisi Nazim Məcidovla
görüşümüzün Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı ərəfəsinə düşdüyü üçün ondan milli parkda bayram
hazırlığı işləri haqqında da məlumat
aldıq. Müsahibimizin sözlərinə görə,
hər
il olduğu
kimi bu il
də
milli parkda “yolka” quraşdırılacaq:
“Qarşıdan gələn Yeni İl bayramı ilə
əlaqədar milli park ərazisində 15 yerdə şam ağacları bəzədiləcək. Bundan başqa
ənənəvi şəkildə hər
şam ağacının
yanında “Şaxta
Baba” və
“Qarqız” olacaq”.
N. Məcidov
“Şaxta Baba” və “Qarqız”ın necə müəyyən olunması məsələsinə də
aydınlıq gətirdi: “Dənizkənarı Milli Park ərazisində “Şaxta
Baba”, “Qarqız” olmaq istəyən hər
kəs
ilk olaraq Bakı şəhəri Ticarət
Departamentində
qeydiyyatdan keçməlidir. Məhz qeydiyyatdan keçmiş
və
yaşı 18-dən
yuxarı olan hər
kəs
sözügedən
məsələ ilə bağlı idarəmizə müraciət
edə
bilər”.
Məlumat üçün
bildirək
ki, Dənizkənarı
bulvar 1909-cu ildə Bakı şəhər
Dumasının müvafiq
qərarı
ilə
salınıb. 1970-ci illərdə dövlət
tərəfindən respublikada
və birinci növbədə Bakı şəhərində
yaşıllaşdırma və
abadlaşdırma işlərinin
genişləndirilməsi nəticəsində Dənizkənarı
bulvarda da yenidənqurma işləri aparılıb. Bulvar şərq
və qərb istiqamətlərində
genişləndirilib.
29 dekabr 1998-ci ildə
Azərbaycan
Respublikası Prezidentinin fərmanına uyğun olaraq Azərbaycanın milli sərvəti kimi
bu parka Milli Park statusu
verilib. Hazırda Dənizkənarı Milli Park dünyanın ən böyük
parklarından biridir.
Zaman.-2013.-18 ndekabr.-S.7.