Azərbaycan tarixində Şadlinskilər
MÜBARIZ XƏLILOV ,
Oxucuların yadındadırsa, bir müddət
əvvəl “Zaman-Azərbaycan”
qəzetində erməni
daşnaklarına qarşı
mərdliklə vurulmuş Abbasqulu bəy
Şadlinski haqqında
yazım dərc olunmuşdu. Bu yazı dərc
olunduqdan sonra Azərbaycan
Tibb Universitetinin kafedra müdiri, əməkdar elm xadimi, respublikamızın
baş epidemioloqu,
professor İbadulla Ağayev
mənə universitetin prorektoru,
professor Vaqif Şadlinskinin
yazdığı “Şadlinskilər” kitabını təqdim etdi. Kitabın qəzetin
oxucuları üçün
maraqlı olan məqamlarından
bir hissəsini təqdim edirəm.
Hacıqabul Rayon
Pir Hüseyn Xanəgahı
Tarix-Memarlıq Qoruğunun direktoru
Azərbaycan xalqının tarixində silinməz
iz qoymuş, millətin
sevgisini, məhəbbətini
qazanmış Bakıxanovlar,
Seyidzamanovlar, Cavanşirlər, Hacıbəylilər, Bədəlbəylilər,
Xoyskilər,
Rəfibəylilər və
başqa nəsillərlə yanaşı,
Şadlinskilər
nəsli
də
mühüm rol oynamışdır. Şadlılar Qərbi
Azərbaycanda,
respublikamızın müxtəlif bölgələrində, Türkiyə
ərazisində zaman-zaman yaşamış,
fəaliyyət göstərmiş,
baş vermiş ictimai-siyasi proseslərdə öz fəallıqları
ilə
sayılıb-seçilmişlər. Vaqif Şadlinskinin bu kitabında Şadlılar
nəslinin
şanlı keçmişi,
yetirdiyi şəxsiyyətlər haqqında
bədii-publisistik
və
siyasi təhlillər
arasında geniş məlumat
verilmişdir. “Şadlinski” soyadının
tarixi çox qədimdir.
Təəssüflər olsun ki, bizim soyadımız rus işğalına məruz
qalıb. Bunun da öz tarixi var. Bizim nəslin
soyadı Şadlı
olub. Türkmənçay müqaviləsindən on il qabağa
- 1808-ci ilə
qədər. Bizim əslimiz,
nəslimiz
Şəddadilər dövlətinin
qurucusu Məhəmməd İbn Şəddaddan qaynaqlanır.
Biz Məhəmməd İbn Şəddad
nəslinin
nümayəndələriyik. Bu gün Azərbaycanın bir
çox bölgələrində
şəddadilər tayfası, şəddadilər dövlətinin
yadigarı olan kənd-kəsək, el-oba
var. Nümunə
üçün bildirim,
Bərdədə Şatırlı
kəndi,
Goranboy rayonunda Şadılı, Ermənistanda Şidili kəndləri
mövcuddur. Şadlılar
tayfası qardaş Türkiyədə də
var. Tarixçi - yazarlardan
Ayhan Yükselin “Giresun Tarihi Yazıları” əsərində qeyd edilir ki, ikinci
Mehmet Xan Trabzon vilayətini
ölkəsinə qatdıqdan sonra oradan buraya yüz
min Çepni türkü
gəldi.
Trabzon şəhərində Ağqoyunlu Uzun Həsənin yardımı ilə yerləşmiş
türklər
də
var idi. Həmin dövrlərdə bu yerlərə Çepnilərdən başqa bir çox türk tayfaları da gəlmişdir.
Bunlar qurduqları kəndə,
oturduqları yerə özlərinin
mənsub
olduqları tayfaların
adlarını vermişlər. Treboludakı, Çeğel,
Eymür, Üregir, Şadı kəndlərində yerləşmiş
insanlar da yalnız Çığıl,
Eymur, Üregir, Şadı türklərindən ibarət
olan insanlardırlar. Qədim türk boylarından
olan Şadlılardan bəhs
edən
digər
tarixi mənbələr həm
məkan,
həm
də
zaman baxımından olduqca genişdir. Belə
ki, ilk dəfə
“Şad” sözünə Assur və
Urartu mənbələrində rast gəlinir
və
Şad, Şadlı tayfaları məkan baxımından
Cənubi
Azərbaycandakı
Urmiyyə
gölü hövzəsi ətrafında (Təbriz)
və
İran bölgəsində yaşayan tayfalardır. Sonrakı tarixi dönəmlərdə Şad sözünə Orxon abidələrində və
Çin mənbələrində rast gəlinir.
Böyük xəzər xalqının kiçik bir qolu olan Şadlı boyu Qərbi Azərbaycanın Vedibasar mahalında son 1500 ildə məskən salmışlar. Aslan Sultan Şadılının zamanından - 1808-ci ildən başlayaraq bu tayfa rusların müraciəti ilə Şadlinski soyadını qəbul etmişlər. Şadlı nəsli Abbasqulu bəylərə qədər bir sıra tarixi simalar yetirmişdir. Başqa mənbədə göstərilir ki, Şadlılar Xorasandan gələnlərdir. Professor Faruk Sümer Anadoludakı Şah İsmayıl yanlısı Türkmən Alevi Oymak-boy adları sırasında Səfəvilər Dövlətinin qurulmasında əhəmiyyətli dərəcədə rolu olan xeyli sayda Anadolu türklərinin arasında Şadlı adının da olduğunu qeyd edir. Professor Firudin Ağasıoğlu yazır ki, qədim türk boylarından olan Şadlı tayfalarından bəhs edən tarixi qaynaqlar həm məkan, həm də zaman baxımından olduqca genişdir. Belə ki, ilk dəfə şumer mətnində “Şad” sözü Assur və Urartu qaynağında gördüyümüz Şad, Şadlı sözləri məkan baxımından Urmiyyə gölü hövzəsi və İrəvan mahalına aiddirsə, sonrakı tarixi mənbələrdə “Şad” sözünə Orxon abidələrində və Çin qaynaqlarında da rast gəlmək olur. Orta əsrlərdə Quzey və Güney Qafqazda “Şadlı” və “Şatılı” tayfalarının varlığı və Osmanlı dönəmində Şatırı tayfalarının Karaman və Aydın sancağında yaşadığı da məlumdur. Vedibasar bölgəsində Şadlı boyunun tarixi çox qədim çağlara aiddir. Urmiyyə hövzəsi ətrafında isə Şatılı tayfalarının tarixi miladdan əvvəl VIII əsrə aiddir. Belə ki, Şatır-araqa (Şaturuya da oxunur) və Şatiru adlı bölgələr 777-ci illərə aid Urartu dilində yazılmış tarixi mənbələr vardır. Həmin ərazilərdə Şattera adlı bölgəni isə eyni əsrə aid Assur qaynağı da təsdiq edir.
Şadlı, Şatılı tayfalarının adları qədim Şadlı boyu ilə bağlıdır. Şadlı sözü isə qədim türk dilində isə titul bildirən “Şad” sözündən yaranmışdır. Bu titulu qədim dövrlərdə türk dövlətində bölgə, qoşun başçısı və canişin olan hökmdar oğlu daşıyırdı. Elə ki, şahzadə bölgə və qoşun başçısı təyin olundu, onun adına “Şad” titulu əlavə olunurdu.
Tərkibində “Şad” sözü olan şəxs adları Orta əsr qaynaqlarında, o cümlədən Sasani dövrünə aid möhürdə Başqaşat, həmin dövrdə farslar və iberlər arasında işlənən Şadman, sonrakı dövrlərdə özünü göstərən Bərgüşad, Elşad adları və 576-cı ildə Bizans elçisi Valintinosu qarşılayan Göy-Türk dövlətinin prinsi Türk-Şad, 704-də türkeşlərlə vuruşan Börü-Şad, Alp Arslanın yanında gənc elçi Şadi, Altun Orda hökmdarı Şadi-beq (1401-1407), nəhayət, İrəvan mahalının milli qəhrəmanları Aslan, Sislian və Abbasqulu bəy Şadlinski kimi tarixi şəxsiyyətlər və Şadılı, Şatırlı, Şato etnonimləri onu göstərir ki, türk onomastikasında “Şad” sözü və “Şad” sözünə söykənən etnonimlər geniş yayılmışdır. Azərbaycan Şadlılarının bir qismi daha sonralar İraqa getmiş və orada yerləşmişlər. İraq Səlcuqlarının nüfuzlu atabəyi Səlahəddin Əyyubi də bu soydandır. Onun Şadlı türk tayfasından olması və qardaşlarının adlarının Turanşah, Tuğtəkin və Börü olması bu versiyaları möhkəmləndirir. Hal-hazırda Şadlinski soyadını daşıyanlar Azərbaycanda, Qazaxıstanda, Almaniyada və Rusiyanın müxtəlif bölgələrində və əsas etibarilə Azərbaycanda yaşayırlar. XVII əsrin axırı və XIX əsrin sonları Şadlılar tayfasının əsas bir hissəsi Gəncənin indiki Goranboy rayonunun Şadılı kəndindən Azərbaycanın qərbinə - İrəvan xanlığına köçmüşlər. İrəvan xanlığında Vedi çayı ətrafında məskən salmışlar. Tayfaya Şadlılar və bəzən də Qızılanlı nəsli demişlər. XIX və XX əsrlərdə Şadlı tayfasından görkəmli qəhrəmanlar və ziyalılar meydana gəlmişdir.
Zaman.-2013.-18 dekabr.-S.6.