Görkəmli dövlət xadimi
Kamran Hüseynovun 100 illik yubileyi qeyd olunub
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli dövlət xadimi Kamran Hüseynovun 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Prezident İlham
Əliyevin 2013-cü il 6 avqust tarixli Sərəncamına əsasən keçirilən yubiley tədbirində dövlət
və
hökumət
nümayəndələri, millət vəkilləri, elm və
mədəniyyət xadimləri,
Qubadlı rayonundan olan ziyalılar iştirak ediblər.
Tədbirdə çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs
Qarayev görkəmli dövlət
xadimi Kamran Hüseynovun zəngin həyat yolundan və
fəaliyyətindən söhbət
açıb. Nazir Kamran
Hüseynovun 1970-80-ci illərdə ulu öndər
Heydər
Əliyevin rəhbərliyi altında
respublikamızda başlanmış
geniş quruculuq işlərində yaxından iştirak etdiyini bildirib və
onun yüksək əxlaqi-mənəvi keyfiyyətlərindən
danışıb. Ə. Qarayev K. Hüseynovun vətənə, xalqa layiqli xidmət nümunəsi olan şərəfli
ömür yolunun həmişə örnək
kimi xatırlanacağını
vurğulayıb. Nazir
Kamran Hüseynovun: “Taleyimdən
razıyam, onu özüm yaratdım. Oxutmadılar-oxudum. Evləndirmədilər-evləndim. Böyütmədilər-böyüdüm. Dayağa söykənmədim, dayaq oldum”- sözlərində böyük həyat fəlsəfəsi
olduğunu diqqətə çatdırıb.
Ə. Qarayevin sözlərinə görə, bu sadə
sözlərdə Kamran Hüseynovun mənalı
ömür yolu və
bitkin obrazı öz əksini tapıb. Diqqətə çatdırılıb ki, Kamran Hüseynov
çalışdığı bütün sahələrdə
yüksək
peşəkarlıq,
təşkilatçılıq
qabiliyyəti
nümayiş etdirmişdir.
Sumqayıt, Mingəçevir, Naftalan kimi yeni
yaşayış məntəqələrinin salınmasında, onların
iri yaşayış,
sənaye-mədəniyyət
mərkəzlərinə
çevrilməsində Kamran Hüseynovun səmərəli xidmətləri olub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev isə Kamran Hüseynovun 1958-1961-ci illərdə respublika Həmkarlar İttifaqları Şurasının sədri, 1961-1968-ci illərdə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi, 1968-1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1980-1993-cü illərdə respublika Ticarət və Sənaye Palatasının sədri vəzifələrində işləyərkən üzərinə düşən işləri layiqincə yerinə yetirdiyini söyləyib. O, Kamran Hüseynovun Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi işləyərkən həmkarlar ittifaqı hərəkatına verdiyi töhfələrdən, fəhlələrin əmək hüquqlarının qorunması və onların istirahətinin təşkilində göstərdiyi xidmətlərdən də danışıb. Çıxışlarda Kamran Hüseynovun əməyinin dövlət tərəfindən yüksək qiymətləndirildiyi də qeyd edilib. Diqqətə çatdırılıb ki, o, bir sıra orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilib və Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü olub.
Daha sonra çıxış edən Kamran Hüseynovun qızı Hicran Hüseynova atasının vətənə sonsuz sevgisindən danışıb və ümummilli lider Heydər Əliyev tərəfindən onun xidmətlərinin həmişə yüksək qiymətləndirildiyini bildirib. O, Prezident İlham Əliyevə görkəmli ictimai-siyasi xadim Kamran Hüseynovun 100 illik yubileyinin qeyd olunması barədə Sərəncam imzaladığına görə minnətdarlığını da dilə gətirib. Yubiley tədbiri bədii hissə ilə başa çatmışdır.
Zaman.-2013.-19 dekabr.-S.7.