Sirli yeraltı şəhərlər (1)

ƏZIZ MUSTAFA,

Elm və texnikanın sürətli inkişafına baxmayaraq, Yer kürəsində açılmamış sirlər hələ də qalmaqda davam edir.

 Bu baxımdan günümüzdə diqqəti daha çox cəlb edən son illərdə tez-tez rast gəlinən yeraltı şəhərlərdir. Bizə məlum olmayan hansısa qədim sivilizasiyaya aid olan bu yeraltı şəhərlər istər memarlıq, istərsə də yeraltında insanın yaşaması üçün lazım olan bütün şəraitin yaradılması baxımından olduqca unikal hesab edilir. Sivil memarlığı belə özünə mat qoyan və olduqca yüksək səviyyədə salınan yeraltı şəhərlərdəki küçələrin və xiyabanların genişliyi, insanların yaşaması üçün nəzərdə tutulan evlərdə hər cür rahatlığın nəzərə alınması tədqiqatçıları heyrətləndirməkdə davam edir. Elə bil hansısa qüdrətli bir əl əvvəlcə bu şəhəri yerin səthində inşa etmiş, sonra isə onu üsulluca yerin altına endirmişdir. Yeraltı şəhərlərin mövcudluğu  və yer altında yaşayan insanlar barədə demək olar bütün xalqlarda çoxsaylı rəvayətlər mövcuddur. Bu rəvayətlərin əksəriyyətində göydən yerə yağan hansısa bəlalardan qorunmaq üçün insanların yeraltında yaşamağa məcbur olması və böyük şəhərlər- yaşayış məskənləri inşa etdikləri vurğulanır. Amma uzun  müddət insanlar bu rəvayətlərə inanmamış, onu qədim insanların təxəyyülünün məhsulu hesab etmişlər. Lakin ötən əsrin əvvəllərindən başlayaraq, dünyanın müxtəlif bölgələrində çoxlu sayda yeraltı şəhərlərin aşkar edilməsi arxeoloqları məsələyə daha ciddi yanaşmağa məcbur etdi.  İlkin araşdırmalar göstərdi ki, qədimlərdə naməlum sivilizasiyanın yer altında şəhərlər inşa etməsi kosmosdan gələn hansısa təhlükə ilə bağlı olub. O dövrdə insanlar bizə məlum olmayan hansısa hadisə nəticəsində Yer üzündən yerin altına enməyə və orada yaşamağa məcbur olmuşlar. Məsələyə münasibət bildirən ABŞ-ın məşhur arxeoloqu Rudolf Merkinin sözlərinə görə, insanlarBöyük daşqın”dan əvvəl onları gözləyən hansısa qlobal təhlükəyə qarşı Yer altında yaşamağa məcbur olmuşlar. Alim arxeoloq bunu insanların məhv olmaqdan xilas olmaq üçünBöyük daşqın”dan öncə daha çətin bir imtahan verdiklərini və yer altına enməklə özlərini xilas etdiklərini iddia edir. Rudolf Merkinin bu iddialarını yuxarıda qeyd etdiyimiz kimi müxtəlif xalqların rəvayətləri də əyyən qədər sübut edir. Ümumiyyətlə, onu da deyək ki, elm və texnika inkişaf etdikcə məlum olur ki, bütün rəvayətlər əyyən tarixi hadisələrə söykənir və hansısa dövrün reallıqlarını əks edirir. Bu baxımdan yeraltı şəhərlərin aşkar edilərək onların öyrənilməsi hazırda arxeoloqlar üçün ən önəmli vəzifələrdən biri hesab edilir.

Morona-Santyaqo əmması

 Hələ qədim dövrlərdə məşhur tarixçi Plini öz əsərlərində yeraltı şəhərlərin mövcudluğu və onların biri-biriləri ilə nəhəng tunellər vasitəsilə əlaqə saxladığı barədə yazıb. Qeyd edək ki, yüksək sivilizasiyaya malik olan insanlar tərəfindən inşa edilən yeraltı şəhərlərdən biri 1961-ci ildə Argentinanın Morona-Santyaqo əyalətində tanınmış etnoloq və arxeoloq Xuan Morits tərəfindən aşkar edilib. Morits yeraltında insanı heyrətə salan şəhərlə tanış olmuş və uzun müddət bu şəhərin sirlərini heç kəsə açmaq istəməmişdi. Bu da yeraltı sirli şəhər haqqında çoxlu sayda müxtəlif şayiələrin baş alıb getməsinə gətirib çıxarmışdı.  Şayiələrdə belə bir fikir vurğulanırdı ki, guya Morits yeraltı şəhərdə böyük həcmdə qızıl-gümüş olan xəzinə, zəngin qədim kitabxana tapmışdı. Bu şəhərin guya kosmosdan gələnlər tərəfindən salındığı və hətta orada kosmik gəmilərin uçuşları üçün nəzərdə tutulan hava limanının da olduğu vurğulanırdı. Ona görə də, çoxlu sayda arxeoloq bu yeraltı şəhərə enmək üçün yollar axtarır, ancaq girişi tapa bilmirdilər. İş orasındadır ki, yeraltı şəhərə aparan bütün labirintlər güclü su axını ilə müşayiət edilən yeraltı çaya aparıb çıxarırdı. Buradan o yana Morits necə yoluna davam etmişdi, bu məlum deyildi. Ona görə də,  onlar sualtına dalğıcları dəvət edərək tunelin  davamını axtarırdılar. Lakin qarşı tərəf yəni yeraltı çayın digər sahili qranit qayalardan ibarət idi və orada tunelin davamından əsər-əlamətə rast gəlinmirdi. Ona görə də, yenə bu sirri açmaq üçün Moritsə israrlı müraciətlər edilirdi.  Morits isə inadla susmaqda davam edirdi. Bu isə sirli yeraltı şəhər barədə yaranan çoxsaylı rəvayətlərin daha da artmasına səbəb olmuşdu.

 Morits niyə susurdu?

Moritsin yeraltı şəhər barədə sirri açmaq istəməməsinin əslində səbəbləri vardı. Bu da ilk növbədə çoxlu sayda arxeloqun oraya daxil olaraq şəhəri pis vəziyyətə qoya biləcəyi, oranı qazıntılar mərkəzinə çevirəcəyi təhlükəsi idi. Digər tərəfdən də yeraltı şəhərə çoxalacaq gediş-gəliş onun tədricən dağılmasına gətirib çıxara bilərdi. Bundan əlavə Moritsin yeraltı şəhərdə tapdığı çoxlu sayda qızıl-zinət əşyalarının da izinə düşüləcəyindən ehtiyat etdiyi güman edilirdi. Xatırladaq ki, Morits həm də qədim qiymətli əşyaları toplamaqla məşğul olurdu və onun dəyəri pulla ifadə edilə bilməyəcək zəngin kolleksiyası var. Belə bir vəziyyətdə Moritsin sirri açmaq istəməməsi əyyən qədər təbii qarşılanırdı. Lakin yeraltı şəhərə gedən yolun aşkar edilməsi üçün Moritsə beynəlxalq səviyyədə də çoxlu sayda təzyiqlər edilirdi. Morits çətinliklə də olsa, bu təzyiqlərə, hədələrə dözür və sirri açmaq istəmirdi. Amma ona xatırladırdılar ki, bu şəhər dünya mədəniyyət xəzinəsinə aiddir və onun sirrini açmamaq özünü sivil inkişafa qarşı qoymaq deməkdir. Nəhayət Moritsi Argentinada yeraltı şəhərdə aşkar edilən xəzinələri mənimsəməkdə günahlandırmağa başlamışdılar. Bu isə onun  barəsində cinayət işinin açılmasına  gətirib çıxara bilərdi. Belə bir vəziyyətdə Morits hiss edirdi ki, özü ətrafındamühasirəhalqası get-gedə daralmaqdadır. Moritsin əsəbləri artıq tab gətirə bilmirdi. O, özü haqqında cinayət işinin açılmasından daha çox kolleksiyasında olan qiymətli əşyaların sirli şəhərə aid edilərək Argentina hökuməti tərəfindən müsadirə ediləcəyindən narahat idi.

 

 

 

Sirr qismən açılır

Yeraltı şəhərdə guya zəngin kitabxanaların olması və onlarda dünyanın keçmişi və gələcəyi haqqında çoxlu sayda məlumatların mövcudluğu, naməlum uçan obyektlərin tez-tez bu şəhərə enməsi barədə yayılan məlumatlar Moritsi yeraltı şəhər haqqında sirri qismən də olsa, açmağa məcbur etdi. Məlum oldu ki, yeraltı şəhərin təhlükələrdən xilas edilməsi və ora digər canlıların girə bilməməsi məqsədi ilə qədim mayyalılar özlərinə məxsus metod seçiblər. Belə ki, şəhərə giriş yalnız ildə bir dəfə, o da olduqca dəqiq müəyyən edilmiş gündə mümkün idi. Bu məqsədlə mayyalılar xüsusi güzgülərin vasitəsilə günəş şüalarını olduqca dəqiqliklə qranit qayalar arasında gizlədilmiş şlüzə yönəldirdilər. Bu şüaların təsiri altında qayalar hərəkətə gəlirdi, nəticədə şlüz açılaraq və yeraltı çayı iki yerə bölürdü. Bundan sonra bu tunellə şəhərə keçmək mümkün olurdu. Şlüz yalnız 12 saat açıq qalırdı. Bundan sonra o avtomatik bağlanır və sualtı çay yoluna davam edirdi. Şəhərə girəndən sonra onu tərk etmək yenə də yalnız dalğıclar vasitəsilə mümkün idi. Amma dalğıcların hansı yolla şəhəri tərk edə bilmələri dəəmma idi. Çünki şlüz bağlanandan sonra şəhərin ətraf aləmlə əlaqəsi kəsilirdi.

Morits sirri açdıqdan və ora bəzi arxeoloqların daxil olmasına imkan yaradandan sonra belə şəhər haqqında yayılan çoxsaylı şayiələr səngimək bilmədi.

Zaman.-2013.-19 dekabr.-S.13.