Sirli
yeraltı şəhərlər (2)
Morits sirri açdıqdan və ora bəzi arxeoloqların daxil
olmasına imkan yaradandan sonra belə şəhər haqqında yayılan
çoxsaylı şayiələr səngimək bilmədi.
İş orasındadır ki, Morits şlüzün
açılmasına imkan verən
güzgülərdən necə istifadə edilməsi barədə sirri gizli olaraq saxlamaqda davam
edirdi. Bu güzgülərin
düzülüş qaydasını və
onların hansı bucaq altında günəş şüalarını gizli
şlüzə
istiqamətləndirməsi barədə isə
Morits heç bir məlumat
vermədi.
Bununla belə, Morits yeraltı şəhərdə naməlum uçan obyektlərin olması barədə yayılan məlumatları təkzib edərək bunun yalan olduğunu
söylədi. O
bildirdi ki, yeraltı şəhərdə qədim kitabxana da yoxdur. Bu
kitabxana yalnız qranit qayalardakı Çin hərflərinə oxşar
yazılardan ibarətdir.
Məsələ ilə
bağlı 1987-ci ildə
ABŞ telekanallarından birinə
müsahibə verən Xuan Morits bu şəhərin olduqca yüksək səviyyədə inşa edildiyini və onda havalandırma
sisteminin ağlagəlməz şəkildə
hazırlandığını söylədi.
Onun sözlərinə görə hələlik
mənbəyi məlum olmayan yerdən yeraltı şəhərə
daxil olan təmiz hava
oksigen çatışmazlığını aradan
qaldırıb. Özü də burada oksigen olduqca təmiz şəkildədir, sanki o hansısa
filtrdən
keçir. Üstəlik
yeraltı şəhər oksigenlə olduqca zəngindir və yerüzündəkilər belə ona həsrət apara bilər.
Sanki yeraltı şəhəri oksigenlə təmin edən
xüsusi oksigen bazası mövcuddur.
Moritsin
açıqlaması yeraltı şəhər ətrafında baş
götürüb gedən çoxsaylı şayiələr və ehtimalların doğru
olmadığını az da olsa sübut
etmiş oldu. Lakin bununla belə Moritsin yeraltı şəhər haqqında olduqca az məlumat verdiyi də dərhal hiss olunurdu. Morits yeraltı şəhər haqqında olduqca çətinliklə danışır,
suallara da həvəssiz cavab verirdi.
Sanki kimdənsə ehtiyat edir, qorxurdu.
Onun dediklərinə qulaq asanda aydın
olurdu ki, alim yeraltı şəhər haqqında daha
ciddi məlumatlara
malikdir, ancaq bu barədə susmağa
üstünlük verir. Qeyd edək ki, bəzi məlumatlara görə, Morits yeraltı
şəhərlə bağlı müxtəlif ölkələrin xüsusi xidmət orqanları əməkdaşlarının
diqqət mərkəzində
olub. Onun hər
addımı izlənilib.
Yenə
də mətbuatda gedən və hələlik
təsdiqini tapmayan məlumatlara görə, Moritsi eyni zamanda
bir neçə iri
dövlətin kəşfiyyatı ilə əməkdaşlıq
etməyə məcbur ediblər.
Yeraltı şəhər haqqında məlumat almaq üçün bəzi xarici ölkələrin xüsusi xidmət
orqanları guya Moritsi hətta işgəncələrə belə məruz qoyublar. Əgər bu deyilənlər doğrudursa, onda Moritsin
yeraltı şəhər haqqında xəsisliklə məlumat verməsinin səbəblərini başa düşmək olar. Hər halda Moritsin yeraltı şəhərə daxil olmaq üçün
onun ətrafındakı kanalın şülüzlə ikiyə bölünərək, ora keçidin təmin edilməsinə imkan verən sirri-xüsusi bucaqlar
altında yerləşdirilən güzgülərlə kanala günəş şüalarının istiqamətləndirilməsi-gizlətməsi təsadüf ola
bilməz. Ola bilsin ki, ona bu sirri açmağa əməkdaşlıq etməyə
məcbur edildiyi
ölkələrin xüsusi xidmət orqanları imkan
verməyiblər. Onu da deyək ki, Morits yeraltı şəhər haqqında sirri qismən də olsa açdıqdan sonra,
orada çox az sayda alim-arxeoloq olub. Onların da əksəriyyətinin xüsusi xidmət orqanları ilə əməkdaşlıq
etdikləri istisna
edilmir. Çünki yeraltı şəhərdə olan arxeoloqlar da orada qeyri-adi nəyə isə rast gəlmədiklərini bildirirlər. Onlar yeraltı şəhərdə sivil mədəniyyətimizi mat qoyan abidələrin, evlərin, xüsusi sarayların
olduğunu, onun inşasında günümüzdə, məlum olmayan və dağılmaya,
aşınmaya məruz qalmayan inşaat materiallarından istifadə edildiyini xüsusi
vurğulayırlar. Alimləri
heyrətə salan daha çox
yeraltı şəhərdə oksigenin həddindən artıq bol
olmasıdır. Amma, hələki
oksigenin haradan şəhərə daxil olmasını aşkar etmək mümkün
olmayıb. Nəhayət, yeraltı şəhərlə
bağlı aparılan azsaylı tədqiqatlar
da olduqca gizli saxlanılır. Niyə? Bu suala cavab tapmaq mümkün deyil. Ola bilsin ki, yeraltı şəhərdə qədim
sivilizasiyaya aid yüksək
texnoloji vasitələrə rast gəlinib.
Bu texnologiyaların sirrinin açılması
isə çox
güman ki, ağır gedir. Üstəlik bu
texnologiyanın sirlərinin
öyrənilməsi və onun barədə məlumat
verilməsi şəhəri nəzarətdə saxlayan bəzi
xarici ölkə kəşfiyyatına sərf etməyə də
bilər. Ona görə
də yeraltı
şəhər öz sirirni
qorumaqda davam edir. Moritsə gəlincə, onun da yeraltı
şəhərdən bəzi
qiymətli əşyaları mənimsəməsi barədə faktlar mövcuddur.
Ümumiyyətlə ABŞ telekanallarına verdiyi son açıqlamadan sonra
Moritsi görən çox az adam olub. Onun
öldüyü və
sağ olduğu barədə məlumatlar demək
olar ki, yoxdur. ABŞ-ın bəzi aparıcı
telekanalları Moritsdən
bir neçə dəfə müsahibə
götürmək
istəsələr də,
onunla əlaqə yarada bilməyiblər. Moritsə
zəng
çatmır. O, əvvəllər yaşadığı evini sataraq hara isə köçüb. Yerini isə
ən
yaxınları belə
bilmir. Ola bilsin ki, onun müəmmalı şəkildə yoxa
çıxmasının arxasında hansısa sirr
dayanır...
Təhlükə kosmosdan gəlirdimi?
Yeraltı
şəhərlərə demək olar ki,
dünyanın hər yerində rast gəlinir. Onların nə
üçün yeraltında inşa edilməsi ilə
bağlı müəmmalar
isə davam etməkdədir. Yeraltı
şəhərlərin inşa edilməsini kosmosdan gələn
təhlükə ilə, düşməndən mühafizə
olunmaq üçün də
inşa edildiyi barədə çoxsaylı
ehtimallar mövcuddur. Amma ilk baxışdan
aydın olur ki, bu şəhərlərin yerin altında yüksək səviyyədə inşa edilməsi düşmən hücumundan gizlənmək üçün deyil, daha
çox kosmosdan gələn hansısa təhlükə ilə bağlı olub.
Çünki, əgər yeraltı şəhərlər
düşməndən qorunmaq
üçün olsa idi, onlar primitiv şəkildə
inşa edilər,
daimi deyil, müvəqqəti xarakter
daşıyardı. Amma şəhərlərin
olduqca yüksək
səviyyədə inşa edilməsi və
onların min illər
boyu inşan yaşaması üçün nəzədə
tutulması, orada daimi yaşamaq üçün bütün
şəraitin
olması alimləri
məsələyə
daha ciddi yanaşmağa məcbur
edib. Çünki bu şəhərləri
inşa edənlər olduqca yüksək sivilizasiyaya malik
olublar və özlərindən sonra əbədiyyətə qədər
dağılmayacaq möhtəşəm yeraltı şəhərlər
qoyub gediblər.
Ola bilsin ki, yeraltı şəhərləri inşa edənlər uzun müddət yer altında yaşamağa məcbur oluqlarını
öncədən bilirlərmiş. Məsələyə
aydınlıq gətirmək üçün
ciddi faktlar əldə edə bilməyən alimlər
çıxış yolu kimi bəzi
xalqların əfsanələrinə
müraciət ediblər. Bu əfsanələrə
görə vaxtilə göydən yerə dəhşət
saçan, özü ilə
ölümlər gətirən ağ-qara
şüalar enərək hər şeyi məhv edirmiş. Alimlərin
fikrincə bu
şüalar hansısa planetdə,
o cümlədən vaxtilə yer üzündə gedən nüvə müharibəsi nəticəsində yarana bilərdi. Bu ölüm saçan şüalardan
qorunmağın yeganə
yolu isə
yeraltı şəhərlərdə
gizlənmək idi. Hər halda son yüzillikdə elm və texnikanın inkişafı
nəticəsində qədim əfsanələrdə təsvir edilənlərin çoxunun
reallığa çevrilməsi alimlərin son iddialarının
doğru ola biləcəyini göstərir. Hələliksə
yer kürəsində özlərinə rast gəlinən sirli sivilizasiyalarla
bağlı araşdırmalar kosmosun öyrənilməsi,
uzaq planetlərə kosmik
uçuşların təşkil
edilməsi qədər vacib hesab edilir.
Türkiyədə yeraltı şəhərlər
Sirli yeraltı şəhərlərə
bizə qonşu olan
Türkiyədə də rast gəlinir.
Özü də
onların sayı bir deyil, çoxdur. Belə yeraltı şəhərlərdən biri Qaymaqlıdır. Qaymaqlı
yeraltı şəhəri çoxmərtəbəli
evlərdən ibarət yeraltı
kompleksdir. Burada, ilin bütün vaxtlarında sabit temperatur (27
dərəcə) mövcuddur. Halbuki, məntiqi baxımdan
yeraltı şəhərdə hava soyuq olmalı idi. Şəhər altında inşa
edilən və əksəriyyəti 7 mərtəbədən ibarət olan yeraltı evlərin çoxu iki
otaqlıdır. Burada yemək
saxlamaq, bişirmək
üçün xüsusi otaqlar, o cümlədən,
su və kanalizasiya
sistemi var. Kanalizasiya sistemi
müasir şəhərlərdə
olduğu kimi üst mərtəbələrdən başlayaraq alt mərtəbələrə doğru uzanır. Bəzi otaqlarda su sistemləri indinin
özündə belə işləyir. Amma bu otaqlara
suyun haradan daxil olması hələki müəyyən edilməyib. Hazırda
Qaymaqlıda arxeoloji tədqiqatlar
aparıldığından şəhərin nə məqsədlə
salındığı məsələsinə
aydınlıq gətirilməyib. Qaymaqlı şəhəri də
insanı heyrətə salacaq dərəcədə olduqca yüksək səviyyədə inşa edilib. İlk baxışdan da hiss olunur
ki, yeraltı şəhəri inşa edənlər günümüzdə belə insanı heyrətə salan sivilizasiyaya malik olublar. Türkiyədəki digər yeraltı şəhər Dərinquyudur.
Bu şəhər 1963-cü ildə bir təsadüf nəticəsində aşkar edilib. Belə ki, yerli sakinlərdən biri,
evinin altındakı zirzəmidə qəribə
çatların əmələ gəldiyini
görüb. O, bu çatların haradan
yarandığını öyrənmək və onun ev
üçün nə
qədər təhlükəli
olub-olmadığını araşdırmaq qərarına gəlib. Araşdırma
zamanı o evin altında yeraltı tunel aşkar edib. Bu tuneldən təmiz hava gəlirdi. Təcili şəkildə tapıntı barədə yerli hakimiyyət orqanlarına məlumat verən
yerli sakin bununla da arxeoloqların diqqətini
tapıntıya cəlb
edə bilib. Məlum olub ki, yerin altında
10 min insanın yaşamasına imkan verən yeraltı şəhər
mövcuddur. Bu yeraltı şəhər də çoxmərtəbəlidir
və biri-biriləri ilə geniş tunellər ilə əlaqəlidir.
Amma burada evlərin
çoxu 20 mərtəbədən
ibarətdir və onların
hamısında su-kanalizasiya sistemləri
aşkar edilib. Şəhərdə olduqca dəqiq
riyazi hesablamalar əsasında
inşa edilən
ventilyasiya sistemi var. Burada da havanın temperaturu il boyu 27 dərəcədir.
Şəhərdən müxtəlif
istiqamətlərə çoxsaylı tunellər uzanır.
Onların bir çoxu insan ayağı dəyməyən meşəliklərə və
çöllüklərə gedib
çıxır. Bəzi
tunellər isə yerin altı ilə yüzlərlə kilometr uzanır. Onların hara
gedib çıxdığı isə
hələ ki, müəyyən deyil.
Türkiyədəki digər yeraltı şəhər isə
Tatların adlanır. Bu şəhər 1975-ci ildə aşkar edilib. Tatların
yeraltı şəhəri də Qaymaqlı və Dərinquyu yeraltı şəhərlərini
xatırladır və
hazırda onlarda arxeoloji tədqiqatlar
davam edir. Onu da deyək ki Xuan Moritsin aşkar etdyi yeraltı şəhərlə müqayisədə Türkiyədəki yeraltı şəhərlər nisbətən sadə şəkildə inşa edilib və onlarda hələ ki, bizi heyrətə salan sivilizasiyaya aid yüksək texniki avadanlıqlara rast gəlmək mümkün olmayıb. Son -Əzız
Mustafa
Zaman.-2013.-20 dekabr.-S.5.