Dünya elminin inkişafına təkan verən dahi (1)

 

Tehranda Lütfinin təhsilini davam etdirməsində müəyyən problemlər yarandı.

 

Buna səbəb isə Lütfinin Bakıda üçüncü sinifə kimi rusdilli məktəbdə oxuması idi. Bu təhsil isə Tehranda yerli dildə təhsil verən məktəblərdə onun oxumasına, eyni səviyyədə təhsilini davam etdirməsinə imkan vermirdi. Çünki bu iki təhsil sistemi arasında böyük fərqlər vardı. Belə bir vəziyyətdə ailə çıxış yolunu Lütfini  amerikalıların Tehranda fəaliyyət göstərən Albors missioner məktəbinə qoymaqda gördü. Bu məktəb Qərb kriteriyaları əsasında təhsil verirdi orada şagirdlərə Amerika həyatı təbliğ edilirdi. Əzız Mustafa

Onun haqqında danışmamaq mümkün deyil mənə elə gəlir ki, o,  Azərbaycanın dünya elminə verdiyi ən böyük simalardan biridir. Amma sözün düzü uzun müddət onun azərbaycanlı olması Bakıda doğulması barədə məlumata malik deyildik bu, sovet dövründə gizlədilirdi. Çünki Azərbaycanda anadan olan birinin dünya elminin zirvəsini fəth etməsi yeni elmi nəzəriyyəsi ilə elmdə inqilab etməsi rus zəkalarının uğurlarını kölgə altında qoyurdu. Lakin Azərbaycanın vətənpərvər oğlu xalq şairi Bəxtiyar Vahabzadənin dediyi kimi Axı dünya fırlanır”dı günlərin birində sovet rejimi onun azərbaycanlı olmasını artıq gizlədə bilmədi. Yenə bəlkə o, başqa bir millətin nümayəndəsi olsaydı, onda mənsub olduğu millətin nümayəndələri onun adını əllərində bayraq etməklə özlərini sivil dünyamızın ən zəkalı millətlərindən biri kimi özlərini hər yerdə təbliğ edərdilər. Amma biz tarixboyu təvazökar millət olduğumuzdan indinin özündə belə dünya şöhrətli bu dahinin azərbaycanlı olmasını qabartmırıq ya daha doğrusu qabarda bilmirik. Halbuki sivil elmi-texniki inkişafa görə müəyyən qədər bəşəriyyət ona, bu böyük azərbaycanlı dahiyə borcludur. Söhbət Azərbaycan xalqının dünya elminə verdiyi ən böyük dahilərdən biri olan Lütfi Zadədən gedir.  

Əsl ad soyadı Lütfəli Rəhim oğlu Ələsgərzadə olan gələcəyin dahisi Lütfi Zadə 1921-ci il fevral ayının 4-də Bakıda anadan olub. Onun atası Rəhim Ələsgərzadə Cənubi Azərbaycanın Ərdəbil şəhərindən Bakıya köç edənlərdən idi. Ərdəbil şəhərində Ələsgərzadələr ailəsi o dövrün ən ziyalı, elmli ailələrindən biri hesab edilirdi. Ailədə elmə, təhsilə böyük fikir verilir uşaqların oxumasına böyük diqqət yetirilirdi. Gələcək dahinin atası Rəhim Ələsgərzadə mükəmməl təhsil almışdı ziyalı, elmli bir adam kimi Ərdəbildə böyük hörmət qazanmışdı. Lütfi Zadənin atasında Azərbaycanın şimalına böyük sevgi məhəbbət vardı. Bu sevgi məhəbbət onu I dünya müharibəsi illərində Bakıya gətirib çıxarmışdı. Rəhim Ələsgərzadə Bakıda kibrit ticarətilə məşğul olmağa başladı. Bu məqsədlə o, İrandan kibrit alaraq Bakıya gətirir onun satışını təşkil edirdi. Həmin dövrdə çar Rusiyası I dünya müharibəsində iştirak etdiyindən Bakıda imperiyanın digər yerlərində kibrit çatışmazlığı hiss olunurdu. Nəticədə Rəhim Ələsgərzadə kibrit satışından külli müqdarda gəlir əldə etdi. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra da Rəhim Ələsgərzadə öz ticari fəaliyyətini davam etdirdi. Həmin dövrdə  Şərqdəki ilk  demokratik cümhuriyyətin qurulmasını böyük sevinclə qarşılayan Rəhim Ələsgərzadə gənc dövlətimizə imkanı dairəsində maliyyə yardımı göstərir, milli ordumuz üçün zəruri olan ərzaq yardımlarının edilməsində fəal iştirak edirdi. Həmin dövrdə Rəhim Ələsgərzadə həm İranda nəşr ediən qəzetlərin Bakıdakı müxbiri kimi çalışırdı. Onun Azərbaycanda baş verənlərlə bağlı məlumatları müntəzəm olaraq İranın bir çox qəzetlərində dərc olunurdu. Öz təhsilini daim artırmaqla məşğul olan Rəhim Ələsgərzadə  Bakı universitetinin Şərqşünaslıq fakültəsində oxuyub.

Azərbaycandakı fəaliyyəti zamanı tale onu yəhudi əsilli rus uşaq həkimi olan Fanya Koriman ilə qarşılaşdırır. Bu tanışlıq onlar arasında sevgiyə çevrilir sonda onların ailə həyatı qurmasına gətirib çıxarır. Təbii ki, Avropa Yaxın Şərq dünyagörüşlərinə malik olan iki ziyalının ailəsində

dünyaya gəlməsi Lütfi Zadənin  gələcək taleyində önəmli rol oynayır.  Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsindən sonra  da öz fəaliyyətlərini davam etdirən Ələsgərzadələr ailəsi balaca Lütfinin mükəmməl təhsil almasını qarşılarına əsas məqsəd qoymuşdular. Ona görə ,   ailə balaca Lütfini hələ kiçik yaşlarından elmə böyük məhəbbət ruhunda tərbiyə etməyə başlamışdı. Məktəbə getməmişdən oxumağı yazmağı bacaran, özünü yaşıdlarından xeyli zəkalı göstərən Lütfi birinci sinifə 16 saylı məktəbdə getdi.

Qısa müddətdə o bütün müəllim heyətinin sevgisini qazandı. Onu məktəbdə barmaqla göstərərək haqqında fəxrlə danışırdılar. Lütfi dəqiq elmlərlə maraqlanır ona verilən ən çətin riyazi tapşırıqları çətinlik çəkmədən həll edirdi. Amma o, orta təhsilini Bakıda tamamlaya bilmədi, daha doğrusu buna imkan vermədilər. O dövrdə Bakıda Cənubi Azərbaycandan gələn çoxlu sayda insan vardı onlar şəhər əhalisinin böyük hissəsini təşkil edirdilər. Bu da Bakını erməni rus şəhəri kimi görmək istəyən bolşevik rejimini qane etmirdi. Ona görə , bolşeviklər Bakıda türk -müsəlman əhalinin sayını azaltmaq məqsədi ilə İrandan gələrək burada məskunlaşan bununla da Azərbaycan vətəndaşlarına çevrilən azərbaycanlıların  köçürülməsi barədə qərar qəbul etdi. Amma bu qərarın əsl mahiyyətini gizlətmək üçün bolşevik rejimi İran vətəndaşı olan azərbaycanlılar qarşısında şərt qoymuşdu. Bu şərtə əsasən cənubdan olan soydaşlarımız ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni dərhal tərk edib getməli idilər. Bu ad altında ölkəmizin bolşevik işğalından illərlə əvvəl Cənubi Azərbaycandan Bakıya gələn azərbaycanlılara Azərbaycanı tərk etmələri üçün təzyiqlər başlandı. Bu isə, faktiki olaraq cənubdan olan soydaşlarımızın deportasiyası idi. Qısa müddətdə Bakıdan Azərbaycanın digər yerlərindən  təxminən  700-900 min nəfər cənubi Azərbaycandan olan soydaşımız İrana deportasiya edildi. Onların boşalmış yerlərinə isə təcili şəkildə ruslar, eləcə Dağlıq Qarabağdan, Ermənistandan SSRİ-nin digər yerlərindən ermənilər köçürüldü. Bu da qısa müddətdə Bakıda demoqrafik vəziyyətin dəyişməsinə burada qeyri müsəlmanların, ermənilərin rusların sayının artmasına gətirib çıxardı. Təzyiqlərə dözməyən  Ələsgərzadələr  aliəsi 1932-ci ildə Bakını tərk etməyə məcbur oldu. Amma hadisələrin gedişi gösərdi ki, bu köçürülmə əslində balaca Lütfinin gələcək həyat yolunu müəyyən etməsi elmin zirvəsinə gedən yolu fəth etməsində önəmli rol oynayıb. Belə ki, həmin dövrdə SSRİ- kibernetika, informatika, genetika kimi elmlərə biganə yanaşır, Qərbdə bu sahədə aparılan tədqiqatları istehza ilə qarşılayırdılar. Bu baxımdan belə hesab etmək olar ki, Bakıdan İrana deportasiya edilməklə balaca Lütfinin müəyyən qədər bəxti gətirib.

Ələsgərzadələr ailəsi bu dəfə yaşamaq üçün Ərdəbili deyil, Tehranı seçdilər. Çünki Ərdəbillə müqayisədə Tehran elm və mədəniyyət mərkəzi hesab edilirdiburada çoxlu sayda Qərb və Şərq təhsili verən  məktəblər fəaliyyət göstərirdi.  Ələsgərzadələr ailəsi Tehranda məskunlaşanda Lütfinin 10 yaşı vardı. Amma Tehranda Lütfinin təhsilini davam etdirməsində müəyyən problemlər yarandı. Buna səbəb isə Lütfinin Bakıda üçüncü sinifə kimi rusdilli məktəbdə oxuması idi. Bu təhsil isə Tehranda yerli dildə təhsil verən məktəblərdə onun oxumasına, eyni səviyyədə təhsilini davam etdirməsinə imkan vermirdi. Çünki bu iki təhsil sistemi arasında böyük fərqlər vardı. Belə bir vəziyyətdə ailə çıxış yolunu Lütfini  amerikalıların Tehranda fəaliyyət göstərən Albors missioner məktəbinə qoymaqda gördü. Bu məktəb Qərb kriteriyaları əsasında təhsil verirdiorada şagirdlərə Amerika həyatı təbliğ edilirdi. Amerika həyatının  təbliği isə Lütfinin adı çəkilən ölkəyə olan marağının artmasına gətirib çıxardı. Bu məktəbdə də texniki sahədə xüsusi istedadı ilə fərqlənən Lütfi ingilis dilinə mükəmməl şəkildə yiyələndi. O orta məktəbi bitidikdən sonra Amerikaya getmək istəyirdi, lakin həmin dövrdə II dünya müharibəsinin başlaması Lütfini fikrini dəyişdirməyə məcbur etdi.

O, orta təhsilini başa vurduqdan sonra Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil oldu. 1944-cü ildə Lütfi Tehran universitetini əla qiymətlərlə başa vuraraq elektrik mühəndisi diplomu aldı. Amma o Amerikaya getmək, təhsilini daha yüksək səviyyədə davam etdirmək istəyirdi. Ona görə də, valideynlərinin razılığı ilə Lütfi Tehran universitetini bitirdikdən sonra 1944-cü ildə Amerikaya gəldi. O, təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirdi. Burada da ilk günlərdən istedadlı tələbə kimi müəllimlərin diqqətini cəlb edərək onların sevimlisinə çevrildi.

 

Zaman.-2013.-24 iyul.-S.12.