Dünya elminin inkişafına təkan verən dahi (3)

 

1960-cı illərin ortalarında  L. Zadə sistemlər nəzəriyyəsi, avtomatik idarəetmə nəzəriyyələri onların tətbiqi sahəsində ən tanınmış mütəxəssislərdən birinə çevrilir. Bir sözlə, azərbaycanlı alim dünya elmində artıq öz möhürünü vurmuşdu elmi dairələrdə onun adı gələndə ehtiramla ayağa qalxırdılar. Lütfi Zadə da elmi fəaliyyətinə yüksək qiymət verildiyini görərək daha həvəslə çalışır, yeni zirvələr kəşf etməyə cəhd edirdi. Bu cəhdlər isə sonda dünyanı heyrətə salan yeni bir elmi kəşflə nəticələndi.

Elmdə inqilab ya zirvə fəth edilir

Lütfi Zadə 1965-ci ildə  dünyaya səs salan qeyri-səlis çoxluqlara aid (“Fuzzy Sets”) adlı elmi məqaləsini dərc etdirdi. Bu elmi məqalə mövcud elmi texniki biliklər sisteminə yenidən yanaşma əsasında yazılmış  bu günə kimi elmdə dəyişdirilməsi mümkün olmayan nəzəriyyələrin yenidən işlənməsinin mümkünlüyü zəruriliyi  tutarlı faktlarla sübut edilmişdi.  Bu məqalə qısa müddətdə dünyaya səs salmışdı. Dərhal məqalədə Lütfi Zadənin gətirdiyi elmi sübutlar müxtəlif prizmalardan təhlil edilməyə başlandı. Onun doğru olmadığını sübut etməyə çalışan bunun üçün dəridən qabıqdan çıxan alimlər belə oldu. Çünki artıq sübuta ehtiyacı olmayan son nəticə kimi qəbul edilən elmi nəzəriyyələri yerindən oynatmaq dünyanın əksər aparıcı alimlərinə  dəlilik təsiri bağışlayırdı. Amma Lütfi Zadənin məsələ ilə bağlı  ortaya qoyduğu faktlar o qədər əsaslı idi ki, onu təkzib etmək, onun doğru olmadığını sübut etmək üçün qabağına isə çıxarmaq mümkün deyildi. Buna baxmayaraq, Amerikanın elmi dairələri uzun müddət alimin yeni elmi kəşfini qəbul edə, onunla barışa bilmədilər. Amma əksər ölkələrdə o cümlədən Yaponiyada Lütfi Zadənin yeni elmi kəşfi yüksək qiymətləndirilimiş dərhal onun praktikada tətbiq etməyə başlamışdılar. Bu da qısa müddətdə yaponlara milyardlarla ola gəlir gətirdi. Amerika isə yalnız bundan sonra hərəkətə gəldi.

Alimin özü Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin mahiyyətini belə izah edir: “…Qeyri-səlis məntiq, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin əsas mahiyyəti odur ki, mütləq heç yoxdur. Hər şey, riyazi dillə desək, 0-1 şkalasında müəyyən həddə dəyişir”.

Deməli, real dünyanın ümumi mənzərəsi 0 vahid arasında olan onlarla, yüzlərlə çalarlardan ibarətdir. Amma o dövrün ən məşhur alimlərinin çoxu bunu uzun illərboyu qəbul edə bilmədi. Amma bundan itirənlər onların özləri oldu hadisələrin gedişi göstərdi ki, Lütfi Zadə dünya elminin texniki inkişafına  təkan verən, onun birdən-birə yüz illərin inkişaf yolunu keçməsinə xidmət edən böyük elmi kəşf edib. Bu eyni zamanda Lütfi Zadənin simasında Azərbaycan elminin, azərbaycanlı təfəkkürünün dünya elminin zirvəsini kəşf etməsi demək idi.

İş orasında idi ki, bu nəzəriyyəni bəyənməyən alimlərin bir hissəsi yeniliyi qəbul etmək iqtidarında deyildilər. Çünki bu nəzəriyyə onların mövcud elmi baxışlarını alt-üst edərək alimləri elmdə yeni axtarışlara cəlb edirdi. Onlar isə buna, sözün əsl mənasında, hazır deyildilər. Alimlərin bir hissəsi isə tələsməməyi hadisələrin sonunu gözləməyi qərara almışdılar. Onlar da Lütfi Zadənin yeni kəşfi ilə bağlı ehtiyatsız, yerində işlənməyən söz deməkdən ehtiyat edərək bunun öz imiclərinə xələl gətirə biləcəyindən  qorxurdular.

Ona görə , Amerikanın elmi ictimaiyyəti Lütfi Zadənin yeni kəşfinə kifayət qədər diqqətlə yanaşmadı ona istənilən reaksiyanı vermədi. Belə bir vəziyyətdə isə hər bir yeniliyə həssaslıqla yanaşan Yaponiya alimləri dərhal Lütfi Zadənin kəşfinin böyük gəlir gətirəcəyini elmdə inqilab edəcəyini anladılar. Onların təşəbbüsü ilə Lütfi Zadənin elmi uğuru müasir texnoloji proseslərə tətbiq edilməyə başlandı. Bu da tezliklə özünü doğrultdu yapon adamları qısa müddətdə bu elmi kəşfin tətbiqindən milyardlarla dollar gəlir götürdülər.

YaponiyanınMitsubişi”, “Toşiba”, “Soni”, “Kanon”, “Sanyo”, “Nissan”, “Honda” digər nüfuzlu şirkətləri Lütfi Zadənin elmə gətirdiyi nəzəriyyə yeniliklərdən foto videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyicilər istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

Günümüzdə Yaponiyanın məşhur şirkətləri, o cümlədənUmtaçi”, “Mitsubişi”, “Toşiba”, “Soni”, “Orison”, “Kanon”, “Riqo”, “Sanyukimi  şirkətləri Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsindən istifadə etməkdədirlər. Bu müstəvidə YaponiyanınPanasonikKvassaradı altında mallar istehsal edənMitçüsitaşirkəti qeyri-səlis texnologiyanın tətbiqindən hər il külli miqdarda gəlir götürməkdə davam edir.

 Mitçüsitaşirkətinin rəhbərlərindən biri deyir ki, əgər Lütfi Zadənin bu elmi kəşfi olmasaydı, biz uzun illər yerində sayaraq, son nəticədə milyardlarla dollar gəlirdən məhrum olacaqdıq. Həmin şirkətinin rəsmisi: “Lütfi Zadə sivil elmi inkişafa təkan verərək, onu yenidən canlandırdı insan zəkasının tükənməz imkanlara malik olduğunu sübut etdi. Biz bu gün Lütfi Zadə zəkası, onun qeyri-adi dühası qarşısında baş əyirik əldə etdiyimiz bütün uğurlara görə ona borcluyuq”,-deyir.

Yaponiyanın Lütfi Zadənin elmi kəşfindən milyardlarla dollar gəlir götürməsi, öz növbəsində, Amerika alimlərini hərəkətə gətirdi. Onlar alimin elmi kəşfi ilə yenidən maraqlanmağa bu nəzəriyyədən istifadə edərək milyardlar əldə edərək yapon şirkətlərinin sirlərini araşdırmağa başladılar. Son nəticədə Lütfi Zadənin haqlı olduğu onun elmi kəşfinin elmdə sıçrayışa gətirib çıxardığını anlayan amerikalılar tələm-tələsik bu böyük alimə münasibətdə buraxdıqları səhvləri düzəltməyə başladılar. Amerikanın “General Motors”, “General Elektrik”, “Motorola”, “Düpont”, “Kodak” kimi  şirkətləri Lütfi Zadənin elmi nəzəriyyəsini istehsalatda tətbiq etməyə başladılar. Bu da onlara külli miqdarda gəlir gətirməkdədir.

Görkəmli alimin qeyri-səlis məntiq nəzəriyyəsi Amerika Birləşmiş Ştatlarında kosmik proqramların həyata keçirilməsində mühum rol oynamaqdadır. Yaponiyada qeyri-səlis məntiqə əsaslanan foto-video cihazlar buraxılır. Danimarkada qeyri-səlis məntiq əsasında işləyən sement sobaları istehsal edilir.

Yeni elmi kəşfdə Qurani-Kərimin rolu

Lütfi Zadənin  dünyanın ən böyük elmi kəşflərindən biri olan qeyri-səlis nəzəriyyə klassik riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verərək qeyri-səlis çoxluqları gündəmə gətirdi. Bu da, öz növbəsində, elmə qeyri-səlis ölçünün daxil edilməsi nəticəsində təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat şəkildə nəzərə almağa imkan verib. Lütfi Zadə bu elmi nəzəriyyəni irəli sürərkən Qurani-Kərimdən də faydalanıb. O deyir ki, Qurani-Kərim elmi kəşflər üçün böyük bir mənbədir və tədqiqatçı alimlərin üzlərinə yeni elmi zirvələrin qapılarını açır. Qeyd edək ki, Lütfi Zadə Qurani-Kərimi dərindən bilir və müntəzəm olaraq müqəddəs kitabımızı oxuyur. O hər hansı bir tədqiqata başlamazdan əvvəl dəfələrlə Qurani- Kərimə müraciət edibözünündediyi kimi, orada bir çox elmi kəşflərə açar tapıb. Bu baxımdan alimin ona dünya şöhrəti gətirən və elmdə böyük inqilaba yol açan qeyri-səlis çoxluqlar nəzəriyyəsini də Qurani-Kərimdən istifadə edərək irəli sürdüyü istisna edilmir.

Bir sözlə, Lütfi Zadə alternativ riyaziyyat (qeyri-səlis riyaziyyat) yaratdı. Nəticədə müxtəlif elm sahələri üzrə yeni elmlər- qeyri-səlis fizika, qeyri-səlis kimya, qeyri-səlis riyaziyyat və başqaları yarandı. Lütfi Zadənin elmi kəşfi o qədər qlobalmüasirdir ki, hər il bununla bağlı çoxsaylı elmi simpoziumlar, beynəlxalq konfranslar keçirilirbuna paralel olaraq bu mövzuya həsr edilən 50-dən artıq elmi jurnal nəşr edilir. Onun son elmi kəşfi sonrakı dövrdə çoxlu sayda yeni elmi ixtiraların, kəşflərin meydana çıxmasına, dəqiq elmlərin daha da inkişaf etməsinə təkan verdi. Lütfi Zadənin elmi kəşfi həm də kompyuter texnologiylarının sürətli inkişafına təkan verərək elmi texniki tərəqqidə şərəfli bir səhifə açdı.

Nəhayət L. Zadənin Soft Computing nəzəriyyəsi qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticə çıxarma paradiqmilerinin intellektual kombinasiyalarını özündə əks etdirərək yeni texnologiyaların əsasını təşkil edir. Alimin sözlə işləyən kompyuterlər nəzəriyyəsi əsasında işləyən kompyuterlərdə informasiyanın qranulyasiyası kimi sözlər, cümlələr istifadə olunur. Bu tip kompyuterlər təxmini məntiqi nəticə çıxarma qabiliyyətinə malik olan və təəssürat əsasında informasiyanı işləyə bilən insan beyninin ən adekvat texniki modelidir. Təəsürat nəzəriyyəsi dəqiq ölçmə aparmadan ətraf aləm haqqında tezdolğun informasiya almaq üsullarını verir.

 

ƏZIZ MUSTAFA,

Zaman.-2013.-31 iyul.-S.12.