Əli bəy Hüseynzadə - milli istiqlalTuran aşiqi (2)

 

Əli bəy Hüseynzadənin Azərbaycana qayıtdığı 1903-cü il Rusiyanın və Qafqazın siyasi həyatında təlatümlər dövrü idi.

Belə ki, Rusiyanın hər yerində hökumətdən narazılıq artmış və bu bir çox yerlərdə çara qarşı açıq çıxışlara gətirib çıxarmışdı. Bunun ardınca 1904-1905-ci illərdə Rus-Yapon müharibəsində çarizmin ağır məğlubiyyətə uğraması Rusiyadakı siyasi böhranı da dərinləşdirdi. Belə bir vəziyyətdə çarizm ucqarlarda xalqın narazılığını azaltmaq üçün onlara mədəniyyət sahəsində bəzi güzəştlərə getməyə məcbur olmuşdu. Nəticədə o dövrdə Bakıda Azərbaycan və rus dillərində yeni qəzetlər nəşr edilməyə başladı. Bu qəzetlərin əsas hərəkətverici qüvvəsi isə yuxarıda da qeyd etdiyimiz kimi, Rusiyada ali təhsil alan gənclər, daha dəqiq desək, yerli zadəgan ailələrinin övladları idilər. Onlar varlı ailələrdən çıxmalarına baxmayaraq, daha çox milli ruhda köklənərək, mənsub olduqları millətlərinin işıqlı gələcəyinə, onların savadlanmasına və milli azadlığına gedən yolları axtarırdılar. Belə bir vəziyyətdə İstanbulda milli ruhda böyük bir həyat məktəbi keçən Əli bəy Hüseynzadənin Bakıya köçməsi Azərbaycanda milli azadlıq mücadiləsinə yeni bir ruh, yeni bir nəfəs gətirdi. Bakıda Əli bəy Hüseynzadənin ilk işi siyasi yönümdə köklənən və müxtəlif siyasi qruplarda birləşərək çarizmə qarşı gizli mübarizəyə başlayan milli vətənpərvər qüvvələrlə tanışlıq oldu. Həmin dövrdə sosial-demokrat ideyalarının həyata keçməsinə üstünlük verən, ancaq bunu yalnız milli zəmində mümkün hesab edən Əli bəy Nəriman Nərimanov və digərləri yaxın münasibətlərdə idi. Amma sonralar onun özünündediyi kimi, Bakıdakı vəziyyətin ağırlığı və çarizm tərəfindən qızışdırılan ermənilər tərəfindən həyata keçirilən türk-müsəlman soyqırımıları ziyalılar arasında həmrəyliyin lazımi səviyyədə olmamasını üzə çıxarmışdı. Ona görə də o, özünün əsas vəzifəsini xalqı həmrəyliyə və birliyə səsləyən milli ruhlu məqalələr yazmaqda görürdü. Bu məqsədlə Əli bəy Hüseynzadə Bakıda rus dilində nəşr edilən “Kaspi” və digər qəzetlərlə əməkdaşlıq etməyə başladı. Qeyd edək ki, 1881-ci ildə rus dilində nəşrə başlayanKaspi” qəzeti o dövrdə rus dilində təhsil alan azərbaycanlı ziyalıların qismən də olsa milli ruhda köklənməsində müəyyən rol oynadı. Təsadüfi deyil ki, qəzetin ilk redaktorları sırasında məşhur maarifpərvər xadim M. A. Şahtaxtinskiolub. 1897-ci ildə  Kaspi” qəzetini məşhur xeyriyyəçi, mesant Hacı Zeynalabdin Tağıyev maliyyələşdirməyə başladı.  Qəzetin redaktoru vəzifəsinə isə tanınmış ziyalı və istedadlı yazar, milli mücadiləsini xalqına qələmi ilə xidmət etməkdə görən Əlimərdan bəy Topçubaşov təyin edildi. Topçubaşov rusdilli qəzetə redaktor təyin edilən və uzun müddət ona rəhbərlik edən ilk azərbaycanlı (M. A. Şaxtaxtinskinin iki aylıq redaktorluğu nəzərə alınmasa) redaktor idi. Topçubaşov qəzetin ətrafına rus dilində təhsil alan azərbaycanlıları yığaraq, onlara milli ruhda yazılar yazılması barədə göstəriş vermişdi. Təsadüfi deyil ki, Əli bəy Hüseynzadə də Bakıya gələn kimiKaspi” qəzetində çalışmağa başladı və tezliklə milli ruhda yazdığı məqalələri ilə maarifpərvər ziyalılar arasında məşhurlaşdı. Əlimərdan bəy Topçubaşovun vəzifəsindən getməsindən sonra, 1907-ci ildə o, bir müddət bu qəzetin redaktoru oldu.

Onu da deyək ki, “Kaspi” qəzeti o dövrdə çarizmi və burjuaziyanı müdafiə etmək üçün yaradılmışdı. Lakin Topçubaşovun dövründə qəzet Azərbaycanda milli mücadilə, milli oyanış məktəbinə çevrildi.

”Kaspi” qəzetində H. Zərdabi, N. Nərimanov, S. M. Qənizadə, M. A. Şahtaxtinski və başqaları kimi tanınmış publisistlər də çıxış edirdilər. Onların qaldırdıqları məsələlər qəzetin ümumi məsləki ilə daban-dabana zidd idi. Lakin Topçubaşov bunu nəinki görməzliyə vurur, həm də qələm yoldaşlarını rejim əleyhinə daha kəskin yazılar yazmağa ruhlandırırdı.

 

Müxtəlif vaxtlardaKaspi” qəzetinin səhifələrində Azərbaycanın məşhur maarifçi-demokratları M. Mahmudbəyov, F. Köçərli və digərləri də çıxış ediblər”(Mənbə: http://az.wikipedia.org/wiki/Kaspi_(qəzet,_1881.Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. Bakı, “Təhsil” nəşriyyatı, 2006 ).

“Kaspi” qəzetində yazdığı məqalələrində türkçülük ideyalarının təbliğini önə çıxaran Əli bəy Hüseynzadə cəsarətlə çarizmin milli xalqları ətalət və əsarət altında saxlamasını ifşa edirdi. Bu baxımdan “Kaspi” qəzetində onun tərəfindən dərc edilən “Gənc türkçülük nədir?” adlı məqaləsi, o dövrün ziyalıları arasında böyük əks-sədaya səbəb olaraq, müəllifinə böyük şöhrət gətirdi. O bu məqaləsi ilə Azərbaycanda türkçülük ruhunu dirçəldə və onu yeni müstəvidə bərpa edərək, bu ümummilli ideyaya, obrazlı şəkildə desək, təzə nəfəs gətirdi.

Həmin dövrdə Əli bəy Hüseynzadə yalnız rusdilli “Kaspi” qəzetində deyil, həm də Azərbaycan dilində nəşr edilən “Füyuzat” və onlarla digər qəzet-jurnalda türkçülüyü təbliğ edən məqalələrlə çıxış edirdi. O bu məqalələrinin birində yazırdı: “Bizə türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai lazımdır!”

Bununla da Əli bəy Hüseynzadə tərəfindən Azərbaycanın gələcək inkişafında yol göstərən bir mayaka dönəcək “Türkləşmək, islamlaşmaq, müasirləşmək!” ideyasının əsası qoyuldu.

“Türkləşmək, islamlaşmaq, müasirləşmək!” ideyası Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağımızın əsas simvollarından birinə çevrilərək ideoloji-mənəvi dəyərlərimiz sırasında xüsusi yer tutdu. Bir sözlə, tarix Əli bəy Hüseynzadənin uzaqgörənliyini sübuta yetirərək onun tərəfindən irəli sürülən türkçülük, müasirlik, islamçılıq ideyasını bütün türk-islam dünyasının ana qayəsinə çevirdi, onun ruhuna, canına, qanına hoparaq milli varlığının ayrılmaz hissəsinə döndü.

Amma “Kaspi” qəzeti rus dilində çıxdığından Azərbaycanda yetişməkdə olan ziyalıların çoxu onu oxuya bilmirdi. Ona görə də Əli bəy Hüseynzadə, yaxın dostu, Azərbaycanda türkçülük ideyalarının yayılmasında və erməni daşnak terrorçularına qarşı mübarizə məqsədi ilə məşhur “Difai” təşkilatını yaradan Əhməd bəy Ağayev (Ağaoğlu) ilə birlikdə Hacı Zeynalabdin Tağıyevə Azərbaycan türkcəsində qəzet çıxarmanın vacibliyini söyləyirlər. Tağıyev  yeni qəzeti maliyyələşdirməyə razılıq verir və beləliklə, 1905-ci il iyunun 7-də “Həyat” qəzetinin ilk sayı işıq üzü gördü. Yeni qəzetin də rəhbərlərindən (naşirlərindən) biriKaspi” qəzetində redaktorluğu davam etdirən Əlimərdan bəy Topçubaşov, baş redaktorları isə Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu idi.

“Həyat”ın ilk sayındakı proqram xarakterli məqaləsində Ə. Ağaoğlu etnik mənsubiyyətini dərk edən və milli sərvətlərinə sahib çıxan Azərbaycan xalqının islami dəyərlərə sadiq qalacağını bəyan edirdi: “Əgər biz irəliləmək və həyati birliyə malik bir millət olmaq istəyiriksə, hər şeydən öncə müsəlman olaraq qalmalıyıq. Bizim irəliləmək istəyimiz, həyat şərtlərinin yaxşılaşdırılması istiqamətində olan səylərimiz islam qanunlarına uyğun olaraq əldə edilə bilər”. (Mənbə “Şərq” qəzeti, http://www.sherg.az/2011/02/05)

Ortaq dil mücadiləsi

“Həyat” qəzeti türkçülüyün və ortaq ədəbi dilin təbliğində böyük rol oynadı. Günümüzdə belə, aktuallığını qoruyub saxlayan türk xalqlarının ortaq dili məsələsi də ilk dəfə məhz “Həyat”da gündəmə gətirildi və bunun türklərin gələcəyi, birliyi üçün böyük əhəmiyyət daşıdığı vurğulanırdı. Yeni ortaq dilin ideya müəllifi isə yenə də Əli bəy Hüseynzadə idi. Təsadüfi deyil ki, böyük türkoloq İsmayıl bəy Qaspıralı “Həyat”ı oxuduqdan sonra sevinclə: “Həyat” “Tərcüman”nın varisidir”,-deyərək Əli bəy Hüseynzadəyə dəstək vermişdi.Həmin dövrdə “Həyat” qəzetində Əli bəy Hüseynzadənin 50-dən artıq tarixi-publisistik, siyasi-fəlsəfi məqalələri dərc olundu. “Həyat” qəzetinin ilk nəşrindən etibarən onun dili müzakirə obyektinə çevrildibu açıq-aşkar polemikaya gətirib çıxartdı. Azərbaycanda ümumtürk ədəbi dil konsepsiyasını ortaya qoyan, bu ideyanı praktiki baxımdan öz əsərlərində işlədən və müdafiə edən Əli bəy Hüseynzadə idi.

Ümumiyyətlə, Əli bəy Hüzeynzadə və onun  məslək yoldaşları tərəfindən nəşr edilən “Həyat” qəzeti XX əsr ictimai-siyasi və ədəbi-fəlsəfi fikir tariximizdə əvəzsiz xidmətlər göstərdi. Amma “Həyat”ın nəşri erməniləri narahat etməyə başlamışdı. Onlar çara məktub yazaraq, “Həyat” qəzetinin türkçülüyüislam birliyi ideyalarını yaymasından şikayət etmişdilər. Nəticədə “Həyat” qəzeti sərt senzuraya məruz qalmağa başladı.

 

Zaman.-2013.-8 iyun.-S.13.