Kərim Kərimov - SSRİ-ni
kosmos dövləti edən dahi azərbaycanlı (4)
Kosmosa
ilk gəmi göndərilməsindən ruhlanan Korolyov və ətrafındakılar
isə öz tarixi missiyalarını uğurla həyata
keçirməkdə idilər. Yuxarıda qeyd etdiyimiz kimi
1961-ci ilin avqust ayında SSRİ “Vostok-2” kosmik gəmisini yerətrafı
orbitə çıxardı. Bu dəfə gəmidə olan
Titov öz adını ikinci kosmonavt kimi SSRİ və
dünya kosmonavtikası tarixinə yazdırdı.
SSRİ
də kosmosa yeni peyklər göndərilməsi sonrakı illərdə
də davam etdirildi. Belə ki, 1962-ci il avqust ayının 11-də “Vostok -3” gəmisində iki kosmonavt
yerətrafı orbitə çıxarıldı. Bu kosmos
tarixində yerətrafı orbitə çox heyətli ilk
uçuş idi. Sonrakı illərdə “Vostok -4” və “Vostok -5” və
“Vostok -6” gəmiləri kosmosa göndərildi.
İlk kosmonavat qadın
Ötən əsrin 60-cı illərinin
əvvəllərində məlum oldu ki, ABŞ kosmosa ilk
qadın göndərmək istəyir. Bunu görən
SSRİ rəhbərliyi bu sahədə də birinciliyi ələ
almaq üçün Korolyova və Kərim Kərimova ABŞ-ı qabaqlayaraq yerətrafı
orbitə qadın göndərilməsi barədə göstəriş
verdi. Təcili şəkildə bununla bağlı seçim
başlandı və sonda Valentina Tereşkovanın üzərində
dayanıldı. Bununla bağlı Kərim Kərimov deyir:
“Tereşkova digər namizədlərlə müqayisədə
bir o qədər də inamlı və qətiyyətli təsir
bağışlamırdı. Amma onun tərcümeyi-halı
və keçdiyi həyat yolu sovet ideologiyasına uyğun gəlirdi.
Ona görə də, SSRİ rəhbərliyi sonda məhz
Tereşkovanın üzərində dayandı”.
Yeri
gəlmişkən onu da deyək ki, Korolyov özü də
Valentina Tereşkovanın kosmosa göndərilməsini istəmirdi.
O, digər namizədin üzərində dayanmışdı.
Ancaq həmin namizədin tərcümeyi-halı
və keçdiyi həyat yolu Tereşkovanınkı kimi zəngin
deyildi.
“Kərim
Kərimov bununla bağlı: ”Korolyov SSRİ rəhbərliyinin
ilk qadının kosmosa uçmasından təbliğat vasitəsi
kimi istifadə edəcəyini bilirdi. Ona görə də,
özünün seçdiyi digər namizədlə
bağlı rəhbərliklə münaqişəyə girmədi.
Amcaq bu uçuş Tereşkova üçün çox
ağır keçdi. Belə ki, Tereşkova gəminin idarə
edilməsini ələ ala bilməmişdi. Korolyov ondan yerdə
soruşurdu: “Çayka” ( Teşekovanın şərti
adı) siz uçuş tapşırığını yerinə
yetirirsinizmi?” O isə cavabında: “Hələki yox”-deyə
cavab vermişdi. Korolyov bundan bərk əsəbiləşmişdi.
Amma sonrakı mərhələdə Tereşkova özünə
gələrək gəmini idarə etməyə
başladı və hətta daha 3 sutka kosmosda qalmağı
xahiş etdi. Amma enmə zamanı ehtiyatsız hərəkət
nəticəsində Tereşkovanın sifəti zədələnmişdi”,- deyir.
Uğursuzluq zolağı
Onu
da deyək ki, Kərim Kərimov o dövrdə
uğursuzluqlara da düç ar olmuşdu. Belə ki, ötən
əsrin 60-cı illərinin ortalarında SSRİ-də
dalbadal kosmik gəmi qəzaları baş verdi. Onlardan bəzilərinə
Kərim Kərimov mətbuata verdiyi açıqlamalarda
aydınlıq gətirib. Məsələn, o, kosmonavt Komarovun
ölməsi ilə bağlı belə deyib: “Komarov
uçuşu uğurla həyata keçirdikdən sonra yerə
enərkən paraşüt konteynerdən
çıxmamışdı. Buna səbəb isə
konteynerin qapağının texnoloji qaydaların pozulması əsasında
hazırlanması olmuşdu. Bu da konteynerin qapağının
avtomatik qaydada açılmasına və Komarovun ondan istifadə
edərək paraşütlə yerə enməsinə imkan verməmişdi.
Nəticədə qəza baş vermiş və o
dünyasını dəyişmişdi”.
Komarovun
qəza nəticəsində ölümünün səbəblərini
araşdıran komissiya da eyni nəticəyə gəlmiş
və günahkarlar cəzalandırılmışdı. Təbii
ki, bu işdə Kərim Kərimovun və digərlərinin
də günahının olduğu
şübhəsiz idi. Ona görə də günahkarlara sərt
şəkildə xəbərdarlıq edilmişdi. Buna
baxmayaraq, ötən əsrin ortalarında SSRİ kosmosda sanki
uğursuzluq zolağına düşmüşdü. Belə
Komarovun ölümündən sonra SSRİ kosmonavtikası
daha bir ağır itki ilə üzləşdi. Bu da
Dobrovolski, Patsayev və Volkovdan ibarət heyətin kosmosdan yerə
qayıdarkən faciəli şəkildə
dünyalarını dəyişməsi oldu.
Kərim
Kərimovun sözlərinə görə, qəzaya səbəb
yenə də gəmidə olan nasazlıq olmuşdu. Belə
ki, gəmi geri dönərkən enmə əsnasında avtomatik
şəkildə açılması nəzərdə tutulan
klapan vaxtından əvvəl
xeyli yüksəklikdə havasız yerdə
açılmışdı. Bu da havasız şəraitdə
qalan kosmonavtların boğularaq ölməsinə gətirib
çıxarmışdı. Kərim Kərimovun sözlərinə
görə, əgər kosmonavtlar oturduqları stoldakı kəməri
vaxtında aça bilsəydilər, onda klapanı əllə
bağlamaq mümkün olacaqdı. Amma çəkisizlik
şəraitində buna vaxtları çatmamış və
onlar boğulmuşdular.
Gülməli
hadisələr də baş verirdi.
Kərim
Kərimovun dediklərinə görə kosmosa göndərilən
kosmonavtlarla bağlı gülməli hadisələr də
baş verirdi. Onlardan biri Bolqarıstandan olan kosmonavt Kakalovla
bağlı idi. Bununla bağlı Kərim Kərimov
üzündə xoş təbəssüm baş verən
hadisəni belə anladır:” Beynəlxalq ekipajdan ibarət
kosmik heyətin yerətrafı
orbitə göndərilməsinə üç gün
qalmış mənə Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsindən -Kremldən zəng
etdilər. Belə zənglərə, adətən, öyrəşdiyim
üçün əvvəlcə uçuşun gedişi ilə
bağlı məndən məlumat istəyəcəklərini
düşündüm. Ona görə də özümü
yığaraq dərhal onlara uçuşa
hazırlığın gedişi ilə bağlı məlumat
vermək istədim. Lakin zəng edən səsimi kəsərək:
“Bu Kakalov kimdir, bu familiya haradan çıxdı?”-deyə sərt
şəkildə soruşdu. Mən əvvəlcə heç
nə anlaya bilmədim. Çünki Kakalov familiyalı
kosmonavtın kosmosa göndəriləcəyi onun tərcümeyi-
halı barədə yuxarılara dəqiq məlumat
çatdırmışdıq. Buna baxmayaraq, mən Kakalov barədə
zəng edənə əlavə məlumat vermək istəyəndə
o biri başdan mənə danışmağa,
sözümü deməyə imkan vermədilər: “Sən
necə bilirsən, sabah TASS dünyaya məlumat verəcək
ki, Kakalov soyadlı birisi kosmosa göndərilib, onda bizə
gülməyəcəklərmi? Axı Kakalov soyadını səsləndirmək
belə bizə, milyonlarla bu adı eşidənə ayıb
olacaq”. Mən sözün düzü məsələnin bu
yerə çatacağını və Kakalov soyadının
belə eybəcər səsləndirilə biləcəyini və
buna yuxarıların pis məna verəcəklərini
ağlıma belə gətirməmişdim. Ona görə də,
ona nə cavab verəcəyimi bilməyərək ani olaraq vəziyyətdən
çıxış yolu axtarmağa başladım. Amma mənə
fikirləşməyə imkan vermədilər. Zəng edən:
“Kakalov bundan sonra İvanov oldu və
onu bu adla da kosmosa göndərin, razı olmasa, onu digəri ilə
əvəz edin”,-deyə əmr etdi.
Mən məsələni uçuşa məsul olan şəxslərə deyəndə onları gülmək tutdu və uzun müddət qəhqəhələrini saxlaya bilmədilər. Nə isə məsələni çətinliklə də olsa, Kakalova deyərək ona yuxarıların göstərişini söylədik. O da əvvəlcə məsələnin mahiyyətini anlaya bilmədi, amma sonra söhbətin nədən getdiyini dərk edərək qıpqırmızı qızardı. Onun yuxarıların əmri ilə İvanov olmaqdan başqa çarəsi qalmamışdı. Ona görə də, istəməyə-istəməyə İvanov adı ilə kosmosa göndərilməsinə razılıq verdi. Çünki əks halda onun əvəzinə kosmosa əvəzedicisi göndəriləcəkdi. Sonralar yerə qayıdandan sonra Kakalovun ailəsində bu hadisə böyük qalmaqala səbəb olmuşdu. Xüsusi ilə, həyat yoldaşı məsələdən bərk əsəbiləşərək az qala məsələni boşanmaya qədər aparıb çıxaracaqdı. Yalnız yuxarıların təpinməsindən sonra İvanovun (Kakalovun) həyat yoldaşı fikrindən daşınmışdı”.
Brejnevə etiraz
Kərim
Kərimovu fərqləndirən bir xüsysiyyəti də
onun öz fikirlərini axıra kimi müdafiə etməsi
idi. Düzdür o, hərbiçi idi və hərbi dillə
desək yuxarıdan verilən əmri müzakirə etmirdi. Bu
əmr müzakirəsiz yerinə yetirilməli idi və Kərim
Kərimov da həmişə bu prinsipə sadiq idi. Ancaq qeyd
etdiyimiz kimi o, fövqəladə, taleyüklü məsələlərin
həlli zamanı özünün fikirlərini müdafiə
etməyi bacarırdı. Məsələn, 1967-cı ildə
Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi
Leonid İliç Brejnevin iştirakı ilə toplantı
keçirilirdi. Toplantıda çıxış edən
Brejnev “Vosxod” kosmik gəmisinin yerətrafı orbitə
çıxarılmasının təxirə
salınmasından öz narazılığını
bildirmişdi.
O, təhdidedici şəkildə:
“Bütün bunlar bizim kosmos dövləti olduğumuzu
şübhə altına alır və beynəlxalq aləmdəki
imicimizə zərbə vurur”,- demişdi. Onun bu sözləri
qarşısında SSRİ kosmonavtikasına rəhbərlik
edənlər deməyə söz tapa bilməmişdilər.
Amma gözlənilmədən Kərim Kərimov söz alaraq:
“Hörmətli Baş katib, ortada insan taleyi var. Kosmik gəmi
tam uçuşa hazır olmadan onu yerətrafı orbitə
çıxarmaq, kosmonavatları göz
ƏZİZ MUSTAFA
Zaman.-2013.-2 may.-S.12.