“Naxçıvan
Open-2013” Beynəlxalq Şahmat
Festivalı başa çatıb
Naxçıvan Şahmat Mərkəzində
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Naxçıvan Open-2013” Beynəlxalq
Şahmat Festivalı başa çatıb. Sonuncu IX turdan
sonra “C” qrupunda Sumqayıt şahmatçısı
Murad İbrahimli 8 xalla birinci olub.
Bakı şahmatçısı
Qurban Bayramov 7,5 xalla ikinci,
digər bir Bakı şahmatçısı
Kənan Qarayev eyni xalla üçüncü
yeri tutub.
“B”
qrupunda Ağdam şahmat məktəbinin yetirməsi Fariz Əhmədov
7,5 xalla birincilik əldə edib. İran
şahmatçısı Aryan Qolami ikinci, Bakı
şahmatçısı Günay Məmmədzadə isə
9 mümkün xaldan 7,5 xal toplayaraq üçüncü olub. Bu qrupda Toğrul Həsənzadə
muxtar respublika şahmatçıları arasında ən
yaxşı nəticəni göstərib və
mükafatçılar sırasına düşüb.
Yüksək
reytinqli şahmatçıların
yarışdığı “A” qrupunda ötən turun lideri
olan Qədir Hüseynov son turda üçüncü
sıraya geriləyib. IX turdan sonra turnir cədvəlinə
rusiyalı şahmatçı İqor Kurnosov liderlik edib və
qalib olub. Digər bir Rusiya şahmatçısı Aleksandr
Şimanov ikinci, Azərbaycan şahmatçısı Qədir
Hüseynov üçüncü olub. Bu qrupda Naxçıvan
şahmatçısı Talıb Babayev
mükafatçılar sırasına düşüb.
Festivalın
bağlanış mərasimində çıxış edən
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti,
yarışların baş hakimi Faiq Həsənov qeyd edib ki,
ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr
edilən yarışda 16 ölkəni təmsil edən
şahmatçıların iştirak etməsi yarışa
beynəlxalq səviyyədə olan marağın göstəricisidir.
“A” qrupunun lideri, rusiyalı şahmatçı İqor Kurnosov
yarışın yüksək səviyyədə təşkil
olunmasına görə təşkilatçılara minnətdarlığını
bildirib. Naxçıvan Muxtar Respublikası Şahmat
Federasiyasının sədri Vüqar Səfərov
yarışda qələbə qazanan
şahmatçıları təbrik edib.
Sonda qaliblər
mükafatlandırılıblar.
Vaqif Vəliyev,
Naxçıvan
Zaman.-2013.-3 may.-S.15.