Kərim Kərimov - SSRİ-ni
kosmos dövləti edən dahi azərbaycanlı (5)
Beynəlxalq
heyətin kosmosa göndərilməsi ərəfəsində
gözlənilməz maneə üzə çıxdı. Məlum
oldu ki, kosmik gəminin salonunda rəngli kamera işləmir. Əvvəlcə,
buna görə beynəlxalq heyətin kosmosa göndərilməsini
təxirə salmaq istədilər. Lakin
bu, Qərbdə SSRİ-nin
kosmik sahədə geri
qaldığı barədə hay-küyün
qalxmasına səbəb olacaqdı. Kərim Kərimov bununla bağlı: “ Heç kəs bununla əlaqədar məsuliyyəti boynuna götürmək istəmirdi. Çünki bu uçuş siyasi xarakter daşıyırdı. Mən belə bir vəziyyətdə məsuliyyəti öz üzərimə götürərək,
gəminin kosmosa göndərilməsi barədə
qərar qəbul etdim.
Baş katib təhdidedici şəkildə:
“Bütün bunlar bizim kosmos dövləti olduğumuzu
şübhə altına alır və beynəlxalq aləmdəki
imicimizə zərbə vurur”,- demişdi
Onun
bu sözləri qarşısında SSRİ kosmonavtikasına
rəhbərlik edənlər deməyə söz tapa bilməmişdilər.
Amma gözlənilmədən Kərim Kərimov söz alaraq:
“Hörmətli baş katib, ortada insan taleyi var. Kosmik gəmi
tam uçuşa hazır olmadan onu yerətrafı orbitə
çıxarmaq, kosmonavtları göz görə-görə
ölümə göndərmək olmaz”,-demişdi. Bununla da
kosmik gəmilərin kosmosa göndərilməsinin gecikməsi
ilə bağlı söz-söhbətə son qoyulmuşdu.
Halbuki o dövrdə Brejnevin sözünə etiraz etmək
olmazdı. Brejnevin susmasına səbəb isə Kərim Kərimovun
kosmosun fəthi sahəsindəki böyük xidmətləri
idi. Yeri gəlmişkən, onu da deyək ki, K.Kərimovun təşkilatçılıq
qabiliyyəti onun yüksək vəzifələrə
irəli çəkilməsində önəmli rol oynadı. Belə ki,
1965-ci ildə o, SSRİ Kosmik
Vasitələr İdarəsinin rəisi vəzifəsinə təyin
edildi. Bir il sonra 1966-cı ildə
isə məşhur konstruktor Sergey Korolyovun şəxsi
təşəbbüsü və təklifi ilə Kərim Kərimovu
Kosmik Gəmilər üzrə Dövlət
Komissiyasının sədri vəzifəsinə irəli
çəkdilər. Bu onun
istedadına və təşkilatçılıq qabiliyyətinə
verilən ən böyük qiymət idi.
Ötən
əsrin 60-cı illərinin sonlarında ABŞ kosmik sahədə
SSRİ-ni qabaqlayaraq, Aya ilk insanını çıxardı.
Bu isə SSRİ-də həyəcanla qarşılandı.
Çünki o vaxta kimi SSRİ ABŞ-ı kosmosun fəthi
sahəsində qabaqlayırdı. Kərim Kərimov bu uğursuzluğun səbəbini
belə izah edir: “Qaqarinin kosmosa
uçmasından sonra ABŞ Prezidenti Kennedinin təkidi
və tələbi ilə kosmik sahədə
geriliyi aradan
qaldırmaq üçün Konqres 240 milyard dollar ayrılmasına razılıq verdi. O vaxt biz
də bunu nəzərə alaraq, ölkə rəhbərliyinə kosmosun fəthi üçün
əlavə maliyyə vəsaiti ayrılmasını xahiş etdik. Bununla bağlı Korolyov bir neçə dəfə rəhbərliyin
yanında oldu. Ancaq o vaxt SSRİ rəhbərliyi
kosmosun fəthi üçün
əlavə vəsait ayırmaq barədəki təşəbbüs
və xahişlərə məhəl qoymadı. Çünki onlar əldə
edilən uğurların yenə də davam
edəcəyinə əmin idilər. Ona
görə də ABŞ tədricən bu
sahədə bizi qabaqlaya
və Aya adam göndərə
bildi.
Onu
da deyək ki, həmin dövrdə iki ölkə arasında
yaxınlaşma baş verdi və nəticədə yerətrafı
orbitə ABŞ və SSRİ kosmonavtlarından ibarət beynəlxalq
ekipajın daxil olduğu “Soyuz-Apollon” gəmisi göndərildi.
Kərim Kərimovun sözlərinə
görə, bu, daha çox siyasi məqsədlərə xidmət
edirdi: “Bu təşəbbüs akademik Keldış tərəfindən
ortaya atılmışdı. Keldış ölkə rəhbərliyini
inandıra bilmişdi ki, bu, soyuq müharibə gərginliyini
zəiflədə və iki ölkəni
yaxınlaşdıra biləcək. Biz isə beynəlxalq heyətin
kosmosa göndərilməsini ən yüksək səviyyədə
təmin etmək üçün gecə-gündüz
çalışmışdıq.
Onu
da deyim ki, bu hazırlıq əsəbi bir vəziyyətdə
həyata keçirilirdi. Çünki bu sırf siyasi alver
niyyətlərinə xidmət edirdi və onun kosmik elmə
heç bir aidiyyəti yox idi”.
Amma beynəlxalq heyətin kosmosa göndərilməsi ərəfəsində gözlənilməz maneə üzə çıxdı. Məlum oldu ki, kosmik gəminin salonunda rəngli kamera işləmir. Əvvəlcə, buna görə beynəlxalq heyətin kosmosa göndərilməsini təxirə salmaq istədilər. Lakin bu, Qərbdə SSRİ-nin kosmik sahədə geri qaldığı barədə hay-küyün qalxmasına səbəb olacaqdı. Kərim Kərimov bununla bağlı: “ Heç kəs bununla əlaqədar məsuliyyəti boynuna götürmək istəmirdi. Çünki bu uçuş siyasi xarakter daşıyırdı. Mən belə bir vəziyyətdə məsuliyyəti öz üzərimə götürərək, gəminin kosmosa göndərilməsi barədə qərar qəbul etdim. Məni maşınqayırma naziri Afanasiyev də dəstəklədi. Biz yalnız beynəlxalq heyət kosmosa göndəriləndən sonra bu kiçik nasazlıq barədə ölkə rəhbərliyinə məlumat verdik və kameranın rəngli və ya ağ-qara olmasının uçuşa təsiri olmayacağını bildirdik. Orada isə bu məsələyə bir o qədər də məhəl qoymadılar”.
Beynəlxalq uçuş uğurla
keçdi və iki ölkə arasındakı gərginliyin
müəyyən qədər azalmasına gətirib
çıxardı. Ötən əsrin 70-ci illərində də
SSRİ ilə ABŞ arasında kosmos uğrunda rəqabət
davam etdi. Korolyovun dünyasını dəyişməsindən
sonra bu işdə bütün ağırlıq Kərim Kərimovun
üzərinə düşmüşdü. O, Korolyovun
ölümündən sonra SSRİ-də kosmik sahəyə rəhbərlik
edirdi. O dövrdə “Soyuz” və çoxmodullu “Mir” kosmik gəmilərinin
də yerətrafı orbitə göndərilməsində Kərim
Kərimovun böyük xidmətləri oldu. Xüsusilə,
“Mir” çoxmodullu orbital stansiyası, belə demək mümkünsə,
bu böyük şəxsiyyətin doğma övladı hesab
edilirdi. Adıçəkilən stansiyanın
yaradılması və kosmosa göndərilməsi də məhz
Kərim Kərimovun adı ilə bağlıdır. Amma
SSRİ dağılan ərəfədə ABŞ “Mir”in batırılmasını təkidlə
ölkə rəhbərliyindən- Qorbaçovdan tələb etməyə
başladı. Guya bu stansiya öz ömrünü baş
vuraraq açıq kosmosda böyük təhlükə mənbəyinə
çevrilmişdi. Halbuki stansiya hələ uzun müddət
fəaliyyətini davam etdirməyə qadir idi. Amma
Qorbaçov ABŞ qarşısında geri çəkilməyə
və stansiyanın məhv edilməsinə razılıq verməyə
məcbur oldu. “Mir” orbital stansiyasının məhv edilməsi Kərim Kərimova
olduqca pis təsir etmişdi. O: “Mir”i mənim doğma
övladım hesab edənlər əslində
yanılmırlar. Çünki onun yaradılmasında nə
qədər böyük əziyyət çəkdiyim
çoxlarına məlum idi. O, orbitdə uzun müddət
işləmək üçün nəzərdə
tutulmuşdu. Biz qərara almışdıq ki,
vaxtaşırı onun sıradan çıxacaq
detallarını dəyişərək fəaliyyət
müddətini daha da artıraq. Amma ölkə rəhbərliyi
biz mütəxəssisləri deyil, ABŞ-ı eşitdi və
nəticədə o, məhv edildi. Bununla da SSRİ kosmik sahədə
ABŞ-dan geri qalmağa başladı. Mənim bununla
bağlı o dövrdəki vəziyyətimi yalnız
yazıçı Turgenevin “Mumu” hekayəsinin qəhrəmanı
Gerasimlə müqayisə etmək olar. Gerasim ürək
ağrısı ilə öz Mumusunu çayda
batırdığı kimi, mən də bu stansiyanın məhvini
gözyaşlı qarşıladım”.
2000-ci
ildən başlayaraq, Rusiya ilə
Qazaxıstan arasında Baykonurdan istifadə məsələsində
narazılıq əmələ gəlməyə
başladı. Bununla bağlı məsələyə
münasibət bildirən Kərim Kərimov deyir ki, Plesetsk
kosmodromundan orbitə gəmi göndərmək
Baykonurdakından iki dəfə baha başa gəlir. Ona
görə də o, Rusiyanın Baykonurdan hələ uzun
müddət əl çəkməyəcəyini deyib.
Onu
da deyək ki, Kərim Kərimovun
kosmik sahəyə rəhbərlik etməsinə
baxmayaraq, kosmonavtlar arasında azərbaycanlı yox idi. Bununla əlaqədar
o deyir ki, həmin dövrdə kosmosa yalnız xristian-pravoslavlar göndərilə
bilərdi: “Mən bunu, soydaşlarımdan birinin kosmosa
göndərilməsini xahiş etsəydim də,
mümkün olmayacaqdı. Adıçəkilən məsələ
yalnız respublika rəhbərliyinin müdaxiləsi ilə
siyasi müstəvidə həll edilə bilərdi”.
General
kosmosa göndərilən ilk müsəlman kosmonavt Musa
Manarova gəlincə, onun uzun müddət Korolyovun əlinin
altında işlədiyini və bu amilin onun yerətrafı
orbitə göndərlməsində önəmli rol
oynadığını bildirib.
General
eyni zamanda bununla bağlı Azərbaycan Kosmik Tədqiqatlar
İnstitutunun direktoru, mərhum Tofiq İsmayılovla dəfələrlə
danışdığını və azərbaycanlıların
kosmosa göndərilməsini müvafiq dairələr
qarşısında
qaldırmasını xahiş etdiyini söyləyib: “Bu
söhbətdən bir neçə il sonra yanıma Azərbaycandan
bir qız gəldi. O, kosmosa uçmaq arzusunda olduğunu
söylədi. Amma o, kosmosa uçmaq üçün
heç bir kriteriyaya cavab vermirdi.”
Bununla
belə, Azərbaycanla əlaqəni kəsməyən, Azərbaycan
Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzinə
əlindən gələn köməkliyi göstərən
general bir çox azərbaycanlı alimin bu sahədə fəaliyyət
göstərib, inkişaf etməsinə şərait
yaratmışdı.
Onu
da deyək ki, Kərim Kərimov 1991-ci ildə tutduğu vəzifədən
istefa verərək, təqaüdə çıxıb. O, hələ
uzun müddət bu vəzifədə işləyə bilərdi.
Ancaq ölkə rəhbərliyində kosmik sahəyə biganəlik
əmələ gəlmişdi və bu sahə tənəzzülə
uğramaqda idi. O isə buna dözə bilmirdi və
çıxış yolunu 25 il rəhbərlik etdiyi Kosmik
Uçuşlar Mərkəzindən ayrılmaqda gördü.
Amma vəfat edənə - 2003-cü ilə kimi bu sahə ilə
əlaqəsini davam etdirdi. O, istefaya çıxandan sonra
ömrünün sonuna kimi Uçuşları İdarəetmə
Mərkəzinin məsləhətçisi olub. Kərim Kərimov
ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində
Bakıda da olub. Uzun ayrılıqdan sonra şəhəri
gördükdə o göz yaşlarını saxlaya bilməyib.
Kərim Kərimovun fəaliyyəti SSRİ rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Ona general-leytenant rütbəsi, Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilib, iki dəfə “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı”, “Qırmızı Ulduz” ordenləri ilə təltif edilib. Kərim Kərimov 2 dəfə Dövlət mükafatı alıb. O həmçinin Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir. Mərhum kinorejissor Vasif Babayev onun həyat və fəaliyyəti barədə sənədli film çəkib. Son.
Əzİz Mustafa
Zaman.-2013.-8 may.-S.12.