Naxçıvan türk liseylərinin son zəng mərasimi keçirilib

 

Naxçıvan türk liseyləri 18-ci məzunlarına uğurlar diləyib. Bu münasibətlə Naxçıvan Şəhər Gənclik Mərkəzində buraxılış mərasimi keçirilib. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi Rəşad Əlizadə, Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikası Baş konsulu Cenk Ünal, həmçinin ölkəmizin Türkiyənin müxtəlif şəhərlərindən gəlmiş çoxlu sayda qonaqlar, eləcə şagirdlər valideynlər iştirak ediblər.

Tədbirdə iki qardaş ölkənin dövlət himnlərinin oxunmasından sonra slayd-film nümayiş olunub. Slaydda ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun liseylər haqqındakı xoş sözləri yer almışdır.

 

Mən fəxr edirəm ki, azərbaycanlıyam

 

Tədbirdə çıxış edən Naxçıvan Türk Liseyləri İdarəsinin baş direktoru Murat Çapan bildirib ki, “Mən fəxr edirəm ki, azərbaycanlıyamdevizi altında keçirilən son zəng tədbirinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunması təsadüfi deyil: “Heydər Əliyev cənabları müstəqil Azərbaycanın qurucusudur. O, uzaqgörənliyi, sarsılmaz dühası, dünyamiqyaslı siyasəti ilə Azərbaycanı əbədi azadlığa çıxarıb. Ulu öndər Heydər Əliyevin Azərbaycana xidmətləri müstəqillik dövrü ilə məhdudlaşmır. Onun sovet dönəmində xalqının milli-mənəvi dəyərlərinin qorunmasında istiqamətində xidmətləri əvəzsizdir”. O daha sonra deyib: “Naxçıvan Türk Liseyinin müqaviləsi 1 noyabr 1991-ci ildə, yəni Azərbaycanın müstəqilliyini elan etməsindən 13 gün sonra ümummilli lider Heydər Əliyev tərəfindən imzalanıb. Məhz bununla da Naxçıvan Türk Liseyi dünyada açılan ilk türk liseyi olaraq fəaliyyətinə başlayıb”.

Baş direktor vurğulayıb ki, ötən 22 ilə yaxın dövrdə Naxçıvan türk liseyləri muxtar respublika rəhbərliyinin təhsilə göstərdiyi diqqət qayğı nəticəsində yeni-yeni uğurlara imza atıb: “Fəaliyyətə başladığı gündən ümummilli lider Heydər Əliyevin qayğısını əsirgəmədiyi liseylərimiz bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov cənablarının diqqət mərkəzindədir. Bildiyimiz kimi, muxtar respublikadakı hərtərəfli inkişafda təhsil sahəsi önəmli yer tutur. Yeni-yeni məktəb binaları tikilir təhsil ocaqlarının maddi-texniki bazaları gücləndirilir. Bu qayğıdan kənar qalmayan liseylərimiz üçün son 5 ildə 4 tədris korpusu 2 idman zalı tikilib istifadəyə verilib. Bütün bunlara görə başda Ali Məclisin Sədri cənab Vasif Talıbov olmaqla, bütün dövlət böyüklərimizə minnətdarlığımızı bildirirəm. Məhz yaradılan şəraitin, göstərilən diqqət qayğının nəticəsində liseylərimiz Azərbaycanımıza beynəlxalq olimpiadalarda onlarca medallar qazandırıb. Bu günədək universitetlərə qəbulumuz 100 faiz olub. Liseylərimizdə yetişən şagirdlər təkcə biliyi ilə deyil, tərbiyəsi, vətənpərvərliyi, mənəviyyatı ilə daim fərqləniblər. Onlar ulu öndərin göstərdiyi istiqamətdə ölkələrinə hər sahədə xidmət edirlər”.

Murat Çapan çıxışının sonunda məzunlara müraciət edərək deyib: “Sizə ümummilli lider Heydər Əliyevin bir kəlamını xatırlatmaq istəyirəm:  Azərbaycanlı dünyanın hər yerində yaşaya bilər, ancaq ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Onun qəlbi hər zaman Azərbaycanla bir vurmalıdır”. Şübhəmiz yoxdur ki, bu kəlamı özünüzə rəhbər edərək əvvəlki məzunlarımızın nailiyyətlərini  davam etdirəcək, ən yaxşı universitetlərə qəbul olacaq harada olmağınızdan asılı olmayaraq, Azərbaycanımızı layiqincə təmsil edəcəksiniz”.

 

Liseylərin fəaliyyəti yüksək qiymətləndirilir

 

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin rəsmisi Rəşad Əlizadə çıxışında, əvvəlcə, liseylərin kollektivinə təşəkkürünə bildirib. O, baş direktor Murat Çapanı liseylərin kollektivini 2012-13-cü tədris ilini uğurla başa vurması münasibətilə təhsil naziri Piri Nağıyevin adından təbrik edib. Natiq çıxışını bu sözlərlə davam etdirib: “Bu gün muxtar respublika rəhbərliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təhsilə göstərdiyi böyük qayğıdan türk liseylərinə pay düşüb. Yaradılmış münbit şəraitin nəticəsidir ki, bu gün liseylər daha da səmərəli fəaliyyət göstərir, ilbəil uğurlar qazanırlar. Həmin uğurların nəticəsidir ki, bu gün  türk liseyləri cəmiyyətimizdə böyük nüfuzlar qazanıb. Həmçinin hər iki qardaş ölkənin dövlət başçıları səviyyəsində liseylərin fəaliyyəti yüksək qiymətləndirilir”. R. Əlizadə məzunlara qarşıdan qələn imtahanlarda gələcək həyatlarında uğurlar arzulayıb.

 

 Liseylər iki qardaş ölkə əlaqələrinə böyük töhfə verirlər

 

Naxçıvan Muxtar Respublikası Baş konsulu Cenk Ünal isə çıxışında Naxçıvanda baş konsul kimi çalışdığı müddətdə liseylərin məzuniyyət buraxılışlarında ikinci dəfə iştirak etdiyini bundan qürur hissi keçirdiyini bildirib. Baş konsul tədbirin keçirildiyi günün önəminə diqqət çəkərək, bu günün daha da qürurverici olduğunu qeyd edib: “Bu gün, yəni mayın 19-u bildiyiniz kimi, Atatürkü anma, Gənclik İdman bayramıdır. Məzuniyyət tədbirinin belə bir bayramda düzənlənməsi bizi ayrıca qürurlandırır. Bu səbəbdən ölkələrimizin unudulmaz öndərləri - Qazi Mustafa Kamal Atatürk Heydər Əliyevi hüzurlarınızda sayğı ilə yad edirəm, məkanları cənnət, ruhları şad olsun deyirəm. Naxçıvan türk liseyləri Azərbaycanın müstəqilliyi dönəmində çətin günlərindəAzərbaycanın kədəri kədərimizdir, sevinci sevincimizdirdüşüncəsi ilə yola çıxdılar. Liseylərin verdiyi təhsil iki ölkə arasındakı əzəli əbədi dostluğa, qardaşlığa ən dəyərli töhfədir. Liseylər verdiyi yüksək keyfiyyətli təlim-tədrislə qardaş vətənin gənclərinə böyük dəstək olurlar. Yeri gəlmişkən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, cənab Vasif Talıbov onun timsalında naxçıvanlı rəsmilərin bu dilbər guşənin hərtərəfli inkişafı üçün gördüyü işləri xüsusi vurğulamaq istəyirəm. Türkiyənin Naxçıvanda yaşayan vətəndaşları olaraq, onlara böyük təşəkkür borcumuz var. Bu gün Türkiyə ilə Naxçıvan, Azərbaycan arasındakı əlaqələrin dünyada tayı-bərabəri yoxdur”, - deyən Cenk Ünal lisey məzunlarının gələcək hədəfini isə belə müəyyənləşdirib: “SizlərinBir millət, iki dövlətanlayışı ilə hərəkət edərək aramızdakı qardaşlıq bağlarına yeni ilmələr atacağınıza əminəm. Biz eyni millətin iki dövlətiyik. Sevincimiz ortaq, üzüntümüz ortaqdır. Eyni amalla çalışırıq. Amalımız isə budur: türk dünyasını layiq olduğu yerə qaldırmaq. Bu gün məzun olan şagirdlərimizin bundan sonrakı hədəfi budur”. Baş konsul sonda belə parlaq, savadlı şagirdlər yetişdirən ailələrə, müəllimlərə təşəkkür edib.

Qeyd edək k, tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin rəsmisi Rəşad Əlizadə, Baş konsul Cenk Ünal, Ərzurum Şifa Xəstəxanasının baş həkimi op. dr. Sabahattin Dalğa, qəzetimizin təmsilçisi Süleyman Okumuş və Naxçıvan Türk Liseyinin müdiri Həsən Avcı olimpiadalarda müvəffəqiyyət qazanmış şagirdlərə müxtəlif hədiyyələr də təqdim ediblər.

Mərasim lisey şagirdlərinin hazırladıqları maraqlı proqramla davam etdirilib. Belə ki, şagirdlər hazırladıqları xalq mahnıları və rəqslərlə tamaşaçılara xoş anlar yaşadıblar. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kompozisiyası,  göstərisi, Mövlana Cəlaləddin Ruminin “Etmə” şeiri, Şərur yallısı və s.  tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda bayrağımız lisey şagirdləri tərəfindən səhnəyə gətirilib, ənənəvi bayraq təqdimat və təslimatı gerçəkləşib. Mərasim məzunların and içməsi və “Məzun ağacı”na xatirə lövhəciyi vurulması ilə başa çatıb.

 

 

VAQİF VƏLİYEV

 

Zaman.-2013.-21 may.-S.6.