Dekorativ-tətbiqi sənətsevərlərin
II festivalı
TÜRKANƏ ƏSƏDOVA,
Dekorativ-tətbiqi sənət xalqın əməyi sayəsində
formalaşıb, onun həyatını təmin
edən və özündə xalqın
bədii zövqünü
əks etdirən bir sənət növüdür. Məhz bu səbəbdən
dekorativ-tətbiqi sənətə
həm də “xalq sənəti” deyilir. Bu sənətin
Azərbaycanın çoxəsrlik mədəniyyət tarixində
xüsusi yeri var.
Bu sənətin növləri arasında xalçaçılıq, keramika, zərgərlik, batika (ipək parça üzərində rəsm), Avropa incəsənətinə aid olan qobelen (xalçaçılığın bir növü) və bir çox digər sahələr özünəməxsus üslubda formalaşmışdır. Adət ənənələri qorumaq, gənclərin əl işlərini nümayiş etdirmək, dekorativ-tətbiqi sənəti daha da inkişaf etdirmək məqsədilə “Art Villa” incəsənət qalereyasında “Potensial-2 Dekorativ-Tətbiqi Sənət Festivalı” keçirilib. Festival Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin isə təşkilatı dəstəyi ilə “Arts Council Azərbaycan” tərəfindən təşkil olunub. Layihənin rəhbəri “Arts Council Azərbaycan” təşkilatının Dekorativ-Tətbiqi Sənət bölümünün sədri Əsmər Abdullayeva, kuratoru ( layihəni idarə edən) isə Aynur Əzizova olub.
Tədbirdə
ilk çıxış edən “Arts Council Azərbaycan” təşkilatının
rəhbəri Dadaş Məmmədov bu festivalın artıq
bir ənənəyə çevrildiyini qeyd etdi: “Potensial 2” festivalı təşkilatımız
və “Arts Council” Dekorativ-Tətbiqi Sənət
bölümünün rəhbəri Əsmər xanımla
birgə ərsiyə gətirdiyimiz bir layihədir və bu il
artıq ikincisini təşkil etdik”.
Rəssamlıq
Akademiyasının müəllimi, sənətşünas,
“Arts Council Azərbaycan” təşkilatının Dekorativ-Tətbiqi
Sənət bölümünün sədri, eyni zamanda
İçərişəhər Qoruq İdarəsinin Elmi Mədəni
Mərkəzinin mütəxəssisi Esmira Abdullayeva qəzetimizə
bildirdi ki, bu layihənin keçirilməsində əsas məqsəd
Azərbaycanda dekorativ-tətbiqi sənətin yenidən
inkişaf etməsini göstərmək, bu istiqamətə gəncləri
həvəsləndirmək və onlara dəstək olmaq, bəzi
unudulmaqda olan tətbiqi sənətin növlərini yenidən
inkişaf etdirməkdir: “Azərbaycanın qədim sənətkarlarının
gözəl nümunələri dünyanın bir çox
muzeylərində nümayiş olunub. Bu
ənənəni yenidən dirçəltməliyik. Bu sənətə son illərdə
maraq elə də qənaətbəxş
deyil. Çalışmalıyıq ki, bizim tarixi
ənənələrimizi, folklorumuzu hər
kəs tanısın. Bu istiqamətdə
həvəsi olan gənclərin çox böyük
potensialı var. Bu rəssamları
üzə çıxartmalıyıq. Azərbaycanda qədim
dövürdən bu sənətin demək
olar ki, bir çox növü istifadə olunub
və insanların maraqlarına səbəb olmuşdur.
Ən qədim sənətlərdən biri
də zərgərlik, keramikadır. Keramikanın ənənələri
çox zəngindir və indi
də davam edir”.
Milli Konservatoriyanın məzunu, kurator
Aynur Əzizova qəzetimizə bildirdi ki, tədbirin
keçirilməsində əsas məqsəd dekorativ-tətbiqi
sənət növlərini təbliğ etmək, gənc nəsil
arasında maraq yaratmaq
və bu milli sənət
növlərinin inkişafına kömək etməkdir: “
Folklorumuzun inkişaf
etməsi, ölkələrdə tanıdılması biz gənclərdən asılıdır və
buna təkan verməliyik. Rəssamlıq
sənəti inkişaf etməkdədir və
sərgilərin keçirilməsi də buna
bir növ sübutdur”. A. Əzizova həmçinin onu da bildirdi
ki, bu festivalda
Rəssamlıq Akademiyasının və İncəsənət
Universitetinin gənc rəssam, tələbə
və məzunlarının dekorativ-tətbiqi sənət
üzrə əl işləri də sərgilənir.
Zaman.-2013.-14 noyabr.-S.13.