Payız günəşi, kitab
karvanı və sevincə bələnən günlər (3)
SƏMƏD MƏLİKZADƏ,
Məni sevindirən kitab - “Şirvan şəhəri” Kitab karvanı bizi təkçə məktəblilərlə
görüşdürmür, eyni zamanda bu səfərlər zamanı şəhər və rayonların tarixi, mədəni abidələri, oralarda aparılan quruculuq
işləri, maraqlı və xeyirxah insanları ilə də tanış
olmağa çalışırıq. Şirvanda
olarkən də şəhərin keçmişi və şəhərətrafı
abidələri barədə məlumat
almaq istədim.
Bu məqsədlə şəhər Mədəniyyət və Turizm Şöbəsinin rəisi Əziz Abbasova
müraciət
etdim. Əziz müəllim bildirdi ki, axşam sizi şəhərimizin tarixini araşdıran
Eldar Qəmərli ilə tanış edəcəyəm, mənə elə gəlir ki, onunla söhbətiniz daha maraqlı olacaq. Şam yeməyindən sonra deyilən görüş
baş tutdu, ancaq müəyyən səbəbə
görə çox
qısa. Ayrılanda Eldar müəllim bir kitab verdi
və dedi ki,
vaxtınız olsa oxuyun, Şirvan şəhərinin və ətraf ərazilərin tarixi haqqında çox
suallara cavab tapa biləcəksiniz. Əlavə suallarınıza telefon vasitəsilə cavab verə bilərəm.
Elə o axşam oteldə “Şirvan şəhəri” kitabının xeyli hissəsini oxudum. Oxuduqca da maraq
məni çəkdi və Eldar müəllimin dediyi sözləri xatırladım.
Öncə Eldar Qəmərlinin özü barədə. O, Şirvanlıdır. Əli Bayramlı (indiki
Şirvan) şəhərindəki 2 saylı məktəbdə təhsil alıb və iki il sovxozda fəhləlik edib. Gənclik illərində Şirvan şəhəri və
onun ətraf ərazilərində rast gəldiyi yerüstü və yeraltı abidələr, müxtəlif
qazıntılar zamanı üzə
çıxanlar onu doğma torpağın tarixini öyrənməyə
sövq edib. Bakı Dövlət Universitetini
bitirdikdən sonra
Salyan şəhərində işlədiyi illərdə daha çox ədəbi
yaradıcılıqla məşğul
olsa da, Şirvanın tarixini araşdırmaq istəyi onu rahat
buraxmayıb. 1981-1984-cü illərdə Tümen vilayətinin Surqut və
Tver vilayətinin
Udomlya şəhərlərində
işləyib.
Sonra yenidən
Şirvan şəhərinə qayıdıb.
1987-ci ildən
şəhər Mədəniyyət
və Turizm
Şöbəsində inspektor işləyib və eyni zamanda ürəyində
yaşatdığı köhnə
istəyi
reallaşdırmaq üçün araşdırmalar
aparıb. Hazırda həmin şöbədə
məsləhətçidir. Onu
da əlavə edək ki, Eldar Qəmərli gözəl
qələm sahibidir. Lirik və
satirik şeirləri,
novellaları və
povestləri var. “Evləri köndələn yar” və
“Ağacdələn” adlı
kitabları işıq üzü görüb.
Üç cilddən ibarət olacaq “Şirvan
şəhəri” kitabı tarix-diyarşünaslıq oçerklərindən və mövzu ilə bağlı əlavə yazılardan ibarətdir. Birinci cild
Şirvan şəhərinin ən qədim zamanlarından
ötən əsrin iyirminci ilinə qədərki
dövrü əhatə edir. 212 səhifəlik kitab 2012-ci ildə “Müəllim” nəşriyyatı tərəfindən,
cəmi 300 nüsxə çap edilib. Kitab tarixi mənbələrlə yanaşı, daha
çox araşdırmalara və
məntiqli fikirlərin nəticələrinə
əsaslanaraq
elmi-publisistik üslubda yazılıb. Amma əsər təkcə Şirvan şəhərinin və
ətraf ərazilərinin
keçmişinə
deyil, eyni zamanda müəllifin
qeyd etdiyi kimi, bərbad
vəziyyətdə olan tarix elmimizdə bir çox qaranlıq mətləblərə işıq
salır. Üç fəsil və əlavələrdən ibarət olan əsər həm tarixçilər, həm də doğma yurdun
keçmişini “vərəqləməyə” çalışan hər kəs üçün maraqlı ola bilər. Bu məqalə təəssürat yazısı olduğundan “Şirvan şəhəri” kitabı haqqında
geniş söhbət aça bilmirik. Lakin deyə bilərik ki, bu əsərdə
Şirvan şəhəri və onun ətraf ərazilərində çoxsaylı
abidələr haqqında zəngin məlumatlar var. Eyni
zamanda bu kitab itib-batmaqda olan və
torpaq altında yatan zəngin
mədəni təbəqənin
üzə
çıxarılması istiqamətində böyük xidmət işidir.
Kürovdağ mağaraları, qədim insan məskəni Vağam mağarası və burada yaşamış əslən dağlıq şirvandan
olan şair-filosof, məşhur səyyah Baba Kuhi, “Çılpaqlı” yaşayış
massivindəki nekropol, Şirvan şəhəri yaxınlığında aşkar
edilmiş, lakin hələ də geniş tədqiq edilməmiş orta əsr şəhəri, bu yerlərdən ötüb keçən karvan yolları, rus generalı Zubov,
Şirvanda ilk neft kəşfiyyatının aparılması, Hacı Ağa
Qasım, Hacıqabul gölünün dünəni və bugünü, ilk sənaye müəssisəsi, ermənilərin Şirvan şəhərinin, belə demək olarsa, özülü olan Ərəbşahverdi kəndinə hücumu, Kür
çayı, Şirvan şəhərinin toponimləri və sair bölmələr kitabın daha maraqla oxunan
hissələridir. Biz kitaba
qiymət vermək, müəllifə tərif söyləmək fikrində deyilik. Bu fikirdəyik
ki, Eldar müəllimin
buna ehtiyacı da yoxdur. Amma bir soydaş və oxucu kimi “Şirvan
şəhəri” kitabının
ilk cildinin bizi xeyli sevindirdiyini söyləməyi və müəllifə minnətdarlıq etməyi özümüzə borc bildik.
Hacıqabulda
şeir, sənət bayramı
Respublikamızın ən gənc rayonlarından olan
Hacıqabulda kitab bayramı gözəl və müsir bir ünvanda- rayon
İcra Hakimiyyətinin binası
qarşısındakı parkda keçirildi. Məlumat
üçün deyək
ki, rayonun mərkəzi Hacıqabul şəhərinin tarixi IX əsrdən
başlanır. Böyük İpək Yolu da vaxtilə buradan keçib.
Hacıqabul 1939-1959-cu illərdə də ayrıca rayon olub. 1959-cu ildə
rayon ləğv
olunaraq Qazı- məmməd kimi Şirvan
(keçmiş Əli Bayramlı) səhərinin tərkibinə daxil edilib.1990-ci
ilin aprelində
Hacıqabula yenidən
rayon statusu verilib.
Tədbir keçirilən ərazidə hər şey müstəqillik illərinin yadigarıdır. Ümummilli lider Heydər Əliyevin abidəsi, onun adını
daşıyan Mərkəz, uşaq əyləncə
və idman mərkəzləri
son dərəcə zövqlə
qurulub. Yaşıllıqlara qərq olmuş meydanda
nümunəvi səliqə və təmizlik
var.
Yaxınlıqdakı məktəbdə
dərslər başa çatan
kimi uşaqlar bu meydana toplandılar. Məktəblilər
tədbirin
başlanmasını gözləmədən stolların üzərinə düzülən, stendlərə qoyulan kitablara, qəzet və
jurnallara maraqla baxdılar. F. Köçərli adına Respublika Uşaq
Kitabxanasının əməkdaşları- direktor müavini Zahirə Dadaşova, kiçik
yaş qrupları üzrə xidmət şöbəsinin müdiri Almas Əşrəfova, kitabxananın gənc əməkdaşları Könül Niftiyeva və Aynur Musayeva yeni kitablar
haqqında uşaqlara məlumat verdilər. Stendlərin
qarşısında bir dəstə məktəbli
müəllimlərinin başına
toplaşmışdılar. Şəhər 8 saylı məktəbin
müəlliməsi Hicran İsayeva əlindəki “Tumurcuq” qəzetinin noyabr
sayındakı yazılar barədə uşaqlara məlumat verirdi. Özümüzü təqdim
etdikdən sonra
müəllimənin qəzetimiz barədə ürək
sözlərini dinlədik. Hicran
müəllimə dedi:
-
Neçə ildir ki, qəzetinizin oxucusuyam. “Tumurcuq” məktəblilər
üçün nəzərdə tutulsa da, onun hər bir sayında müəllimlərin, valideynlərin, ümumiyyətlə vətənini sevən insanların
oxuması üçün yazılar verilir. Bu qəzetdə verilən çox
yazılara başqa qəzet
və jurnallarda rast
gəlmək olmur. Bir də qəzetin hər
sayında məktəblilərin ilk qələm təcrübələri, şeir və hekayələri dərc olunur. Bundan əlavə, yaxşı oxuyan
şagirdlər, təcrübəli müəllimlərin iş təcrübəsi barədə mütəmadi məqalələr verilir. Buna görə də “Tumurcuq”un hər bir oxucusu qəzeti sevir və yeni sayını səbirsizliklə gözləyir. Səyyar kitab sərgisinə ümummilli lider
Heydər Əliyevin
abidəsi
önünə
gül dəstələri qoyulması ilə başlandı.
Hacıqabul Rayon Mədəniyyət
və Turizm
Şöbəsinin
müdiri Elnur Əmiraslanov kitab bayramına gəlmiş
qonaqları və
iştirakçıları salamladı. O, bildirdi ki,
rayonumuzun ərazisində xeyli tarixi memarlıq abidələri var. Məsələn, Qubalı Baloğlan kəndində XIII – XIV əsrlərə aid Hüseyn Xanəgahı adlı pir–ziyarətgah, qala divarları, minarəli məscid, karvansara, müxtəlif əsrlərə aid yaşayış
binaları, məqbərələr, Udulu kəndində orta əsrlərdə müdafiə məqsədilə inşa olunmuş Güngörməz qülləsi, Hacıqabul
gölünün sahilində XV əsrdə tikilmiş karvansara bu cür abidələrdir.
Hacıqabul Rayon Mədəniyyət
Şöbəsi
1990-cı ildən fəaliyyətə başlayıb, 2006-cı ildən rayon Mədəniyyət
və Turizm
Şöbəsi
kimi fəaliyyət göstərir. Şöbənin tabeliyində 20 klub müəssisəsi, o cümlədən, 1 rayon, 7 kənd mədəniyyət evi, 2 şəhər, 10 kənd klubu, Mərkəzləşdirilmiş Kitabxana
Sistemi üzrə 27 dövlət kitabxanası, yeddillik şəhər Uşaq Musiqi Məktəbi var.
Ümid
edirik ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və F. Köçərli adına Respublika Uşaq
Kitabxanasının təşkilatçılığı ilə keçirilən səyyar kitab sərgisi uğurla keçəcək, məktəblilərin kitaba marağının
artmasına kömək edəcək və hədiyyə məqsədilə veriləcək kitablar uşaqlar tərəfindən maraqla oxunacaq.
F.
Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru
Şəhla xanım, şair Qəşəm İsabəyli, yazıçı
Gülzar nənə (İbrahimova), “Tumurcuq” qəzetinin redaktoru Səməd Məlikzadə, şair Ələmdar Quluzadə və başqalarının
çıxışından sonra məktəblilər mahnı oxudular, rəqs etdilər. Şair Qəşəm İsabəyli
çıxışında bildirdi ki, mənim fikrimcə,
bu gözəl
ünvanda müasir kitabxana binası inşa edilsə, uşaq və yeniyetmələr üçün çox gərəkli olar.
Sonda kitabxana işçiləri hazırladıqları suallar əsasında məktəblilər arasında “Bilmək istəyirəm ki,...” adlı viktorina keçirdilər. Viktorina qaliblərinə hədiyyələr verildi.
Günortadan sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış oldular.
Mərkəzdəki ekspozisiyalar
tamaşaçılarda xoş təəssürat
yaratdı. Onu da əlavə edək ki, burada yalnız
Heydər Əliyevin həyatı və irsi təbliğ olunmur, eyni
zamanda müxtəlif sahələrə aid müzakirələr
aparılır və
sənət dərnəkləri
fəaliyyət göstərir(ardı var).
Zaman.-2013.-15 noyabr.-S.7.