Payız günəşi, kitab
karvanı və sevincə bələnən günlər (1)
SƏMƏD MƏLİKZADƏ ,
Sizi bilmirəm, payızın günəşli günləri mənim üçün başqa aləmdi.
Belə günlərdə insanın ovaqatı dəyişir, dünya ona daha
yaşamalı görünür. Sanki günəş səninlə həmsöhbət
olmaq, keçirdiyin hissələri duymaq,
ağrılarını azaltmaq istəyir.
Hərdən pencəkdə belə
kürəyin
yumşalır və
sən istər-istəməz bir saatlığa olsa da kölgəyə çəkilməli olursan. (Bax,
indi mən bu cümlələri yazarkən günəşin ilıq şüaları otağıma
yayılaraq ağ vərəqlərin üzərinə düşür və pəncərənin qarşısındakı
budaqların kölgəsini kağız üzərində oynadır.) Belə anlarda insan ürəyində ifadəsi çətin olan qəribə hisslər yaşayır.
Sənə elə gəlir ki, kəndlinin
toxumu götürüb şum üstünə çıxdığı,
düz-dünyanın çiçək
yağışında yuyunduğu, arıların bol şirə çəkdiyi, otların bir
neçə
gündə boy
verdiyi dəmlərdi. Amma qəfil başını
qaldırıb yolboyu uzanıb gedən əkinlərə, ilk payız
yağışından sonra kök bağlamış otlara, meyvəsi tam dərilməmiş ağaclara,
döşü xınalı dağlara baxdıqca
yanıldığını hiss edirsən. Demək:
Payız
gəlib kəndimizə,
Kəndimiz xəyala dalıb.
Çəmən solub, çayır solub,
Ağaclar sarala qalıb. (Qəşəm İsabəyli)
İstər-istəməz bir təqvim ilinin ömrünə çox az
qaldığını xatırlamalı olursan və dilindən təəssüf hissinə bələnmiş sözlər çıxır. Tələbəlikdən dost bildiyim
yazıçı Əlabbas mənə verdiyi kitablarından birinə bu sözləri yazıb: “...Heyf,
ömrü-günü puç etdik getdi. Son vaxtlar
öz-özümə ən çox pıçıldadığım sözlər budur: “Cavan olmam bir də mən...” Onda Əlabbasın
əlli
yaşı olardı, ya olmazdı. Ancaq mən dostumun o sözlərini oxuyarkən keçirdiyi
ağrıların bir hissəsinin içimə axdığını hiss
etdim. Görəsən Əlabbas neçə-neçə gözəl hekayəsinə, povestlərinə, romanlarına sərf etdiyi aylara, illərə, yoxsa taleyin ona bəxş etdiyi ağrılara görə heyfslənir? Mən o
kitabı hər dəfə əlimə alanda eyni hissləri yenidən yaşayıram.
Bütün
bunlar bəlkə ona görədir ki, biz illəri “yelə” verib qalan ömrümüzü rahat, ürək sakitliyi ilə, sıxıntılarsız
yaşamaq istəyirik... Bax, payız günəşinin
ilıqlığı, həlimliyi
səfərin ilk günü bu
yazdıqlarımı mənə yenidən yaşatdı.
Karvan
Şirvan yolunda
Yenə payızın sakit, günəşli günlərindən biri idi. Kitab
karvanı Şirvan yoluna çıxmışdı. Belə demək olarsa, avtobusda əyləşənlərin çoxu köhnə “komanda”dan idi.
Yolboyu əvvəlcə qarşıdakı günlərdə Şirvan şəhərində, Hacıqabul,
Saatlı, İmişli və
Beyləqan
rayonlarında keçiriləcək səyyar kitab sərgisinə hazırlıqdan
söhbət
açıldı. Sonra dua edildi ki, kaş
hava beləcə günəşli olsun.
Firidun bəy Köçərli adına
Respublika Uşaq Kitabxanasının direktoru Şəhla xanım Qəmbərova arabir rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlayırdı. Sonra
hamı iş, ömür-gün
qayğılarından danışdı. Yazıçı
Gülzar nənə (İbrahimova) təsisçisi və baş redaktoru olduğu “Sehrli dünya” jurnalından
söhbət açdı, şair Ələmdar Quluzadə isə
təzə yazdığı şeirlərini oxudu. Yazıçı
Sevinc Nuruqızı
paxıllığın insana yaraşmayan hal
olmasını dönə-dönə qeyd etdi və sonda: “Heç vaxt başqasının varı-dövləti məni maraqlandırmayıb. Allah nə
veribsə,
şükr etmişəm.
Həmişə sabahıma ümidlə baxmışam”,-dedi.
Yoldan sürü
keçdiyindən
avtobus dayandı. Mən
yolun kənarında
atın üstündəki
kişiyə
baxdım- yəhərdə çox şax oturmuşdu.
Nədənsə yadıma kəndimizdəki Ağəli kişi
düşdü. Mən
uşaq olanda o, qocalmış, yaşı səksəni
ötmüşdü. Buna baxmayaraq, dən dolu kisəni qolları
arasına alıb yük maşınına atırdı.
Deyilənə görə, Ağəli kişi cavanlığında bəlgəyi qoluna bağlayıb əl ağacı
döyüşünə girər, on, oniki nəfəri vurub yıxar, atı bərk sürə-sürə əyilib iki qoyunu birdən götürüb gedərmiş. Amma
sonra qəfil Ağəli kişinin
qıçlarını qızıl yel tutdu. Yayda və
payızın əvvəlində yerini açıq
yan balkonda saldırardı ki, kəndin
ortasındakı meydanı görsün. Xəstəlik o boyda kişini necə mürmüc eləmişdisə, Ağəli kişi
saatlarla yataqda qovrulurdu. Bəzən də kürəyini divara söykəyib oturar,
küçədən keçənlərə
baxardı. Ağrı və təklik güc gələndə arabir Ağəli kişi
oxuyardı. Biz məktəbdən çıxıb onların
çəpəri arxasında
dayanıb Ağəli
kişinin oxumasına qulaq asardıq. Təkcə biz uşaqlar yox, kənddə çox adam
onun oxumasına qulaq verərdi. Hamı dua edərdi ki, Ağəli kişi sağalıb ayağa
qalxsın, el-oba içinə çıxsın, maraqlı
söhbətləri ilə bizləri feyziyab etsin. Ancaq Ağəli kişi
dura bilmirdi. Yalnız bir gün oğlu
kişinin istəyi
ilə onu ata mindirib
kəndin
küçələrini və ətrafını gəzdirdi. Görünür
Ağəli kişi son dəfə payız günəşi altında arxlarla
axıb gedən suların şırıltısını,
quşların oxumasını, budaqları bəhrədən əyilən ağacların şəklini ürəyinə köçürmək istəyirmiş...
Şirvanın uğurları
Avtobus Hacıqabulun
üstündən
keçən
magistral yoldan ayrılıb Şirvan şəhərinə doğru buruldu.
Hacıqabul gölünün bir hissəsi
görünürdü.
Hər iki tərəfi yaşıl küknar ağaclarının boy verdiyi
uzun prospekt şəhərin içərilərinədək uzanırdı. Son illər
burada müxtəlif
sosial və mədəni obyektlər
fəaliyyətə başlayıb. Hər
yanda səliqə-sahmanla
yanaşı, bir təzələnmə
hiss olunurdu. Çünki hər bölgədə olduğu kimi, Şirvan şəhərində
də geniş
abadlıq və
tikinti-quraşdırma işləri
aparılır. Eyni zamanda Şirvan
respublikamızın iqtisadi qüdrətinin
daha da möhkəmlənməsinə
layiqli payını verir. Məlumat üçün deyək ki, 2013-cü ilin doqquz
ayı ərzində Şirvan şəhərində iqtisadiyyatın bütün sahələrində istehsal olunan məhsul və xidmətlərin həcmi 291,9
milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz
çoxdur. Ümumi məhsul buraxılışında 74,6 %
xüsusi çəkiyə malik sənayedə 217,6 milyon manatlıq məhsul istehsal olunub. Bu sahədə istehsal olunan məhsulun 34,4
faizi dövlət, 65,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Hesabat dövründə şəhərdə 235,4 min ton neft, 14,9 milyon kubmetr qaz və 2 milyon 326,6 min kvt/saat
elektrik enerjisi istehsal edilib. Tikinti müəssisələri tərəfindən 69,4
milyon manatlıq tikinti-quraşdırma işləri görülüb. Nəqliyyatda 18 milyon 392 min nəfər sərnişin, 311,0 min ton yük
daşınıb ki, bu da ötən ilin müvafiq dövrü
ilə
müqayisədə, müvafiq olaraq, 9,5 və 9,1 faiz çoxdur.
Əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsi də xeyli yaxşılaşıb. Şirvanda fəaliyyət göstərən Müdafiə
Sənayesi Nazirliyinə məxsus “Telemexanika” və “Araz” zavodlarında bir sıra əhəmiyyətli
tədbirlər həyata keçirilib.
İyulun 1-də Azərbaycan Prezidenti İlham Əliyev “Telemexanika” zavodunun
iriçaplı patronların istehsalı mərkəzinin, “Üfüq”
İstehsalat Birliyinin Şirvan “Araz” zavodunda üç əsas istehsalat sahəsinin, gücü 780 meqavat
olan “Cənub” elektrik stansiyasının
açlışlarında, Şirvan-Muğan Qrup Su Kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib.
“Azəriqaz” İB-nin yaxından köməkliyi ilə şəhərin qaz təchizatının
yaxşılaşdırılması istiqamətində
mühüm irəliləyişlər əldə
olunub. Şəhər Elektrik Şəbəkəsi
tərəfindən 7100 metrə yaxın müxtəlif təyinatlı kabel və naqil xətləri dəyişdirilib,
bir sıra yarımstansiyalar təmir
edilib və nəticədə əhali
fasiləsiz olaraq
elektirik enerjisi ilə
təmin olunub.
İqtisadi
İnkişaf Nazirliyi Sahibkarlara Kömək Milli Fondunun vəsaiti hesabına cari ilin 9
ayı ərzində şəhər üzrə 9 layihə həyata keçirilib, 165,0 min manat kredit verilib ki, bu da şəhər əhalisi üçün xeyli
yeni iş yerlərinin açılmasına zəmin yaradıb. Şirvan
Regionlararası Təchizat Bazası tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 5 milyon 124,8 min manat
həcmində 428 lizinq xidməti göstərilib.
Doqquz ayda şəhər üzrə dövlət büdcəsinin yerli gəlirlərinin proqnozu 11 milyon
576,5 min manata qarşı 11
milyon 767,2 min manat və
ya 101,6 faiz yerinə
yetirilib. Büdcəyə nəzərdə tutulduğundan 190,7
min manat çox vəsait
daxil olub. Gəlirlərin məbləği 2012-ci ilin eyni dövrü ilə müqayisədə 3 milyon 011,7 min manat və ya 34,4 faiz çox
təşkil edib. Əvvəlki illərdə olduğu kimi, bu ilin 9 ayı ərzində şəhər ərazisində tikinti,
quraşdırma və
abadlıq işləri
davam etdirilib. Qarşıya qoyulmuş məsələlərin həlli istiqamətində uğurlu
addımlar atılıb, abadlıq və
yenidənqurma
işlərinin həcmi genişləndirilib. Əlbəttə, 9 ayda əldə olunmuş
uğurlar və
görülmüş işlər
çoxdur. Biz isə
bəziləri haqqında söz
açdıq. (ardı var)
Zaman.-2013.-13 noyabr.-S.7