Oqtay Mirqasımov: “Həyatda uğur qazanmaq
iradə və əzmdən doğur”
Məşhur rejissor Sergey Eyzenşteynin belə bir sözü var: “Kimisinə rejissor olmaq üçün iki, kimisinə isə 200 il vaxt lazım olur”.
Bu ifadəni əbəs yerə
işlətmədim. Müsahibim tanınmış
kinorejissor, ssenarist, prodüser onlarla nüfuzlu yerli və
beynəlxalq
mükafatın sahibi Oqtay Mirqasımovdur. Onun haqqında çox eşitmişik - yaxşı kinorejissor, yaxşı ssenarist, yaxşı prodüser, ən əsası
yaxşı insan! Oqtay Mirqasımov 1943-cü ildə Bakıda dünyaya göz açıb.
Rejissor, tanınmış tibb elmləri
doktoru Mirəsədulla
Mirqasımovun oğlu,
aktrisa Ayan Mirqasımovanın atasıdır.
Bir neçə
sənədli və
onlarla bədii filmin,
o cümlədən “Ovsunçu”, “Məğlubedilməzlər”in quruluşçu
rejissoru və ssenari müəllifidir.
Bir çox filmlərdə
özü də rol alıb. Filmləri ümumittifaq festivallarında
da mükafat alıb. Azərbaycanın Xalq artistidir.
Faİq
Kərİmoğlu
- Oqtay müəllim,
özünüzü bizim
oxucularımıza necə təqdim
edərdiniz?
- Sizin qəzetə, özümə,
böyüyümə,
kiçiyimə,
nəvəmə, ailəmə, hamıya
eyni cür təqdim
edərdim
- mən
həmişə özümü ideal bir nümunəyə yaxın olan insana çevirmək istəyən bir bəndəyəm.
- İndiyə qədər özünüzün hansı
işini, necə deyərlər, “5” ilə
qiymətləndirirsiniz? Sizcə, ən
mükəmməl işiniz hansıdır?
- Əslində çox bəsit və
standart bir deyim var: “Sənətkarın əsərləri sanki onun övladlarıdır”.
İnanın mənə, sənətkar valideyndi və bütün
əsərlərini sevir.
Bəzən olur ki, bir ailənin
hansısa övladı
daha gözəldi, amma biri uğursuzdu,
bacarıqsız, istedadsız
bir övladdır.
Ancaq valideyn hər
bir övladına mərhəmətlə
yanaşır. Rejissorun da
əsərlərinə
münasibəti
bu cürdür.
Vaxt keçir və istənilən sənətkar yaratdığı əsərlərinə tənqidi
mövqedən
yanaşa bilir. Fikirləşirəm ki, ən uğurlu işim hal-hazırda nümayişə hazırladığım filmim
olacaq. Bu daha əzizdi.
Çox
böyük istirablardan
keçərək bu yeni filmi
ərsəyə gətirə bilmişəm.
Böyük əziyyətlər kiçicik
mükafatlar təqdim edir insana. Bu mənim
üçün vacib
və
mühüm bir şeydi.
- Gənc rejissorların
işini necə qiymətləndirirsiniz? Sizcə, onların potensialı
nə
yerdədir?
- Mən,
ümumiyyətlə, sənətkarları nəsillərə bölmürəm. Bölmək də
olmaz. Bu, absurd səslənir. İnsanları müşahidə
eləmək, onlara diqqətlə
baxmaq, nəzər
salmaq, onların müxtəlifliyini
dərk
etmək
mürəkkəb prossesdir. Bu peşənin, bəlkə də,
ən
müsbət
keyfiyyətidir
ki, insanları görürsən
və
onların müxtəlifliyindən qidalanıb təkan alırsan
və
ideya irəli sürərək, film ərsəyə
gətirirsən. İnsanlar çox müxtəlifdir. Onların arasında çox alicənab
və
savadlı, maariflənmiş, əxlaq
sistemini düz seçən
insanlarla yanaşı,
zəif
və
daha zəif olanlar da var. Bəlkə də
onlar olmasa, dramaturgiya olmaz, teatr və
kino təşəkkül
tapmazdı. Ziddiyyət olmasa, maraqlı
bir hekayə də söyləmək olmaz. Əgər adını çəkdiklərimiz olmasaydı, həyat tamamilə duzsuz olardı. Film çəkmək üçün insanların
ziddiyyətinə hava və
su kimi ehtiyac
var. Bəzən həyatda
da elə olur ki, iki müsbət insan qarşı-qarşıya
durur. Halbuki belə
vəziyyətləri kinoda canlandırmaq çox çətin
vəziyyətlər yaradır.
Sənətkarın yaradıcılığına gələndə
isə,
nəzər salsaq görərik ki, hər
bir nəslin güclüsü
və
zəifi,
istedadlısı və heç bir istedad sahibi
olmayanı da var. Əgər biz dünya kino tarixinə
nəzər salsaq, asanlıqla bunu onlarda da
görə
bilərik.
Sözün əsl mənasında, kim ki, əzm, iradə
nümayiş etdirərək işləsə, o da tarix yazacaq.
- Rejissor olmaq üçün nə
tələb olunur? Peşəkar rejissor olmaq
üçün keyfiyyətlər hansılardı?
- Sadalanacaq çox keyfiyyətlər var. “Rejissorun
riskli, qorxmaz, iradəli
olması əsas şərtdir” desək
yanılmarıq. Sözün yaxşı
mənasında,
bu tip yaradıcı insanların fantastik dərəcədə
səhhəti sağlam olmalıdır.
O kiminsə
baxışı ilə dünyaya baxmamalı, ancaq öz baxış
nöqtəsini
seçməli
və
o baxış nöqtəsindən dünyaya baxmalıdır.
Peşəkar rejissor insanı,
həqiqətən, sevməli, fədakar,
öz əsəri
uğrunda mübarizəyə hazır,
dözümlü olmalıdır.
Təsadüfi deyil ki, ədəbiyyat, coğrafiya, fizika barədə bilikləri
dərin
olmalıdır. Zənnimcə, özündə
peşəkarlığı
hiss edən
rejissor musiqidən, təsviri
sənətdən agah olan biri olmalı,
fədakar,
özünü əsəri uğrunda
mübarizəyə hazır hiss etməlidir. Bildiyiniz kimi hər
bir fərdin proritet
deyilən
maraqları var. Kimisi ədəbiyyatçı,
kimisi ritmik rejissordu. Buradan da yanılmadan
belə
qənaətə gəlmək olar ki, rejissorun hansısa bir yönümdə
olması onun kino dilini müəyyənləşdirir.
- Kiçicik kinoşirkətiniz
haqqında nə deyə
bilərsiniz.
İl ərzində nə
qədər istehsalınız olur?
- Kiçicik film şirkətim hər
il Azərbaycanda istehsal olunan filmlərə öz köməkliyini göstərir. Əlimdən gələn
köməkliyi
əsirgəmirəm. Orada prodüser,
rejissor kimi çalışır və başqa qurumların istehsalı olan filmlərə öz töhfəmi verirəm. Problemlərimiz də
çox olur, problemlərin
çox hissəsi texnika və
vəsait
çatışmazlığından doğur.
- Kinonun baxılan olması üçün
yük kimin üzərinə düşür? Aktyor, yoxsa rejissor
filmə
yenilik gətirir? - Düşünün,
poladdan olan bir sütunu mum ilə
müqayisə
etmək
olarmı?! - Olmaz! Aktyor da, rejissor da
filmin ərsəyə gəlməsində böyük rol oynayır. Bu iki məfhumu
film zamanı ayrı-ayrı
təhlil
etmək
sanıram ki, düzgün olmaz.
- Rejissor olmağı qarşısına məqsəd qoyanlara
və
oxucularımıza son sözünüz.
- Əgər qarşınıza məqsəd qoymusunuzsa,
çalışın dönməyəsiniz. İradəli
olaraq, düz yolla gedəsiniz.
Qarşınızdakı hədəf, istək, arzu
sizi ruhlandırsın.
Çalışın ki, iradə
və əzminizi
qoruyasınız. Çünki həyatda uğur
qazanmaq iradə
və əzmdən doğur.
Zaman.-2013.-26 noyabr.-S.7.