Vaxtında aparılan müayinə xəstəliklərin qarşısına sədd çəkir

 

Mövsüm dəyişikliyi ilə əlaqədar yoluxucu xəstəliklər indi daha çox yayılıb. Xüsusilə , uşaqlar bu xəstəliklərdən əziyyət çəkirlər. Məktəb, bağçayaşlı, hətta körpələr arasında yayılan qrip nəzarət edilmədikdə, vaxtında profilaktiki tədbirlər görülmədikdə müxtəlif fəsadlara yol açır. Bəs çoxumuzun adi hesab etdiyi yoluxucu xəstəlik olan qripin, eləcə digər xəstəliklərin qarşısını almaq,  uşaqların düzgün, sağlam inkişafı üçün hansı tədbirlər görülməlidir? Sözügedən mövzuda valideynlərin üzərinə hansı vəzifələr düşür? Bu digər sualları cavablandırmaq üçün Xətai rayon 2 saylı poliklinikanın pediatrı Samirə Rəsulovaya müraciət etdik.

- Samirə xanım, mövsümlə bağlı qrip digər yoluxucu xəstəliklər daha çox yayılıb. Bu xəstəliklərin qarşısını almaq üçün hansı profilaktiki tədbirlər görmək lazımdır?

- Məktəb, bağça, kollektiv mühit, ümumiyyətlə, ictimai yerlərdə yoluxucu xəstəliklərin yayılma ehtimalı daha çoxdur. Çünki belə mühitdə insanlar bir-biri ilə daha çox ünsiyyətdə, təmasda olurlar. Viruslar hava, tüpürcək, əşya vasitəsilə bir insandan digərinə asanlıqla yoluxur. Qeyd edim ki, rotavirus adlanan infeksiya qripin əsas törədicilərindən sayılır. Bu virus daha çox mədə-bağırsaq traktını zədələyir xəstəlik ilkin olaraq qusma, ishalla müşayiət olunur. Əgər tədbir görülməzsə, qızdırma, başağrıları, halsızlıq digər fəsadlarla nəticələnir. Xəstə uşağı məktəbə, yaxud bağçaya yollamaq olmaz, çünki bu həm xəstəliyin ağırlaşmasına, həm digər uşaqların da yoluxmasına səbəb olur. Qripə yoluxan xəstə ən azı 3 gün yataq rejimində olmalıdır, çoxlu maye qəbul etməlidir, hərarətsalıcı preparatlardan, bitki çaylarından istifadə etməlidir. Bu mənada ata-ananın uşağa nəzarəti güclənməlidir.

- Valideynlər uşaqlarını vaxtında müayinəyə gətirirlərmi?

- Bu, bizim yaralı yerimizdir, təəssüf ki, bəzi valideynlər həkimə müraciət məsələsinə laqeyd yanaşırlar, daha doğrusu, üzərlərinə düşən məsuliyyəti hiss etmirlər. Yaddan çıxarmaq olmaz ki, uşağın vaxtında müayinəyə aparılması çox xəstəliyin qarşısına sədd çəkmək deməkdir, çünki bu zaman onda ehtimal olunan xəstəliklərin ilkin əlamətlərini üzə çıxarmaq daha asan olur müalicəsi müsbət nəticələnir, uşaq gələcəkdə hər hansı bir xəstəliyin ağır fəsadlarından sığortalanmış olur. Elə yeri gəlmişkən, qəzetiniz vasitəsilə valideynlərə tövsiyə edərdim ki, uşaqlarını vaxtında müayinəyə gətirsinlər. Bəzən bizə xəstəlik öz işini görəndən sonra müraciət edirlər. Lakin bu da müalicəni çətinləşdirir, çox vaxt mümkünsüz edir.

- Samirə xanım, səyyar xidmətdən istifadə edirsinizmi?

- Bəli, 2-3 aylığından 1 yaşadək olan körpələrin müayinəsi üçün evlərə gedirik, ananın körpəyə ilkin tibbi yardım profilaktika mövzusunda maariflənməsinə yardımçı oluruq.

- Peyvənd necə, düzgün aparılırmı? Çox vaxt peyvəndən sonra ağırlaşmalar olur...

- Peyvənd xəstəliklərə qarşı bədənin müqavimətinin, immunitetinin artırılması, körpənin xəstəliyi asan keçirməsi üçün vurulur. Lakin peyvənddən sonra ən azı 3 gün körpəni qorumaq lazımdır. Əsasən HİB peyvəndindən sonra. İynə vurulan nahiyəni 3 gün kompress etmək, peyvəndin sağalması üçün normal şərait yaratmaq lazımdır. Əks təqdirdə qıcolma, beyin sətəlcəmi kimi fəsadlar ortaya çıxa bilər. Peyvənd vurulandan sonra törəyə biləcək fəsadları aradan qaldırmaq üçün bir sıra profilaktik tədbirlər görülməlidir.

- Deyirlər uşağı həddən artıq təmiz saxlamaq da düzgün deyil, bu onun bir az narahat mühitə düşdükdə daha tez xəstələnməsinə səbəb olur. Çünki orqanizmin xəstəliklərə müqaviməti zəif olur...

- Bəli, ifrat dərəcədə təmizlik əslində özü xəstəliyə yol açır. Uşağı orta səviyyədə saxlamaq, gigiyenik qaydalara əməl etmək lazımdır. Təbii haldır ki, uşaq hər şeyə maraq göstərir, əlini istər-istəməz hər yerə vurur, hər şeylə təmasda ola bilər. Lakin bütün bunlardan sonra körpənin əl-ayağı təmiz yuyulmalıdır

- Uşağın torpaqla təması da immunitet sistemini müəyyən qədər gücləndirir, orqanizmi bir sıra xəstəliklərə yoluxmaqdan qoruyur...

- Əlbəttə, uşaq torpaqla da, qumla da oynamalıdır. Dediyiniz kimi bu, onda bədən müqavimətinin, immunitetin güclənməsinə müsbət təsir edir. Lakin dediyim kimi sonradan əl-ayaq təmiz yuyulmalıdır, yəni gigiyenik qaydalar öndə tutulmalıdır.

- Qurd xəstəliyi məktəb, bağça yaşlı uşaqlar arasında daha çox yayılıb. Qarşısını necə almaq olar?

- İlk növbədə, profilaktik tədbirlər nəzərdə tutulur - dırnaqlar vaxtında tutulmalı, dırnaq araları təmizlənməli, əllər təmiz yuyulmalıdır. Uşaq əlini ağzına daha çox apardığından orqanizm ağız vasitəsilə dırnaqarasında olan mikroba asanlıqla yoluxur. Xəstəliyi törədən səbəblərdən biri budur. Yaxşı olar ki, qurd xəstəliyi zamanı kimyəvi preparatlardan daha çox təbii yolla müalicəsi aparılsın. Lakin ilk öncə, analiz vasitəsilə qurdun növü müəyyən olunmalıdır. Çünki elə qurd növü var ki, onu yalnız dərman vasitəsilə sağaltmaq mümkündür. Məsələn, qurda, mikroba görə hər axşam yatmazdan əvvəl uşağa az miqdarda sarımsaqlı qatıq vermək məsləhətdir. Çox da vermək olmaz, bu onun mədə-bağırsağına ziyan verə bilər.

- Körpə daha çox öpüldükdə yoluxucu xəstəliklərə tutulur.

- Ümumiyyətlə, körpə öpülməməlidir, xüsusilə 6 ayadək. Çünki onun orqanizmi hələ zəifdir, formalaşmayıb, xəstəliklərə qarşı daha həssasdır. Ona görə tüpürcək vasitəsilə mikroba, virusa asanlıqla bulaşır.

- Suçiçəyi, qızılcaya tutulan uşağın müalicəsi necə aparılmalıdır?

- İlk növbədə, pəhriz yeməklərindən istifadə etmək, sonra isə həkimin məsləhəti ilə profilaktiki tədbirlərdən yararlanmaq məsləhətdir.

- Bəzən analar südəmər körpəni hazır qida ilə təmin edirlər. Bu doğrudurmu?

- Ana südü əvəzsiz qidadır. Yaxşı olar ki, körpə heç olmasa, 6 ayınadək ana südü ilə qidalansın. Yox, əgər uşaq süddən doymursa, yaxud körpə ümumiyyətlə, südlə təmin olunmursa, onda əlavə qidalardan istifadə etmək olar.

- Ana südü ilə paralel verilən qida mədə-bağırsaq çatışmazlıqlarına səbəb olmur ki?

- Əgər ana südü ilə birlikdə əlavə qida vermək lazımdırsa, mütləq həkimlə məsləhətləşmək lazımdır. Çünki elə ola bilər ki, ana südü ilə verilən qida müxtəlif fəsadlar törətsin. Ona görə , uşağın orqanizminə düşən əlavə qidanı həkim təyin etməlidir.

- İrsi xəstəliklərin qarşısını almaq üçün etmək lazımdır?

- İlk növbədə, qadın hamiləlikdən əvvəl müayinədən keçməlidir ki, ehtimal olunan hər hansı bir xəstəlik üzə çıxarılıb müalicəsi aparılsın dünyaya gələcək körpə əziyyət çəkməsin. Bu zaman ana ilə bərabər ata da müayinədən keçməlidir. Sonrakı mərhələlərdə, yəni hamiləlik dövründə isə yenə vaxtında müayinələr getməlidir. Bu, uşağın fiziki baxımdan inkişafı, sağlamlığı üçün çox vacibdir.

- Uşaqlarda dəri xəstəliyi kimi hansı xəstəliklərə rast gəlinir?

- Bişməcə daha çox yayılıb. Bu da qidanın düzgün seçilməməsindən, paltarının, əşyalarının təmiz olmamasından s. törəyir. Yaxşı olar ki, körpənin paltarı uşaq sabunu, yaxud uşaq yuyucu tozları ilə yuyulsun.

- Valideynlərə uşaq idmanı ilə bağlı tövsiyələriniz...

- İdman fiziki zehni inkişaf üçün çox faydalıdır. Ona görə uşağı kiçik yaşlarından idmana öyrəşdirmək lazımdır ki, artıq məktəb vaxtında - məsələn, 7 yaşından üzgüçülüklə məşğul olsun. Üzgüçülük onurğa sütununun düzgün inkişafına çox kömək edir. Lakin ağır idman növlərini uşağa tətbiq etmək olmaz, bu onun inkişafından daha çox səhhətində fəsadlara - onurğa sütununda əyriliyə, bədəninin müxtəlif nahiyələrində qüsurlara yola aça bilər. Ağır idman növlərinə 12 yaşdan yuxarı başlanılması daha münasib olardı.

Şahmat, dama oyunları zehnin inkişafına müsbət təsir göstərir. Qızların gimnastika, rəqs, oğlanların isə akrobatika, üzgüçülük sağlam çevik olmaları üçün əlverişli şərait yaradır.

- Uşaqlar arasında köklük, boyuqısalığa daha çox rast gəlinir. Bu ilə əlaqədardır?

- Rejimsiz, düzgün qidalanmamaqla, yağlı, qızardılmış yeməklərə üstünlük verməklə.

- Müsahibəyə görə təşəkkür edirik.

- Sağ olun.

 

YEGANƏ MƏMMƏDOVA

Zaman.-2013.-1 oktyabr.-S.7.