XVI əsr Azərbaycan kitab tərtibatında miniatür və xəttatlıq

 

Rəssamlığın əski regional məktəbləri inkişaf edir və yeniləri meydana gəlirdi. İranda, Azərbaycanda, Türkiyədə, Orta Asiyada Hindistanda rəssamlığın milli mərkəzləri təşəkkül tapırdı. Qarşılıqlı təsir prosesi Yaxın Orta Şərqdə rəssamlığın inkişafı prosesində vahidliyə xidmət edirdi.

 Bu prosesdə Təbriz miniatür məktəbi aparıcı rol oynayır, incəsənətdə dünyəvi mövzuların əsas yer tutması ilə səciyyəvi olan rəssamlıq mərkəzlərindən biri kimi tanınırdı. Miniatür sənətimiz orta əsr Azərbaycan təsviri sənətinə dünya şöhrəti qazandırmışdır. Azərbaycan miniatürlərinin başlıca mövzusu klassik Şərq poeziyası ilə sıx əlaqədə olmuş, onun təsiri nəticəsində inkişaf etmişdir. Mübaliğəsiz demək olar ki, antik mifologiya qədim yunan sənəti, klassik Şərq poeziyası da müsəlman Şərqinin miniatür sənəti üçün tükənməz mənbə olmuşdur.

Rəssamların ən çox müraciət etdikləri klassik əsər Nizami GəncəvininXəmsə”si idi. Bu əsərin 1539-1543-cü illər əlyazmasına görkəmli Azərbaycan rəssamı Soltan Məhəmmədin çəkdiyi miniatürXəmsə”yə çəkilmiş miniatürlərdən ən məşhurudur. Şah Təhmasibin sifarişi ilə, xüsusi zövqlə hazırlanmış bu zərif zəngin nüsxə Şərqdə kitab sənətinin şah əsəri adlandırılır. İllüstrasiyalar isə Şərq miniatür sənətinin kamil, misilsiz nümunələrindən hesab edilir. Nüsxə iri ölçülü 14 miniatürdən ibarətdir. Təbriz miniatür məktəbinin ən görkəmli rəssamlarından biri Soltan Məhəmməd (1470-1555) idi. O, Şah I İsmayılın saray kitabxanasında işləmiş, sonralar bu kitabxananın rəhbəri olmuşdur. Soltan Məhəmməd Əbülqasim FirdovsininŞahnamə”sinə (1537) Hafiz ŞirazininDivan”ına (1530) da miniatürlər çəkmişdir. Bu dövrdə Şah I Təhmasibin saray emalatxanasında adları hələlik bəlli olmayan bir sıra başqa rəssamlar da fəaliyyət göstərmişlər. Onların yaratdığı qiymətli sənət əsərləri xüsusi ədəbiyyatdaSoltan Məhəmməd məktəbi”, yaxud daSoltan Məhəmməd üslubukimi qeyd edilir. Azərbaycan miniatürlərində təsvir olunmuş tarixi dövrlərin əhatə dairəsi çox genişdir (eramızdan əvvəl IV əsrdən eramızın XVI əsrinin sonunadək). Bu miniatürlər regionda yaşayan xalqların (xüsusilə Azərbaycan İran) qədim tarixinidirçəltməsibaxımından səciyyəvidir. Azərbaycan miniatürünün ən səciyyəvi əlaməti əsərlərdə Heydəri tacının təsviridir. Heydəri tacının miniatür sənətində əks olunması Azərbaycan miniatür ocağını Şərqin digər miniatür məktəblərindən ayırmaq işini xeyli asanlaşdırmışdır. İndi qətiyyətlə demək olar ki, XVI yüzilə aid elə bir Azərbaycan miniatürü yoxdur ki, orada qızılbaş papağı təsvir olunmasın.

Təbriz miniatür məktəbi rəsm sənətinin qapalı sistemi deyildi. Onun güclü təsir göstərdiyi incəsənət sənət sahələri vardı. Miniatür sənətinin güclü təsiri xalçaçılıqda (xüsusilə süjetli xalçalarda), bədii metal sənətində, divar boyakarlığında, keramika sənətində, bədii parçalarda daha aşkar nəzərə çarpırdı.

Təbriz miniatür məktəbinin təsiri regional səciyyəyə malik idi. Bu məktəbin təsiri ilə XVI əsrin I yarısında Şiraz məktəbi, XVI əsrin son rübündə Qəzvin məktəbi təşəkkül tapdı və inkişaf etdi. Qəzvin miniatür məktəbinin yaranması və inkişafında onun 1555-ci ildə Səfəvilər dövlətinin paytaxtına çevrilməsi mühüm rol oynamışdır. XVI əsrin 70-ci illərində Məşhəd miniatür məktəbi meydana gəldi. XVI əsrin sonlarında İsfahan miniatür mərkəzi yarandı. 1598-ci ildə paytaxta çevrilməsi ilə əlaqədar olaraq miniatürçü rəssamların əksəriyyəti İsfahana cəlb edilməyə başlandı. Bu miniatür məktəbinin inkişafında görkəmli rəssam, xəttat, şairmusiqiçi, ədəbiyyat və incəsənət tarixçisi Sadiq bəy Əfşarın (1533-1610) mühüm rolu olmuşdur. O, II Şah İsmayıl zamanında dövlət kitabxanasında işləmiş və I Şah Abbas tərəfindən dövlət kitabdarlığı vəzifəsinə gətirilmişdir. Təbriz miniatür məktəbinin bədii potensialının dağılması və tənəzzülündə Osmanlı-Səfəvi müharibələrinin də güclü təsiri olmuşdur. XVI əsrin sonlarında - Təbriz 17 ilə yaxın bir müddətdə Osmanlı təsiri altında qaldığı dövrdə rəssamların əksəriyyəti İstanbula aparıldı. İstanbul sarayı nəzdində olan rəssamlıq emalatxanasında bu dövrdə 30 nəfərdən çox təbrizli rəssam fəaliyyət göstərirdi. Azərbaycan miniatürçü rəssamların müəyyən hissəsi isə Hindistanda çalışırdı. Burada Moğol miniatür məktəbinin təşəkkülü və inkişafında istedadlı Təbriz rəssamı Mir Seyid Əlinin fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. O, uzun müddət (1549-1570) Hindistanda saray kitabxanasında işləmiş, 40-dan artıq yerli və gəlmə rəssamların fəaliyyətinə rəhbərlik etmişdir. Mir Seyid Əli və onun rəhbərliyi altında çalışan saray rəssamları tərəfindən məşhur “Əmir Həmzə” dastanına çəkilmiş illüstrasiyalar haqlı olaraq Moğol məktəbinin şah əsərləri sayılır. Moğol miniatür məktəbi Orta (Mərkəzi) Asiya, Azərbaycan, İranhind miniatür rəssamlığı ənənələrinin sintezi əsasında yaranmış, inkişaf etmişdir. Moğol hökmdarları miniatür rəssamlığına xüsusi qayğı ilə yanaşırdılar. Əmir Həmzənin 360 hekayətinə illüstrasiyalar çəkmək üçün Behzad məktəbinin 50 rəssamı cəlb edilmiş, məcmuənin 12 cildi 1700 miniatürlə bəzədilmişdi. Cəlaləddin Əkbərin (1542-ci ildə doğulmuş, 1556-1605-ci illərdə Moğol hökmdarı olmuşdur) sarayında müxtəlif xalqlardan olan 145 miniatürçü-rəssam işləyirdi. Beləliklə, bütün XVI əsr boyunca uğurla tərəqqi etmiş və ən yüksək inkişaf mərhələsinə çatmış Təbriz miniatür məktəbinin yaradıcı potensialı XVII əsrin əvvəlindən Osmanlı Türkiyəsinə, İran vilayətlərinə və Hindistana səpələnməyə başladı.

Gözəl, yaraşıqlı və aydın yazmaq sənəti olan kalliqrafiya (xəttatlıq) bu dövrdə geniş yayılmışdı. Azərbaycanda kalliqrafiyanın qədim tarixi vardır. Orta əsrlər Şərqində kalliqrafiyanın sənət kimi təşəkkülü və inkişafı X-XII əsrlərə təsadüf etmişdir. Həmin dövrdə klassik 6 xətt növü yaranmışdı (süls, nəsx, mühəqqəq, reyhani, toqi, rüqa). Sonralar Türkiyədə divani, İranda təliq və şikəste, Azərbaycanda nəstəliq kimi daha mükəmməl xətlər icad edildi. Xəttatlar ərəb qrafikası əsasında bədii, elmi əsərlərin üzünü köçürür, binaların bəzək kitabələrini işləyirdilər. XIV əsrin sonu-XV əsrin əvvəllərindən Azərbaycan xəttatlığının yeni inkişaf mərhələsi başlandı. Mir Əli Təbrizi nəstəliq xəttini icad etdi.

Cəfər Təbrizi, Şah Mahmud Zərrinqələm, İbrahim Təbrizi, Aini Təbrizi, Əhməd Təbrizi XV əsrin məşhur Azərbaycan kalliqrafları idilər.

XVI əsrdə xəttatlıq daha yüksək inkişaf mərhələsinə çatdı. Bu dövrdə, hətta hökmdarlar da xəttatlıqla məşğul olurdular (Şah I İsmayıl, Şah I Təhmasib). Azərbaycan xəttatlarının bir çoxu tərtib etdiyi əlyazma mətnlərini miniatürlərlə də bəzəyirdilər. Təbrizdə, Ərdəbildə, Marağada və Şamaxıda kalliqrafların toplandığı kitabxanalar vardı. Lakin Təbrizdəki kalliqrafiya məktəbi ümumşərq əhəmiyyətinə malik idi. Kalliqrafiya memarlığa, metalişləmə sənətinə, toxuculuğa və xalçaçılığın inkişafına güclü təsir göstərirdi. Təsadüfi deyildir ki, ən mahir kalliqraflar Təbriz məktəbinin yetirməsi idilər. Abdulla Qazı Xoylu, Ətiq Ordubadi, Sadıqbəy Əfşar, Şəmsəddin Məhəmməd Təbrizi, Seyid Məhəmməd, Şah Mahmud Nişapuri XVI əsrin ən məşhur xəttatları olmuşlar. Kitab çapı olmadığına görə Azərbaycanda xəttatlıq bu dövrdə də zəruri və kütləvi sənət növü idi.

 

FƏRƏH MƏMMƏDOVA ƏVVƏLI ÖTƏN SAYIMIZDA,

Zaman.-2013.-15 oktyabr.-S.22.