Şəki özünün ən gözəl dövrlərindən birini yaşayır

 

Son illərdə sürətlə inkişaf edən Şəki respublikamızın ən qabaqcıl rayonlarından birinə çevrilir.

 

Rayonda aparılan geniş tikinti-quruculuq işləri Şəkinin şimasını daha da dəyişdirərək onun şöhrətinin daha da artmasına gətirib çıxarıb. Bu baxımdan Şəkini bu gün həm qədim, həm gündən-günə gözəlləşən inkişaf edən gənc şəhər hesab etmək olar.  Şəkidə həyata keçirilən bu uğurlu quruculuq işlərində Şəki şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubovun böyük əməyi var.  Onun rayona icra başçısı təyin edilməsindən sonra

Şəkidə abadlıq-quruculuq işləri geniş vüsət alıb.

Şəkinin sürətlə inkişaf etməkdə olduğunu statisitik rəqəmlər sübut edir. Məsələn, 2013-cü ilin   doqquz ayının yekunları da Şəkinin sürətlə inkişaf etməkdə olduğunu sübut edir. Belə ki, 2013-cü ilin doqquz ayında Şəki rayonunda ilkin hesablamalara görə, 267 milyon 750 min manatlıq məhsul buraxılmış xidmətlər göstərilmişdir. Hesabat dövründə əmtəə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artaraq 192 milyon 235 min manat olmuşdur. Cari ilin 9 ayında rayonda istehsal qeyri istehsal sahələrinin inkişafına 60 milyon 716 min manat həcmində investisiya yönəldilmişdir. Bu investisiyaların 71,1 faizi tikinti işlərinə sərf edilmişdir. İlin 9 ayında rayonda 972 yeni, daimi yeri açılmışdır.

Bu faktlar Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn məsələlər cari ilin 9 ayında rayonda görülmüş işlərlə bağlı Şəki Şəhər İcra Hakimiyyətində keçirilən fəallar yığıncağında Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun hesabat məruzəsində səsləndirilmişdir. Elxan Usubovun məruzəsində daha sonra qeyd olunmuşdur ki, hesabat dövründə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına yenidən qurulan Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun tikintisi başa çatmışdır. Uzunluğu 30 kilometr olan bu yol rayonun 8 yaşayış məntəqəsini əhatə edir. Avtomobil yolu Prezident İlham Əliyevin iştirakı xeyir-duası ilə avqustun 14-də istifadəyə verilmişdir. Bildirilmişdir ki, Azərbaycan Prezidentinin 20 avqust 2013-cü il tarixli Sərəncamına əsasən hazırda on səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisinə başlanmışdır.

Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov diqqətə çatdırmışdır ki, ötən dövrdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilmiş, Baş Küngüt kəndindəki tam orta məktəbdə, şəhərdəki 1 saylı peşə məktəbi 28 saylı uşaq bağçasında aparılan əsaslı təmir işləri başa çatdırılmış, şəhər 17 nömrəli tam orta məktəb üçün yeni bina tikilib istifadəyə verilmişdir. Baş Göynük, QoxmuqGöybulaq kəndlərində yeni məktəb binalarının tikintisinə başlanmışdır. ŞinBaş Şabalıd kəndlərində inşa edilən yeni məktəb binalarının tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur. Rayon təhsil şöbəsinin yeni inzibati binasının tikintisində hazırda son tamamlama işləri görülür.

Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qeyd etmişdir ki, cari ilin 9 ayında rayonun kənd təsərrüfatında özəl bölmənin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün zəruri tədbirlər həyata keçirilmişdir. Fermerlər 81 min 51 hektar taxıl sahəsindən 219 min ton məhsul əldə etmişlər. Hazırda təsərrüfatlarda 2014-cü ilin məhsulu üçün payızlıq taxıl səpini mütəşəkkil davam etdirilir.

Hesabat məruzəsində əhalinin təbii qazla təminatının yaxşılaşdırılması sahəsində görülən işlərə toxunulmuş, cari ilin 9 ayında 991 abonentin təbii qazla təmin edildiyi, rayon üzrə qaz istifadəçilərinin ümumi sayının 20 min 385 abonentə çatdırıldığı qeyd olunmuşdur. Bildirilmişdir ki, hazırda Cəyirli, Qayabaşı, Sarıca, Qozlubulaq, Bolludərə, Qaratorpaqdaha bir neçə kəndin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Müddət ərzində rayonun Aşağı Göynük kəndində sahə xəstəxanası, Baş Göynük kəndində isə həkim məntəqəsi tikilib istifadəyə verilmişdir. Əhalinin sosial müdafiəsinin daha etibarlı təmin olunması istiqamətində tədbirlər davam etdirilmiş, 9 ayda 1619 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Hazırda rayonda 2151 ailə bu yardım növündən faydalanır.

Bütün bunlar da Şəkinin sürətlə inkişaf etməkdə olduğunu, onun respublikamızın ən gözəl rayonlardan birinə çevrildiyini göstərir və biz bu uğurlu işlərdə zəhməti olnların hamısına ürəkdən sağ ol deyirik.

Bütün bunlar da Şəkinin sürətlə inkişaf etməkdə olduğunu, onun respublikamızın ən gözəl rayonlardan birinə çevrildiyini göstərir və biz bu uğurlu işlərdə zəhməti olnların hamısına ürəkdən sağ ol deyirik.

 

Zaman.-2013.-24 oktyabr.-S.3.