Şəkinin mədəni-tarixi abidələri

 

Şəkı Qalasi - Narinqala Şəki rayonu ərazisində digər maddi-mədəniyyət abidələri ilə bərabər müdafiə tikililərinin varlığı bu diyarın böyük strateji əhəmiyyətə, qədim keşməkeşli tarixə, zəngin tikinti təcrübəsinə malik olduğunu göstərir.

Belə tikililərdən biri Şəki Narınca qalasıdır. O, şəhərin şimal-şərq hissəsində cənubdan 710 metr, şimaldan 750 metr, dəniz səviyyəsindən yüksəkdə, səfalı bir ərazidə yerləşir. Qala Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Şəki xanı Hacı Çələbinin dövründə (1743-1755) tikilmişdir.

Qala divarlarının xaricdən ümumi uzunluğu 1300 metrdir. Ərazisinin relyefi müdafiə əhəmiyyəti nəzərə alınaraq qalanın cənubdan hündürlüyü 8 metr olduğu halda, şimala doğru 4 metrə enir. Divarın qalınlığının 2,2 metr olması onun möhtəşəmliyini davamlılığını bir daha artırır. Qalanın cənubdan şimaldan ikitağlı darvazası, bürcləri 1000-dən artıq mazğaları vardır.

Şəkı Xan sarayi

Dünya abidələri siyahısına daxil edilmiş Şəki xanlarının yay sarayı olan bu bina Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə 1761-1762 -ci illərdə istifadəyə verilmişdir. Hüseyn xan eyni zamanda “Müştaq” təxəllüsü ilə şeirlər yazdığından bəzi mənbələrdə bu saray “Müştaq imarəti” kimi qeyd olunmuşdur.

Xan sarayı ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir.

Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçalarının aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə qapılardan ibarətdir. Şəbəkələrin hər bir kvadratmetri orta hesabla 5000, mürəkkəb yerləri 14000 ağac şüşə şəbəkələrdən ibarətdir. Binada mismar yapışqandan istifadə edilməmiş, ağac şüşə parçaları bir-birinə geyindirilmişdir.

Binanın daxilində həndəsi naxışlara, nəbatat rəsmlərinə, sujetli quş rəsmlərinə, döyüş ov səhnələrinə daha geniş yer verilmişdir. Zövqlə işlənmiş taxçalar, rəflər, güzgülü buxarılar əsl sənət nümunəsidir. Dünya şöhrətli türk şairi Nazim Hikmət saraya baxdıqdan sonra yazmışdır: “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi”.

Yuxari Karvansara

Ərazisindən böyük İpək yolunun keçdiyi Azərbaycanın ən qədim sənətkarlıq, ipəkçilik ticarət şəhəri olan Şəki karvan yolları vasitəsilə digər xanlıqların bir çox xarici ölkələrin ticarət mərkəzlərini özündə birləşdirirdi. Əlbəttə ki, belə bir təbii-coğrafi strateji şəraitə malik şəhərdə karvansaraların olmaması mümkün deyildir.

Özünün böyüklüyü ticarət üçün əlverişliliyi ilə bütün Zaqafqaiyada məşhur olan Yuxarı Karvansara dövrümüzə qədər gəlib çatmış iki karvansaradan biridir. Ümumi sahəsi 6000 kvadratmetr olan Yuxarı Karvansaraya Şəki memarlığı üçün səciyyəvi olan kərpic çay daşının birlikdə işlədilməsi xüsusi görkəm verir.

Tikili relyefə uyğun olaraq küçə tərəfdən 14 metr, içəri üzdən isə 8 metr hündürlükdə inşa edilmişdir. 300-dən artıq otaq zirzəmidən ibarət olan karvansaranın 2 giriş darvazası vardır. Bina üçmərtəbəlidir. Tacir öz malını zirzəmiyə yığar, birinci mərtəbədə alver edər, ikinci mərtəbədə yaşayardı.

Darvazaların içəri hissəsinin tavanı kərpicdən tağlı günbəzlərdir. Yaxın Şərqdə ən böyük kərpic tağlı günbəzlərdən biri sayılan əsas girişin zəngin bəzədilmiş tağı relyefin çox mailliyi üzündən binanın küncündə, üçüncü mərtəbə səviyyəsində inşa edilmişdir.

Aşaği Karvansara

XVIII-XIX əsrlərdə Şəkidə olan 5 böyük karvansaradan dövrümüzə qədər yalnız ikisi - Yuxarı Karvansara Aşağı Karvansara gəlib çatmışdır.

Şəki karvansaraları da digərləri kimi karvanların səyyahların dayanması üçün ayrılmış, özünün funksional xüsusiyyətinə uyğun tikilmişdir. Ancaq bu karvansaralarda da yolüstü karvansaralardan fərqli olaraq istirahət otaqları ilə yanaşı müxtəlif ticarət əməliyyatları aparmaq, mübadilə müqavilələri bağlamaq üçün xüsusi otaqlar da inşa edilmişdir.

Sahəsinə görə Yuxarı Karvansaradan bir qədər böyük olan Aşağı Karvansara küçəyə baxan hissədə 12 metr, şərq qərb tərəfdə isə 10 metr hündürlükdədir.

8000 kvadratmetrlik bir ərazini əhatə edən Aşağı Karvansaranın 242 otağı dörd giriş darvazası vardır.

Ömər Əfəndı məscıdı

XVIII-XIX əsrlərdə tikilmiş Ömər Əfəndi məscidinin fasadı bişmiş kərpic naxışları ilə diqqəti xüsusilə cəlb edir. Fasaddakı kərpic karniz, divar səthindən qabağa çıxan nazik tağlarla işlənmiş pəncərəüstü, bir-birini əvəz edən kərpic daş hörgü sıralarından ibarət pəncərəarası divarlar onun memarlıq simasını tamamlayır.

Tikintinin əsas tutumuna daxil edilmiş minarənin üzərində kərpiclə işlənmiş bəzək işləri Şəki sənətkarlarının xüsusi memarlıq üslubunu, bacarıq qabiliyyətini özündə əks etdirir.

İnteryerin dekor elementi olan mehrabi xüsusi məharətlə işlənmişdir. Dindarlar məscidin həyətindəki hovuzun suyu ilə dəstəmaz alır, geniş işıqlı salonda ibadət edirlər.

Xan məscıdı

Bu məscid 1745-1750-ci illərdə Hacı Çələbi xan tərəfindən tikdirildiyindən xalq arasında “Xan məscidi” adlandırılır.

Məscidin xarici tağlı qalareyası vardır. Ümumi tutuma daxil edilmiş minarə məscidin memarlıq simasını daha da gözəlləşdirir. Binanın məkanı sadə həll olunduğundan, rəngli şəbəkəli pəncərə-pannolar interyerə, məscidin həyətindəki çinar ağacları hovuz isə binaya xüsusi rövnəq verir.

Məscidin yanında üstü oyma naxışlarla yüksək ustalıqla bəzədilmiş qəbirüstü daşlar olan qəbirstanlıq vardır. Burada Şəki xanları, onların ailə üzvləri yaxın adamları dəfn edildiyindən “Xan qəbirstanlığı” adlanır. Məscid, minarə qəbirstanlıqda olan günbəzlər, incə sənətkarlıqla yazılmış, oyma xəttatlıq kitabələri tarixi abidə kimi dövlət tərəfindən mühafizə edilir.

Cümə məscıdı

XVIII-XIX əsrlər abidəsi olan Cümə məscidinin tikintisində yerli inşaat materiallarından istifadə edilmişdir. Planına görə tağlı, sütunlu salondan ibarət olub, daş ağaclarla bölmələrə ayrılaraq binadakı bu böyük aşırımı örtməyə imkan vermişdir.

Alçaq yaşayış evlərinin yaşıllıqların fonunda özünün hündürlüyü ilə seçilən minarə məscidin kompozisiyasında mühüm yer tutur. 28,5 metr hündürlükdə olan minarə məscid binasından bir neçə metr aralı, ayrıca tikilidir. Yuxarıya doğru nazikləşən minarə kərpic hörgülərlə, relyefli naxışlarla bəzədilmişdir.

Kış Alban məbədı

Bu məbəd Kiş kəndinin Maflar məhəlləsində yerləşir. Məbəd ərazisini əhatə edən divarların qalıqları bəzi yerlərdə indidə qalmaqdadır. Bu divar qalıqları məbədin özünün az qala Maflar məhəlləsi boyda bir əraziyə malik olduğunu göstərir. Bütün bunlar onun müqəddəs dini mərkəz olmasından xəbər verir. Məbədin qülləsi, bu qülləyə bitişik divarlar yerli materiallarla daşla hörülmüş, kirəclə suvanmışdır. Qülləyə bitişik salonun üstü iri, yonma şirim daşlarla örtülmüşdür.

  “Gələrsən-görərsən” qalasi

Kişlilər ona gah Qız, gah da Qızlar qalası deyirlər. Qız alınmazlıq və məğlubedilməzlik anlamını ifadə edir. Bu qala barəsində məlumat verən yeganə mənbələr Kərim ağa Fatehin “Şəki xanlarının müxtəsər tarixi” və Hacı Seyid Əbdülhəmid Əfəndinin “Şəki xanları və onların nəsilləri” əsərində bəhs olunmuşdur. Həmin mənbələrdə bu qala “Qız(lar)” adı ilə deyil, “Gələrsən-görərsən” adı ilə xatırlanır. Hadisələri diqqətlə izlədikdə “Gələrsən-görərsən” adının Qız(lar) qalasına sonradan, daha doğrusu, 1743-cü il hadisələri ilə əlaqədar olaraq verildiyi anlaşılır. Şah Təhmasibin 1551-ci ildəki məlum hücumundan qorunmaq üçün şəkililərin həm Kişin özündə yerləşən Kiş qalasında, həm də Qız(lar) qalasında müdafiə olunduqlarını hər iki mənbə açıq və aydın şəkildə təsdiq etməkdədir. Mənbələr göstərir ki, Şəki xanı Dərviş Məhəmməd xan 1551-ci ildə Qız(lar) qalasında müdafiə olunmuş, Kiş qalasının alındığını görüncə qaçmağa cəhd etmiş və şahın adamları tərəfindən qətlə yetirilmişdir. Yenə həmin mənbələr 1743-cü ildə Nadir şahın hücumu ilə əlaqədar Qız(lar) qalasının adını çəkir. Dərviş Məhəmməd xanın qətlindən sonra Şəki xanlığı ləğv edilmişdi və artıq 192 il idi ki, Şəki şahın təyin etdiyi məliklər tərəfindən idarə olunurdu. 1743-cü ildə Hacı Çələbi xan oradakı məliyi və onun adamlarını qətlə yetirib Şəkini müstəqil xanlığa çevirdi. Yenidən Şəki şah ordusu ilə üzləşməli oldu. Nadir şahın qoşunları Qız(lar) qalasını fəsilələrlə mühasirədə saxlayır. Mühasirədə yaşamaq şəkililər üçün çətin olsa da, nəticə etibarilə Xorasanda şahı öldürüblər və Hacı Çələbi Şəkini müstəqil xanlığa çevirə bilibdir.

 

Zaman.-2013.-24 oktyabr.-S.6.