Şəki Azərbaycan-Türkiyə
Özəl Liseyinin məzunlarından tarixi uğur
Ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün ideyaları əsasında
fəaliyyət göstərən
“Çağ” Öyrətim
Şirkəti və onun respublikamızdakı özəl liseyləri iki qardaş ölkə - Azərbaycan və Türkiyənin təhsil sahəsində əməkdaşlığının
daha möhkəm təməllər üzərində
qurlmasına öz tarixi töhfəsini verməkdə davam edir. Azərbaycanda təhsilin daha
da inkişafına yardımını göstərən,
sivil təhsil verən həmin tədris ocaqlarından biri də Şəki
Azərbaycan-Türkiyə Özəl
Liseyidir.
Lisey fəaliyyətə başladığı ilk günlərdən
onun şagirdləri böyük uğurlara imza atmış, dəfələrlə beynəlxalq
olimpiadaların qalibləri
olublar. Bu baxımdan
2012-2013-cü dərs ili də lisey üçün böyük uğurlarla yadda qalıb. Belə ki, bu il liseyi bitrən
bütün
məzunlar ali məktəblərə daxil
olublar. Liseyin müdiri
Məsut Köstəkçi
bizimlə söhbətində
uğurların əldə
edilməsində müəllim
kollektivinin böyük
əməyi olduğunu
söylədi. O: “2012-2013-cü dərs ilinin yekunlarına
görə liseyimizi bitirən 35 nəfər məzunun hamısı ali məktəb tələbəsi oub. Onlardan
33-ü Azərbaycanın, 2-si Türkiyənin iniversitetlərinə
qəbul olunub. Liseyin məzunlarından Əli Əhmədov həm Azərbaycan Turizim İnstitutunun, həm də Türkiyənin Konya Səlcuq
Universitetinin, Salman Məhəmməd Əmin
isə Türkiyənin
Fatih Universitetinin tələbəsi
olmaq huququnu qazanıb.
Əldə olunan yüksək
nəticələrin qazanılmasında,
şübhəsiz ki,
bütün pedaqoji kollektivin - liseyin əvvəlki müdiri Ömər Faruk İmat, müdir müavinləri Elxan Qasımov, Çələbi
Çələbiyev, Aydın
Yılmaz, Sənan Əliyev, müəllimlərdən Niman Məmmədli, Əsəd
Əşrəfov, Əhməd
Citli, Səbuhi Sadıqov, Şükrü
Meral, Anar Ağayev, Niyaz Məmmədov,Yusif Çətin,
Aqil Mustafayev, Nazim Derisov, Elşad Abbasov, Sahil Şabanov, Ələddin Ramazanov və başqalarının
xüsusi əməyi
olmuşdur. Biz bu uğurları gələn
ildə də təkrar etmək, vətənə bilikli gənclər yetişdirib
vermək kimi şərəfli işimizi
davam etdirmək niyyətindəyik”, - dedi.
Zaman.-2013.-24 oktyabr.-S.7.