Əmin Abid - ilk qorqudşünas alim istiqlal şairi (1)

 ƏZIZ MUSTAFA,

 

Onun haqqında geniş ədəbi ictimaiyyətə çox az şey məlumdur.

 

İndinin özündə professional tədqiqatçılar istisna olmaqla ədəbiyyat aləmimizdə onun adını az- az çəkirlər. Halbuki, onun şeirləri ədəbi fəaliyyəti ötən əsrin 20-30-cu illərində milli mənəviyyatımızın qorunub saxlanılmasında yeni nəsil milli azadlıq mücahidlərimizin yetişdirilməsində böyük rol oynayıb. O, başdan-ayağa türkçülük ruhunda yetişən obrazlı şəkildə desək, türk millətinin azadlığı gələcəyi uğrunda canını hər an qurban verməyə hazır olan bir milli istiqlal fədaisi idi.

Mənsub olduğu millətin istiqlalı yolunda ölümə getməyi özünə şərəf bildi repressiya illərində bolşevik cəlladları tərəfindən gedər-gəlməzə göndərildi. Bu böyük milli azadlıq mücahidi şeirləri ilə bolşevik sisteminə qarşı amansız savaş açan alovlu vətənpərvər, “Gültəkintəxəllüslü şair Əmin Abid idi.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, adı Azərbaycan ədəbiyyatı tarixinə tənqidçi, ədəbiyyatşünas alim kimi düşən Əmin Abid - Əhmədov Əmin Mütəllib oğlu 1898-ci ildə Bakıda anadan olub. Onun soykökü sonuncu Bakı xanı Hüseynqulu xana gedib çıxır. Balaca Əminin yetişməsində dünyagörüşünün formalaşmasında o dövrün savadlı qadınlarından olan anası Reyhan xanımın böyük rolu olub. O, ibtidai təhsilini anası Reyhan xanımın evdə təşkil etdiyi məktəbində alaraq özünün elmə olan marağı ilə diqqəti cəlb edib. Valideynləri Əminin dövrünün müasir elmlərinə yüksək səviyyədə yiyələnməsi, onun həm rus dilini dərindən öyrənməsi məqsədilə övladlarını III Aleksandr gimnaziyasında oxumağa qoyurlar. Rusdilli gimnaziyada oxumasına baxmayaraq, Əmin Osmanlıya- İstanbula getmək orada ali təhsil almaq arzusunda idi. Amma həmin arada, 1914-cü ildə I Dünya müharibəsinin başlaması Əminin İstanbula təhsil almağa getməsinə imkan vermir. Amma o yenə boş dayanmadı. Hələ gimnaziyada oxuduğu illərdən ədəbiyyata tarixə böyük həvəsi olan Əmin 13-14 yaşlarından bədii yaradıcılıqla məşğul olmağa başladı. Əminin ədəbiyyata marağı da təsadüfi deyildi. Belə ki, həmin dövrdə Əminin qardaşı, tanınmış vətənpərvər şair Əlabbas MüznibDirilik”, “Babayi-Əmirjurnallarının həm naşiri, həm redaktoru idi. Əmin 1912- ci ildən başlayaraq ədəbi yaradıcılığaDirilik”, “Babayi-Əmirjurnalları, həmçinin Bakıda nəşr edilən müxtəlif qəzetlərdə dərc etdirdiyi məqalələr, hekayələr, şeirlər tərcümələrlə başladı. O, yazdığı məqalələrin altına adətənAbid”, “Abid Mütəllibzadə”, “Abid Alp Mütəlliboğlu”, “Qozqurab bəy başqa imzalar qoyurdu.

Bu qəzet jurnallarda çap etdirdiyi məqalələr o vaxt 14-15 yaşı olan Əminin siyasi dünyagörüşünün formalaşmasında onun ədəbi baxımdan daha da püxtələşməsində önəmli rol oynadı. 1918-ci ildə Azərbaycanın müstəqilliyini əldə etməsindən sonra gənc Əmin həyatını bu müqəddəs amal uğrunda, gənc dövlətimizin daha da möhkəmlənməsi yolunda mübarizəyə həsr etdi. Həmin dövrdə yazdığı məqalələrində Əmin azərbaycanlıları milli dövlətçiliyimizin ətrafında daha sıx birləşməyə, onları azadlığın qədrini bilməyə çağırırdı. Qafqaz İslam Ordusunun Azərbaycanı daşnak- bolşevik qətliamından xilas etməsini ruh yüksəkliyilə qarşılayan Əmin bununla bağlı məqalələrinin birində yazırdı: “Nəhayət ki, Azərbaycanın üzərinə gözlənilən günəş doğdu, Osmanlı əsgərləri Azərbaycanın başı üzərini alan qara buludları qovaraq şirin canlarından keçdilər, axıtdıqları qanları hesabına qan qardaşları Azərbaycan türklərinə əbədi səadət xoşbəxtlik gətirdilər, onları zalımdən zülümlərdən xilas etdilər”.

 

Ona görə   gənc Əmin Azərbaycanın milli istiqlalına həsr edilən şeirlərinin birində müstəqilliyimizi tərənnüm edərək müəllifinə şöhrət gətirən bu misralarını yazmışdı:

 

İstiqlal, o yaşayan millətin

 

                                  qəlbində can,

 

İstiqlal, o səadət, həyat,

 

                              zəfər, şərəf, şan.

 

İstiqlal, o sönməyən

 

                        müəbbəd bir məşalə

 

Könüllərdə tutuşur,

 

                         gözlərdə sönsə belə!

 

Bu misralar Əminin bütün varlığı ilə milli istiqlalımıza sarıldığını, həyatının mənasını bunda gördüyünü bir daha sübut etməkdədir. Onun üçün vətən hər şeydən əzizdir, milləti millət edən, varlığını dünyada tanıdan, onun azad müstəqil yaşamasıdır: Hürr, azad müstəqil yaşamaq. Bu amal idi gənc Əmini yeni zirvələrə səsləyən.

 

Folklor nümunələri xalqımızın qan

yaddaşıdır

 

1918-ci ildə əldə edilən müstəqilliyimizin ilk illərində ölkəmizin savadlı gənc kadrlara böyük ehtiyacı vardı. Bunu nəzərə alan M. Ə. Rəsulzadənin təşəbbüsü ilə bir qrup gənc xaricə oxumağa göndərildi. Onların arasında gənc Əmin Abid vardı. Əmin Abid əvvəlcə İstanbuldakıDarülmüəllimeyi-Aliye”də (Ali Müəllimlər Məktəbi) oxudu. Sonra isə İstanbul Darülfünunun (İstanbul Universiteti) ədəbiyyat fakültəsini bitirdi. Onu da deyək ki, Əmin Abid İstanbulda təhsl aldığı illərdə Azərbaycan bolşeviklər tərəfindən işğal edildi. Bu isə istiqlal mücahidi olan, ana vətənini ürəkdən sevən Əmin Abiddə ağır izlər buraxmış, o bir müddət düşgünlüyə qapılmışdı. Amma o, özündə güc taparaq vətən uğrunda mübarizəsini ədəbi müstəviyə keçirmək qərarına gəldi. Bu müstəvidə 6 cildlik Azərbaycan ədəbiyyatı tarixini yazmağa, xalqımızın folklor nümunələrini toplayaraq tədqiq etməyə başladı. Əmin Abid həmin dövrdə folklor nümunələrini toplamasını belə izah etmişdi :Folklor nümunələri xalqımızın qan yaddaşıdır, keçmişimizlə gələcəyimiz arasında bir körpüdür”.

Hər şeyə, ədəbiyyata, mədəniyyətə, hətta danışıq dilinə belə, sinfilik baxımından yanaşıldığı bir vaxtda Ə. Abid yazırdı: “Atalar sözü, bilməcə, nağıl, mahnı kimi ədəbi növlər işçi xalq sinfinin iqtisadi bədii zövqünə aid ünsürləri ehtiva edən məhsullar olduğu kimi, aşirət rəislərinin, xan bəylərin, ümumiyyətlə, aşirət aristokratiyasının həyatına, qəhrəmanlıq müharibələrinə aid mədhnamələr az deyil”.

Halbuki bolşeviklər folkolor nümunələrində, dastanlarda, nağıllarda, bir sözlə, keçmişə aid varsa hamısında sovet rejimi əleyhinə düşmənçilik notları axtarırdılar. Ona  görə də bolşeviklər min illər boyu xalq tərəfindən yaradılan mənəvi dəyərlərdən imtina etməyə çağırırdılar və bu məsələdə özləri ilə həmrəy olmayanlara burjua tör-töküntüsü damğası vururdular. Amma bunun da arxasında siyasi oyunlar dayanırdı və Əmin Abid vətəndən uzaqlarda, İstanbulda oxuduğu illərdə rejimin bu çirkin niyyətlərini dərindən anlayırdı. Ona görə də bolşevizmə qarşı mübarzə yolu kimi zəngin mədəni irsimizi tədqiq etmək yolu seçdi. Onun topladığı ilk folklor nümunələri 1923-cü ildə “Kommunist “qəzetində dərc edildi. O dövrün tanınmış folklorşünas alimi Salman Mümtaz Əmin Abidin topladığı folkolr nümunələri ilə tanış olandan sonra: “ Gənc və istedadlı bir folkloşünasın sırlarımıza qoşulmasından qürur duydum. Əmin Abidin böyük gələcəyi olacaq. Çünki  onun ilk araşdıramaları işləməyi, daim axtarışda olmağı sevən bir gənc olduğunu göstərir”,-demişdi.

İlk qorqudşünas tədqiqatçı

Əmin Abiddə elmi tədqiqatlara böyük maraq vardı. O, Türkiyədə ali təhsil aldığı illərdə bədii yaradcılıqla bərabər, həm də ədəbi tədqiqatla məşğul olmağa başladı. İstanbul Universitetində oxuduğu illərdə Əmin Abid yazdığı “Azərbaycan türklərinin ədəbiyyatı tarixi”ndə ədəbi tədqiqatçılarımız arasında “Kitabi-Dədə Qorqud” dastanını elmi şəkildə araşdıran ilk araşdırıcı oldu. “Dədə Qorqud” dastanının nəinki Azərbacan, həm də bütün türk dünyası üçün xüsusi önəmə malik olduğuna diqqəti cəlb edən Əmin Abid bununla da türkşünaslıq elmində yeni bir mərhələ açmış oldu. Əslində həmin dövrdə Əmin Abidin “Dədə Qorqud” dastanının tədqiqini önə çıxarması heç də təsadüfi deyildi. Belə ki, Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsindən sonra mənəviyyatımız və milli varlığımız da təhlükə altına düşməkdə idi. Bolşevik rejimi ilk günlərdən Azərbaycanın tarixi keçmişini, mədəniyyətini, zəngin ədəbi irsini xalqa unutdurmağa, onu keçmişindən ayrı salmağa çalışırdı. Belə bir vəziyyətdə Əmin Abid tərəfindən Azərbaycan xalqının ədəbi, mənəvi və tarixi həyatında böyük bir iz buraxan “Dədə Qorqud”un gündəmə gətirilməsi milli varlığmızın sübutu anlamına gəlirdi. Bu həm də Azərbaycan xalqının mənəvi, mədəni irsinin işğalçılardan qat-qat yüksəkliklərdə dayandığının nümayişinə, həm də milli varlığmızın qorunub saxlanılmasına xidmət edirdi. Təsadüfi deyil ki, tanınmış tədqiqatçı Əli Şamil Əmin Abidin ədəbiyyat tariximizdə ilk qorqudşünas tədqiqatçı olduğunu bildirib. O: “Azərbaycanda Dədə Qorqudun tədqiqi ilə ilk dəfə İstanbul Universitetində oxuyan Əmin Abid məşğul olmağa başladı. O, bununla da qorqudşunaslıqda yeni cığır açan tədqiqatçılardan oldu”,-deyə yazıb.

 

Zaman.-2013.-4 sentyabr.-S.12.