Əmin Abid - ilk qorqudşünas alim istiqlal şairi (2)

 

 Dədə Qorqud”la bağlı araşdırmaları Əmin Abid sonralar, yəni vətənə qayıdandan sonra da davam etdirərərək dastanı daha hərtərəfli şəkildə araşdırdı.

 

 O bununla bağlı araşdırmalarını məqalələr şəklində çap etdirdi. Ümumiyyətlə, Əmin Abidə kimi heç bir araşdırmasıDədə Qorqud”u bu qədər dərindən araşdırmamışdı. Bununla bağlı Əmin Abidin həyat fəaliyyətini araşdıran tədqiqatçı Əli Şamilin fikrincə, o bununla da sanki, öncədən Dədə Qorquda rejim tərəfindən qadağa qoyulacağını onun tədqiqinə icazə verilməyəcəyini hiss edibmiş... Yenə maraqlı məqamlardan biri Əmin AbidinKitab-Dədə Qorquddastanını ayrıca götürülmüş bir dastan deyil, “Oğuznamə”nin bir hissəsi kimi tədqiq etməsidir. Tədqiqatçı alim Əli Şamil bunun səbəbinə toxunmasa da zənnimizcə Əmin Abid bunu hər iki dastan arasnda olan yaxınlıq baş verən hadisələrin birinin digərinin davamı təsiri bağışlaması ilə bağlı edib. Ola bilsin ki, Əmin Abid bununlaKitab-Dədə Qorqud”u gələcəkdə ortaya çıxa biləcək hansısa təhlükələrdən qorumaq istəyib. Çünki ötən əsrin 20-ci illərində bolşevik rejimi keçmişə aid varsa məhv etməyə, yeni bir proletar mədəniyyəti, ədəbiyyatı yaratmaq istəyirdi. Əmin Abid eyni zamanda orta əsrlərin tanınmış ədəbi simaları olan Xətai, Qaracaoğlan, Kuhi, Dərdli, Qul oğlu, Aşıq Əmrah digərlərinin həyatını araşdıraraq onlar barəsində həm ədəbi aləmə, həm geniş oxucu kütləsinə ətraflı məlumat çatdırıb. Azərbaycan ədəbiyyatı tarixinə bir tam kimi baxan alim orta əsrlər saray şairlərilə xalq arasından çıxan sevilən ədəbi simalar arasında fərq qoymayıb. Bu da təbii ki, hər şeydə sinfi bölünmə axtaran bolşevik rejiminin xoşuna gəlmirdi. Bununla belə Əmin Abid istər saray, istərsə sadə xalq  arasında yaşayıb yaradan şairlərə Azərbaycan ədəbiyyatının bir parçası kimi baxır, onların ədəbiyyatımızın zənginləşdirilməsində böyük rolu olduğunu qeyd edirdi.

 Rəsulzadənin sevdiyiGültəkintəxəllüslü şair-Əmin Abid                

Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra siyasi xadimlərimizin bir çoxu, o cümlədən vətənpərvər ruhlu soydaşlarımız xaricə qardaş Türkiyəyə mühacirət etmək məcburiyyətində qaldı. Onlar TürkiyədəYeni Kafkasiyaadlı dərgi nəşr edərək Azərbaycanda baş verənləri geniş analiz edir bu yolla sovet rejiminə qarşı mübarizə aparırdılar. Yeni Kafkasiyadərgisində həm bolşevik rejiminə qarşı sərt, tənqidi, eyni zamanda milli vətənpərvərlik ruhunda şeirlər dərc edilirdi.  Bu şeirlər arasında Gültəkin təxəllüslü şairin yazdıqları daha çox diqqəti cəlb edirdi. Rəsulzadə Gültəkinin yazdığı şerilərdən ürəkdolusu danışaraq şairi milli istiqlal mücahidi adlandırırdı. Şair Azərbaycan Milli Demokratik Cümhuriyyətinin bolşevik ordusu tərəfindən işğalına, repressiyalara, təqib həbslərə qarşı yazdığı şeirlərində istibdadın əsarətin ömrünün az olacağına inam bəsləyir alovlu misraları ilə insanları yeni azadlıq mübarizələrinə səsləyirdi. Onun bu şeirlərində vətənpərvərlik, Azərbaycana  sevgi o qədər qabarıq şəkildə verilirdi ki, mühacirətdə olan soydaşlarımız onunla nəfəs verib nəfəs alırdılar. Məhz buna görə Rəsulzadə Gültəkinin xalqımızı milli azadlıq mücadiləsinə səsləyən, onları əsarətə boyun əyməməyə çağıran şeirlərinə yüksək qiymət vermiş, şairin hər misrasını millli azadlıq ruhumuzun himni adlandıraraq onu dövrünün ən böyük vətənpərvər şairi adlandırmışdı. Məhəmməd Əmin RəsulzadəÇağdaş Azərbaycan ədəbiyyatıəsərində Gültəkinə yüksək qiymət verərək yazır: “Millətin parlaq gələcəyinə böyük ümidlər bağlayaraq hürriyyətə susamış, mübarizə həyəcanının gərginliyini daşıyan bu igidlərin əsil qəhrəmanlığı ilə bizi həqiqi mənada tanış edən şeir bolşevik senzurasından azad olaraq mühacirətdə nəşr edilən Azərbaycan ədəbiyyatıdır. Bu ədəbiyyatda -

 

İstiqlal, o yaşayan millətin

 

                                        qəlbində can,

 

İstiqlal, o səadət, həyat,

 

                                 zəfər, şərəf, şan.

 

İstiqlal, o sönməyən

 

                          müəbbəd bir məşalə

 

Könüllərdə tutuşur,

 

                          gözlərdə sönsə belə!

 

- deyəGültəkinadını daşıyan alovlu şairin yazıları xüsusi yer tutur. Gültəkinin şerlərində biz həqiqi milli-inqilab mübarizəsinin nəşidələrini görürük. Gültəkinin yanında milli mühacirət şəraitində yaşayan yurdsevərlik ideyalarını tərənnüm edən başqa şairlər vardı. Bunlardan Sənan Yayicili Kərimi göstərə bilərik”.

 Rəsulzadənin Gültəkinin ədəbi yaradıcılığına yüksək qiymət verməsini şairinBayrağım istiqlalım”, “Buzlu cəhənnəmşeirlərini öz əsərinə daxil etməsi sübut edir.

 

Araşdırmalar həqiqət

 

Sovet  dövründə Gültəkin təxəllüsü ilə yazan şairin kim olması barədə qəti fikir yox idi. Bununla bağlı məsələni araşdıraraq Gültəkinin məhz Əmin Abid olduğunu ortaya çıxaran tədqiqatçı alim Əli Şamil yazır:  Hələ Azərbaycan Dövlət Universitetində oxuduğum illərdə (1968-73) Əmin Abidin ömür yolu, yaradıcılığı ilə maraqlanırdım. 1926-36-cı illərdə Azərbaycan mətbuatında dərc etdirdiyi dərin məzmunlu elmi məqalələrinə heyran qalmışdım. Onun xidmətinin layiqincə qiymətləndirilməməsi məni narahat edirdi. Ancaq nədənsə onun ömür yoluna işıq saçacaq, ipucu olacaq bir sətirə belə rast gəlmirdim. Bu boşluğu doldurmaq üçün Əmin Abidi tanıyanlara müraciət etmək qərarına gəldim. Dərin biliyinə sayğım olan professor Abbas Zamanova üz tutduqda, “Mən Bakı Pedaqoji Texnikumunda oxuyanda (1927-29) Əmin Abid orada müəllim idi, ancaq bizim kursa dərs demirdi. Sonra oradan uzaqlaşdı. Çox savadlı, yüksək mədəniyyətli insan idi.Gültəkinimzası ilə şeirlər yazmışdı” - deyə məlumat verdi. Uzun illər Abbas Zamanovdan başqa bir kimsədən Əmin AbidinGültəkinimzası ilə şeirlər yazdığını bir daha eşitmədim”.

Bununla belə inadla araşdırmlarını davm etdirən Əli Şamil sonda Gültəkinin məhz Əmin Abid olduğunu sübuta yetirə bildi. Əmin Abidin Gültəkin imzası ilə şeir yazmasını isə Əli Şamil onun bolşevik təqibindən qorunmaq üçün etdiyi qənaətindədir. Onun sözlərinə görə, Rəsulzadə ətrafındakılar da həmin dövrdə İstanbulda təhsil alan Əmin Abidin həyatını təhlükə qarşısında qoymamaq üçün onun əsl adını  gizlədiblər: “Əmin Abid irticadan qorunmaq üçünGültəkinimzası ilə şeirlər yazdığını gizlədib

Əli Şamilin araşdırmaları zamanı Əmin Abidə aid olduğu şübhə doğurmayan müəllifi Gültəkin olanBuzlu cəhənnəmkitabını ortaya çıxardı. Bu kitab 1929-cu ildə ərəb, 1948-cş ildə isə latın əlifbası ilə nəşr edilib. Əli Şamil yazır: “Buzlu cəhənnəm” kitabı İstanbulKayabal-güresin” mətbəəsində 1948-ci ildə latın qrafikası ilə basılıb. Müəllifi Gültəkindir. Ancaq kitabı yayına müəllif deyil, tanınmış siyasi xadim, “Müsavat” partiyasının katibi Mirzə Bala hazırlayıb, ona “Gültəkin” başlıqlı geniş bir ön söz də yazıb. Orada deyilir: “Azərbaycan türkünün milliyyət, hürriyyət və istiqlal uğrunda sovet imperializminə qarşı qanlı savaşını şeir vadisində təmsil edən mücahidlərdən mühacirətdə yetişənlərin başında Gültəkin gəlir”.

Gültəkinin hürriyyət və istiqlal hayqıran şeirləri 1923-1928-ci illərdə İstanbulda Rəsulzadə Məhəmməd Əmin bəy tərəfindən nəşr olunanYeni Kafkasya” məcmuəsində çıxıb. Bəziləri daha o zamanlar, rus imperializmi ilə çarpışan əsir millətlər tərəfindən öz dillərinə tərcümə edilibbir örnək alınmış bu şeirler, Milli Azərbaycan nəşriyyatının səkkizincisi olmaqla 1928-ci ildə İstanbulda çıxan “İstiqlal uğrunda” adlı şeirlər məcmuəsində toplanıb. Mühacirətdə yetişən millətçi azəri şairləri” seriyasından yayınlanmış ilk kitabBuzlu cəhənnəm”dir. Tərtibçi birinci şeirin adını da kitabın üz qabığına çıxarmışdı”.

Gültəkinin qəti şəkildə Əmin Abid olduğunu sübut etmək üçün Əli Şamil onun öz imzası və Güştəkin təxəllüsü adı altında yazdığı şeriləri müqayisə etməyə başladı.  Nəticədə Əmin Abid və Gültəkinin eyni adam olduğu ortaya çıxdı. Gültəkinin Əmin Abid olduğunu digər bir fakt da sübut etdi. Belə ki, Gültəkin təxəllüslü şair sonuncu şeirini 1926-cı ildə yazıb bundan sonra onun imzasına rast gəlinməyib. Əmin Abid Türkiyədən Azərbaycana 1926-cı ildə qayıdıb. Bundan sonra isə Gültəkinin-Əmin Abidin imzası mühaciətdə çıxan qəzet jurnallarda görünməyib. Bu da aydın məsələdir ki, vətənə qayıdandan sonra Əmin Abid mühacirətdəki dərgilərə Gültəkin imzası altında şeir göndərə bilməzdi. Çünki sovet rejimi xaricə göndərilən bütün yazışmaları nəzarətdə saxlayırdı. Bu məktublar xüsusi adamlar tərəfindən açılaraq oxunur, hər söz hər kəlmə diqqətlə araşdırılırdı.  Belə ehtimal etmək olar ki, Əmin Abid bunu bildiyi üçün risq etmədi bununla da minlərlə mühacirin sevimlisinə çevrilənGültəkinmüəmmalı şəkildəyoxaçıxdı...

 

Zaman.-2013.-5 sentyabr.-S.12.