Əmin Abid - ilk
qorqudşünas alim və istiqlal şairi (3)
Əmin Abidin Türkiyə həyatı
onun ömrünün ən şirin anları hesab edilə bilər.
Çünki nə qədər ki, Türkiədə
idi, ürəyini mətbuata boşalda, gizli imza ilə də
olsa müstəqillik hayqırtılarını bütün
dünyaya duyura, yazdığı alovlu vətənpərvərlik
şeirləri ilə mühacirətdə yaşayan vətəndaşlarımızın
qəlbində keçən günlərin geri qayıda biləcəyinə
ümid işığı yandıra bilmiş, onların ən
sevimli şairinə çevrilmişdi. O, Məmməd Əmin Rəsulzadə
demişkən, qısa müddətdə bolşevik
işğalı altında yaşayan Azərbaycanla,
istilanı qəbul etməyən, onunla barışmayan, ancaq
buna müqavimət də gösətərə bilməyərək
çarəsizlikdən vətəni tərk etməyə məcbur
olaraq xarici ölkələrdə mühacirət həyatı
yaşamağa məcbur olan soydaşlarımız arasında
mənəvi körpüyə çevrilmişdi. Bir sözlə
Əmin Abid bolşevik istilasından sonra yazdığı vətənpərvərlik
şeirləri ilə:
Ey qəlbinə
matəm bağlayan vətən,
Düşmən
qucağında ağlayan vətən,
Əzmimlə
mən səni qurtaramazsam,
Xalqımla
bərabər sən də yan, vətən!
Hürr
olan imanım - indi qalxanım,
Sənə
halal olsun mənim al qanım! - deyə
hayqırırdı. Bu misralar onun İstanbulda təhsil
aldığı illərdə yazdığı “Sevgili Bakiya”
şeirindəndir. O vaxt Əmin Abid Azərbaycanın
ruslar tərəfindən işğalını düşmən
qucağında ağlayan vətən adlandıraraq onun
azadlığı uğrunda hər an ölümə getməyə
hazır olduğunu söyləyir və al qanını vətənə
halal edirdi. Burada bir haşiyə çıxmaq
istəyirik. Əmin Abidin həyatını
araşdıran tədqiqatçı alim Əli Şamil
yazır ki, o, əlimizə gəlib çatan şəkillərində
zahirən cılız və yumşaq təbiətli bir insan təsiri
bağışlayır. Amma bu sakit və cılız təbiətli
görünən insanın yazdığı şeirləri
bizə çılğın xarakterə malik iradəli, mətin
bir vətənpərvərdən xəbər verir:
”Səkillərdən və xatirələrdən
Əmin Abidin obrazı yaddasima zəif
göründüyündən qalin gözlük taxan, sakit təbiətli,
astagəl, necə deyərlər, suyu da üfürə-üfürə
içən, ehtiyatla davranan bir alim kimi hopmusdu. Gültəkin
(Əmin Abid) isə şeirlərində Xəlil Rza
Ulutürk kimi çilgin, yüksək səslə bagiran bir
sair təsiri bagışlayır”.
Əli Şamilin fikrincə, coşqun, zahirən sakit
görünən insanların çoxunun qəlbində
fırtınalar yatır və məqamı gələndə
bu fırtınalar kükrəyərək şahə
qalxır və aləmə səs salır. Əmin Abid də
elələrindən idi.
Əsarətə
qarşı mübarizə üçün vətənə
qayıtdı
1926-cı ildə Əmin Abid İstanbul Universitetində
təhsilini başa vurdu. Onun qarşısında İstanbulda sakit
yaşamaq, vətəndən uzaqlarda yazdığı alovlu
şeirləri ilə milli azadıq mücadiləmizə
öz töhfəsini vermək kimi şərəfli bir
perspektiv açılmışdı. O, istəsəydi
bu yolu seçə, Türkiyədə rahat və təhlükəsiz
yaşamağı üstün tuta bilərdi. Heç kim də buna görə onu qınaya bilməzdi.
Çünki əlində əsası da var
idi. Belə ki, o, İstanbulda təhsil aldığı
illərdə özündən iki kurs aşağıda oxuyan
Nafiyə xanımla tanış olmuş və
onunla ailə həyatı qurmuşdu. Nafiyə
xanım da Əmin Abid kimi olduqca vətənpərvər insan
idi. O, əvvəlcə Istanbuldakı Çamlica liseyində
oxumuşdu. Buranı bitirdikdən sonra bir il də pedaqoji kursda
oxumuş, daha sonra ali təhsil almaq məqsədilə Istanbul
Universitetinin tarix-ədəbiyyat fakültəsinə qəbul
olunmuşdu. Milli-vətənərvərlik duyğuları ilə
yaşayan bu iki gənc tanış olanda
eyni yolun yolçuları olduqlarını dərhal
anlamışdılar. Bu da sonda onların ailə
həyatı qurmalarına gətirib
çıxarmışdı. Azərbaycanın
istila altında olması Nafiyə xanımı da
üzmüş və o da həyat yoldaşı Əmin Abidin
səsinə səs verərək onun kimi antisovet məzmunlu
şeirlər yazmışdı.
Onun da şeirlərində Azərbaycan xalqını əsarətə
qarşı milli azadliq mücadiləsinə
çağırış notları olduqca
güclüdür. Nafiyə xanım yazdığı
şeirlərində Azərbaycan xalqını bir dəfə
ucalan bayrağı bir daha ucaltmağa və müstəqillik
uğrunda qətiyyətlə ayağa qalxmağa səsləyirdi.
Yəni bu iki alovlu şair istəsəydilər,
Türkiyədən Azərbaycana qayıtmaz, daha rahat və təhlükəsiz
bir ömür yolu seçə bilərdilər. Amma Əmin Abid və Nafiyə xanım Azərbaycanda
onları hansı təhlükələrin gözlədiyini
bilə-bilə Bakıya dönmək və əsarətə
qarşı mübarizələrini buradan davam etdirmək qərarına
gəldilər.
Gizli
döyüşlər
1927-ci ildə (bəzi mənbələrə görə
1926) həyat yoldaşı Nafiyə xanımla birgə vətənə
qayıdan Əmin Abid burada gözlədiyindən daha
ağır bir vəziyyətlə üzləşdi. Azərbaycanın
hər yerində bolşevik rejimi ağalıq edir, azad fikirli
insanları həbsə ataraq gedər-gəlməzə
göndərirdilər. Halbuki o, 1919- cu ildə
İstanbula oxumağa gedəndə Azərbaycan Şərqin ən
hürr və azad, demokratik bir dövləti idi. Burada insanların hamısına dinindən, dilindən,
rəngindən asılı olmayaraq azad, bərabər
yaşamaq hüququ verilmişdi. Amma indi əksinə
idi. Bolşeviklər Azərbaycanın
var-dövlətini talayaraq Rusiyaya göndərir və buna
qarşı çıxmağa özündə cəsarət
tapanları həbsə ataraq onları gedər-gəlməzə,
sürgünlərə göndərirdilər.
Belə
bir vəziyyətdə onun qarşısında iki yol
vardı: ya yendən İstanbula qayıtmalı, ya da Azərbacanda
qalaraq mübarizəsini gizli müstəvidə davam etdirməli
idi. O, hər an ölüm təhlükəsi ilə
üz-üzə olan əsarətə qarşı gizli
mübarizə yolunu seçdi. İlk xidmətlərindən
biri də Azərbaycanın dünəni ilə bu günü
arasında körpü rolunu oynayan qədim və orta əsr ədəbiyyatımızı
tədqiq edərək onları sistemləşdirmək oldu.
Çünki bolşevik rejimi həmin dövrdə
xalqımızı öz şanlı keçmişindən
ayırmağa çalışaraq ən dəyərli
şeylərin üstündən xətt çəkir,
onları burjua əxlaqının tör-töküntüləri
hesab edirdi. Belə bir vəziyyətdə
isə xalqın keçmişinin güzgüsü olan ədəbiyyatımızın
qorunub saxlanılması və onların gələcək nəsillərə
çatdırlması, bu əsərlərlə yetişməkdə
olan gənclərin milli azadlıq ruhunda tərbiyə
olunması olduqca böyük önəm
daşıyırdı. Bu, bolşevizmə
qarşı ən uğurlu mübarizə yolu idi.
Bu müstəvidə o həm də bolşeviklər tərəfindən
ortaya atılan və müəyyən siyasi məqsədlərə
xidmət edən sərbəst şeirin təbliğinə
qarşı gizli bir savaş açmışdı. Həmin dövrdə sərbəst
şeirin Azərbaycan ədəbiyyatına və mənəviyyatına
yad və təhlükəli olmasını dönə-dönə
qeyd edən Əmin Abid yazirdi: “Seirdə dil, vəzn, nəzm səkil,
qafiyə bir vasitədir. Bu vasitələrlə
meydana çixan mövhum bədii gözəllikdir”.
Halbuki bir vaxtlar o özü də sərbəst şeir
yazmış və mətbuatda dərc etdirmişdi. Ancaq o vaxt
dövr fərqli idi. Sərbəst şeir
müəyyən güclərin əlində siyasi məqsədlərin
həyata keçirilməsinə xidmət etmirdi. Ona görə də Əmin Abidin sərbəst
şeirə qarşı çıxması Azərbaycanda
imperiya siyasətini həyata keçirənlərə
qarşı savaş açmaq niyyətindən, bu yolla vətənə
xidmət etmək istəyindən irəli gəlirdi.
Elmi fəaliyyəti və ya əzablı
yollarla...
Bakıya qayıtdıqdan sonra Əimin Abid bir müddət
işsiz qaldı. Halbuki həmin dövrdə savadlı
kadrlara böyük ehtiyac duyulurdu. Amma Abid
və Nafiyə xanımın Türkiyədə təhsil
almaları bolşevik rejiminin onlardan şübhələnməsinə
gətirib çıxarmışdı. Ona
görə də onu heç yerdə işə götürmək
istəmirdilər. Buna baxmayaraq Əmin Abid
çətinliklə də olsa Bakı Dövlət
Universitetində işə düzələ bildi. Eyni zamanda o, qəzet və jurnallarda müasir və
klassik ədəbiyyata, sifahi xalq
yaradıcılığına dair ədəbi-elmi məqalələrlə
çixis edib. Buna paralel olaraq 1927-1928-ci
illərdə Baki darülfununda, eləcə də Baki Maarif
Evinin ədəbiyyat dərnəyində “Oguznamə”, “Azərbaycan
ədəbiyyatının baslangıcı” mövzularında
məruzələr oxudu. Amma bütün
bunların arxasında gizli siyasi fəaliyyəti
dayanmışdı. O olduqca ehtiyatlı şəkildə
azadlıq ideyalarını təbliğ edirdi. Bunu
yazıçı Anarın anası Nigar Rəfibəyliyə
həsr etdiyi “Durna harayı” məqaləsində Əhməd
Abidin o dövrdəki gizli fəaliyyətilə bağlı
yazdıqları da sübut edir. Anar yazır: “Müstəqillik
illərində aşkara çıxarılmış sənədlər
və işıq üzü görmüs tədqiqatlar bəzi
faktlara basqa gözlə baxmağa əsas verir. Əliheydər
Qarayevin məlum və məsum məqaləsinə səbəb
yalnız axtarış zamanı tapılmış seir idimi?
Xoren Qriqoryanın və xorenlərin Nigar Rəfibəyliyə
qənim kəsilmələri yalnız onların azərbaycanlılara
bəslədikləri nifrətləmi bağlıydı?
Yalnız indi bildik ki, 20-ci illərdə cavan müsavatçıların “Gənc Azər” adlı təskilatları
yaranıbmış. Bu təskilatın fəaliyyətinə
və darmadağın edilməsinə aid “Gənc Azər”
adli kitab 1993-cü ildə Bakıda nəşr olunub. Həmin
kitabın 12-13-cü səhifələrində təskilatın
həbs olunmus üzvlərindən birinin
istintaqa verdiyi ifadə dərc edilib:
“Bir dəfə sagird Nigar Rəfibəyli mənə türk doktor Riza Nuri bəyin kitabını verdi. Bu kitabda doktor Azərbaycandan bəhs edərkən yazmışdir ki, Azərbaycan müstəqil olsa da lakin faktiki olaraq Rusiyanın müstəmləkəsi vəziyyətindədir. Mənim səxsən yadımdadır ki, Əmin Abid 1927-28-ci illərdə sinifdə türk sairi Ömər Seyfəddinin “Bomba” hekayəsini oxudu. Hekayə mahiyyət və xaraktercə əksinqilabi idi. Əmin Abid özünə yaxin bildiyi sagirdlərə həmisə təklif edirdi ki, türk sairlərinin - pantürkistlərin əsərlərini oxusunlar”. (Anar, 525-ci qəzet, Durna taleyi 11 iyun, 2013)
Zaman.-2013.-11
sentyabr.-S.12.