Dahinin müəmmalı ölümü (1)
Onun üçün
keçmiş bir qaranlıq idi, gələcəyini isə
dumanda azan gəmiyə
bənzədirdi. Onun bu əzabı yazdığı əsərlərdəki
qəhrəmanların simasında,
belə demək mümkünsə, göz
yaşları ilə üzə çıxırdı.
Həyatının son illərində
yorulmuşdı və
ona elə gəlirdi ki, artıq yaşamağının
mənası yoxdur və yana-yana: “Şöhrət heç də həmişə insana xoşbəxtlik gətirmir”,- deyə təkrar edirdi. Ona görə də adi bir kəndli
həyatı keçirmək,
hamıdan uzaqlaşmaq
istəyirdi. Lakin bu ona nəsib olmadı və günlərin birində müəmmalı şəkildə
dünyasını dəyişdi.
O özünü öldürmüşdü,
yoxsa onu öldürmüşdülər?
Bir vaxtlar onun adı XX əsr dünya yazıçıları arasında
xüsusi hörmətlə
çəkilərdi. O, həqiqətən
də, böyük yazıçı idi və müasirlərindən
birinin də dediyi kimi, yazdığı
hər əsəri
real həyatdan götürülmüşdü,
insan onun qəhrəmanları ilə
sanki canlı dildə danışır,
onda özünü, arzularını tapırdı.
O, yazmaq ustası idi və bundan
doymaq bilmirdi. Yazıçının çap olunan
hekayə, povest və romanları dərhal əldən-ələ
keçir, milyonlar tərəfindən sevilə-sevilə
oxunurdu. Adama elə gəlirdi ki, bu dünyada
ondan xoşbəxt adam yoxdur.
Amma bu, zahirən belə idi, onun üçün bəzən yazmaq böyük əzab idi, amma yazmağa
məcbur idi. Çünki yazmasa, bir müddət sonra ac qalacaq, qəhrəmanlarından
biri kimi həyatın sonu bilinməyən dibinə yuvarlanacaqdı. Onsuz da uşaq yaşlarından həyatın bütün
üzünü görmüş,
anadan olmamış atası ondan imtina etmiş və ömrünün sonuna kimi bu
ağrını ürəyində
daşımışdı. Sonralar özünün də dediyi kimi, atasız
uşaq görəndə
ürəyi ağrıyır
və istər-istəməz
özünün ağrılı
uşaqlıq illərini
xatırlayırdı. Onun üçün keçmiş
bir qaranlıq idi, gələcəyini isə dumanda azan gəmiyə bənzədirdi. Onun bu əzabı
yazdığı əsərlərdəki
qəhrəmanların simasında,
belə demək mümkünsə, göz
yaşları ilə üzə çıxırdı.
Həyatının son illərində
yorulmuşdı və
ona elə gəlirdi ki, artıq yaşamağının
mənası yoxdur və yana-yana: “Şöhrət heç də həmişə insana xoşbəxtlik gətirmir”,- deyə təkrar edirdi. Ona görə də
adi bir kəndli
həyatı keçirmək,
hamıdan uzaqlaşmaq
istəyirdi. Lakin bu ona nəsib olmadı və günlərin birində müəmmalı şəkildə
dünyasını dəyişdi.
O özünü öldürmüşdü,
yoxsa onu öldürmüşdülər? Bu günə kimi də yazıçının
qəfil ölümü
müəmma olaraq qalır...
Bu böyük
insan günümüzdə
belə, sevilə-sevilə
oxunan məşhur yazıçı Cek London
idi.
Ağır uşaqlıq illəri
Əsl ad və
soyadı Con Qriffit Çeyni olan gələcəyin məşhur
yazıçısı 1876-cı ildə musuqi müəlliməsi olan
Flora Fellmanın ailəsində
anadan olmuşdu. Onun atası
Uilyam Çeyni dövrünün məşhur
astroloqu idi. Amma Floranın hamilə olduğunu eşidəndə
astroloq ondan üz döndərdi.
Bundan ağır depressiya keçirən Flora Fellman
özünəqəsd etmiş,
ancaq yüngül yaralanmışdı. Bir sözlə,
Cek London hələ dünyaya gəlməmişdən
əvvəl həyat onu anasının simasında acı sınağa çəkmişdi.
Cek anadan olandan sonra isə anası onu keçmiş qulu Virciniya Prentissə tapşırdı. Prentiss Cekin uşaqlıq həyatının formalaşmasında
mühüm rol oynadı. 1876-cı ilin axırında Flora bu dəfə ABŞ-ın vətəndaş müharibəsi qəhrəmanı
Con Londonla ailə həyatı qurdu. Yeni ərinin əvvəlki həyat yoldaşından iki qızı vardı və onlardan biri Eliza sonralar yazıçının
ən sadiq köməkçilərindən birinə çevrildi.
Amma ehtiyac içində yaşadığından
ailə şəhərbəşəhər
gəzərək, nəhayət
ki, San-Fransisko ətrafındakı
Oklend şəhərində
məskunlaşdı. Cek buradakı
məktəblərdən birində
ibtidai təhsil aldı. Amma ailənin maddi
vəziyyəti ağır
olmaqda davam edirdi. Ona görə də
Cek 10 yaşında ikən qəzet paylayan kimi işə
düzələrək ailəsinə
kömək etməyə
başladı. O qəzet
paylayaraq, ayda 12 dollar qazanır və onun hamısını ailəsinə verirdi. Atalığı Cekə məhəbbətlə
yanaşırdı. Sonralar məşhur
yazıçı olandan
sonra Cek London yazmışdı ki, anamın mənim başımı nə vaxtsa sığalladığını
xatırlaya bilmirəm.
Amma atalığım
ən ağır vaxtlarımda mənə dayaq olmağa çalışır və
böyük əlləri
ilə başımı
sığallayaraq deyirdi:
“Heç nə olmaz, oğlum, narahat olma”.
Ona
görə də Cek atalığının soyadını
götürdü. Həmin vaxt
hamı onu Con əvəzinə Cek deyə
çağırırdı. Beləliklə, o,
uşaqlıqdan Con Çeyni əvəzinə, Cek London kimi
tanındı və sonralar dünya ədəbiyyatı tarixinə
də bu adla düşdü.
Dənizdə ov
Cek
London 14 yaşında olanda
ailədə daha bir faciə baş verdi.
Atalığını təsadüfən
qatar vurdu
və o, ağır kontuziya aldı. Bundan sonra ailədə
yeganə kişi
olan Cek məktəbi ataraq konserv zavodunda işə girməyə məcbur oldu. Amma konserv zavodunda
iş çox ağır idi və balaca Cek axşam işdən evə olduqca yorğun gəlirdi. Ona görə də
uzun müddət konserv zavodunda işləyə bilmədi.
Həmin dövrdə
o, təsadüfən qadağan
olunmuş zonalarda dəniz ilbizləri ovlayan gənclərlə tanış oldu və onlara
qoşuldu. İş təhlükəli olsa da, olduqca
gəlirli idi. Cek dəniz ovunda bir gecədə, zavodda bir ay işləyərək qazandığından
4-5 dəfə çox
qazanırdı. Bundan sonra
ailənin maddi vəziyyəti də yaxşılaşmağa başladı.
17 yaşı olanda o özü dənizdə sərbəst
ova çıxmaq arzusuna
düşdü. Bu işdə Prentiss ona yardım əli uzatdı. Prentissin verdiyi pulla özünə
kiçik gəmi alaraq, bir müddət qeyri-qanuni ovla məşğul
oldu. Sonra Cek patrul gəmisində işə
düzəldi. Burada da
uzun müddət işləyə bilmədi.
Bu dəfə o, Yaponiya sahillərində dəniz pişiklərinin
ovuna çıxan “Sofi Sazerlend” gəmisində işləməyə
başladı. O bu
ovdan xeyli pul qazana bildi.
Ancaq Cek qazandığı pulların bir hissəsini gen-bol xərcləyirdi. Ona görə
də tezliklə yenidən o, pula böyük
ehtiyac duymağa başladı.
İlk ədəbi mükafat
Cek yenidən dənizə ova getmək, maddi vəziyyətini qismən də olsa yaxşılaşdırmaq fikrinə düşdü. Amma hava şəraiti buna imkan vermirdi. Oğlunun nə edəcəyini bilməyən Flora ona ədəbi qəzetlərdən birində keçirilən oçerk müsabiqəsində iştirak etməyi, Yaponiya sahillərində ov zamanı gördüklərini yazmağı məsləhət gördü. Bu təklif Cekin ağlına batdı və həvəslə işə girişdi. Heç gözləmədiyi halda onun yazdığı “Yaponiya sahillərində tayfun” adlı oçerki müsabiqənin qalibi oldu və 1893-cü il noyabr ayının 12-də qəzetdə dərc olundu. Bununla da Cek Londonun yeni bir həyat yolunun başlanğıcı qoyuldu. Həmin dövrdə bütün gənclər kimi Cek də “inqilab xəstəliyi”nə tutulmuşdu. O, 1894-cü ildə işsizlərlə birgə Vaşinqtona yürüşdə iştirak etdi. Bu yürüş barədə o, “ Möhkəm dayan” adlı oçerkini yazaraq çap etdirdi. Ancaq Vaşinqtona yürüşdə iştirak etmək onun üçün pis qurtardı. Polis onu həbs etdi və Cek bir ay həbsxanada qaldı. Həbsdən azad olduqdan sonra yenə də bir müddət işsizlərlə birgə avaralanmağa başladı. Ancaq tezliklə anladı ki, bu onun yolu deyil və o, qələmindən daha möhkəm yapışmalıdır. Həmin dövrdə Cek Marks və Engelsin “Kommunist partiyasının manifesti” əsəri ilə tanış oldu. Bu əsərin təsiri altında 1895-ci ildə Amerka Sosialist Əmək Partiyasına üzv oldu.
Zaman.-2013.-16 yanvar.-S.12.