Dahinin müəmmalı ölümü (2)

 

Yazıçının yazdığı hekayə romanlar tezliklə onu dünyanın ən məşhur yazıçılarından birinə çevrilməsinə gətirib çıxardı. 1902-ci ildə Cek London İngiltərəyə getdi. Amerikaya qayıtdıqdan sonra İngiltərə təəssüratları əsasındaHəyatın dibindəki insanlaradlı romanını yazdı.

Qısa müddətdə bu roman Amerikada ən çox oxunan əsərlərdən biri kimi şöhrət qazandı. Həmin dövrdə yazıçılıqla yanaşı Cek London ona təklif edilən müxbir vəzifəsini həvəslə qəbul edirdi. Məsələn, Amerika Müdafiə Nazirliyi ona müxtəlif ölkələrdə hərbi müxbir vəzifəsində işləməyi təklif etmiş o, tərəddüd etmədən buna razılıq vermişdi.

 Geriyə evə qayıtdıqdan sonra o, orta təhsilini başa vurmaq məqsədilə yenidən məktəbdə oxumağa başladı. Məktəbdə oxuduğu dövrdə məktəb jurnalında hekayələrini çap etdirdi. Amma məktəbdə oxumaq onu sıxırdı ona görə yenə təhsilini yarımçıq qoydu. Əvəzində evdə sərbəst şəkildə dərslərə hazırlaşdı. Sonra ekstern yolu ilə imtahan verərək orta məktəbi bitirmək barədə sənəd aldı. Bunun ardınca isə imtahan verərək, Kaliforniya Univeristetinə qəbul olundu. Cek London Kaliforniya Universitetində cəmisi 3 semestr oxudu. Buna səbəb onun daim macəra axtarması, belə həyatı sevməsi idi. Elə macəra həvəsi 1897-ci ildə onun qızıl axtaranlarla Alyaskaya getməsi ilə nəticələndi. Lakin Alyaskada ağır xəstələnərək geri qayıtmağa məcbur oldu. Bundan sonra isə yenidən bütün həyatını ədəbi yaradıcılığa sərf etməyi qərara aldı. Alyaskaya səfəri əsasında CekŞimal hekayələri”ni yazdı. Bu hekayələr müəllifinə böyük şöhrət gətirdi. 1900-cü ildə onunCanavar oğluadlı hekayələr kitabı çıxdı. Artıq onun ədəbi yaradıcılığa yolu açılmışdı. Oxucuların böyük marağını nəzərə alaraq, qəzetlər bir-birinin ardınca ona yeni hekayələr sifariş verirdilər. Yazıçı bu sifarişləri yerinə yetirmək üçün gündə 15-17 saat işləməli olurdu. Yazıçıya şöhrət gətirən qəhrəmanlarını ən ağır vəziyyətdə təsvir etmək onların mübarizəsini olduqca təsirli şəkildə verməsi idi. Bu da oxucunu daim gərginlikdə saxlayır onda qəhrəmana qarşı hörmət məhəbbət formalaşdırırdı. Ümumiyyətlə, 1900-1904-cü illəri Cek Londonun ədəbi yaradıcılığında ən məhsuldar dövr adlandırmaq olar. O, həmin dövrdə bir-birinin ardıncaOnun atalarının allahı( Çikaqo, 1901), “Şaxtanın uşaqları” ( Nyu-York, 1902), “İnsanda inam” (1904) hekayələr kitablarını Qarlar qızıromanını (1902) nəşr etdirdi.

 Yazıçının yazdığı hekayə romanlar tezliklə onu dünyanın ən məşhur yazıçılarından birinə çevrilməsinə gətirib çıxardı. 1902-ci ildə Cek London İngiltərəyə getdi. Amerikaya qayıtdıqdan sonra İngiltərə təəssüratları əsasındaHəyatın dibindəki insanlaradlı romanını yazdı. Qısa müddətdə bu roman Amerikada ən çox oxunan əsərlərdən biri kimi şöhrət qazandı.

 Həmin dövrdə yazıçılıqla yanaşı Cek London ona təklif edilən müxbir vəzifəsini həvəslə qəbul edirdi. Məsələn, Amerika Müdafiə Nazirliyi ona müxtəlif ölkələrdə hərbi müxbir vəzifəsində işləməyi təklif etmiş o, tərəddüd etmədən buna razılıq vermişdi. 1904-1905-ci illərdə baş verən Rusiya-Yaponiya müharibəsini yazıçı hərbi müxbir kimi müşahidə etmiş oradan ölkə qəzetlərinə məlumatlar göndərmişdi. Müharibə başa çatandan sonra o, Amerikaya qayıdaraq yenidən ədəbi yaradıcılığını davam etdirmişdi.

Həmin dövrdə Cek London ən çox qanorar alan yazıçılardan biri idi. O, bir kitabına görə, o dövr üçün olduqca yüksək hesab edilən 50 min dollar alırdı. Amma yazıçı pulları sağa-sola xərclədiyindən həmişə maddi baxımdan çətinlik çəkirdi.

 

Uğursuz ailə həyatı

 

Cek London 1900-cü ildə Bessi Maddernlə ailə həyatı qurdu. Bessidən Cekin Coan Bess adlı iki qızı dünyaya gəldi. Amma Bessi çox qısqanc idi ərinin gecələr evə gec gəlməsinə görə tez-tez onunla dalaşırdı. Buna dözməyən Cek, Bessini evi həbsxanaya çevirməkdə günahlandırmağa başladı. Bundan sonra ailə daxili münaqişə daha da qızışdı. Buna dözməyən Cek 1903-cü ildə Bessidən ayrıldı. Həmin ildə o, Oklend Xeyirxah Qızlar Pansionatında işləyən Çarmeyn Kittrec ilə tanış oldu. Kittrec gözəl pianino çalırdı, xoş məlahətli səsə malik idi Cek dərhal ona vuruldu. Buna baxmayaraq, ailə səadətini axtarmaqda davam edən yazıçı tanınmış jurnalist qadın Ninettı Eymslə bir müddət xoş münasibətdə oldu. Eymslə tanışlıq yazıçını yeni əsərlər yazmağa ruhlandırdı. Ninetti hər vasitə ilə Cek Londonu ədəbi yaradıcılığa ruhlandırırdı. Yazıçı sonralar qeyd etmişdi ki, Ninettanın yanında özünü həmişə dünyanın ən xoşbəxti hesab edib. Buna baxmayaraq o, Ninettanın özündən yaşlı olmasını nəzərə alaraq, onunla ailə həyatı qurmaq fikrindən vaz keçdi. Bu arada Bessidən boşanma məsələsinin uzanması Cek Londonda ağır izlər buraxmış, o depressiyaya düşmüşdü. 1905-ci ilin iyulunda nəhayət ki, o Bessidən ayrılmasını rəsmiləşdirə bildi. Bundan bir neçə ay sonra isə yazıçı Çarmeynlə ailə həyatı qurdu. Amma bu da xoşbəxt ailə deyildi. Cek ondan  varisi olacaq oğlan uşağının dünyaya gəlməsini arzulayırdı. Lakin Çarmeyn yazçının bu arzusunu həyat keçirə bilmədi... Bu isə yazıçını yenidən sıxmağa başladı. Bir sözlə bütün cəhdlərinə baxmayaraq, Cek London ömrünün sonuna kimi arzuladığı ailə səadətini tapa bilmədi.

 

Baş tutmayan fermerlik arzusu

 

1905-ci ildə yazıçı Kaliforniya ştatındakı Qlenn-Ellen adlı yerdə özünə malikanə aldı. O, kənd təsərrüfatı ilə məşğul olmaq ideal ferma yaratmaq istəyirdi. Bu məqsədlə hətta böyük həcmdə borca girməkdən belə çəkinmədi. Amma yazıçının ideal ferma yartmaq sivil kənd təsərrüfatı məhsullarının istehsalını təşkil etmək planı baş tutmadı. Buna səbəb belə bir fermanı idarə edə biləcək təcrübəli etibarlı mütəxəssisin olmaması idi. Buna paralel olaraq borcunu ödəmək üçün yazıçı gecə- gündüz bilmədən yazmağa məcbur idi. Bu yazıların əksəriyyəti elmi jurnallar üçün nəzərdə tutulmuşdu, amma onlar olduqca zəif təsir bağışlayırdı. Cek London özü bunu hiss edərək bir arada yazmaqdan bezdiyini açıq şəkildə biruzə vermişdi.

Bu arada isə gənclik yaşlarında olduğu kimi dənizə olan məhəbbəti onda dünya səyahətinə çıxmaq həvəsi oyatmışdı. Bu məqsədlə öz layihəsi əsasında 1907-ci ildə  Snarkadlı gəmi inşa etdirdi. Cek London bu gəmi ilə 7 il ərzində dünya səyahətində olmağı planlaşdırmışdı. Ancaq onun dünya səyahəti cəmisi iki il çəkdi. 1909-cu ildə yazıçı ağır xəstələndi bundan sonra dünya səyahətini yarımçıq qoymağa məcbur oldu. Amma bu səyahət zamanı o, yeni əsərlər yazmaq üçün çoxlu materiallar toplamışdı. Nəticədə Cek London “Snark”ın səyahəti”, “Cənub dənizlərinin hekayələriGünəş oğlukitablarını yazdı.

1910-cu ildə Cek London malikanəsini fermasını idarə etmək daimi yaşamaq məqsədi ilə ögey bacısı Eliza London-Şepardı yanına dəvət etdi. Bu, onun tərəfindən qəbul edilən olduqca müdrik bir qərar idi. Belə ki, Elizanın ferma ilə bağlı məsələdən daha yaxşı başı çıxırdı. Üstəlik o, səmimi, mehriban olduqca qayğıkeş idi yazıçının ağır vəziyyətlərində ona mənəvi dayaq oldu.

 

 

  Zaman.-2013.-17 yanvar.-S.12.