Sumqayıt rəssamlarındaÜmid var

 

20 Yanvar ərəfəsində, daha doğrusu, yanvar ayının 18-də Bakıdakı “Art Villa” qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü, “ArtsCouncil Azerbaıjan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatının Sumqayıt nümayəndəliyinin rəhbəri, II qrup Qarabağ əlili, istedadlı rəssam İntiqam Ağayevin (Asiman) “Asimanadlı fərdi sərgisi təşkil olunacaq. Sərgidə rəssamın 20-yə yaxın əsəri nümayiş olunacaq. Qeyd edək ki, bu rəssamın sayca ikinci fərdi sərgisidir. Ağrının, ümidin sevincin rəngi varadlı ilk sərgisi isə 2011-ci ildə Sumqayıt Rəsm Qalereyasında təşkil olunub. 

 İntiqam Ağayevin sözlərinə görə, bu sərgidə müharibə mövzusunda (batalist) çəkdiyi əsərlər üstünlük təşkil edəcək. Yaradıcılığında bu mövzuya üstünlük verməsini isə o belə izah etdi: “1992-ci ilin fevral ayında könüllü cəbhəyə yollandım. Bununla da fırçamı silahla əvəz etdim. 777 saylı xüsusi təyinatlı taborun tərkibində Şuşa, Ağdam, Tərtər, Füzuli bölgələrindəki döyüşlərdə iştirak etdim. Tərtərin Yarımca kəndində yaralandıqdan sonra 1998-ci ildə II qrup əlil kimi ordudan tərxis olundum”. Sözarası vurğuladı ki, elə o illərdə qazandığı Asiman təxəllüsünü bir rəssam kimi özünə təxəllüs seçib. İndi o, sənət aləmində İntiqam Asiman kimi tanınır.

Həmin döyüşlər zamanı gördüklərimi, əgər belə demək mümkünsə, sadəcə, yaddaşımda eskizlərini edirdim”, - sözləri ilə söhbətini davam etdirən İntiqam Ağayev ordudan tərxis olunduqdan sonra bir müddət onları kətan üzərinə köçürməyə çətinlik çəkib: “Çünki belə əsərlər ərsəyə gətimək üçün həmin anları bir daha yaşamaq lazımdır. Bu isə o qədər asan deyil. İnandırım sizi, belə əsərlər üzərində işləyərkən aylarla özümə gələ bilmirəm. Odur ki, Qarabağla bağlı çox əsərim hələ yaddaşımda qalıb. Zaman-zaman onları da kətana köçürəcəyəm. İndiyədək bu mövzuda on beşə yaxın əsərim var”. Bu sözlərdən sonra o bir qədər fikrə getdi, az sonra əlavə etdi: “Onları kətan üzərinə köçürməməyə mənim mənəvi haqqım yoxdur”.

 

Ümid var

 

Onunla söhbət zamanı sərgilənəcək əsərlərdən birinə gözüm zillənir. Ümid varadlı bu əsərdə qarlı təpə üstündə əyləşərək gözlərini uzaqlara zilləmiş əli avtomatlı döyüşçümüz təsvir edilib. Onun yanında - torpağın hələ donu açılmamış qatından bir fidan baş qaldırır. Təbii ki, bu əsər işıqlı gələcəyimizə, haqqın-ədalətin təntənəsinə inam rəmzidir. Məni bu düşüncələrimdən İntiqam Ağayevin: “ yazıq ki, indi belə əsərlərin sifarişçiləri yoxdur,- sözləri ayırır. Əsərlərinin satılmamasına isə özünməxsus yumorla cavab verir: “Eşitdiyimə görə, hamının tanıdığı hollandiyalı rəssam Van Qoq ömürboyu ancaq bir rəsm əsərini sata bilib. Mən onun yanında kiməm ki? Amma ümid edirəm ki, vaxtsa əsərlərimin müştəriləri olacaq”.

Bəs gündəlik tələbatınızı necə təmin edirsiniz?” sualına isə o, belə cavab verdi: “Sağ olsun, dövlətimiz, biz müharibə iştirakçılarının qeydinə qalır: müharibə iştirakçısı kimi avtomobillə təmin olunmuşam. Ötən ilin dekabr ayının 24-də hörmətli Prezidentimiz Sumqayıta gələrkən bir qrup Qarabağ döyüşçüsünə yeni mənzillərin açarlarını təqdim etdi. Mən onların arasında idim. Onu da deyim ki, Qarabağ əlili kimi təqaüd alıram. Amma etiraf edim ki, indiki zəmanədə rəssamlıqla ailə saxlamaq olduqca çətindir”.

Söhbətinin bu yerində isə onun Xəzərlə bağlı rəsmləri (“Dənizdən asimana”, “Dənizdə qürub sairə) rəsmləri məni ovsunlayır. Həmin əsərlərdən sanki həzin bir musiqi, bir nəğmə duyulur. Təbii ki, rənglərin ifasında... Onun bu digər tablolarındakı yaşantılara baxanda onlardakı əhval-ruhiyyəni insan öz qəlbinin dərinliklərində hiss edir. Ə. Əzimzadə adına Rəssamlıq Məktəbində Sabir Şıxlıdan bu sənətin sirlərini öyrənmiş İntiqam Ağayevin, demək olar ki, bütün əsərlərində impessionizm cərəyanına xas olan təəssürat, əhval-ruhiyyə hakimdir.

 

Sumqayıt Rəssamlar Birliyi olacaq

 

Sumqayıt şəhərində 50-yə yaxın rəssam fəaliyyət göstərir. Onların hələ vahid bir qurum ətrafında fəaliyyət göstərməmələri İntiqam Ağayevi düşündürən məsələlərdəndir: “Hazırda bir qrup rəssamımız Sumqayıt Rəssamlar Birliyinin təsis edilməsi istiqamətində çalışır. Zənnimcə, bu işdəArtsCouncil Azerbaıjan” (Ötən ilin dekabr ayındaArtsCouncil Azerbaıjan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatının Sumqayıt nümayəndəliyi açılıb) da köməyini bizdən əsirgəməyəcək. İnanıram ki, bu arzumuz baş tutacaq”. Lakin o, bu istəklərinin vaxt reallaşacağını söyləməkdə çətinlik çəkdi.

Qeyd edək ki, Sumqayıt rəssamlarının emalatxanaları yoxdur. İşləmək üçün evinin mətbəxini emalatxanaya çevirdiyini deyən həmsöhbətimiz belə bir şəraitin yaradıcı insana pis təsir etdiyini söylədi. O, bu problemlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşdüklərini dedi: “O, bizə bildirdi ki, hazırda şəhərdə yüzlərlə qaçqın məcburi köçkün ailəsi məskunlaşıb. Onlar yeni mənzillərlə təmin olunandan sonra bu məsələyə baxılacaq. Maşallah, son illər qaçqın məcburi köçkünlərin yeni mənzillərlə təminatı istiqamətində böyük işlər görülür. Güman edirəm ki, bu istəyimiz reallaşacaq”. İntiqam Ağayev bu məqsədlə Sumqayıt Dövlət Rəsm Qalereyasından yararlanmaqla bağlı sualımıza cavabında: “Qalereyada işləmək təcrübəsi özünü doğrultmur”, - dedi.

Məlumat üçün bildirək ki, bu günlərdə İntiqam Ağayevin tabloları bir qrup azərbaycanlı rəssamların əsərləri ilə birgə Gürcüstanın Şalva Amiranaşvili adına İncəsənət Muzeyində sərgilənib. Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasının təşkil etdiyi həmin sərgi Gürcüstan-Azərbaycan diplomatik əlaqələrinin 20 illiyinə həsr edilmişdir.

 

 

 Qvamı Məhəbbətoğlu

 

Fədaıl Fətullayev

 

 Zaman.-2013.-17 yanvar.-S.7.