“Bizi bizdən çox sevən var”
Onun
bu sevgisini məşhur Azərbaycan şairi Məmməd Aslan
“Dərədən-təpədən” adlı proqramında
geniş ifadə etmiş və proqramı da bu sözlərlə
açmışdı: “Bizi sevən var. Bizi bizdən
artıq sevən var. Yunus Əmrə demişkən, qafil nə
bilsin ki, bizi sevən var... Bu insan şəxsi həyatında
öz istəklərindən tamamilə
sıyrılmış, varlığını millətinə,
soyuna, soydaşına, dindaşına həsr etmiş, gözəllərin
sona qalmışlarındandır”. Həqiqətən də,
bir sevgi bu qədər səmimi, könüldən olarsa,
mütləq qarşı tərəfdə də eyni
reaksiyanı, eyni duyğunu doğurar. Əslində bu sözlər
bir cəhəti ilə Fəthullah Gülən Hocaəfəndinin
Azərbaycana duyduğu sevgiyə, səmimiyyətə
qarşılıq olaraq Azərbaycan xalqının təqdirinin,
ehtiramının ən gözəl ifadəsi deyilmi?
Tarixi
Şadirvan məscidi unudulmaz günlərindən birini
yaşayırdı. Haqqa inanmış könüllərdə
taxt qurmuş abidə bir şəxsiyyət illərdən bəri
həsrət çəkən minbəri sevindirir, nə qədər
təvazökar, nə qədər sadə olsa belə, layiq
olduğu bu möhtəşəm kürsüdən qəlbinin
ilhamını səmimi duyğularla çağlayan sinələrə
axıdırdı. Hər zaman bəhs etdiyi metafizik həyəcan
o gün o tabloda ən yüksək səviyyədə
yaşanırdı və qəlbin ən həssas nöqtələrində
yaşanaraq, hiss edilərək söylənən sözlər
dinləyənlərin qəlbinə, iliyinə qədər
işləyir və orada əks-səda doğururdu.
O
natiq müxtəlif söhbətlərində fərqli-fərqli
mövzularda öz mülahizələrini ifadə edir və
dinləyicilər tərəfindən böyük rəğbətlə
qarşılanırdı. Doğrudur, onun digər zamanlarda
söylədikləri də insanları
duyğulandırır, öz təsiri altına alırdı.
Amma bu söhbət bir başqa cür sirayət etmişdi
könüllərə. Çünki eşidənlərin
söhbətlə bağlı çox həssas olduqları
açıq-aşkar görünürdü. Eşidənlər
natiqin nə deyəcəyini bilməsələr də, sanki
İlahi bir şövqlə hər şey onlara hiss etdirilirdi,
çöhrələrdə fərqli bir hüzn, o boyda məbədə
qəribə bir kövrəklik hakim olmuşdu.
Söhbət
başlamışdı. Bir zərgər dəqiqliyi ilə
seçilərək söylənən ifadələrlə
camaatın diqqəti son dərəcə gərilmiş, o
mübarək şəxsin ağzından süzülən ləl-gövhər
kimi sözlər söhbətin ana xəttini belə ifadə
edirdi:
“Azərbaycanda
tanklar altında əzilən soydaşlarımıza,
dindaşlarımıza heç cür kömək edə bilməməyin
iztirabı ilə iki bükülmüşəm. Əlimizdən
bir şey gəlmir. Heç olmasa, hacət namazı qılaq,
barı onlar üçün dua edək”.
Bu
sözləri söyləyərkən bayılmış,
ayılanda da göz yaşlarına hakim ola bilməmişdi. İnci
dənələri kimi ard-arda düzdüyü bu mübarək
sözləri ilə o, sanki bir az sonra uca Peyğəmbərimizə
göndərəcəyi hədiyyəsinin bantını
bağlayırdı. Bir az sonra da Pakistanın məşhur
mütəfəkkiri Məhəmməd İqbalın Peyğəmbərimiz
Həzrəti Məhəmmədi (s.ə.s.) yuxuda
gördüyünü və Əfəndimizin də ondan “Mənə
nə gətirdin, ey İqbal?” sualına İqbalın:
“Ey
Allahın Rəsulu, Sənə bir bardaq müsəlman
türkün axıdılan qanını gətirdim”
cavabını xatırlatmışdı. Söhbətinə
davam edərək, eyni sual ondan soruşularsa, yəni Peyğəmbərimiz
Həzrəti Məhəmməd: “Gələndə mənə
nə gətirdin?” desə, cavabım: “Ümmətinin
günahlarına ağlayan insanların göz
yaşlarını və üzərində də Azərbaycanda
axıdılan müsəlman-türk qanını qoyaraq gətirdim
olardı”, - demişdi. Sonra da Azərbaycanda axıdılan o
qan haqqında: “Mən o qanı cənnətlərin kövsərlərinə
dəyişmərəm”, - deyərək, verdiyi uca dəyəri
ifadə etmişdi.
Bəli,
türk insanı yetmişillik ayrılıqdan sonra azərbaycanlı
qardaşlarının varlığını və onlara
duyulan həsrəti ilk dəfə bu qədər dərindən
hiss edirdi. İnsanlara bu hissləri yaşadan, minbərdən
yüksələn o səsin sahibi möhtərəm Fəthullah
Gülən Hocaəfəndi idi. Hocaəfəndi kilometrlərlə
uzaqda olmasına baxmayaraq, azərbaycanlı qardaşlarına
qarşı bir özgə sevgi, bağlılıq hissi duyub və
qanlı yanvar hadisəsinin iztirablarını iliklərinə
qədər yaşayırdı. Onun bu sevgisini məşhur Azərbaycan
şairi Məmməd Aslan “Dərədən-təpədən”
adlı proqramında geniş ifadə etmiş və
proqramı da bu sözlərlə açmışdı:
“Bizi sevən var. Bizi bizdən artıq sevən var. Yunus Əmrə
demişkən, qafil nə bilsin ki, bizi sevən var... Bu insan
şəxsi həyatında öz istəklərindən
tamamilə sıyrılmış, varlığını millətinə,
soyuna, soydaşına, dindaşına həsr etmiş, gözəllərin
sona qalmışlarındandır”. Həqiqətən də,
bir sevgi bu qədər səmimi, könüldən olarsa,
mütləq qarşı tərəfdə də eyni
reaksiyanı, eyni duyğunu doğurar. Əslində bu sözlər
bir cəhəti ilə Fəthullah Gülən Hocaəfəndinin
Azərbaycana duyduğu sevgiyə, səmimiyyətə
qarşılıq olaraq Azərbaycan xalqının təqdirinin,
ehtiramının ən gözəl ifadəsi deyilmi?
Hocaəfəndinin bir dərdi vardı. O, ömrü
boyu sevgi,
barış, xoşgörü desə də,
bu sözləri yalandan
belə olsa, dilinə gətirməyən
insanlar heç də
az deyildi və bu insanlar müxtəlif
dövrlərdə, xüsusilə də müsəlman-türk
xalqına qarşı ağlasığmaz zülmlər həyata
keçirirdilər. Göz yaşları
dayanmır, amma hər dəfə də
bıçaqlar qəzəblə, kinlə bülövlənirdi.
Belə bir xəstəliyə
qarşı Hocaəfəndinin resepti bu idi:
“İnsanlığın yenidən inanmış könüllərə
ehtiyacı var. Sevgini həyatının
amalı seçən, ağlı və qəlbi kamillik səviyyəsinə
çatmış, dövrün tələblərini
çox gözəl anlayan
və mövcud şərtlər
içində doğru seçim
etməyi bacaran, nur üzlü, tərtəmiz bir
nəsil yetişdirmək lazımdır”.
Doğrudur,
resept bəlli olmağına bəlli idi, amma bu mesajın hər
kəsə çatdırılması lazım idi. Bəşəriyyətə
müsbət mənada yol göstərən böyük
insanlar yayacaqları mesajları, ilk növbədə, ən
yaxınları, əqrəbaları, soydaşları ilə
paylaşmalıdırlar. Ömrünün hər məqamı
ilə bizə örnək olan insanlığın iftixar
tablosu Həzrəti Məhəmmədin həyatına baxsaq,
eyni mənzərəni görərik. Belə ki, o, uca Rəbbindən
aldığı vəhyləri, ilk növbədə,
xanımı və yaxın qohumları ilə
paylaşmış, daha sonra da bütün insanlara
çatdıraraq, dəyişməyən bu təbii
davranışı özündən sonra gələcək
ümməti üçün bir düstur, bir miras kimi
buraxmışdır. Elə möhtərəm Fəthullah
Hocaəfəndi də uca Peyğəmbərimizin bu
düsturunu əsas tutaraq, sevənlərinə: “Gedin
soydaşlarımızla, qardaşlarımızla
qucaqlaşın, onlarla aramızda sağlam körpülər
qurun. Ən sağlam körpü mənə görə təhsildir.
Edə biləcəyiniz ən gözəl yardım
imkanları məhdud olan o coğrafiyada məktəblər
açmaqdır”, - demişdi. Onun bu gözəl tövsiyələrini
dinləyən vəfalı Anadolu insanı vaxt itirmədən
öz qardaşları qarşısında vəfa
borclarını yerinə yetirmək üçün ilkin
olaraq Azərbaycana gəlmiş və burada ümummilli lider, mərhum
Heydər Əliyevin xeyir-duasını alaraq, təhsil müəssisələri
açmışlar. Azərbaycanın bağrında
ayrı-ayrı sülh adacıqları şəklində nəzərəçarpan
bu məktəblər illər keçdikcə
çoxalmış, xalqın və dövlət rəhbərlərinin
təqdirini qazanmışdır. Bu məktəblərdən
məzun olan gənclər bu gün Azərbaycanın
qüruru halına gəlmiş, ölkəni, milləti nə
gözəl şəkildə təmsil edən, milli-mənəvi
dəyərlərinə və dövlətə bağlı
güclü bir nəsil kimi yetişmişlər.
Ümid
edirik ki, 22 il əvvəl baş vermiş o hadisələr bu
coğrafiyada bir daha yaşanmayacaq və bir kökdən pərvəriş
tapan Azərbaycan və Türkiyə bir-birinə həsrət
qalmayacaqlar. Bizi bizdən artıq sevənlər heç zaman
unudulmasın. Hafizələr ağır günlərdə
özünü qardaş yardımına yetirənləri,
sevdiyi üçün göz yaşları ilə bayılma
həddinə gələnləri hər zaman
xatırlasınlar. Yalançı və saxta sevgilər
silinib getsin və hər zaman səmimi sevgilər qalib olsun.
“Bizi
bizdən çox sevən var”
Onun
bu sevgisini məşhur Azərbaycan şairi Məmməd Aslan
“Dərədən-təpədən” adlı proqramında
geniş ifadə etmiş və proqramı da bu sözlərlə
açmışdı: “Bizi sevən var. Bizi bizdən
artıq sevən var. Yunus Əmrə demişkən, qafil nə
bilsin ki, bizi sevən var... Bu insan şəxsi həyatında
öz istəklərindən tamamilə
sıyrılmış, varlığını millətinə,
soyuna, soydaşına, dindaşına həsr etmiş, gözəllərin
sona qalmışlarındandır”. Həqiqətən də,
bir sevgi bu qədər səmimi, könüldən olarsa,
mütləq qarşı tərəfdə də eyni
reaksiyanı, eyni duyğunu doğurar. Əslində bu sözlər
bir cəhəti ilə Fəthullah Gülən Hocaəfəndinin
Azərbaycana duyduğu sevgiyə, səmimiyyətə
qarşılıq olaraq Azərbaycan xalqının təqdirinin,
ehtiramının ən gözəl ifadəsi deyilmi?
Tarixi
Şadirvan məscidi unudulmaz günlərindən birini
yaşayırdı. Haqqa inanmış könüllərdə
taxt qurmuş abidə bir şəxsiyyət illərdən bəri
həsrət çəkən minbəri sevindirir, nə qədər
təvazökar, nə qədər sadə olsa belə, layiq
olduğu bu möhtəşəm kürsüdən qəlbinin
ilhamını səmimi duyğularla çağlayan sinələrə
axıdırdı. Hər zaman bəhs etdiyi metafizik həyəcan
o gün o tabloda ən yüksək səviyyədə
yaşanırdı və qəlbin ən həssas nöqtələrində
yaşanaraq, hiss edilərək söylənən sözlər
dinləyənlərin qəlbinə, iliyinə qədər
işləyir və orada əks-səda doğururdu.
O
natiq müxtəlif söhbətlərində fərqli-fərqli
mövzularda öz mülahizələrini ifadə edir və
dinləyicilər tərəfindən böyük rəğbətlə
qarşılanırdı. Doğrudur, onun digər zamanlarda
söylədikləri də insanları
duyğulandırır, öz təsiri altına alırdı.
Amma bu söhbət bir başqa cür sirayət etmişdi
könüllərə. Çünki eşidənlərin
söhbətlə bağlı çox həssas olduqları
açıq-aşkar görünürdü. Eşidənlər
natiqin nə deyəcəyini bilməsələr də, sanki
İlahi bir şövqlə hər şey onlara hiss etdirilirdi,
çöhrələrdə fərqli bir hüzn, o boyda məbədə
qəribə bir kövrəklik hakim olmuşdu.
Söhbət
başlamışdı. Bir zərgər dəqiqliyi ilə seçilərək
söylənən ifadələrlə camaatın diqqəti
son dərəcə gərilmiş, o mübarək şəxsin
ağzından süzülən ləl-gövhər kimi
sözlər söhbətin ana xəttini belə ifadə
edirdi:
“Azərbaycanda
tanklar altında əzilən soydaşlarımıza,
dindaşlarımıza heç cür kömək edə bilməməyin
iztirabı ilə iki bükülmüşəm. Əlimizdən
bir şey gəlmir. Heç olmasa, hacət namazı qılaq,
barı onlar üçün dua edək”.
Bu
sözləri söyləyərkən bayılmış,
ayılanda da göz yaşlarına hakim ola bilməmişdi. İnci
dənələri kimi ard-arda düzdüyü bu mübarək
sözləri ilə o, sanki bir az sonra uca Peyğəmbərimizə
göndərəcəyi hədiyyəsinin bantını
bağlayırdı. Bir az sonra da Pakistanın məşhur
mütəfəkkiri Məhəmməd İqbalın Peyğəmbərimiz
Həzrəti Məhəmmədi (s.ə.s.) yuxuda
gördüyünü və Əfəndimizin də ondan “Mənə
nə gətirdin, ey İqbal?” sualına İqbalın:
“Ey
Allahın Rəsulu, Sənə bir bardaq müsəlman
türkün axıdılan qanını gətirdim”
cavabını xatırlatmışdı. Söhbətinə
davam edərək, eyni sual ondan soruşularsa, yəni Peyğəmbərimiz
Həzrəti Məhəmməd: “Gələndə mənə
nə gətirdin?” desə, cavabım: “Ümmətinin
günahlarına ağlayan insanların göz
yaşlarını və üzərində də Azərbaycanda
axıdılan müsəlman-türk qanını qoyaraq gətirdim
olardı”, - demişdi. Sonra da Azərbaycanda axıdılan o
qan haqqında: “Mən o qanı cənnətlərin kövsərlərinə
dəyişmərəm”, - deyərək, verdiyi uca dəyəri
ifadə etmişdi.
Bəli,
türk insanı yetmişillik ayrılıqdan sonra azərbaycanlı
qardaşlarının varlığını və onlara
duyulan həsrəti ilk dəfə bu qədər dərindən
hiss edirdi. İnsanlara bu hissləri yaşadan, minbərdən
yüksələn o səsin sahibi möhtərəm Fəthullah
Gülən Hocaəfəndi idi. Hocaəfəndi kilometrlərlə
uzaqda olmasına baxmayaraq, azərbaycanlı qardaşlarına
qarşı bir özgə sevgi, bağlılıq hissi duyub və
qanlı yanvar hadisəsinin iztirablarını iliklərinə
qədər yaşayırdı. Onun bu sevgisini məşhur Azərbaycan
şairi Məmməd Aslan “Dərədən-təpədən”
adlı proqramında geniş ifadə etmiş və
proqramı da bu sözlərlə açmışdı:
“Bizi sevən var. Bizi bizdən artıq sevən var. Yunus Əmrə
demişkən, qafil nə bilsin ki, bizi sevən var... Bu insan
şəxsi həyatında öz istəklərindən
tamamilə sıyrılmış, varlığını millətinə,
soyuna, soydaşına, dindaşına həsr etmiş, gözəllərin
sona qalmışlarındandır”. Həqiqətən də,
bir sevgi bu qədər səmimi, könüldən olarsa,
mütləq qarşı tərəfdə də eyni
reaksiyanı, eyni duyğunu doğurar. Əslində bu sözlər
bir cəhəti ilə Fəthullah Gülən Hocaəfəndinin
Azərbaycana duyduğu sevgiyə, səmimiyyətə
qarşılıq olaraq Azərbaycan xalqının təqdirinin,
ehtiramının ən gözəl ifadəsi deyilmi?
Hocaəfəndinin
bir dərdi vardı. O, ömrü boyu sevgi, barış,
xoşgörü desə də, bu sözləri yalandan belə
olsa, dilinə gətirməyən insanlar heç də az
deyildi və bu insanlar müxtəlif dövrlərdə,
xüsusilə də müsəlman-türk xalqına
qarşı ağlasığmaz zülmlər həyata
keçirirdilər. Göz yaşları dayanmır, amma hər
dəfə də bıçaqlar qəzəblə, kinlə
bülövlənirdi. Belə bir xəstəliyə
qarşı Hocaəfəndinin resepti bu idi:
“İnsanlığın yenidən inanmış könüllərə
ehtiyacı var. Sevgini həyatının amalı seçən,
ağlı və qəlbi kamillik səviyyəsinə
çatmış, dövrün tələblərini çox
gözəl anlayan və mövcud şərtlər içində
doğru seçim etməyi bacaran, nur üzlü, tərtəmiz
bir nəsil yetişdirmək lazımdır”.
Doğrudur,
resept bəlli olmağına bəlli idi, amma bu mesajın hər
kəsə çatdırılması lazım idi. Bəşəriyyətə
müsbət mənada yol göstərən böyük
insanlar yayacaqları mesajları, ilk növbədə, ən
yaxınları, əqrəbaları, soydaşları ilə
paylaşmalıdırlar. Ömrünün hər məqamı
ilə bizə örnək olan insanlığın iftixar
tablosu Həzrəti Məhəmmədin həyatına baxsaq,
eyni mənzərəni görərik. Belə ki, o, uca Rəbbindən
aldığı vəhyləri, ilk növbədə,
xanımı və yaxın qohumları ilə
paylaşmış, daha sonra da bütün insanlara
çatdıraraq, dəyişməyən bu təbii
davranışı özündən sonra gələcək
ümməti üçün bir düstur, bir miras kimi
buraxmışdır. Elə möhtərəm Fəthullah
Hocaəfəndi də uca Peyğəmbərimizin bu
düsturunu əsas tutaraq, sevənlərinə: “Gedin
soydaşlarımızla, qardaşlarımızla
qucaqlaşın, onlarla aramızda sağlam körpülər
qurun. Ən sağlam körpü mənə görə təhsildir.
Edə biləcəyiniz ən gözəl yardım
imkanları məhdud olan o coğrafiyada məktəblər
açmaqdır”, - demişdi. Onun bu gözəl tövsiyələrini
dinləyən vəfalı Anadolu insanı vaxt itirmədən
öz qardaşları qarşısında vəfa
borclarını yerinə yetirmək üçün ilkin
olaraq Azərbaycana gəlmiş və burada ümummilli lider, mərhum
Heydər Əliyevin xeyir-duasını alaraq, təhsil müəssisələri
açmışlar. Azərbaycanın bağrında
ayrı-ayrı sülh adacıqları şəklində nəzərəçarpan
bu məktəblər illər keçdikcə
çoxalmış, xalqın və dövlət rəhbərlərinin
təqdirini qazanmışdır. Bu məktəblərdən
məzun olan gənclər bu gün Azərbaycanın
qüruru halına gəlmiş, ölkəni, milləti nə
gözəl şəkildə təmsil edən, milli-mənəvi
dəyərlərinə və dövlətə bağlı
güclü bir nəsil kimi yetişmişlər.
Ümid
edirik ki, 22 il əvvəl baş vermiş o hadisələr bu
coğrafiyada bir daha yaşanmayacaq və bir kökdən pərvəriş
tapan Azərbaycan və Türkiyə bir-birinə həsrət
qalmayacaqlar. Bizi bizdən artıq sevənlər heç zaman
unudulmasın. Hafizələr ağır günlərdə
özünü qardaş yardımına yetirənləri,
sevdiyi üçün göz yaşları ilə bayılma
həddinə gələnləri hər zaman
xatırlasınlar. Yalançı və saxta sevgilər
silinib getsin və hər zaman səmimi sevgilər qalib olsun.
Əli Məmmədli
Zaman.-2013.-22 yanvar.-S.7.