Dahinin müəmmalı ölümü (3)

 

Yazıçı həmişə həqiqəti deməyə öyrəndiyi üçün heç nədən çəkinmirdi. O, həyatının sonuna kimi həqiqətin gözünə dik baxmağı bacardı buna görə onu qınayanlara: “Mən riyakar deyiləm, siz isə riyakarlıq etməyimi istəyirsiniz. Amma nahaq yerə özünüzü yorursunuz,- demişdi. Bütün bunlarla yanaşı, yazıçı böyrək xəstəliyindən əziyyət çəkirdi. Bəzən bu ağrılar o qədər şiddətlənirdi ki, Cek   buna dözməyərək özündən gedirdi. Böyrəyini müalicə etmək üçün xüsusi həkim tutmuşdu. Həkimin isə  bu xəstəliyi müalicə etmək istəyi heç cür alınmırdı. Ona görə yazıçıya məcbur olub, ağrıkəsici dərman verirdilər. Nəticədə Çek London  bu dərmanlara aludə olmuşdu ağrıları başlayan kimi onları qəbul etməyə məcbur olurdu.

Elizanın gəlişindən sonra fermada işlər öz qaydasında getməyə başladı. Bundan istifadə edən Cek London pul toplayaraqCanavar eviadlı böyük bir villa tikdirdi. Bu villanın tikintisi ona indiki pulla dəyəri 10-15 milyon hesab edilən 70 min dollara başa gəldi. Amma yazıçını uğursuzluqlar izləməkdə davam edirdi. Belə ki, gözlənilmədən yazıçının yeni inşa etdirdiyi villası yandı. Bunu qəsdən etmişdilərmi, yoxsa bir təsadüf idi, bilən olmadı. Yeni villanın yanması yazıçının yenidən depressiyaya düşməsinə səbəb oldu. Villanın yanmasından sonra yatağa uzanan Cek London 4 gün yerindən tərpənmədi. Ona elə gəlirdi ki, kimsə qəsdən villanı yandırıb. Amma kim? Yazıçı heç cür bu suala cavab tapa bilmirdi. Bundan sonra bu dərdini unutmaq üçün Cek London yenidən içməyə başladı. Əgər Eliza yanında olmasaydı, bəlkə , Cek London özünə qəsd edəcəkdi. Onun belə ağır vəziyyətində yeganə təsəllisi ögey bacısı idi. Amma Cekin villa yanandan sonra daim əzab çəkdiyini görən Elizaya da hərdən elə gəlirdi ki, Cek günlərin birində bu dərdə dözməyərək ağlını itirəcək. Bunu yazıçının özü hiss etmişdi. Ona görə , bir dəfə Elizaya müraciətlə:

 - Əgər mən təsadüfən ağlımı itirsəm, onda söz ver ki, məni xəstəxanaya göndərməyəcək, burada özün qulluq edəcəksən,- demişdi.

Bunu eşidən Eliza yazıçını inandırmaq üçün bir neçə dəfə and içmək məcburiyyətində qalmışdı.

Bu arada yazıçı daha bir zərbə aldı. Həyat yoldaşı ona qız doğdu o, cəmisi üç gün yaşadı. Bunu da özünə dərd edən Cek London yenə bir müddət özünə gələ bilmədi. O, həyatının son illərində belə oğul atası olmaq arzusundan əl çəkə bilmirdi. Ondan olsa, Çarmeyni boşayar yenidən evlənərdi. Amma  bununla Çarmeyni incitmək, onun əzab çəkməsini qəbul edə bilmirdi. Nəhayət çıxış yolu kimi evli ola-ola ailə səadətini kənarda axtarmaq qərarına gəldi. O özünü sevən, ona oğul bəxş edə biləcək bir qadını tapa bildi. Bundan sonra gecələr evə gec gəlməyə başladı. Çarmeyin ərinin başqa qadınla gəzdiyini anlayır, amma əlindən heç gəlmirdi. Çarmeyin gecələr səhərə kimi yatmır, səbirsizliklə ərinin vaxt evə gələcəyini gözləyirdi. Cek isə evə vaxt gəlməsindən asılı olmayaraq, heç olmamış kimi Çarmeyinlə mehriban davranır, onun qəlbini ələ almağa çalışırdı. Cekin gecələr evə gec gəlməsi Oklenddə onun Çarmeyindən ayrılması barədə şayiələrin yayılmasına səbəb olmuşdu. Həmin vaxt o mehrini malikanəsində qulluqçu kimi işləyən yapon Nakataya salmışdı. Nakata ilə Yaponiya sahillərinə ova gedəndə tanış olmuşdu. O, Cek Londona olduqca sadiq idi. Cek Nakataya ən səmimi dost kimi münasibət bəsləyirdi.

Nakata haqqında yazıçı belə demişdi. “ 6-7 il  biz  dostluq etdik. O, mənimlə ən təhlükəli yerlərdə oldu, biz birgə ölümün gözlərinin içinə baxdıq. Amma mən heç vaxt onun sarsılmasının, iradəsini itirməsinin, ölümdən qorxmasının şahidi olmadım”.

 

Yazmaq onun üçün əzaba çevrilmişdi

 

1914-cü ildə yazıçı yenidənKolyersjurnalının tapşırığı ilə hərbi müxbir kimi Meksikaya getdi.  Kolyersjurnalı onun bir həftəsinə 110 dollar qanorar ödəyirdi. O, buradan təmsil etdiyi jurnala Amerikanın Meksikanın daxili işlərinə kobud şəkildə müdaxiləsini pisləyən məqalələr göndərirdi. Buna görə yazıçını tənqid edir, onu az qala Amerikanın maraqlarını Meksikaya satmaqda günahlandırırdılar. Meksikadan Cek London olduqca yorğun mənəvi baxımdan düşgün vəziyyətdə qayıtdı. O, artıq hamıdan qaçmaq, insan ayağı dəyməyən bir yer taparaq orada ömrünü başa vurmaq istəyirdi. Bununla əlaqədar o, sosialistlər tərəfindən yayınlananUestern komridadlı dərgiyə verdiyi müsahibəsində demişdi: “Mən artıq sosialist inqilabı, ədəbiyyat, incəsənt barədə düşünmürəm. Mənə öz malikanəm, həyat yoldaşım hər şeydən əzizdir. Mən cins atlar, məhsuldar torpaqlar almaq arzusundayam. Mən hekayələrimi bu arzularıma çatmaq, daha çox pul qazanmaq üçün yazıram. Heyvanlar məni sənətimdən daha çox maraqlandırır. İnandırıram ki, sizi, mən öz işimi sevdiyim üçün yazmıram. Yazmaq mənim üçün əzabdır yazmağa nifrət edirəm. Mən ona görə yazıram ki, əldə etdiyim qanorarla daha bir neçə hektar torpaq sahəsi alım... Yazmağımın yeganə səbəbi budur. Əgər mənə çox pul versəydilər, mən böyük həvəslə yer qazar, gecə-gündüz demədən işləyər, yorulmaq bilməzdim. Amma mənə yer qazmağa görə pul vermirlər. Çarəsiz qalaraq pul qazanmaq üçün yazıram. Yazdığım hər hekayə hər sətir, hər söz pula görədir. Mən yalnız naşirlərin xoşuna gələn şeyləri yazıram, ona görə , öz istədiyim kimi yaza bilmirəm. Mən kapitalist naşirlərin xoşuna gələcək, senzuranın mane olmayacağı, bazarda həvəslə alınacaq şeylər yazmağa məcburam. Çünki naşirləri real həyat deyil, bərbəzəkli, xəyali bir həyatı təsvir edən əsərlər maraqlandırır”.

Yazıçı həmişə həqiqəti deməyə öyrəndiyi üçün heç nədən çəkinmirdi. O, həyatının sonuna kimi həqiqətin gözünə dik baxmağı bacardı buna görə onu qınayanlara: “Mən riyakar deyiləm, siz isə riyakarlıq etməyimi istəyirsiniz. Amma nahaq yerə özünüzü yorursunuz,- demişdi.

Bütün bunlarla yanaşı, yazıçı böyrək xəstəliyindən əziyyət çəkirdi. Bəzən bu ağrılar o qədər şiddətlənirdi ki, Cek   buna dözməyərək özündən gedirdi. Böyrəyini müalicə etmək üçün xüsusi həkim tutmuşdu. Həkimin isə  bu xəstəliyi müalicə etmək istəyi heç cür alınmırdı. Ona görə yazıçıya məcbur olub, ağrıkəsici dərman verirdilər. Nəticədə Çek London  bu dərmanlara aludə olmuşdu ağrıları başlayan kimi onları qəbul etməyə məcbur olurdu.

 

Yorğunluq inciklik

 

Yazıçının 40 yaşı olsa da, o, çox yorulmuşdu bu baxımdan Cek London həyatının son illərində qəhrəmanı Martin İdeni ( “Martin İdenromanı) xatırladırdı. Necə deyərlər, yorulsa da o hər gün yazmağa məhkum idi, yazmaq onun yeganə gəlir mənbəyi, yaşamaq vasitəsi idi. Ona görə hər gün azı min söz yazırdı. Amma yazdığı hər sözün arxasında onun əzabları dayanırdı. O, nümunəvi ferma yaratmaq, həyatını da buna sərf etmək istəyirdi, ancaq addımbaşı uğursuzluq onu təqib edirdi. Yazıçı 1915-ci ildəBöyük evin kiçik sahibiromanını yazdı. Romanın əsasında bir qadının eyni zamanda iki kişini sevməsi onlar arasında seçim edə bilməməsi dayanır. Nəticədə o, əzab çəkməli olur sonda vəziyyətdən çıxış yolunu özünü öldürməkdə görür. Əslində bu qadın xarakter etibarı ilə daha çox Cek Londonu xatırladır. Çünki həmin dövrdə Cek London da həyat yoldaşından əlavə digər bir qadını sevir gecələr evə gəlmirdi. Yazıçı da qəhrəmanı kimi həyat yoldaşı məşuqəsi arasında ilişib qalmışdı onlar arasında heç cür seçim edə bilmirdi. Ümumiyyətlə, Cek Londonun bütün qəhrəmanları onun özünə oxşayır, onların hamısı həyatın ən ağır sınaqlarına məruz qalırlar.

 

 

Zaman.-2013.-23 yanvar.-S.12.