Xalq Təhsil Muzeyi

 

Muzeylər tarixin müəyyən bir məqamını özündə yaşadan, müxtəlif tarixi hadisələrdən şəxslərdən bizə dəyərli məlumatlar verən maddi-mənəvi xəzinələrimizdir. Muzey qiymətli əşya millətimizin maddi sərvətlərinin qorunub saxlanıldığı məkan funksiyası ilə yanaşı, həm bir məktəb rolunu oynayır. Özündə tarixin gizli məqamlarını, zənginliklərini ehtiva edən muzeylər həm gənc nəsil üçün elm, maarif müəssisəsidir.

Azərbaycanda ilk muzey 1920-ci ildə paytaxt Bakıda açılmışdı. Həmin ilk muzey xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevin kommunistlər tərəfindən əlindən alınan şəxsi evində yerləşirdi. Paytaxtımızın gözəl memarlıq incilərindən sayılan həmin bina özü bir tarixdir. Azərbaycanda 180-ə yaxın muzey var. Bu dəfə sizə dünyada çox az ölkədə olan bir muzeyindən Xalq Təhsil Muzeyi bəhs edəcəyik.

Xalq Təhsil Muzeyinin  müdiri Lalə Bayramovanın sözlərinə görə, muzeydə qədim zamanlardan müasir dövrə qədər Azərbaycanda təhsil sisteminin bütün pillələrində qazanılmış uğurları, təhsilin yetirdiyi ən görkəmli pedaqoq-alimlərin fəaliyyətini, ziyalıların ana dilində təhsil uğrunda mübarizəsini, müxtəlif növ təhsil müəssisəsinin yaranmasını, qadın təhsilinin inkişafını, bu sahədə aparılan islahatları, nadir dərs vəsaitləri ləvazimatları, müxtəlif illərə dair dərslik proqramlar, müəllim, şagird tələbələrin əl işləri, əyani vəsaitlər, albomlar, maketlər, hədiyyələr s. nümayiş etdirilməkdədir...

Muzeyin birinci salonunda Azərbaycanda VIII əsrdən XX əsrin 20-ci illərinədək ibtidai məktəb mədrəsələrdə dərs kitabı kimi istifadə olunmuş XVIII əsrə aid İslam dininin müqəddəs kitabıQurani-Kərimsaxlanılmaqdadır. Bundan əlavə, burada müxtəlif dövrlərdən qalma mürəkkəb qabları, “Qurani-Kərim”in saxlama qabı, “Qurani-Kərim”lər, M.T.Sidqinin 1894-cü ildə Naxçıvanda təşkil etdiyi məktəbdən xatirə qalmış qələmdan nümayiş etdirilir.

Muzeydə Azərbaycanda qadın təhsilinin inkişafına dair materiallar daha çox diqqətə layiqdir. Həsən bəy Zərdabinin azərbaycanlı qızların təhsil alması üçün göstərdiyi səyləri əks etdirən sənədlər, onun Bakıda birsinifli məktəb açmaq haqqında ərizəsinin nüsxəsi, birsinifli rus-müsəlman qız məktəbi üçün hazırladığı proqramın əsli muzeydə saxlanmaqdadır. Əlbəttə ki, qadın təhsili dedikdə, ilk ağıla H.Z.Tağıyevin böyük çətinliklərlə açdırdığı Aleksandrski rus-müsəlman qız pedaqoji məktəbi gəlir. Bu qız məktəbindən məzun olunanlara hədiyyə verən Axund Yusif Talıbzadənin ailə həyatı, kulinariya ilə bağlı yazdığıHədiyyeyi-Nisvan” (“Qadınlara hədiyyə”1901) adlı kitabının orijinal nüsxəsi muzeydə qorunmaqdadr. Bundan əlavə, muzeydə H.Z.Tağıyevin I rus-müsəlman qız məktəbinin Nəşr maarif cəmiyyətitərəfindən təşkil olunmuş məktəbin şagird formaları nümayiş olunur.

Xalq Təhsil Muzeyində Zaqafqaziya (Qori) seminariyası barədə bir çox materiallar, fotolar nümayiş etdirilməkdədir. Burada Qori müəllimlər seminariyasının nəzdində açılan “Tatar şöbəsihaqqında əsasnamənin bu şöbəyə daxil olanların siyahısının əsli, bundan əlavə, Nəriman Nərimanovun Qızıl Hacılı kəndinə müəllim təyin edilməsi haqqında sənədin orijinalı qorunmaqdadır. Muzeyin bu salonunda Zaqafqaziya (Qori) Müəllimlər Seminariyanın ilk ərəb fars dili müəllimi olan, Tiflisdə azərbaycanlı kasıblar üçün öz hesabına məktəb açan, sonralar buranı genişləndirərək altısinifliMüfti-İslam məktəbi”nə çevirən Müfti Hüseyn Əfəndi Qayıbzadə haqqında geniş məlumat verilir. Müfti Hüseyn Qayıbzadə azərbaycanlı qızların təhsil alması qayğısına qalmış, bu çətin işdə özü, əvvəlcə, şəxsi nümunə göstərərək iki qızını - Nigar Cövhəri oxutdurmuşdu.

Muzeyin təcrübəsi əsasında 1986-cı ildə Bolqarıstanın Qabrova şəhərində Milli Təhsil Muzeyi yaradıldığını xatırladan Lalə xanım Xalq Təhsil Muzeyinin əcnəbi qonaqların maraq dairəsində olduğunu söylədi : “Muzeyin ekspozisiyası ilə tanış olmaq məqsədilə ABŞ, Almaniya, Polşa, Hindistan, Suriya, Yəmən, Ukrayna, Gürcüstan, Türkiyə başqa xarici ölkələrin elm mədəniyyət xadimləri, İSESKO-nun Baş katibi, xarici ölkələrin Azərbaycandakı səfirləri, Litva Respublikasının təhsil elm naziri, Avropa Şurasının nümayəndələri digər xarici qonaqlar gəlmişlər. Eləcə respublikamızın görkəmli elm mədəniyyət xadimləri, ümumtəhsil, texniki peşə məktəblərinin şagirdləri, ali təhsil müəssisələrinin tələbə müəllimləri müntəzəm olaraq muzeyə ekskursiyaya gəlirlər.”

 

 

Zaman.-2013.-23 yanvar.-S.7.