Yusif Vəzir Çəmənzəminli - milləti üçün nigaran böyük insan

 

Şəlalə Ana AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu

 

(Y.V.Çəmənzəminlinin 30-a yaxın naməlum məqaləsi tapıldı)

 

Bu günədək çəmənzəminlişünaslığa Yusif Vəzir Çəmənzəminlinin 1917-1920-ci illərdə Krımda Ağməscid (Simferopol) şəhərində nəşr olunanMillətqəzetinin səhifələrində yalnızAzərbaycan azərbaycanlılarLitvaniya tatarlarıadlı iki silsilə məqaləsinin dərc olunduğu məlum idi. Ədibin tədqiqatçıları həmin silsilə məqalələrin bir qismi ilə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan şəxsi arxivində özünün tərtib etdiyi qəzet kəsiklərindən ibarət albomunda tanış olmuşlar. 2004-cü ildə Yusif Vəzir Çəmənzəminlinin məqalələr (“Biz kimik?”) kitabını nəşrə hazırlayarkən bu məqalələri tam şəkildə kitaba daxil etmək üçünMillətqəzetinin həmin nömrələrini əldə etməyə çalışsam da, mümkün olmadı. Bu günsə nəinki həmin məqalələri, üstəlik, Yusif Vəzirin indiyədək tədqiqatçılara eləcə Azərbaycan oxucusuna məlum olmayan bir kitablıq məqaləsini əldə etməyimin sevincini bölüşürəm. Son günlərdə Ukraynada, Krımda baş verən ictimai-siyasi hadisələrə, Krım tatarlarının yaşadıqlarına bir türk övladı olaraq, biganə qalmaq mümkünsüzdür. Yazıldığı, dərc edildiyi dövrdən bir əsrə yaxın zaman keçsə , o dövrdə olduğu kimi, bu gün Krım tatarlarının dərdini, problemlərini bu problemlərin həllolunma yollarını özündə əks etdirən həmin məqalələr öz aktuallığını (təəssüf ki!) itirməyib. Həmin illərdə Ukraynada, Krımda əvvəlcə vəkil, daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəsi kimi fəaliyyət göstərən Yusif Vəzirin Krımda, Ağməscid (Simferopol) şəhərində gündəlik nəşr edilən siyasi-iqtisadi ədəbi mətbuat orqanı olanMillətqəzetində mütəmadi olaraq, ictimai-siyasi publisistik məqalələrlə çıxış etməsi faktı, zənnimcə, diqqətəlayiqdir. OnunYusif Vəzirov”, “Y.”, “Yusif bəy Vəzirovimzaları ilə 1918-1919-cu illərdə KrımdaMillətqəzetində dərc edilənMillətə doğru” (on məqalədən ibarət silsilə), “Millət üçün”, “Böyük xəstəlik”, “Milli axşamlar”, “Doktor Cavad bəy Orucov”, “Ərzaq məsələsi”, “Bakı qurtuldu”, “Parlamento açılıyor”, “Türk aləminin qapısı: Krım məsələsi”, “Hesabat”, “Sirr”, “Haqq səs”, “Xan sarayı”, “Kimləri sayılamalı”, “Əsgər məsələsi”, “Rusiya müttəfiqlər”, “Ədliyyə müdiriyyətində islahat”, “Pereqor komandanının əmri b. sərlövhəli 30-a yaxın məqaləsinin aşkar edilməsinin yalnız çəmənzəminlişünaslıq üçün deyil, diplomatiya tarıxçiliyimiz ən əsası, bugünkü Krım tatarları üçün dəyərli olacağına inanıram. Onu da qeyd etməliyəm ki, həmin məqalələrin məhz Krımın bu çətin təlatümlü günlərində üzə çıxması da təsadüfi deyil. Ömrü boyu milləti üçün, bütövlükdə türk dünyası üçün çalışan elə bu yolda da bir millət fədaisi kimi qanlı repressiyanın qurbanı olan Yusif Vəzirin böyük ruhu hələ narahat nigarandır... Özü yalnız vətəni Azərbaycan, doğulduğu doğma Qarabağ torpağı, Şuşa üçün deyil, tələbəlik gənclik illərinin keçdiyi bir diplomat kimi fəaliyyət göstərdiyi Ukrayna üçün, Krım üçün, çox sevdiyi Türkiyə üçün, nəhayət, bütövlükdə bütün türk dünyası daha böyük anlamda bəşəriyyət üçün... Bu görkəmli ziyalının zəngin elmi-ədəbi irsinə bu gün əlavə etdiyimiz yeni tapıntılar - 30-dan artıq dəyərli məqalə buna bir daha sübutdur.

 

Qeyd edim ki, ərəb qrafikalı əlifbadan transfoneliterasiya etdiyim həmin məqalələrlə oxucular Y.V.Çəmənzəminlinin nəşrə hazırladığım yeni məqalələr toplusunda tanış ola biləcəklər. Bu gün həmin məqalələrdən birini, “Türk aləminin qapısı: Krım məsələsiadlı məqaləni ilk dəfə olaraq, “Zaman-Azərbaycanqəzetinin oxucularına təqdim edirəm.

 

Türk aləminin qapısı (Krım məsələsi)

 

Krımın xəritəsinə baxdıqda insan daima düşünməyə məcbur olur: Allah Krımı yaratdıqda bir işarət, əlamət vəz etmiş. Krım yarımadası coğrafi şəklində Şimaldan uzanmış bir ələ bənziyor. İştə, təbiətin bütün işarə kinayəsi şurada. Tarixə təsadüfi olaraq bir nəzər atdıqda, doğrudan da, təbiət işlərinin haqlı olduğu meydana çıxıyor. Bin iki yüz yılından bəri Krım türkünə qarşı Şımal axınının eni vasitəsi ola gəlmiş. Zavallı Osmanlı dövləti uzun sənələr rus zərbə fəsadını Krım təriqinə ala gəlmiş. Sevostopol qələsi bir buçuk əsrdən bəri türklük başı üstündə kəskin qılınc vəziyyətini almış. Rusun bütün dəniz qüvvəsi Sevostopolda dalğalanıb, türklük islamlıq üçün ağır zərbələr hazırlaya gəlmış.

 

Bu gün Krım müstəqil bir şəklə düşmək istiyor. Krıma müstəqil demək Krımı vasıtəçilik vəziyyətindən qurtarmaq deməkdir. Krım vasitəçi olmadıqda türkün rahat yaşaması mühüm bir nöqtə tərəfindən təmin olunur. Çünki müstəqil Krım o qədər ufacıq bir dövlətdir ki, dünya siyasəti dursun belə, tam mənasıyla xarici siyasəti yürütməyə məcbur olacaq. Krımın coğrafi etnoğrafi vəziyyəti mövcibincə əbədi bitərəflik elan etməsi lazım gələcək. Yəni Krımın qonşu dövlətlərlə sülhdə yaşaması təmin olunacaq. Böylə olduqda Sevostopol da qələlikdən düşəcək sülhpərvər bir şəkil alacaq. Krım istiqlaliyyəti bütün Qara dəniz ətrafındakı dövlətlər üçün faidə verəcək. Sevostopol qorxusu kimsəni təhdid etməyəcək. Qara dəniz sahilinin böyük bir məsafəsini Türkiyə dövləti məşğul etdiyindən Krım məsələsi birinci olaraq Türkiyəni düşündürməlidir. Tarixi bir təcrübə Osmanlı dövlətinə göstərdi ki, Krım qəvi bir məmləkət qolunda olduqda Türkiyəyə zərbə çalmaq üçün daima vasitə oluyor. Şimdi Krımın istiqlaliyyətini xatırladıqda o yukarıda söyləyib keçdiyimizəlməsələsi meydana çıxar. Kim bilir, “əlbəlkə Türkiyəyə qarşı zərbəsini daha şiddətləndirər. Türkiyə müzəffəriyyəti sayəsində vücuda gələn iki yeni müsəlman dövlətləri var ki, Qara dəniz ilə rabitəlidirlər. Bunlar Azərbaycan Şimalı Qafqaz Cümhuriyyətidir. İslamlıq bayrağının istiqlaliyyətini əsrlərdən bəri mühafizə edən Türkiyə dövləti yenə Sevostopol qorxusu altında yaşarsa, qoca türk dövlətinin qüvvət qüdrəti yenə əski zamanlar kibi müharibələrə sərf olunar daxili məsələlər həll olunamaz. Bu da qonşu yeni müsəlman dövlətlərinin siyasi və mədəni vəziyyətlərinə təsir etməmiş olamaz.

 

Türkiyə və yeni Qafqaz dövlətləri sülh və asayişə möhtacdırlar. Bütün türk aləmini avropalılar fəsadından qurtarıb, kendi həyatlarının islahı və tərəqqisi üçün çalışmaq istiyor. Bunun da təmini əski təhlükə yollarının yox etdirilməsiylə vücuda gələcək.

 

Təkrar ediyorum, türk aləminə zərbə daima Krım vasitəsiylə çalınıb. Krım istiqlaliyyəti təmin olunmazsa, türkün rahat yaşayışı da təmin olunamaz.

 

 

                                                                 

               (“Millətqəzeti, 107, 2 sentyabr 1918-ci il).

Zaman.-2014.-1 aprel.-S.7.